Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1052/2025 12.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinə qarşı “şəxsin Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinə qarşı “şəxsin Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinə qarşı “xx.xx.1975-ci ildə doğulmuş oğlu X7 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanının icrası olaraq Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, X9 1975-ci il tarixdə Cəlilabad rayonu, Xəlilli kəndində anadan olmuşdur. X14 orta məktəbi bitirdikdən sonra Cəlilabad rayon Hərbi Komissarlığı (indiki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi) tərəfindən hərbi xidmətə çağrılmışdır. Mərhum X14 bir hərbi qulluqçu kimi xidmət etdiyi müddət dövrüdə də xidmətini vicdanla yerinə yetirmiş, intizamlı bir hərbi qulluqçu olmuş, ona verilən tapşırıqları yerinə yetirməkdə təşəbbüskarlıq göstərmiş, vətənə layiqincə xidmət etmiş və öz xidməti borcunu layiqincə yerinə yetirərək hərbçi adını həmişə uca tutmaqla vətənin ən layiqli oğullarından birinə çevrilmişdir. Belə ki, X14 xx.xx.1995-ci il tarixdə Qazax rayonu, Daşsalahlı kəndi ərazisində N saylı hərbi hissədə xidməti vəzifələrinin yerinə yetirərəkən həlak olmuşdur. Cəlilabad rayon məhkəməsinin 2002-ci il tarixli qətnaməsi ilə Asəf Eyvazov ölmüş hesab edilmişdir. Bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum oğlu X10 rayonu, Xəlilli kənd qəbiristanlığında dəfn edilmişdir. Belə ki, valideyn olaraq oğluna şəhidlik statusunun verilməsindən ötrü cavabdeh təşkilata müraciət etmiş, lakin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhid adının verilməsindən imtina etmişdir. Həmçinin bildirmək istəyir ki, cavabdeh təşkilatın bu formada mövqeyi onu bir valideyn kimi məyus edir. Bir daha bildirir ki, onun iddiası formal deyil, məhz əsaslıdır. Ona görə ki, mərhum X14 döyüş bölgəsində olan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Belə olan halda da cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Bu baxımdan həlak olmuş X14un qanunla müəyyən edilmiş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilir. Hal-hazırda məhkəmə qətnaməsinin olmaması səbəbindən oğlunun şəhid olmasını təsdiq etdirmək mümkünsüz olmuşdur. Qeyd olunan cavabdeh təşkilatın mövqeyi səbəbindən o, bugünədək mərhum X14un şəhidlik statusunu tanıtdıra bilmir. Nəticədə hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. O, bu barədə dəfələrlə dövlət orqanlarına müraciət etmiş və ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı məcburetmə haqqında iddia növü olduğundan, İPM-in 8.1.2-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının və cavabdehin ünvanı Cəlilabad rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Və iddiaçı məhkəmədə mübahisə qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətlərində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinin ikinci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, Qazax Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-12/2979 nömrəli məktubuna əsasən, xx.xx.1995-ci il tarixdə Qazax rayonu, Daşsalahlı kənd ərazisində N saylı hərbi hissənin 5-ci taborun 1-ci bölüyün əsgərləri taktiki təlim keçərkən, saat 11:30 radələrində fasilə zamanı avtomat silahdan atəş açılmış, atılan güllə həmin vaxt orada oturub istirahət edən əsgər A.Q.Eyvazovun sağ döş qəfəsinə dəymiş və o, aldığı xəsarətdən ölmüşdür. Əlavə olaraq, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli müvafiq qətnaməsinə əsasən 1976-cı ildə anadan olmuş A.Q.Eyvazov ölmüş elan edilmişdir. Məhkəmə aktında Xidmətin maraqlarına toxunulmamış və hüquq haqqında mübahisə yaratmamışdır. Odur ki, təlim zamanı həlak olmuş hərbi qulluqçulara “şəhid”, ailələrinə “şəhid ailəsi” statusunun verilməsi yuxarıda göstərilən qanunvericilikdə nəzərə tutulmadığından, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən A.Q.Eyvazova “şəhid” statusunun verilməsi mümkün deyil. Cəlilabad rayon Məhkəməsinin 2-249/2002 nömrəli, xx.xx.2002-ci il tarixli qətnaməsindən görünür ki, 1976-cı ildə anadan olmuş X9 ölmüş elan edilmişdir. Cəlilabad Rayon Hərbi Komissarının iddiaçıya ünvanladığı xx.xx.2007-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissənin sabiq əsgəri N noyabr 1995-ci il tarixdə aldığı güllə yarasından vəfat etmiş, Cəlilabad rayonu Xəlilli kənd sakini olmuş X7 ölümünün səbəbini araşdırmaq məqsədi ilə tərəfimizdən xx.xx.2007-ci il tarixdə 4/741 nömrəli sorğu anketi ilə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu göndərilmişdir. Arxivdən daxil olmuş xx.xx.2007-ci il tarixli, 26/2-6441 nömrəli məktubda yenidən X7 xx.xx.1995-ci il tarixdə aldığı güllə yarasından həlak olduğu göstərilmişdir. Tərəfimizdən xx.xx.2007-ci il tarixdə ölümün səbəbini araşdırmaq üçün Qazax Hərbi Prokurorluğuna 4/1043 nömrəli sorğu ilə müraciət olunmuşdur. Qazax Hərbi Prokurorluğunun xx.xx.2007ci il tarixli, 12/HP-4021 nömrəli məktubuna əsasən X7 odlu silahdan atılmış güllə yarasından ölməsi faktına görə xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 100-cü maddəsinə əsasən cinayət işinin istintaq olunduğu göstərilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığına görə xx.xx.1996-cı il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 209-cu maddəsinin 3-cü bəndinə əsasən dayandırılmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarına və Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 35 saylı qərarına əsasən mərhum X8 şəhidlik statusu şamil edilmir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı X3 oğlu X7 ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad rayon Məhkəməsi tərəfindən baxılaraq xx.xx.2002-ci il tarixli, 2(073)-249/2002 saylı qətnamə çıxarılmış, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Şəmkir Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin komandiri tərəfindən, həmin hərbi hissənin əsgəri X7 xx.xx.1995-ci il tarixdə güllə yarası alması və aldığı xəsarətdən ölməsi faktı üzrə xx.xx.1995-ci il tarixdə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 100-cü (özünü öldürmə dərəcəsinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmış, iş aidiyyəti üzrə Şəmkir (Qazax) hərbi prokurorluğuna göndərilməklə xx.xx.1995-ci il tarixdə icraata qəbul edilmişdir. İstintaqla müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborun 1-ci bölüyün şəxsi heyəti ilə xx.xx.1995-ci il tarixdə Qazax rayonu Daşsalahlı kəndində “Cəfər bulağı” adlannan ərazidə düşmənə hücum etmə və düşməndən müdafiə olunma ilə bağlı taktiki təlim məşqi keçirilməyə başlamış, saat 11:30 radələrində fasilə zamanı şəxsi heyətin istirahət etdiyi yerdə avtomat silahdan atılan güllə səsi eşidilmiş və nəticədə güllə əsgər X7 döş qəfəs nahiyyəsini dəlib keçərək aldığı xəsarətdən ölmüşdür. Cinayət işinin materiallarına əsasən, atəş 7.62 mm kalibirli odlu silahdan 5 sm-dən 10 smdək olan məsafədən atılmışdır. Lakin əsgər Asəf Eyvazovun ölümünün səbəbləri və təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından xx.xx.1996-cı il tarixdə cinayət işi üzrə icraat həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 209-cu maddəsinin 3-cü bəndinə əsasən dayandırılmışdır. Şəmkir Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Şəmkir Hərbi Prokurorluğunda xx.xx.1996-cı il tarixdə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 209-cu maddəsinin 3-cü bəndinə əsasən icraatı dayandırılmış 19/4968-95 nömrəli cinayət işi üzrə xx.xx.1996-cı il tarixdə təyin edilmiş kompleks məhkəmə-trasoloji-fiziki-kimyəvi ekspertizası haqqında qərara əsasən, xx.xx.1996-cı il tarixli 758/759 nömrəli məhkəmə ekspertizası rəyinin təsdiq edilmiş surəti mməhkəməyə göndərilmişdir. Həmin cinayət işinin materiallarında mərhum X7 meyitinin ailəsinə təhvil verilməsi, meyitin daxili və xarici müayinəsinin aparılmasına dair protokol, fotoşəkillər, məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və fotoşəkillər müəyyən edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş arayışdan müəyyən olunur ki, İddiaçı və X4 hesabına Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən şəhid olmuş hərbi qulluqçunun vərəsəsi kimi 5533.00 manat birdəfəlik ödəmə köçürülmüşdür. X15 Sosial Müdafiəsi Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi davam etdirilir. Şəhid olmuş 2350 nəfər hərbi qulluqçunun 3413 vərəsəsinə ********.87 (İyirmi beş milyon doqquz yüz səksən bir min beş yüz əlli səkkiz manat 87 qəpik) (birdəfəlik ödəmə ********.31 manat, bank xidməti 157225.56 manat) manat vəsaitin təqdim olunmuş ödəniş tapşırıqlarına uyğun olaraq onların müvafiq hesablarına köçürülməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Cəlilabad rayon Hərbi Komissarlığın xx.xx.2022-ci il tarixli, 351 saylı arayışında qeyd edilmişdir ki, 1976-cı il təvəllüdlü X9 xx.xx.1995-ci il tarixdə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.1995-ci il tarixdə güllə yarasından həlak olmuşdur. Şəmkir Hərbi Prokurorluğunun xx.xx.1996-cı il tarixli qərarında qeyd edilmişdir ki, xx.xx.1995-ci il tarixdə gündüz saat 11:30 radələrində Qazax rayonu Daşsalahlı kəndi ərazisində N saylı hərbi hissənin 5-ci motoatıcı taburunun 1-ci bölüyünün əsgərləri taktiki təlim keçərkən fasilə zamanı avtomat silahdan atəş açılmışdır. Atılan güllə həmin vaxt oturub dincələn siravi əsgər X13 dəymiş, o, aldığı güllə yarasından ölmüşdür. N saylı hərbi hissənin əsgəri X7 ölmündə müqəssir şəxs müəyyən edilənədək 19/4968-95 nömrəli cinayət işinin istintaqı dayandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları» 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. .1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası X15 Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu bənddə göstərilən sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid iadının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Göründüyü kimi normatiq hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu X9, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən çağırılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborun 1-ci bölüyün şəxsi heyəti ilə xx.xx.1995-ci il tarixdə Qazax rayonu Daşsalahlı kəndində “Cəfər bulağı” adlannan ərazidə düşmənə hücum etmə və düşməndən müdafiə olunma ilə bağlı taktiki təlim məşqi keçirilməyə başlamış, saat 11:30 radələrində fasilə zamanı şəxsi heyətin istirahət etdiyi yerdə avtomat silahdan atılan güllə səsi eşidilmiş və nəticədə güllə əsgər X7 döş qəfəs nahiyyəsini dəlib keçərək o, aldığı xəsarətdən ölmüşdür. Cinayət işinin materiallarına əsasən, atəş 7.62 mm kalibirli odlu silahdan 5 sm-dən 10 sm-dək olan məsafədən atılmışdır. Hadisə ilə bağlı cinayət işi açılmış, lakin əsgər Asəf Eyvazovun ölümü ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından xx.xx.1996-cı il tarixdə cinayət işi üzrə icraat həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CPM-in 209-cu maddəsinin 3-cü bəndinə əsasən dayandırılmışdır. Belə ki, həmin fakt öz təsdiqini Şəmkir Hərbi Prokurorluğunun xx.xx.1996-cı il tarixli qərarı ilə də tapmışdır ki, həmin qərarda xx.xx.1995-ci il tarixdə gündüz saat 11:30 radələrində Qazax rayonu Daşsalahlı kəndi ərazisində N saylı hərbi hissənin 5-ci motoatıcı taburunun 1-ci bölüyünün əsgərləri taktiki təlim keçərkən fasilə zamanı avtomat silahdan atəş açıldığı, atılan güllə həmin vaxt oturub dincələn siravi əsgər X8 dəydiyi, onun aldığı güllə yarasından öldüyü, N saylı hərbi hissənin əsgəri X7 ölmündə müqəssir şəxs müəyyən edilənədək 19/4968-95 nömrəli cinayət işinin istintaqı dayandırıldığı qeyd olunmuşdur. Beləliklə də, iş materiallarında olan mötəbər sübut əhəmiyyəti daşıyan sənədlərdən müəyyən olunur ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqlarını yerinə yetirərkən deyil, xx.xx.1995-ci il tarixdə təlim məşqi keçirilən zaman fasilə zamanı şəxsi heyətin istirahət etdiyi yerdə təsadüfən avtomat silahdan atılan güllə yarası nəticədə nəticəsində vəfat etmişdir. Nəticədə məhkəmə hesab edir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olunduğunu əhatə edir. Asəf Eyvazovun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. X7 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və bədbəxt hadisə nəticəsində vəfat etməsi şəhid statusu verilməsi üçün əsas ola bilməz. Belə olan halda şərh olunanlara əsasən, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının xx.xx.1975-ci ildə doğulmuş oğlu X7 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova.
Məhkəmə qərarları › İş №2-1(120)-1052/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1052/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver