Məhkəmə qərarları › İş №2-1(120)-1052/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1052/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1052/2022 06.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi X1rşı “işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 06 sentyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona işsizlikdən sığorta ödənişinin 01 aprel 2021-ci il tarixindən təyin olunub ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixındə 21 nömrəli əmrlə "xxxx" MMC-dən Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunduqdan sonra işsizlikdən sığorta ödənişi almaq ııçün lazım olan sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına təqdim etmişdir. Filialın xx.xx.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubunda qeyd olunur ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə əsasən işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn ən azı 35 ay sığorta stajına malik olmadığınız səbəbindən, Sizə işsizlikdən sığorta ödənişinin verilməsi Qanunla nəzərdə tutulmamışdır. Filialm əsas tutduğu bu müddəanın onunla bağlı heç bir əlaqəsi yoxdur. Filial tərəfindən qanunun bu bəndi düzgün tətbiq olunmamışdır. Belə ki, o, əmək mliqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunduqdan sonra, yenidən işə qəbul olunmuş və buradan da iş yerinin ixtisarı ilə əlaqədar olaraq işdən azad olunmuşdur. Filial tərəfındən tətbiq olunmalı olan qanun tətbiq olunmamış və yalnız əsassız imtina ilə kifayətlənmişdir. Bundan sonra o, bununla bağlı dəfələrlə ərizə ilə müraciət etməyinə baxmayaraq, ona heç bir rəsmi və şifahi məlumat verilməmişdir. İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 13.1-ci inaddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycaıı Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.2. İşçilərin və ya dövlət qulluqçulannm sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasımn Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən; Qanununun 13.2-ci maddəsinə əsasən Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçiıilir: 13.2.2 bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığoıta stajı olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.6-cı maddəyə əsasən sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Qanunun 14.4-cü maddəsində qeyd olunur ki, sığorta ödənişi sığortaolunanların ”Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır. “Məşğulluq haqqında” Azərbaycan Respııblikasının Qanununun 28.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir: 28.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi; İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafıq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, müvafıq icra hakimiyyəti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir. Qanuna əsasən təqdim etdiyi sənədlərə əsasən ona 11 gün müddətinə işsiz statusu verilməli olduğu lıalda, verilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ona 01 aprel 2021-ci il tarixindən işsizlikdən sığorta ödənişi təyin olunub ödənilməlidir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziıiiyinin tabeliyində X2 15 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən qanunun tələbləri pozularaq işsizlikdən sığorta ödənişı təyin olunub ödənilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fıziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Qanunvericiliyin göstərilən tələblərinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı inzibati orqan olaraq təqdim etdiyi sənədlərin mötəbərliyinin müəyyən olunması istiqamətində heç bir addım atmamış, ona işsiz statusu verilməmiş və sığorta ödənişinin təyinatından və ödənilməsindən əsassız imtina olunması ilə kifayətlənmiş və bununla da işsizlikdən sığorta ödənişi almaq hüquqlarını pozmuşdur. Bundan başqa qeyd etmək istəyir ki, işsizlikdən sığorta ödənişinin təyin olunub ödənilməsi ilə bağlı tələb olunan bütün sənədlər Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına rəsmi qaydada təqdim olunmuşdur. Həmin sənədlərin heç biri ona qaytarılmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS-in) “Məşğulluq” altsistemində 12 mart 2021-ci il tarixindən qeydiyyata alınmışdır. Bununla yanaşı bildirirlər ki, işsizlikdən sığorta ödənişi almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla, Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (a) bəndinə; işçilərin və ya dövlət qulluqçularmın sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən və Əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2ci hissəsinə əsasən xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə əsasən və 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən xitam verilmiş (işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində.) həyata keçirilir. “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il 618 nömrəli qərarının 3.1-ci bəndinə əsasən, məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmış hesab olunurlar. Yenə həmin Qərarın 3.2-ci bəndinə görə sığortaolunanların işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) qaydaları “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə görə sığortaedən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bununla bağlı bildirirlər ki, İddiaçı xx.xx.2021-ci il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə qəbul olmuşdur. 18 fevral 2021-ci il tarixindən işçilərin sayı və ya ştatları ixtisar edilməsi səbəbindən (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi) İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Lakin (xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi müddət ərzində) MEİS-in “Sığorta” altsistemində (sığorta olunanın hesabı bölməsində) sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilməsi aşkar edilməmişdir. Bu səbəbdən İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X4 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı ona işsizlikdən sığorta ödənişinin təyin olunması ilə əlaqədar cavabdeh X2 15 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (a) bəndinə; işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən və Əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə əsasən (işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində.) həyata keçirilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə əsasən işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn ən azı 35 ay sığorta stajına malik olmadığınız səbəbindən, sizə işsizlikdən sığorta ödənişinin verilməsi Qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının 1.1-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada işsiz statusu almış vətəndaşlar işsizlik müavinəti almaq hüququ qazanır. 1.2-ci bəndinə əsasən, işsiz statusu almış vətəndaşa işsizlik müavinəti (təkrar müavinət alınan hallar istisna olmaqla) ona işsiz statusu müəyyən edildiyi gündən hesablanır. “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, işsizlik müavinətləri üzrə hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan Dövlət Proqramında nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi hər ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin verdiyi sifariş əsasında Dövlət Sosial Müdafiə Fondundan mərkəzləşdirilmiş qaydada onun xəzinə hesabına köçürülsün. Lakin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 30 iyun 2017-ci il tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2017-ci il tarixli 608 nömrəli qərarı ilə “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı və “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli qərarları ləğv edilmiş və qərar xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. xx.xx.2018-ci il tarixdən isə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmiş və işsizlik müavinətləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş şərtlər və qaydalar əsasında verilir ki, Qanunun 13.1-ci maddəsinə əsasən, sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edild ki, İddiaçı xx.xx.2021-ci il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə qəbul olmuş, 18 fevral 2021-ci il tarixindən işçilərin sayı və ya ştatları ixtisar edilməsi səbəbindən (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi) İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. O, işaxtaran kimi qeydiyyata alınmaq üçün cavabdehə müraciət etmiş və o, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS-in) “Məşğulluq” altsistemində 12 mart 2021-ci il tarixindən qeydiyyata alınmışdır. Lakin (xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi müddət ərzində) MEİS-in “Sığorta” altsistemində (sığorta olunanın hesabı bölməsində) sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilməsi aşkar edilməmişdir. Bu səbəbdən İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı o halda işsizlik müavinətini almaq hüququna malik olardı ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi müddət ərzində MEİS-in “Sığorta” altsistemində (sığorta olunanın hesabı bölməsində) sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş olardı. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi X1rşı “işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi X1rşı “işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar