Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1052/2024 15.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-0053 (kod 805130.48) nömrəli dövlət aktı ilə verilmiş 0,70 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işəaçıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpaq sahəsinin yerində tanıdılması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3605/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X31, X36, X26, X18, X19, X27, X32, X33 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1052/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “torpağa mülkiyyət hüququna dair JN-0053 (kod 805130.48) nömrəli dövlət aktı ilə verilmiş 0,70 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılaraq baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X3 rayonu, Qodman kəndi “Dimitrov” adına sovxozu bazasından payı bəlli olan “Bəxtiyar” kəndli fermer təsərrüfatı yaratmaq barədə rayon XDS-nə xx.xx.1995-ci il tarixdə ərizə ilə müraciət etmiş, komissiya həmin ərizəyə və RİHB-nm Qodman ərazi nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 15 saylı vəsatətinə əsasən “Dimitrov” adma sovxozu bazasından kəndli fermer təsərrüfatı yaratmaq barədə 3.60 hektar torpaq sahəsi ayrılmışdır, (bu xx.xx.1995-ci il tarixli Aktla təsdiq olunur) Buna dair: qəbul edilmiş Nizamnamə, Masallı Rayon XDSnin rəyasət heyətinin xx.xx.1995-ci il tarixli Qərarı, xx.xx.1995-ci il tarixli, AB 086376 saylı Şəhadətnamə və həmin torpaq sahəsinin yerquruluşu planından çıxarış vardır. Bundan sonra Respublikada torpaq islahatı gedən zaman həmin torpaq sahəsi ailə üzvləriin sayına görə Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.70 hektar torpaq sahəsi torpağa mülkiyyət hüququna dair kod 80513048 saylı, JN 0053 Dövlət Aktı ilə mülkiyyətlərinə verilmişdir. Beləliklə, islahatdan əvvəl də, islahatdan sonra da həmin torpaq sahəsi istifadələrində olmaqla yanaşı mülkiyyətlərində olmuşdur. Son 2-3 il ərzində qonşu torpaq sahibi hazırkı iş üzrə maraqlı şəxs X28 heç bir əsas olmadan mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Bu barədə uzun çəkişmələrdən sonra məlum oldu ki, onun mülkiyyətində olan torpaq sahəsinə qeyri qanuni çıxarış verilmişdir. Halbuki, mülkiyyətinin üstünə çıxarış alan şəxs X28 və onun ailə üzvlərinə Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.78 hektar torpaq sahəsi (3 planjetdə) torpağa mülkiyyət hüququna dair kod 80513048 saylı, JN 0054 Dövlət Aktı ilə verilmişdir.Qeyd olunan hər iki dövlət aktının qonşuluqları bir-birini tamamlayır.Yəni, ona məxsus JN 0053 saylı Dövlət Aktının 12105-12104 koordinatları sərhəddində qonşusu X15 JN 0054 saylı Dövlət Aktı ilə verilmiş 54 B hissəsi göstərilmişdir.Eyni zamanda bunu təsdiq edən X15 verilmiş JN 0054 saylı Dövlət Aktının 12105-12104 koordinatları sərhəddində qonşusu X20 JN 0053 saylı Dövlət Aktı ilə verilmiş torpaq sahəsi göstərilmişdir. Beləliklə, Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli, 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.70 hektar torpaq sahəsi torpağa mülkiyyət hüququna dair kod 80513048 saylı, JN 0053 Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsinə çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat torpağın mülkiyyətə verilməsinə dair JN 0053 nömrəli dövlət aktında düzəliş edilməsi ilə əlaqədar 15 dekabr 2022-ci il tarixli, **********65 saylı məktubla imtina vermişdir. Bundan sonra Masallı rayon məhkəməsinə “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizə ilə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-355/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.Bundan da sonra, yenə cavabdeh təşkilata sözügedən dövlət aktına əsasən çıxarış almaq üçün müraciət etmişdir. Cavabdeh təşkilat bu dəfə də ərizənin icrasına imtina verilməsi barədə 3-21-3-44/2-2667/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla imtina verilərək “Kadastr ekspertizası zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi başqa vətəndaşa verilmiş çıxarışda qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür.” bildirilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, ləğv olunmuş DT və XK-nin Masallı rayon şöbəsinin verdiyi JN-54 saylı dövlət aktı və Azərbaycan Respublikası Alı Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(102)-129/20 saylı qərarı 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən icra olunmuş və ləğv olunmuş DT və XK-nin Masallı rayon şöbəsinin verdiyi JN-54 saylı dövlət aktı əsasında torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində mübahisənin həlli Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı ərizələrinin surəti məhkəməyə göndərilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə və üçüncü şəxslərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İş materialında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuş, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatdadır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 2-3-21-3-44/2-1329/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Sözügedən torpaq sahəsində mübahisə halı mövcud olduğu üçün müraciətin icrası mümkün olmadı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir. İş materialında olan Masallı rayon Məhkəməsinin 2(050)-355/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Masallı rayona Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli 15 nömrəli qərarı ilə verilmiş Kod 80513048, JN-0053 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X2 ilə X18, X11 ilə X19 və X22 ilə X12 eyni şəxs olması və JN-0053, Kod 80513048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X1 X8 və X14 məxsus olması faktı müəyyən edilmmişdir. İş materialında olan Masallı rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2(050)-355/2023 nömrəli məktubunda göstərilmişdir ki, 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-3605/2023 saylı məktubunuza əsasən ərizəçilər X9, X6, X10 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair Masallı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(050)-355/2023 saylı qətnaməsinin surəti göndərilir. Əlavə olaraq bildirilir ki, Masallı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(050)- 355/2023 saylı qətnaməsi 10 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materialında olan Kod 80513048, JN-0053 saylı torpağa mülkiyyət hüququna dair dövlət Aktından görünür ki, Masallı rayona Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli 15 nömrəli qərarı ilə X31, X36, X26, X18, X19, İddiaçı, X27, X33 və X5 təsərrüfatı məhsulları istehsalı üçün 0.70 ha torpaq sahəsi ayrılmışdır. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-2704/2023 nömrəli məktubunda göstərilmişdir ki, 2- 1 (120)-3605/2023 nömrəli inzibati iş ilə əlaqədar zəruri sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə daxil olmuş məktuba "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Mərkəzin arxivində JN-0053 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’nın nüsxəsi aşkar edilməmişdir. X16 adına verilmiş JN-0053 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktnın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti təqdim edilir. İş materialında olan Masallı rayonu Dövlət Arxivinin məhkəməyə ünvanladığı 21 noyabr 2023-cü il tarixli 3-48-33RA/2-200/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddiası ilə bağlı, xx.xx.2023 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğunuza cavab olaraq, bildiririk ki, torpağa mülkiyyət hüququna dair dövlət aktları, bir qayda olaraq iki nüsxədən ibarət tərtib olunur. Bir nüsxəsi vətəndaşa verilir, ikinci nüsxəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (və yə DTXK-nin müvafiq rayon şöbəsində saxlanılır).DTXK Masallı rayon şöbəsinin sənədləri Masallı RDA-nə təhvil verilməyib.Bu səbəbdən də, İddiaçı adına verilmiş JN-0053 (KOD********) nömrəli dövlət aktının və həmin dövlət aktının verilməsinə əsas olan sənədlərin təsdiqlənmiş sürətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir İddiaçının hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Kod 80513048, JN- 0053 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ayrılmış 0.70 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada tanıdılması, sərhədlərinin müəyyənləşdirilməsi, mərz nişanlarının qoyulması və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin iddiaçıya göstərilməsidir. Cavabdeh orqan tərəfindən isə iddiaçının tələbindən imtina edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Sözügedən torpaq sahəsində mübahisə halı mövcud olduğu üçün müraciətin icrası mümkün olmadı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və ailə üzvləri X31, X36, X26, X18, X19, X27, X24, X4 rayonu, Qərbilər kəndində yerləşən 0.70 ha torpaq sahəsinin mülkiyyətçiləridir. Torpağın mülkiyyətçisi qismində iddiaçı torpaq sahəsinin yerində müəyyən edilməsı, mərzçəkmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi İdarəsi bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X7rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra — inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-414/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Kod 80513048, JN-0053 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ayrılmış 0.70 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada tanıdılması, sərhədlərinin müəyyənləşdirilməsi, mərz nişanlarının qoyulması və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Kod 80513048, JN-0053 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ayrılmış 0.70 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada tanıdılması, sərhədlərinin müəyyənləşdirilməsi, mərz nişanlarının qoyulması və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1052/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1052/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver