Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1051/2025 23.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Y00225544CQR nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qərardadı ilə “Biləsuvar rayon Mərkəzi Xəstəxanası” X12 nümayəndəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Y00225544CQR nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ müharibəsində iştirak etmiş, hazırda müharibə veteranıdır. xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərəkən partlayış travması nəticəsində burun sümüklərinin açıq, yerini dəyişmə sınığı, hər iki aşağı burun keçəcəyinin sinexiyaları ilə fəsadlaşan, sağ burun qanadının burun belinin sağ yarısının dəlib keçən, sol qaş nahiyyəsinin yaralanması, burunun yumşaq toxumalarının yad cismi (metal qəlpə) (yaralanma. Kontuziya, travma) diaqnozu ilə xəsarətlər almışdır. Aldığı xəsarətlər ilə əlaqədar olaraq ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra Füzuli MDM-nə, sonra Gəncə şəhəri Abbas səhhət adına X2 RMX-na daha sonra isə 230 nömrəli hərbi hisəyə göndərilmiş, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətləri ona çox əzab verdiyindən Biləsuvar RMX tərəfindən müayinə üçün Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatirya Xəstəxanasına göndərilmiş və orada həkim psixiator tərəfindən müayinə olunmuş və ona “partlayış travmasından sonra (xx.xx.2020) yaranan pisixi və davranış pozuntusu, depressiv əlamətlərin üstünlüyü ilə, özünə xəsarət yetirmələri ilə F07.8” diaqnozu təyin edilmişdir. Bu xəstəliyi ilə bağlı ona müşayətçiyə zərurət olması da göstərilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müalicə almış, sonradan evdə təyin edilmiş dərmanları qəbul etmiş, müsbət nəticəsi olmamışdır. Bunula bağlı ardıcıl olaraq aşağıda qeyd olunan tarixlərdə müalicələr qəbul etmiş: xx.xx.2023xx.xx.2023 ci il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2024-xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, əsas xəstəlik F06.6 üzvi mənşəii emosional labil (astenik) pozğunluq, yanaşı xəstəlik F43.1 posttravmatik stress pozğunluğu kimi diaqnoz qoyulmuşdur. MRT müayinəsi üçün Masllı rayonunda yerləşən "xxxx" MMC-yə göndərmişdirlər. Həmin MMC xx.xx.2023-cü il tarixli, 357 saylı arayş verərərk göstərdi ki, baş nahiyyəsində qəlpə olduğundan müayinə baş tutmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika pisixiatiriya Xəstəxanası” X14 tərəfindən xx.xx.2024-cü il tarixli 4207 saylı həkim pisixiatr komissiyasının rəyinə əsasən xəstəliyimin dinaqnozu: üzvi (İİ Qarabağ mübahirbəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, koqnitiv funksiyanın enməsi ilə F07.0 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bəndində F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu kimi təstəlik əlliyin müəyyən olunmasına əsasdır. Almış olduğu xəsarətlər nəticəsində ağır xəstə olmağı, ardıcıl və davamlı olaraq dəfələrlə müalicə almağı və həmin xəstəliyin mövcudluğunu tibbi müəssisələri tərəfindən verilmiş tibbi rəylər ilə təsdiq edilməsinə baxmayaraq Azərbaycan Respublikasə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası ona əllik təyin edilməsindən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psoxoatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə. Üzvi mənşəli emosional labil astenik pozğunluq. Postravmatik stress pozuntusu.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Biləsuvar rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 13241 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, Vefetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Partlayış travması (xx.xx.2020), burnun yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi müəyyənləşdirilmişdir; “Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 7943/2023 nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Üzvi (partlayış travması) emosionallabil pozuntu. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 8153/23 nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Üzvi (partlayış travması) emosional-labil pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 12699/23 nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. partlayış travması) emosional-labil pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2485 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Düşüncəsi aydın, bələdiyi tam qorunmuş, zahirən sakit olmuş, ünsiyyət zamanı göz kontaktı qurumamışdır. Əhval-ruhiyyə fonu sabit olmuş, tənqibi tam saxlanmışdır. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli əhval-ruhiyyə pozuntusu, sosial adaptasiya durumu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarı”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə artıq qərar qəbul edilən zaman məhkəmədə mübahisənin mövcud olmuşdur. Bu baxımdan məhkəmə araşdırması gedişində yeni qərarın qəbul edilməsi və həmin qərarın mübahisələndirilməsi barədə dəqiqləşdirilmiş iddia verilməsi üzrə müddətlər nəzərə alınmamalıdır. Bir sözlə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 2145 nömrəli travma haqqında arayışın surətindən görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması nəticəsində burun sümüklərinin acıq, verini dəvismis sınığı, hər iki asaqı burun keçəcəyinin sinexivaları ilə fəsadlasan. saq burun qanadının, burun belinin saq yarısının dəlib-keçən, sol qas nahivvəsinin qəlpə yaralanması. Burunun yumsaq toxumalarının vad cismi (metal qəlpə)” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müavinə üçün təxliyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 13241 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1995-ci il təvəllüdlü əsgər İddiaçı Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, mülayim dərəcədə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, vegetativ damar davamsızlığı – nevrotik təzahürlərlə, partlayış travması, burunun yumuşaq toxumalarının yad cismi (metal qəlpə) diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Klinikasının xx.xx.2023-cü il tarixli, 357 nömrəli arayışının surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin Masallı filialına MRT müayinəsi üçün müraciət etmiş, lakin baş nahiyəsində qəlpə olduğu üçün müayinə baş tutmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli, 2485 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3- 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz” Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə F 06.3 İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli, 4123 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3- 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz” Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0 İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixdə çap edilmiş məlumatdan görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Biləsuvar rayon X8 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1341 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X12 Poliklinika şöbəsinin Nevroloji kabinetində “F06.3 Əhvalın üzvi mənşəli affektiv pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır və hər ay imtiyazlı şəkildə dərman preparatı ilə təmin olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-15405/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının R00102031NVJ və G00155775UCS nömrəli göndərişləri və müraciəti əsasında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksicnal dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 231 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü Biləsuvar rayon sakini Şammədov X5 RMXnın xx.xx.2023-cü il tarixli elektron göndərişinə əsasən xx.xx.2023-cü ildə psixiatrik tibbi müayinədən keçmək üçün Salyan Rayonlararası Psixiatriya X6 Kommissiyasına müraciət etmişdir. Xəstə kommissiya tərəfindən psixiatrik müayinədən keçirilmiş və ona “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu-depressiv epizodlar, özünə xəsarətyetirmələrlə.Uzanmış gedişli posttravmatik stress pozuntusu” diaqnozları təsdiq edən xx.xx.2023-cü iltarixli № 508 saylı tibbi rəy təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 11161 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə dəfələrlə yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicəyə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə xəstəxanadan evə yazılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14i xx.xx.2024-cü il tarixli T 742/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1.2.3.İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixli G00155775UCS Forma 088 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: F06.3- Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə. Ağırlaşmalar: F06-Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Depressiv epizodlar, intihar fikirləri ilə. F43.1-Posttravmatik stress pozuntusu; F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil (astenik) pozğunluq“ xəstəliklər onun anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilsə də, onun xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı düşüncəsi aydın, bələdliliyi tam qorunmuş, zahirən sakit olmuş, əhval-ruhiyyə fonu sabit olmuş, tənqidi tam saxlanılmış, Psixiatriya Xəstəxanalarından olan çıxarışlardakı diaqnozlar mütəxəssislər tərəfindən “Üzvi mənşəli əhval-ruhiyyə pozuntusu, sosial adaptasiya durumu” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. -Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən o, 05-xx.xx.2024-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “F070- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə müalicədə olmuşdur. Bu xəstəlik onun hərbi xidmət dövrü ilə birbaşa əlaqəlidir. -İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi qeyd edilməmişdir. -Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İddiaçı 3.İddiaçının xroniki həzm pozğunluğu əlamətləri ilə əlaqədar onun tibbi sənədlərində hər hansı bir qeydiyyat yoxdur. 4.5. Belə xəstəliyə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər və mütəmadi idman reablitasiyası kursları keçirlər. Xəstəliyin dərman müalicəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının sonuncu müraciətinə əsasən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli Y00225544CQR nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və "Üzvi şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3514/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14i xx.xx.2024-cü il tarixli T 742/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən o, 05-xx.xx.2024cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “F070- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə müalicədə olmuşdur. Bu xəstəlik onun hərbi xidmət dövrü ilə birbaşa əlaqəlidir. Belə xəstəliyə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər və mütəmadi idman reablitasiyası kursları keçirlər. Xəstəliyin dərman müalicəsi yoxdur. Qeyd edilən rəylə bağlı məhkəmə qeyd edir ki, rəyin nəticə hissəsində əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə keçirilmiş əyani müayinənin nəticəsinə dair qəbul edilmiş qərardakı imtina əsasları təkrarlanmış və iddiaçıda olan xəstəliklərin mövcudluğu hissəsində səthi cavablar verilmişdir. Bu səbəbdən qeyd edilən rəy qismən mötəbər hesab edilir. Ekspert rəyinin tam qənaətbəxş olmadığı nəzərə alınaraq məhkəmə digər sübutlarıda qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Biləsuvar rayon X8 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1341 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X12 Poliklinika şöbəsinin Nevroloji kabinetində “F06.3 Əhvalın üzvi mənşəli affektiv pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır və hər ay imtiyazlı şəkildə dərman preparatı ilə təmin olunur. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli, 4123 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Müayinə nəticəsində İddiaçı - “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0” – diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 231 nömrəli məktuba əsasən İddiaçı kommissiya tərəfindən psixiatrik müayinədən keçirilmiş və ona “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu - depressiv epizodlar, özünə xəsarət yetirmələrlə uzanmış gedişli posttravmatik stress pozuntusu” diaqnozları təsdiq edən xx.xx.2023-cü iltarixli № 508 saylı tibbi rəy təqdim edildiyi müəyyən edilir. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş və hər dəfəsində ona eyni diaqnoz - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0 – qoyulmuşdur. Eləcə də, İş materiallarına əlavə edilən X15 tərəfindən verilən arayışlara əsasən X3 dəfələrlə nevrotik hal və dərman zəhərlənməsi diaqnozları əsasında ilkin tibbi yardımların göstərildiyi müəyyən edilir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Mübahisə üzrə digər bir hal əlilliyin səbəbli əlaqəsədir ki, qeyd edilən hal üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 2145 nömrəli travma haqqında arayışın surətindən görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması nəticəsində burun sümüklərinin acıq, verini dəvismis sınığı, hər iki asaqı burun keçəcəyinin sinexivaları ilə fəsadlasan. saq burun qanadının, burun belinin saq yarısının dəlib-keçən, sol qas nahivvəsinin qəlpə yaralanması. Burunun yumsaq toxumalarının vad cismi (metal qəlpə)” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müavinə üçün təxliyyə olunmuşdur. Xəsarətin döyüş tapşırığını yerinə yetirən zaman alındığı müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 13241 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1995-ci il təvəllüdlü əsgər İddiaçı Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, mülayim dərəcədə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, vegetativ damar davamsızlığı – nevrotik təzahürlərlə, partlayış travması, burunun yumuşaq toxumalarının yad cismi (metal qəlpə) diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi kimi qeyd edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş müayinələr ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)- 1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. İddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən əlilliyin müəyyən olunmasına yönəlmişdir. Belə ki, iddiaçı onunla bağlı əvvəllər verilən imtinalarda qeyd edilən halların aradan qaldırılması barədə dəfələrlə müvafiq Xəstəxanalara müraciət etmiş və sonuncu dəfə Y00225544CQR nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı qəbul edilmişdir ki, iddiaçı qeyd edilən qərarın ləğvini və xx.xx.2024-cü il tarixdən əlilliyinin müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən hissədə də, yəni ona xx.xx.2024-cü il tarixdən əlilliyin məhz “müəyyən edilməsini” xahiş etmək hissəsində də haqlı olmuşdur. Cavabdehin şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Qeyd edilir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-54/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Y00225544CQR nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1051/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1051/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver