Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1051/2023 25.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun və uşaqları xx.xx.2017-ci il təvəllüdlü Rəsul Sulduzlunun və xx.xx.2018-ci il təvəllüdlü Röyal Sulduzlunun daşıdığı “Sulduzlu” soyadının qızlıq soyadı olan “Məmmədova” soyadı ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin İnzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “onun və uşaqları xx.xx.2017-ci il təvəllüdlü Rəsul Sulduzlunun və xx.xx.2018-ci il təvəllüdlü Röyal Sulduzlunun daşıdığı “Sulduzlu” soyadının qızlıq soyadı olan “Məmmədova” soyadı ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1992-ci il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. Onun qızlıq soyadı «Məmmədova» olmuşdur. 02 iyun 2016-cı il tarixdə X4 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Evləndikdən sonra əri Səməd Rəhimovun soyadı olan «Rəhimova» soyadı daşımağa başlamışdır. Onların birgə nikahılarından 20 iyıın 2017-ci ildə Rəsul Sulduzlu və 27 dekabr 2018-ci ildə isə Röyal Sulduzlu doğulmuşdur. Səməd Rəhimovla evli olduğum müddətdə onun babası, yəni atasının atası olan Sulduz Rəhimovun adını yaşatmaq üçün özünə və uşaqlarına götürmək qərarına gəlmiş və 2017-ci ildə X9 Xidmət X2 və uşaqlarının soyadı «Sulduzlu» soyadına keçirilmişdir. X10 ailə münasibətləri pozulduğu və xasiyyətlərinin uyğun gəlmədiyi üçün ayrılmışlar və aralarında bağlanmış nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsi ilə pozulmuş və məhkəmənin həmin tarixli qətnaməsi ilə uşaqların onun yanında yaşaması müəyyən olunuşdur. X7 ayrıldığı üçün aralarında heç bir bağ qalmamışdır. Ona görə də cavabdeh orqana müraciət edərək onun və uşaqlarının qızlıq soyadı olan «Məmmədova» soyadını daşımaq istədiyini və buna görə də soyadlara dəyişiklik edilməsini xahiş etmişdir. Lakin oradan ona ünvanlanan cavabda «Məmmədova» soyadına qayıtmağı Qeydiyyat orqanında mümkün olmadığı bildirilib və bununla bağlı məhkəməyə müraciət etməyi izah olunmuşdur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 12/1263 saylı məktubunda iddiaçıya bildirilmişdir ki, nikah qeydi xx.xx.2022-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsində nikahınız pozulmuş və Siz “Sulduzlu” soyadında qalmısınız. Hazırda Qeydiyyat şöbəsinə etdiyiniz müraciətinizə cavab olaraq bildirilir ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında xx.xx.2011-ci il tarixli 79 saylı Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına əsasən soyadınızın Cavabdehndə növbəti dəfə dəyişdirilməsi mümkün deyildir. Birgə nikahda olan şəxslər bir neçə dəfə bir birinin soyadlarını qəbui edib dəyişmək üçün qeydiyyat orqanına müraciət edib dəyişərilərlər. Digər hallarda vətəndaşlar bir dəfə adını, ata adını və soyadını dəyişə bilərlər. Ona görə də xahiş olunur soyadınızın dəyişdirilməsi iiə bağlı məhkəməyə müraciət edəsiniz. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan Nigahın pozulması haqqında xx.xx.2022-ci il tarixli, 348 nömrəli akt qeydindən görünür ki, X4 ilə İddiaçı arasında bağlanmış nigah akt qeydi Bakı Şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixli, 348 nömrəli akt qeydi tərtib olunmuşdur.. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 569/12 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Cəlilabad rayonu Suluçeşmə kəndində anadan olmuş, Cəlilabad rayon Astanlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1992-ci il tarixli, 72 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli 571/12 nömrəli arayışından görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 2 saylı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 275 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 573/12 nömrəli arayışından görünür ki, xx.xx.1992-ci ildə Cəlilabad rayonu Suluçeşmə kəndində doğulmuş X1 dəyişdirmiş və AZ-İ 019773 nömrəli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında şəhadətnamə verilmiş, Dəyişiklikdən sonra Soyadı Sulduzlu, adı Nuranə, atasının adı Abduləhəd olmuşdur. İş materiallarında olan Nigahın pozulması haqqında xx.xx.2022-ci il tarixli, AZ-İ 432140 nömrəli Şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı arasında bağlanmış nigah Bakı Şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1042/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə İddiaçı arasında nigah pozulmuş və uşağın ananın yanında saxlanması qət edilmişdir. İş materiallarında olan Cavabdeh məhəkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində nigahı qeyd edilmişdir. Həmin vaxt ərinin soyadını qəbul edərək “Məmmədova”dan “Rəhimova”ya keçmişdir. Ərizəçi 2017-ci il tarixdə soyadını X9 xidmət mərkəzində dəyişərək “Rəhimova”dan “Sulduzlu” soyadına dəyişmişdir. Hazırda nigah qeydi xx.xx.2022-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsində pozulmuş və ərizəçi “Sulduzlu” soayadında qalmışdır. Mövcud qaydalara uyğun olaraq birgə nigahdan olan şəxslər bir neçə dəfə bir-birinin soyadını qəbul edərək dəyişə bilər. Nigahları pozulduğundan ərizəçiyə soyadını dəyişdirilməsindən bu səbəbdən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi onun və uşaqları xx.xx.2017-ci il təvəllüdlü Rəsul Sulduzlunun və xx.xx.2018-ci il təvəllüdlü Röyal Sulduzlunun daşıdığı “Sulduzlu” soyadının qızlıq soyadı olan “Məmmədova” soyadı ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan Cavabdeh məhəkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində nigahı qeyd edilmişdir. Həmin vaxt ərinin soyadını qəbul edərək “Məmmədova”dan “Rəhimova”ya keçmişdir. Ərizəçi 2017-ci il tarixdə soyadını X9 xidmət mərkəzində dəyişərək “Rəhimova”dan “Sulduzlu” soyadına dəyişmişdir. Hazırda nigah qeydi xx.xx.2022-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsində pozulmuş və ərizəçi “Sulduzlu” soyadında qalmışdır. Mövcud qaydalara uyğun olaraq birgə nigahdan olan şəxslər bir neçə dəfə bir-birinin soyadını qəbul edərək dəyişə bilər. Nigahları pozulduğundan ərizəçiyə soyadını dəyişdirilməsindən bu səbəbdən imtina edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən imtina məktubunda nikah qeydi xx.xx.2022-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsində nikahınız pozulduğu və iddiaçının “Sulduzlu” soyadında qaldığı bildirilsə də, Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-518-13-419/2023 saylı məkubuna və qoşma sənədlərinə əsasən İddiaçı nikahının pozulması zamanı Sulduzlu soyadını seçdiyi heç bir sənədlə sübuta yetirilməmişdir. Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Ailə Məcəlləsinin 183-cü maddəsinə əsasən ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. İddiaçı tərəfindən müvafiq müraciətin edilməməsi gələcəkdə həmin hüquqla bağlı müraciət hüququnun olmadığı kimi qiymətləndirilməməlidir. Məhkəmə iddiaçının uşaqları xx.xx.2017-ci il təvəllüdlü Rəsul Sulduzluya və xx.xx.2018-ci il təvəllüdlü Röyal Sulduzluya münasibətdə iə qeyd edir ki, Ailə Məcəlləsinin 54.2-ci maddəsinə əsasən isə valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1042/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə İddiaçı arasında nigah pozulmuş və uşağın ananın yanında saxlanması qət edilmişdir. Belə olan halda məhkəmə uşaqlarında soyadının “Sulduzlu”-dan “Məmmədov”-a dəyişdirilməsini mümkün hesab dir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.2004-cü il təvəllüdlü) istər soyadının və uşaqlarının soyadının “Sulduzlu”-dan “Məmmədova”-ya dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Ağcabədi rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı və uşaqları xx.xx.2017-ci il təvəllüdlü Rəsul Sulduzlunun və xx.xx.2018-ci il təvəllüdlü Röyal Sulduzlunun daşıdığı “Sulduzlu” soyadının qızlıq soyadı olan “Məmmədova” soyadı ilə əvəz edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı və uşaqları xx.xx.2017-ci il təvəllüdlü Rəsul Sulduzlunun və xx.xx.2018-ci il təvəllüdlü Röyal Sulduzlunun daşıdığı “Sulduzlu” soyadının qızlıq soyadı olan “Məmmədova” soyadı ilə əvəz edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Hilal Nəcəfov