Məhkəmə qərarları › İş №2-1(120)-1050/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1050/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1050/2020 22.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı (Kürdəmir rayonu, Xırdapay kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X7 (Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 82 A,mənzil 27-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin Kürdəmir rayon filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Dövlət X11 Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli, **********7 nömrəli məktubla ona əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, 1 saylı X2 xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək, Kürdəmir rayon 63 saylı X2 xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanmasını cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəyişərək, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş, orta məktəbi qurtardıqdan sonra əyani təhsilini başa vurmuşdur. İnstitutu qurtardıqdan sonra 1978-ci il tarixdən müxtəlif idarə və təşkilatlarda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququnun olduğu üçün ona avtomatlaşdırılmış qaydada 203,85 manat pensiya təyin edilmişdir. Lakin ona pensiya təyin edilən zaman qeyd etdiyi illər nəzərə alınmamışdır. Dövlət X11 Kürdəmir rayon şöbəsinin ona ünvanladığı xx.xx.2020-ci il tarixli, ********** nömrəli məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X11 Kürdəmir rayon şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Kürdəmir rayon Xırdapay kənd sakini, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş barədə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanununun 22.1-ci maddəsinin 2.1-ci bəndinə əsasən vətəndaş İddiaçı 2006-cı il yanvarın 1-nə dək olan stajı 25 ilə bərabər götürülərək və xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün 7 il 8 ay sığorta stajı nəzərə alınaraq avtomatlaşdırılmış qaydada hesablanmışdır. İddiaçının təqdim etdiyi sənədlərə baxış keçirilərkən xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikinti” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. 2 saylı “Təmirtikinti” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsi, 1 saylı X3, Kürdəmir rayon 63 saylı X3 və 20 saylı Təmir-Tikinti İdarəsinin sənədlərinin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və bu səbəbdən həmin dövr İddiaçı ümumi əmək stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X8 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. Hal-hazırda yaşa görə əmək pensiyası alır. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 06710927 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1978-ci il tarixli, ИТ-İ nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində və xx.xx.2008ci il tarixdə Kürdəmir “İbrahim-Mİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. İşdə olan Dövlət X11 Kürdəmir rayon şöbəsinin iddiaçıya ünvanladığı xx xxx 2020-ci il tarixli, **********7 nömrəli imtina məktubundan görünür ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1996cı il tarixədək 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur. Bu qeydlərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin həmin müəssisələrin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və eləcədə həmin müəssisənin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvanı məlum olmadığından və nəticə etibarı ilə əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Bu səbəbdəndə yuxarıda qeyd olunan illər yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı ümumi sosial sığorta stajına daxil edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika idarəsinin xx.xx.2020-ci il tarixli, 78 nömrəli məktubunda qeyd edilmişdir ki, “Kürdəmir rayon 63 saylı X5” (sonradanadı X4 Açıq Səhmdar Cəmiyyəti) və “Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsi” xx.xx.1996-cı ildən Kürdəmir rayonu üzrə statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Dövlət X11 Kürdəmir rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada 203,85 manat təyinat aparılmışdır. Mübahisəli iş illəri xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikinti” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində işlədiyi illər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. İşdə olan Dövlət X11 Kürdəmir rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsi, 1 saylı X3, Kürdəmir rayon 63 saylı X3 və Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsi qeyd olunan illər üzrə fəaliyyət göstərmiş və müvafiq qaydada MDSS haqları üzrə Dövlət X11 Kürdəmir rayon şöbəsində qarşılıqlı hesablaşma aparılmış və müvafiq qaydada hesabatlar təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********564900 nömrəli məktubundan görünür ki, dövlət reyestrində 63 saylı X1 xx.xx.1989-cu il tarixdə 24 qeydiyyat nömrəsi ilə, 1 saylı X1 xx.xx.1996-cı il tarixdə D-1254 qeydiyyat nömrəsi ilə, 20 saylı Təmir- Tikinti İdarəsinin (VÖEN **********) xx.xx.1998-ci il tarixdə 7/35 Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir(maddə 5.3.). Мəhkəmə cavabdehin pensiyanın təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikinti” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə iddiaçının əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin əmək kitabçasına əsasən iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində əmək fəaliyyətində olduğu müəyyən olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin olunmalı, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin Kürdəmir rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 saylı “Təmirtikintidizayn” tresti Kürdəmir 12 saylı Rayonlararası Təsərrüfat Hesablı Təmirtikinti Quraşdırma idarəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək 1 saylı X2, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir rayon 63 saylı X2, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir 20 saylı Təmir-Tikinti İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin Kürdəmir rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar