Məhkəmə qərarları › İş №2-1(120)-1056/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1056/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1056/2020 29.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı (Saatlı rayonu, Nərimankənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X5 (Saatlı rayonu, Mollavaizli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X11 Naziriliyi tabeliyində Dövlət X21 publik hüquqi şəxsinin Saatlı rayon filialına qarşı əmək kitabçasında qeyd olunan iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Saatlı rayonu, Nərimankənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X16 Saatlı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020ci il tarixli, **********4 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan illəri sosial sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci ildə Saatlı rayonunda anadan olmuş, 1974-1976-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1977- 1978-ci illərdə Saatlı rayonu “Kolxozlararasıtəmirtikinti” idarəsində sürücü və fəhlə işləmiş, 1978-1979-cu illərdə Sabirabad rayonu Muğan M/M-də sürücü işləmiş, 1980-1987-ci illərdə X1 İdarəsində işləmiş, 1987-1991-ci illərdə X2 sürücü işləmiş, 1991-ci ildən 1997-ci ilə qədər Saatlı XSSEU-11 trestində sürücü işləmiş, 1997-2001-ci illərdə Saatlı Aqrokoop-da çeşidləyici işində işləmişdir. Bu barədə müvafiq sənədləri Dövlət X16 Saatlı rayon şöbəsinə təqdim etmiş, Dövlət X16 Saatlı rayon şöbəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X16 Saatlı rayon şöbəsinin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən kişilərin yaşa görə pensiya təyin olunması üçün 64 yaş 6 aya uyğun 25 il sığorta stajı tələb olunur. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı 1997-2001-ci illərdə Saatlı rayon Aqrokoopda çeşidləyici işləməsi faktı Saatlı rayon Aqrokoopda və Saatlı rayon Dövlət Arxivində araşdırılmış, xx xxxxxx 1997-xx xxxx 2001-ci illər üzrə əmr kitablarının və əmək haqqı cədvəllərinin Saatlı rayon Aqrokoopda saxlanılmadığı üçün və Saatlı rayon Dövlət Arxivində saxlanılmadığı üçün təhvil verilmədiyinə görə vətəndaşın əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Hərbi biletə əsasən İddiaçı 2 il hərbi xidmətdə olmuşdur. Beləliklə vətəndaşın cəmi 25 il 11 ay sığorta stajı yaranmışdır. xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Beləliklə İddiaçı 25 il 11 ay sığorta stajı olmasına baxmayaraq Saatlı rayon Aqrokoopda çeşidləyici işlədiyi 1997-2001-ci illərin əmr kitablarının və əmək haqqı cədvəllərinin Saatlı rayon Aqrokoopda və Saatlı rayon Dövlət Arxivində saxlanılmadığı üçün araşdırılması mümkün olmadığına görə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alıb vətəndaşın əmək fəaliyyətini araşdırılıb iddia tələbinin təmin olunması barədə qərar qəbul etmək məhkəmənin səlahiyyətinə vermişdir. Qeyd olunanları nəzərə alıb vətəndaşın əmək fəaliyyətini araşdırıb iddia tələbinin təmin olunması barədə qərar qəbul etmək məhkəmənin səlahiyyətini verildiyini bildirdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletinin təsdiq edilmiş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X7 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 64 yaş 6 ayı (x xxxx 2019-xx xxxx 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 03756917 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Saatlı rayonu, Nərimankənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İddiaçı xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, ИТ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1977-1978-ci illərdə Saatlı rayonu “Kolxozlararasıtəmirtikinti” idarəsində sürücü və fəhlə işləmiş, 1978-1979-cu illərdə Sabirabad rayonu Muğan M/M-də sürücü işləmiş, 1980-1987-ci illərdə X1 İdarəsində işləmiş, 1987-1991-ci illərdə X2 sürücü işləmiş, 1991-ci ildən 1997-ci ilə qədər Saatlı XSSEU-11 trestində sürücü işləmiş, 1997-2001-ci illərdə Saatlı Aqrokoop-da çeşidləyici vəzifəsində işləmişdir. İşdə olan Dövlət X16 Saatlı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, xx xxxxxxx 2010-cu il tarixdə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatı imkan vermədikdə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 64 yaş 6 ay yaş həddinə çatmasına baxmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı hüququnun yarandığı xx.xx.2020-ci il tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə, təqdim etdiyi əmək kitabçasına və hərbi biletə əsasən Saatlı rayon Aqrokoopunda xx.xx.1997-xx.xx.2001-ci ilə kimi əmək haqqı və əmr kitablarının Saatlı rayon Dövlət Arxivinə və Saatlı rayon Aqrokoopunda saxlanılmadığı üçün araşdırılması mümkün olmamışdır. Odur ki, hüququnun yarandığı tarixdən əmək pensiyası hüququnun yaranmadığı üçün ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Saatlı rayon Statistika idarəsinin xx.xx.2020-ci il tarixli, 89 nömrəli məktubunda qeyd edilmişdir ki, “Aqrokoop” tədarük sənaye ticarəti (sonradan Saatlı rayonu X15 Sənaye Birliyi) xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2020-ci il tarixli, 0113-41 nömrəli məktubunda qeyd edilmişdir ki, Aqrokoop” tədarük sənaye ticarəti (sonradan Saatlı rayonu X15 Sənaye Birliyi) xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və X11 Naziriliyi tabeliyində Dövlət X21 publik hüqiqi şəxsinin Saatlı rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, “Saatlı rayon Aqrokoop” ilə “Aqrokoop” tədarük sənaye ticarəti (sonradan Saatlı rayonu X15 Sənaye Birliyi) eyni müəssisədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X12 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********234800 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət “Aqrokoop tədarük X19” xx.xx.1997-ci il tarixdə 33327 nömrəsi ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. “Aqrokoop tədarük X19” 1997-ci ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İşdə olan X9 təsdiq edilmiş ərizəsindən görünür ki, 1988-ci ildən 2002-ci ilə qədər Saatlı rayonu “Aqrokoop”da tədarükçü vəzifəsində işləmiş, Saatlı rayonu, Nərimankənd kənd sakini İddiaçı 1997-ci ildən 2002-ci ilə qədər Saatlı rayonu “Aqrokoop”da çeşidləyici işində işləmişdir. Onun işlədiyinin şahidi olmuş və təsdiq edir. Onunla iş yoldaşı olmuşdur. İşdə olan X3 təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1983-cü ildən xx.xx.2000-ci ilə qədər Saatlı rayonu “Aqrokoop”da mühasib vəzifəsində işləmiş, Saatlı rayonu, Nərimankənd kənd sakini İddiaçı 1997-ci ildən 2002-ci ilə qədər Saatlı rayonu “Aqrokoop”da çeşidləyici işində işləmişdir. Onun işlədiyinin şahidi olmuş və təsdiq edir. Şahid X10 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 2000-2007-ci illərdə Saatlı rayonu X15 X13 direktor vəzifəsində çalışmış, 2019-cu ildə yenidən həmin müəssinənin direktoru vəzifəsinə təyin olunmuşdur. Saatlı rayonu “Aqrokoop”u ilə Saatlı rayonu X15 X19 eyni müəssisədir. Saatlı rayonu “Aqrokoop”u X15 X6saldılmış adıdır. Həmin müəssisə Azərittifaqın tabeliyindədir. 2000-ci ildə direktor təyin olunduğu zaman Saatlı rayonu, Nərimankənd kənd sakini İddiaçı həmin müəssisədə “çeşidləyici” vəzifəsində işləyirdi. xx.xx.2001-ci il tarixli, 7 nömrəli əmrinə əsasən işdən azad olmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə xx.xx.1977-ci il tarixli, ИТ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir.Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Bundan başqa, məhkəmə qeyd edir ki, Saatlı rayon Aqrokoopunun 1997-2001-ci illərə aid əmək haqqı və əmr kitablarının arxiv təhvil verilməməsi, həmçinin Saatlı rayon Aqrokoopunda saxlanılmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı əmək kitabçasında qeyd olunan iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan (xx.xx.2020-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X11 Naziriliyi tabeliyində Dövlət X21 publik hüquqi şəxsinin Saatlı rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd olunan iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan (xx.xx.2020-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X11 Naziriliyi tabeliyində Dövlət X21 publik hüquqi şəxsinin Saatlı rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar