Məhkəmə qərarları › İş №2-1(120)-1057/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1057/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1057/2021 09.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X5 və X2 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 77, 9 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X5 və X2 mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 77, 9 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(120)-1057/2021 saylı qərardadı ilə X5 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Məhkəmənin 09 iyun 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X8 və X4 onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, həmin şəxslər ona məxsus mənzildə yaşamırlar və harada yaşamaları barədə məlumatı yoxdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X11 və X6 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Seriya MH ******* nömrəli çıxarışın surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə və Əli-Bayramlı şəhər Məhkəməsinin 2-129/2007 saylı, 27.03.2007-ci il tarixli qətnaməsinə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş MH ******* nömrəli çıxarışdan və **********38- 05101-093002 reyestr nömrəli texniki pasportdan görünür ki, Əli-Bayramlı şəhəri, Gülbala Şıxbala oğlu küçəsində istifadədə olan 0.06814 ha torpaq sahəsində yerləşən 77 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 48.59 kv.m ümumi, 29.13 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 128 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı 03 may 2021-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X11 və X6 iddiaçıya məxsus ünvan 3, 9 nömrəli mənzilin pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında elan edilmiş Əli-Bayramlı şəhər Məhkəməsinin 2-129/2007 saylı, 27.03.2007-ci il tarixli qətnaməsinin qət etdi hissəsində qeyd olunur ki “...İddia əsaslı olduğu üçün təmin edilsin. İddiaçı Fətixan qızının Əli-Bayramlı şəhər, G.Şıxbala oğlu küçəsi, 77/9 №-li mənzildə yaşayış sahəsində istifadə hüququ tanınsın və o, həmin mənzilə pasport qeydiyyatına alınsın. Cavabdeh X12 və oğlanları X13, X3-Bayramlı şəhəri, G.Şıxbala oğlu küçəsi, 77/9 №-li mənzilindən pasport qeydiyyatından çıxarılsın ...”. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər Məhkəməsinin Məhkəməyə ünvanladığı məktubda qeyd olunur ki, “İddiaçı Fətixan qızının cavabdeh X9 qarşı “mənzilə istifadə hüququnun tanınması pasport qeydiyyatına alınma və cavabdehlərin qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi Əli-Bayramlı şəhər Məhkəməsinin 2- 129/2007 saylı, 27.03.2007-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, qətnamədən apelyasıya şikayəti verilmədiyindən Əli-Bayramlı şəhər Məhkəməsinin 2-129/2007 saylı, 27.03.2007-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır ”. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27.05.2021-ci il tarixli, 394 saylı arayışından görünür ki, X11 və X1 şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 77 ünvanda yerləşən 9 nömrəli mənzildə yaşamırlar. Məhkəmənin qənaətinə görə üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamamaları və həmin mənzildən istifadə etmək səlahiyyətlərinin olmaması onların qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olamaları formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar, iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdırlar. İddiaçı üçüncü şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X5 və X2 İddiaçı Fətixan qızına məxsus ünvan 3 ünvanda yerləşən 9 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar