Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1056/2024 25.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 hektar torpaq sahəsində əkdiyi pambıq məhsuluna görə ona subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3610/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi cavabdeh siyahısından çıxarılmış, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh qismində tanınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “X7 Kompleksi” MMC arasında xam pambığın alınıb verilməsinə dair xx.xx.2021-ci il tarixdə xam pambığın alqısatqısına dair müqavilə bağlanmışdır. O, istifadəsində olan 15 ha torpaq sahəsinə pambıq əkininə görə əkin subsidiyasının verilməsindən ötrü Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi müraciət etdi, lakin cavabdeh orqan ona xx.xx.2023-cü il tarixli məktubla imtina verərək bildirmişdir ki, əkin subsidiyasının verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı müraciətə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasfna uyğun olaraq Elektron X2 Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), məhsul subsidiyası üçün Qaydanın 3.14-cü bəndinə əsasən 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2020-2021ci əkin ilində 15 hektar torpaq sahəsindən istifadə hüququna dair sənədi qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi, habelə əkin aparılan sahənin ərazisi, koordinatları və digər aidiyyəti məlumatları tədarükçü tərəfindən təqdim olunmuş məlumatlarla aparılan çarpaz yoxlamalar nəticəsində öz təsdiqini tapmadığı üçün əkin subsidiyası hesablanmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırıİması Qaydası”nın 1.2.1-ci və 1.2.2-ci bəndlərinə əsasən subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. “Subsidiya” informasiya sistemi (SİS) - kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X5” informasiya sistemidir. Həmin qaydaların 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası - fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8-ci bəndinə əsasən Nazirliyin X9 mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən “Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinəəsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X9 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi tərəfindən iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq Elektron X2 Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), məhsul subsidiyası üçün Qaydanın 3.14-cü bəndinə əsasən 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2020-2021ci əkin ilində 15 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi, habeləəkin aparılan sahənin ərazisi, koordinatları və digər aidiyyəti məlumatları tədarükçü tərəfindən təqdim olunmuş məlumatlarla aparılan çarpaz yoxlamalar nəticəsində öz təsdiqini tapmadığı üçün X1 əkin subsidiyası hesablanmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. İddiaçının etinasızlığı, sənədini vaxtında və düzgün təqdim etməməsi nəticəsində qanunvericiliyin tələbinə uyğun olaraq subsidiyanın dövlət büdcəsinə qaytarılmış və ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, əkin subsidiyasını ala bilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı müraciətə baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq Elektron X2 Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), məhsul subsidiyası üçün Qaydanın 3.14-cü bəndinə əsasən 15 dekabr tarixinədək mənsuiun tədarükçüyə təhvii verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən yazlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət fevralın 1-dən başlayaraq iyun ayının 1-dək müəyyən edilmişdir. İstifadəsində olan torpaq sahəsində həyata keçirdiyi 15 hektar pambıq əkininə görə əkin subsidiyasının hesablanması üçün zəruri məlumatların Nazirliyə təqdim edilməməsi səbəbindən əkin subsidiyası hesablanmamışdır. - İşdə olan ******* saylı əkin bəyanına əsasən, İddiaçı 17 ha pambıq sahəsi üçün 2020-ci ilin aprel ayına olan əkin tarixi üçün xx.xx.2020-cı il tarixdə bəyan etmişdir. - İşdə olan ******* saylı əkin bəyanına əsasən, İddiaçı 15 ha pambıq sahəsi üçün 2021-ci ilin mart ayına olan əkin tarixi üçün xx.xx.2021-ci il tarixdə bəyan etmişdir. - İşdə olan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, MİHO/1.2-M-2-2022-5528-225 saylı məktubuna əsasən, 2020-ci il 1 yanvar tarixdən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq Elektron X2 Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), məhsul subsidiyası üçün Qaydanın 3.14-cü bəndinə əsasən 15 dekabr tarixədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTlS-ə daxil etməlidirlər. Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən yazlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət fevralın 1-dən başlayaraq iyun ayının 1-dək müəyyən edilmişdir. İstifadədə olan torpaq sahəsində həyata keçirdiyi 15 hektar pambıq əkininə görəəkin subsidiyasının hesablanması üçün əkin aparılan sahənin ərazisi, koordinatları və digər aidiyyəti məlumatların tədarükçü tərəfindən Nazirliyə təqdim edilməməsi səbəbindən əkin subsidiyası hesablanmamışdır. İş materiallarında olan "2021-ci il üzrə xam pambığın alqı-satqısına dair” xx.xx.2021-ci il tarixli, 869 saylı müqavilənin surətindən görünür ki, bir tərəfdən "X7 Kompleksi” MMC (alıcı), "Azərpambıq ASK” MMC-nin X4 və Tədarük Məntəqəsinin (tədarükçü) və digər tərəfdən istehsalçı (fermer) İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci və 2.1-ci bəndlərinə əsasən "Fermer” icarəsində olan 12.0 ha torpaq sahəsində pambıq əkib, hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edərək "Alıcı”ya satmaq, "Alıcı” isə "Fermer”in istehsal etdiyi xam pambığı qəbul edib, onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə ödəmək barədə müqavilə tərəfləri qarşılıqlı öhdəliklər götürmüşlər. İşdə olan 2021-2022-ci illərə dair mövsüm üzrə pambıq qəbulu qəbzlərinə əsasən, pambıq istehsalçısı İddiaçı pambığı "X7 Kompleksi” MMC tərəfindən qəbul edilmiş, pul məbləğləri ödənilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, İddiaçı 2022-2023-cü illər ərzində müxtəlif vaxtlar 4 (dörd) dəfəəkin subsidiyasının verilməsi ilə bağlı müraciətlər etmişdir. Həmin müraciətlərə 2022-ci il 13 may tarixli MİHO/1.2-2-2022-2950 nömrəli, 2022-ci il 22 iyul tarixli MİHO/1.2-2-2022-4867 nömrəli, 2023-cü il 23 yanvar tarixli MİHO/1.2-M-2-2022-5528-225 nömrəli və 2023-cü il 5 iyul tarixli 3-22-2/2-M-447-16-510/2023 nömrəli məktublarla Kənd Təsərrüfatı Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müvafiq cavablar verilmişdir. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına uyğun olaraq “X5” informasiya sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), məhsul subsidiyası üçün Qaydanın 3.14-cü bəndinə əsasən 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Həmin Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən "Əkin subsidiyasının verilməsi” xidmətinə dair Reqlamentdə fermerlər tərəfindən yazlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət fevralın 1-dən başlayaraq iyun ayının 1-dək müəyyən edilmişdir. 2020- 2021-ci əkin ilində yuxarıda qeyd edilən 15 hektar torpaq sahəsindən istifadə hüququna dair sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi, habelə əkin aparılan sahənin ərazisi, koordinatları və digər aidiyyəti məlumatları tədarükçü tərəfindən təqdim olunmuş məlumatlarla aparılan çarpaz yoxlamalar nəticəsində öz təsdiqini tapmadığı üçün əkin subsidiyası hesablanmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. - İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X8 İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, İddiaçı Elektron X2 Sistemindəki (EKTİS) şəxsi kabinetində“Səma” kiçik müəssisəsinə məxsus Sabirabad rayon Qaratəpə kəndi ərazisində yerləşən 30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid sənədlər qeydiyyatdan keçirilmişdir. Müvafiq torpaq sahəsi üzərində 2019- 2020-ci təsərrüfat ilinin yazlıq əkin dönəmində 17 hektar sahədə pambıq, 2020-2021-ci təsərrüfat ilinin payızlıq əkin dönəmində 3 hektar buğda, həmin təsərrüfat ilinin yazlıq əkin dönəmində 3 hektar qarpız, 8 hektar yonca, 15 hektar pambıq, 2021-2022-ci təsərrüfat ilinin yazlıq əkin dönəmində 8 hektar yonca əkini əkilməsi barədə bəyan məlumatları yerləşdirilmişdir. Müraciətdə qeyd edilmiş subsidiya ödənişləri barədə məlumatlar verilməsi ilə bağlı bildirilir ki, fermerlərə Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən köçürülən vəsait, o cümlədən nağd və nadsız hesablar barədə məlumat habelə vəsaitin köçürülmə tarixi, vəsaitin köçürülübköçürülməməsi və bu kimi digər məsələlər barədə X9 Mərkəzində müfəssəl məlumat olmadığı üçün lazım olan informasiyanı Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etməklə əldə edə bilər. - İş materiallarında olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Sabirabad rayonu Qaratəpə Bələdiyyəsi tərəfindən 29.0 hektar torpaq sahəsi İddiaçı 1 il müddətə icarəyə verilmişdir. İddiaçı Sabirabad rayonu Qaratəpə Bələdiyyəsinə illik 1500 manat icarə haqqı ödəməsi barə razılığa gəlmişdir. - 037892 saylı Torpaq sahəsinin plan və ölçü sənədinə əsasən, Sabirabad rayon Qaratəpə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı və xx.xx.2008-ci il tarixli, 01 saylı icarə müqaviləsinə əsasən Sabirabad rayon Qaratəpə kəndi “Səma” kiçik müəssisəsinə 31 ilə 300000 kv.m kənd təsərrüfatı məqsədi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 2020-2021-ci illər üzrə İddiaçı subsidiyanın ödənilib- ödənilməməsi və onun əkin subsidiyasının ödənilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit vəİnkişaf Agentliyinə ünvanladığı müraciətinin və bu müraciətləəlaqədar aparılmış inzibati icraat materiallarının təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə təkrar müraciətə baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QaydasıYa uyğun olaraq Elektron X2 Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), məhsul subsidiyası üçün Qaydanın 3.14-cü bəndinəəsasən 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 3.17-ci bəndinəəsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2020-2021ci əkin ilində İddiaçı 15 hektar torpaq sahəsindən istifadə hüququna dair sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi, habelə əkin aparılan sahənin ərazisi, koordinatları və digər aidiyyəti məlumatları tədarükçü tərəfindən təqdim olunmuş məlumatlarla aparılan çarpaz yoxlamalar nəticəsində öz təsdiqini tapmadığı üçün ona əkin subsidiyası hesablanmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Ə.M.X3 Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 2023-cü il 13 iyun tarixində daxil olmuş müraciətinə baxılmış və nəticəsi barədə Agentliyin 2023-cü il 5 iyul tarixli 3-22-2/2-M-447-16-510/2023 nömrəli məktubu ilə cavab verilmişdir. İddiaçı EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 2019-2020-ci əkin ilində 17 hektar pambıq əkini üçün 3740 (üç min yeddi yüz qırx) manat subsidiya onun kart hesabına ödənilmişdir. -İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’na uyğun olaraq Elektron X2 Sistemi (EKTİS) üzərindən həyata keçirilir Həmin Qaydanın 3 8-cı bəndinəəsasən fermerlər bitkiçilik sahəsi uzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), məhsul subsidiyası üçün Qaydanın 3.14-cü bəndinəəsasən 15 dekabr tarıxınədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun novu və miqdarı barədə məlumatları EKTİS-ədaxıl etməlidirlər Qaydanın 3.17-cı bəndinəəsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2019-2020-ci əkin ilində İddiaçı EKTİS-ə daxıl etdiyi məlumatlara əsasən 17 hektar pambıq əkini üçün 3740 (üç min yeddi yüz qırx) manat subsidiya onun kart hesabına ödənilmişdir. 2020-2021-cı əkin ilində Ə M Məmmədovun 15 hektar torpaq sahəsindən istifadə hüququna dair sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi, habeləəkin aparılan sahənin ərazisi, koordinatları və digər aidiyyəti məlumatları tədarükçü tərəfindən təqdim olunmuş məlumatlarla aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsində həyata keçirilən pambıq əkininə görə ona əkin subsidiyası hesablanmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. İddiaçı torpaq sahəsindən istifadə hüququna dair sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxıl edilmədiyi üçün 2020-2021- cı əkin ili üzrə digər 3 hektar buğda, 3 hektar qarpız. 8 hektar yonca və 2021-2022-ci əkin ilı üzrə 8 hektar yonca əkinlərinə gorə ona subsidiya hesablanmamışdır. - İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq “X5” informasiya sistemi üzərindən həyata keçirilir. Qaydanın 3.8-ci bəndinəəsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1 -ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən Qaydanın 5.1.2-ci yarımbəndinə əsasən yerüstü müşahidə - peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi həyata keçirilir. X8 İnkişaf Mərkəzinin 2023-cü il tarixli 3-22-3-54/2-217/2023 nömrəli məktubunda məhkəmə işi üzrə 2020-2021-ci ilin yazlıq əkin dönəmində 15 ha pambıq əkilməsi barədə bəyan məlumatlarının yerləşdirilməsi göstərilmişdir. Lakin Agentlik tərəfindən 2020-2021-ci əkin ili üzrə İddiaçı EKTİS- də qeydiyyatdan keçirdiyi 15 hektar torpaq sahəsindən istifadə hüququna dair hüquqmüəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı EKTİS-ə daxil etdiyi Qaratəpə Bələdiyyəsi ilə bağlanılmış 2020ci ilin 1 fevral tarixli icarə müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq təsdiq edilməmişdir. Habelə, icarə müqaviləsinin müddətinin 2021 -ci ilin 1 fevral tarixdə bitməsinə baxmayaraq, pambıq əkini barədə məlumatlar icarə müqaviləsi bitdikdən sonra 2021 -ci ilin 21 may tarixində EKTİS-ə daxil edilmişdir. Qeyd edilən səbəblərdən İddiaçı 15 hektar pambıq əkininə görə subsidiya hesablanmamış və Qaydanın 3.17-ci bəndinəəsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı xam pambıq istehsal etmək məqsədilə 2020-ci ildə 39 hektar torpaq sahəsini icarəyə götürmüş, həmin torpaq sahəsi qanunamüvafiq qaydada monitorinqdən keçmiş, "X7 Kompleksi” MMC və "Azərpambıq ASK” MMC-nin "Azərpambıq ASK” MMC-nin X4 və Tədarük Məntəqəsi ilə xam pambığın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 869 saylı müqavilə bağlamış, 2021-ci ilin pambıq mövsümündə zavoda 15 hektar torpaq sahəsində əkdiyi pambığı təhvil vermiş, 2021-ci il üçün ona subsidiya verilməsi barədə cavabdeh təşkilata müraciət etmiş, lakin ona subsidiya verilməmiş və müraciətə cavab olaraq 2020-2021-ci əkin ilində yuxarıda qeyd edilən 15 hektar torpaq sahəsindən istifadə hüququna dair sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi, habelə əkin aparılan sahənin ərazisi, koordinatları və digər aidiyyəti məlumatları tədarükçü tərəfindən təqdim olunmuş məlumatlarla aparılan çarpaz yoxlamalar nəticəsində öz təsdiqini tapmadığı üçün əkin subsidiyası hesablanmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarıldığı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhkəməyə verilmiş məlumat üzrə göstərilmişdir ki, Agentlik tərəfindən 2020-2021-ci əkin ili üzrə İddiaçı EKTİS-də qeydiyyatdan keçirdiyi 15 hektar torpaq sahəsindən istifadə hüququna dair hüquqmüəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, belə ki, İddiaçı EKTİS-ə daxil etdiyi Qaratəpə Bələdiyyəsi ilə bağlanılmış 2020-ci ilin 1 fevral tarixli icarə müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq təsdiq edilməmişdir. Habelə, icarə müqaviləsinin müddətinin 2021-ci ilin 1 fevral tarixdə bitməsinə baxmayaraq, pambıq əkini barədə məlumatlar icarə müqaviləsi bitdikdən sonra 2021-ci ilin 21 may tarixində EKTİS-ə daxil edilmişdir. Qeyd edilən səbəblərdən İddiaçı 15 hektar pambıq əkininə görə subsidiya hesablanmamış və Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Məhkəmə tərəfindən qeyd edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçı EKTİS-ə daxil etdiyi Qaratəpə Bələdiyyəsi ilə bağlanılmış 2020ci ilin 1 fevral tarixli icarə müqaviləsi barədə məlumat verilməsinə baxmayaraq, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Sabirabad rayonu Qaratəpə Bələdiyyəsi tərəfindən 29.0 hektar torpaq sahəsi İddiaçı 1 il müddətə icarəyə verilmişdir, bu halda müqavilənin 1 illik müddəti Nazirlik tərəfindən qeyd edilən xx.xx.2021-ci il deyil, xx.xx.2021-ci il tarixə kimi hesablanmalıdır. Məhkəmə bundan belə nəticəyə gəlir ki, İddiaçı EKTİS-də qeydiyyatdan keçirdiyi 15 hektar torpaq sahəsindən istifadə hüququna dair hüquqmüəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmuşdur, əkin bəyanı verilən zaman, yəni xx.xx.2021-ci il tarixdə Sabirabad rayonu Qaratəpə Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin müddəti bitməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X9 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin X9 mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən "Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X9 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1 -ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hallar məhsuldarlığın aşağı düşməsi ilə yanaşı fermerlərin narazılığına səbəb ola bilər ki, belə halların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2021-ci il tarixli, D/O 20827/10763 aid nömrəli məktubu ilə Kənd Təsərrüfat Nazirliyinə ünvanlanan məktubda hüquqmüəyyənedici sənədlərində problemlər olan və qeyri-əkin təyinatlı torpaqlarda becərilən pambıq, tütün, çəltik və şəkər çuğunduru əkinlərinə görə istehsalçılara 2021-ci ildə müstəsna hal kimi subsidiya verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Cavabdeh orqanın imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı 2021-ci il üçün 15 hektar torpaq sahəsində əkdiyi pambıq məhsuluna görə subsidiya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı 2021-ci il (2020-2021) üçün 15 hektar torpaq sahəsində əkdiyi pambıq məhsuluna görə subsidiya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1056/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1056/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver