Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1053/2024 25.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü (müharibə) nəticəsində zərər dəymiş və bərpası başa çatdırılmamış İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bərpası və yenidən qurulması işlərinin aparılması öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü (müharibə) nəticəsində zərər dəymiş və bərpası başa çatdırılmamış İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bərpası və yenidən qurulması işlərinin aparılması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3606/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində (adi cəlbetmə qaydasında) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü (müharibə) nəticəsində zərər dəymiş və bərpası başa çatdırılmamış İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bərpası və yenidən qurulması işlərinin aparılması öhdəliyin cavabdehin üzərinə qoyulması” kimi baxılmasına davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1948-ci ildə Horadiz şəhərində (keçmiş Horadiz qəsəbəsində) anadan olmuşdur. X6 zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində yaşadığı ev qəzalı vəziyyətə düşmüşdür, evdə olan əşyalar yararsız hala düşmüşdür. Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin çoxsaylı normativ hüquqi aktları qəbul edilmişdir. Təmir-bərpa işləri ilə bağlı tədbirlərin görülməsi məqsədilə siyahılaşdırma və qiymətləndirmə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Maddi ziyanın kompensasiya edilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, onun evinin GİZ təşkilatı tərəfindən təmir edildiyinə istinad edilməklə imtina verilmişdir. Sonuncu müraciətini Füzuli Rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixdə göndərmiş, 30 gündən artıq müddət keçməsinə baxmayaraq müraciətinə cavab verilməmişdir. “Füzuli rayonunun Horadiz şəhərində yaşayan əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli 142 nömrəli Qərarına əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayonunun Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial-iqtisadi problemlərini həll etmək məqsədilə Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Füzuli Rayon İcra Hakimiyyətinə şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün tədbirlər görülməsi tapşırılmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı öz ərizəsində evinin və həmin evdə olan əşyaların məhz X6 zamanı yararsız hala düşdüyünü qeyd etmişdir. İddiaçı tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ekspert rəyində də qeyd olunur ki, İddiaçı məxsus evdə uzun müddət yaşayış olmaması səbəbindən aşınma və korroziya baş vermişdir. Bildirir ki, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə "Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayonunun Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial-iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə tapşırılsın ki, şəhərdə hazırda aparılan bərpa işlərinin sürətinin və həmçinin artırılması üçün tədbirlər görsün, birinci növbədə qəsəbədə məskunlaşmış ailələrin yaşayış sahələrinin abadlaşdırılmasını təmin etsin”. Həmin Qərarın 11-cu bəndində isə qeyd edilmişdir ki, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Füzuli Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün tədbirlər görsünlər. Bundan başqa həmin Qərarda X6 zamanı Horadiz şəhərində zərər çəkmiş yaşayış sahələrinin bərpası həmin dövürdə fəaliyyət göstərən Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə tapşırılmışdır. Qərarın 11-ci maddəsində isə Füzuli Rayon İcra Hakimiyyətinə şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi vəzifəsi tapşırılmışdır. Həmin Qərarın 11-ci maddəsində isə Füzuli Rayon İcra Hakimiyyətinə şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi vəzifəsi tapşırılmışdır. Qeyd olunanlara əsaslanaraq hesab edirlər ki, iddiaçının evinə dəymiş ziyanla bağlı Rayon İcra Hakimiyyətinə qarşı qaldırılmış iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlmiş, cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 çıxışlarında iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA №133003 nömrəli, xx.xx.2006-cı il tarixli X4 görünür ki, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Azərbaycan Respublikasinin Dövlət Elm X10 Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, arxivdə mühafizə olunan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik fondunun 1998, 1999 və 2000-ci illəri əhatə edən sənədlərində Horadiz şəhəri, Ş.Xətai küçəsi, ev 5-ə aid evin baxış aktı və digər hər hansı sənədləri aşkar olunmadı. Füzuli rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı eyni məzmunda dəfələrlə Rayon İcra Hakimiyyətinə müraciətlər etmiş, müraciətləri ilə bağlı dəfələrlə Rayon İcra Hakimiyyətində qəbul edilərək müvafiq izahatlar verilmiş və ona yazılı cavablar verilmişdir. İddiaçı görüşlər zamanı izah olunmuşdur ki, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə "Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayonunun Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial-iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarına əsasən tənzimlənir. Memarlıq və Tikinti şöbəsinin müdiri baş memar Natiq Ağayevin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evininin təmir olunmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətiniz rayon İcra Hakimiyyətində araşdırılmışdır. Nəzərinizə çatdırırıq ki. Sizin fərdi yaşayış eviniz 1999-cu ildə qismən bərpa olunmuşdur. Hazırda rayonda yalnız işğal zamanı yandırılmış və dağıdılmış, bərpa olunmamış evlərin təmir-bərpa işləri dövlət hesabına, cari təmir işləri isə vətəndaşın öz hesabına aparılır. Bütün bunlara baxmayaraq Horadiz şəhərində yandırılmış və dağıdılmış, qtsmən bərpa olunmuş evlərin yenidən bərpasına başlanan zaman Sizə də köməklik olunacaqdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdirma Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətən müharibəsi zamanı Ermənistan Respublikasının silahlı qüvvələrinin təcavüzü nəticəsində sizə məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş ziyanla əlaqədar təmir edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Baş nazirinə ünvanladığınız xx.xx.2022-ci il tarixli ərizənizə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Pİanlaşdırma Mərkəzində baxılmışdır. Bildiririk ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2020-ci il tarixli 2292 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyası tərəfindən texniki baxış aktı tərtib edilən müvafiq obyektlərin təmir və tikintisini həyata keçirir. Sizə məxsus yaşayış evinə ziyan dəyməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən tərtib olunan hər hansı texniki baxış aktı Komitəyə daxil olmamışdır. xx.xx.2023-cü il tarixli Texniki Baxış aktında qeyd edilmişdir ki, texniki baxış zamanı 1982-ci ildə yaşayış evinin ön fasad hissəsinə sonradan əlavə 1 yaşayış otağı və 1 eyvan inşa edilmişdir. Əlavə sahələr mövcud evə hörgü əlavəsi olmadan inşa edilmişdir. Evin əsas gücdaşıyıcı divarında (sonradan əlavə olunan hissədə) müxtəlif ölçüdə keçici çatlar və sağ yan fasad divarın şauqili vəziyyətinə əyilməsi müşahidə edildi. Bundan əlavə olaraq evin digər otaqlarında (təmirli otaq istisna olmaqla) mərtəbəarası örtüklər yoxdur, 4 otaq tam olaraq təmirsizdir. Horadiz şəhər İcra Nümayəndəliyinin verdiyi arayışa əsasən yaşayış evi 1983-cü ildə tərəfindən yandırılmışdır. Yaşayış evi texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Evin təhlükəsiz istismarını təmin etmək məqsədilə layihə əsasında bərpa-gücləndirmə və təmir işlərinin aparılması məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikasi Qaçqinlarin və X5 Üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Füzuli rayonu, Horadiz şəhəri, Xətai küçəsində yerləşən və İddiaçı məxsus 5 nömrəli fərdi yaşayış evində Komitə tərəfindən heç bir təmir-bərpa işləri həyata keçirilməmişdir. Azərbaycan Respublikasi Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinə müraciət edərək 1998-ci ildə evinin təmir olunduğunu ancaq təmirdən narazı qalması səbəbindən onun evinin təkrar təmir olunmasını xahiş etmişdir. Bildirir ki, İddiaçı eyni məzmunda dəfələrlə müraciət etmiş və onun müraciətləri Rayon İcra Hakimiyyəti tərəfindən cavablandırılmışdır. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə "Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayon, Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial- iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə tapşırılsın ki, şəhərdə hazırda aparılan bərpa işlərinin sürətinin və həmçinin artırılması üçün tədbirlər görsün, birinci növbədə qəsəbədə məskunlaşmış ailələrin yaşayış sahələrinin abadlaşdırılmasını təmin etsin”. Həmin Qərarın 11-cu bəndində isə qeyd edilmişdir ki, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Füzuli Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün tədbirlər görsünlər. Həmin Qərarın tələbinə uyğun olaraq, X6 zamanı Horadiz şəhərində zərər çəkmiş yaşayış sahələrinin bərpası Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən həyata keçrilmiş və yekun olaraq mülkiyyət sahibləri ilə Agentlik arasında təhvil aktı bağlanaraq yaşayış sahələri onlara verilmişdir. Həmin qanunun 11-ci maddəsində isə Füzuli Rayon İcra Hakimiyyətinə şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi vəzifəsi tapşırılmışdır. Məhz bu səbəbdən sözügedən evin təmir bərpa işlərinin aparılması ilə bağlı hər hansı sənəd Rayon İcra Hakimiyyətində mövcud deyil. Cavabdeh Başçisinin Horadiz Şəhəri İnzibati Ərazi X2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanında olan fərdi yaşayış evi şəhər sakini İddiaçı məxsusdur. Azərbaycan Respublikasi Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X7 Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı istifadəsində olan ünvan 7 ünvandakı fərdi yaşayış evinə dair 1994-1995-ci illərdə mülkiyyətçi ilə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin arasında bağlanan təhvil-təslimə aid sənədlər X7 filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasi Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatinin Hüquq Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2018-ci il tarixə qədər olan bütün sənədlər axrivə verilməsi səbəbindən hal hazırda 1994- 1995-ci illərə aid məlumatlar Rayon İcra Hakimiyyətində yoxdur. Füzuli rayon, Horadiz şəhəri 1993-cü ilin oktyabr ayının 23-də erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1994-cü ilin yanvar ayının 5-də isə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən müraciətdə qeyd edilən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin kimin mülkiyyətində olması, həmçinin mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlər aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmadı. Füzuli Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı qeydiyyatda olduğu, Horadiz şəhəri, Xətai küç, ev 5 ünvanda yerləşən fərdi yaşayış evi 1993-cü ilin oktyabr ayında Horadiz şəhərinin ermənistan respublikasının silahlı qüvvələri tərəfindən işğal edilən zamanı yandırılmış və 1998-ci ildə Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi (Bərpa Agentliyi) tərəfindən bərpa edilmişdir. Sözügedən fərdi yaşayış evi Bərpa Agentliyi tərəfindən 1998-ci ildə bərpa olunduğu üçün yenidən bərpa olunacaq evlərin siyahısına daxil edilməmişdir. Ümumilikdə isə Füzuli rayonu üzrə bərpa olunmamış 427 fərdi yaşayış evi vardır ki, həmin evlərin təmir-bərpa edilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə müraciət edilmişdir. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə "Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayon, Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial- iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə tapşırılsın ki, şəhərdə hazırda aparılan bərpa işlərinin sürətinin və həmçinin artırılması üçün tədbirlər görsün, birinci növbədə qəsəbədə məskunlaşmış ailələrin yaşayış sahələrinin abadlaşdırılmasını təmin etsin". Həmin Qərarın 11-cu bəndində isə qeyd edilmişdir ki, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Füzuli Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün tədbirlər görsünlər. Həmin Qərarın tələbinə uyğun olaraq, X6 zamanı Horadiz şəhərində zərər çəkmiş yaşayış sahələrinin bərpası Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən həyata keçrilmiş və yekun olaraq mülkiyyət sahibləri ilə Agentlik arasında təhfil aktı bağlanaraq yaşayış sahələri onlara verilmişdir.Həmin qanunun 11-ci maddəsində isə Füzuli Rayon İcra Hakimiyyətinə şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi vəzifəsi tapşırılmışdır. Məhz bu səbəbdən sözügedən evin təmir bərpa işlərinin aparılması ilə bağlı hər hansı sənəd Rayon İcra Hakimiyyətində mövcud deyil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Horadiz şəhəri, X11 küçəsi, 5 (yeni qaydalarla Az1900, Horadiz şəhəri, X11 küçəsi, giriş 19) ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Cavabdeh Başçısının Horadiz Şəhəri İnzibati Ərazi X2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Horadiz şəhər sakini olan X3 Horadiz şəhər ərazisində özünə məxsus heç bir fərdi yaşayış evi və ya mənzili habelə həyətyanı torpaq sahəsi yoxdur. Füzuli Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2024-cü il tarixli sorğunuza cavab olaraq bildirirəm ki, X6 zamanı Füzulu rayonunun işğaldan azad edilmiş ərazilərində, (Horadiz şəhərinində) təmir bərpa işlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarına əsasında, Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi (Agentlik) tərəfindən həyata keçrilmişdir. Füzuli Rayon İcra Hakimiyyəti həmin qərarın 11-ci bəndinin tələbinə uyğun olaraq, bərpa edilmiş yaşayış evlərinə sakinlərinin köçürülməsinin təmin etmişdir. Yaşayış evləri təmir və ya bərpa edildikdən sonra təhfil-təslim aktı ev sahibi ilə Agentlik arasında bağlandığı üçün Rayon İcra Hakimiyyətində iddiaçı ilə bağlanmış təhviltəslim aktı yoxdur. Azərbaycan Respublikasi Cavabdeh Başçısının Horadiz Şəhəri İnzibati Ərazi X2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Horadiz şəhər sakini İddiaçı şikayəti əsasında göndərdiyiniz kommisiya onun evinə baxış keçirmişdir. Şikayətçi İddiaçı nümayəndəliyə müraciət edərək Horadiz şəhərində yerləşən fərdi yaşayış evinə onun özünün iştirakı olmadan baxış keçirilməsinə narazılığını bildirdi və həmçinin komissiyanın verdiyi rəylə qəti razı olmadığını dedi. O, bildirir ki, mənim evimdə baxışı bir adam keçirdiyi halda akta üç nəfər imza atmışdır. Kommisiya rəy vermişdir ki, ev məhdud şəkildə yaşayışa yararlıdır. Şikayətçi İddiaçı komissiyanın rəyi ilə razılaşmadığına görə Baş nazirin müavini cənab Ş.Mustafayevə müraciət etdiyim bildirir. Cənab Ş.Mustafayev ərizəni xüsusi nəzarətə götürərək Füzuli rayon İcra Hakimiyyətinə göndərmişdir. Vətəndaş İddiaçı iştirakı ilə araşdırılma aparılarkən, o yenidən kommisiya tələb etmişdir. Horadiz şəhər icra nümayəndəliyi balans saxlayıcı təşkilat olduğundan, vətəndaşın müraciətlərini nəzərə alıb kommisiyanın yenidən göndərilməsini sizdən xahiş edir. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən inzibati araşdırma tam aparılmamış, həmçinin iddiaçıya bir biri ilə ziddiyyət daşıyan müxtəlif cavablar verilmişdir. Məktubda qeyd edilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramına əsasən: Naxçıvan MR-ın, Füzuli, Ağcabədi, Ağdam. Tərtər, Goranboy, Tovuz, Qazax və Gədəbəy rayonlarının işğaldan azad olunmuş və müharibə zamanı zərər dəymiş yaşayış məntəqələrində bərpası başa çatdırılmamış evlərin, sosial və texniki infrastrukturların, tarix, mədəniyyət müəssisələrinin və abidələrinin bərpası və yenidən qurulması işlərinin aparılması, işğaldan azad olunmuş və müharibə zamanı zərər dəymiş sərhədyanı əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və mədəni abidələrin bərpası Azərbaycan Respublikasının Hərbi X1 Olunmuş və X8 Dəymiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, müvafiq rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilir. İş materiallarında olan sübut əhəmiyyəti daşıyan Füzuli rayon İcra Hakimiyyəti başçısının aparatının məktubunda qeyd edilmişdir ki, iddiaçının fərdi yaşayış evi 1999-cu ildə qismən bərpa olunmuş, hazırda rayonda yalnız işğal zamanı yandırılmış və dağıdılmış, bərpa olunmamış evlərin təmir-bərpa işləri dövlət hesabına, cari təmir işləri isə vətəndaşın öz hesabına aparılır. Bütün bunlara baxmayaraq Horadiz şəhərində yandırılmış və dağıdılmış, qismən bərpa olunmuş evlərin yenidən bərpasına başlanan zaman iddiaçıya da köməklik olunacaqdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69,73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1053/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1053/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver