Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1057/2022 18.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 18 avqust 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 16 dekabr 2021-ci il tarixindən, 60 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “onun texnikumda təhsil aldığı müddət, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Salyan rayonunun, Qapanlı kəndində anadan olmuşdur. Hal-hazırda Salyan rayonunun Qarabağlı kəndində yaşayır. Onun xx.xx.1985-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi işləməklə ümumi 27 il əmək stajı vardır. xx.xx.1982-xx.xx.1985-ci illər üzrə S.A.Dadaşov adına X3 Texnikumunda oxumuşdur. Həmçinin xx.xx.1980-xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Beləliklə, oxuduğu və hərbi xidmət illəri nəzərə alınarsa onun ümumi iş stajı 31 il 10 aydan çox sosial sığorta stajı vardır. Həmin əmək stajının xx.xx.1998-xx.xx.2002-ci il tarixə (5 il 02 ay 13 gün) kimi "xxxx" Dövlət Şirkətinin İstehsalat Təmir Müəssisəsinin Sumqayıt Mexaniki yığma və boruəymə sexinin Qazan və Turbin Avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çlingər, xx.xx.2002-xx.xx.2008-ci il tarixə (5 il 8 ay 20 gün) kimi "xxxx"xxxx"xxxx" MMC-nin Kran yolları və kompressor təsərüffatı sexinin Əli Bayramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarımn təmiri sahəsində 5-ci dərəcəli çlingər, xx.xx.2009-xx.xx.2010-cu il tarixə (1 il 1 ay 05 gün) kimi "xxxx" ASC-nin Energetik avadanlıqlarının Təmiri İdarəsinin Mexaniki sexinə 9-cu dərəcəli usta və xx.xx.2010xx.xx.2012-ci il tarixə (1 il 08 ay 26 gün) kimi “Cənub Lahiyəsi”-nin Tikinti sahəsində 8-ci dərəcəli usta vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr zərərli və ağır iş olduğundan, hesab edir ki, ona xx.xx.2021-ci il tarixdən, 60 yaşnda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasınm 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. O, xx.xx.2021-ci il tarixə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2021-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən hüququ yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 24.ELEKTRİK STANSİYALARİ, ENERJİ OATARLARİ, BUXAR GÜC TƏSƏRRÜFATİ: “qazanxana, turbin (buxar-qaz turbini) avadanlıgının təmiri, yanacaqötürmə avadanlıgına və onların isini təmin edən ölcü vasitələri və avtomatikasına xidmət üzrə cilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri”, “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüsdürücü qurguların sınağı və ölcülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan)” və “qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları” və 29. BİNA. OURĞU VƏ DİGƏR OBYEKTLƏRİN İNSASİ. YENİDƏN OURULMASİ, TEXNİKİ TƏCHİZATİ, BƏRPASİ VƏ TƏMİRİ: tikinti və qurasdırma isləri üzrə ustalar vəzifələrinə uyğun olduğu üçün 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2017-ci il tarixdən sonra hüququnun yarandığı tarixə kimi toplamışlarsa, kişilərin 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə miiəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. O, cavabdeh ƏƏSMN-nin yamnda DSMF-nun XŞTMF-na xx.xx.2021-ci il tarixli ərizə və ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini, diplomun notarial təsdiq edilmiş sürətini və güzəştli arayışı əlavə edərək ona xx.xx.2021-ci il tarixdən, 60 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ona xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubla onun ümumi iş stajının 25 ildən az (22 il 01 ay 25 gün (xx.xx.1985xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cu il, xx.xx.1990xx.xx.1991 -ci il, xx.xx.1991 -xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1998xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri)), güzəştli iş stajının isə 12 il 06 aydan (07 il 09 ay 29 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Həmçinin əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyinə uyğun olaraq münasibətdə 41200,00 manat hesablandığı halda, fərdi hesabınzın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26634,95 manat təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir bildirməklə imtina verilmişdir. O, cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 saylı imtina məktubuna açıqlama olaraq işlədiyi vəzifələrin iş funksiyasına dair "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, Ol-FA/694 saylı iş xarakteri haqqında güzəştli arayışını yuxarıda qeyd etdiyi sənədlərə əlavə etməklə yenidən xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu dəfə də cavabdeh xx.xx.2022-ci il tarixli, **********7 saylı imtina məktubuna uyğun formatda, onun xx.xx.2008-xx.xx.2012-ci il tarixlər arasındakı dövr ərzində mexaniki sexdə işlədiyi usta vəzifəsinin qazanxana, turbin (qaz turbin), yanacaqgötürmə, tozhazırlama sexlərinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 06 aydan az (09 il 11 ay 03 gün (xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə ahnmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26594,20 manat təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir bildirməklə imtina vermişdir. Lakin hesab edir ki, cavabdehin məktubunu imtina kimi qiymət vermək olar və “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafıq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. “İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynalxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafıq olaraq, ləyaqətin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zərərli olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları iizrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Cavabdehin imtinasına əsasən onun həm ümumi əmək stajının və həm də güzəştli iş stajının olmamasına istinad edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********3 saylı imtina məktubunda əsaslandırmışdır ki, onun ümumi iş stajının 25 ildən az (22 il 01 ay 25 gün (xx.xx.1985- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri)), güzəştli iş stajının isə 12 il 06 aydan (07 il 09 ay 29 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Sonradan cavabdeh xx.xx.2022-ci il tarixli, **********7 saylı imtina məktubunda əsaslandırmışdır ki, onun xx.xx.2008-xx.xx.2012-ci il tarixlər arasındakı dövr ərzində mexaniki sexdə işlədiyi usta vəzifəsinin qazanxana, turbin (qaz turbin), yanacaqgötürmə, tozhazırlama sexlərinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 06 aydan az (09 il 11 ay 03 gün (xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Cavabdehin hər iki imtina məktublarını nəzərdən keçirtdikdə görünür ki, bir məktubda qeyd edilənlər digər məktubda qeyd edilənlərlə ziddiyət təşkil edir. Göründüyü kimi cavabdeh 1-ci imtina məktubunda onun xx.xx.1982-xx.xx.1985-ci illər üzrə S.A.Dadaşov adına X3 Texnikumunda təhsil aldığı illəri nəzərə almayaraq ümumi sosial sığorta stajını 22 il 01 ay 25 gün götürmüşdür. Bundan başqa onun güzəştli iş stajının (07 il 09 ay 29 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil etdiyini qeyd etmişdir. Lakin 2-ci imtina məktubunda onun ümumi stajını qəbul etsə də, amma güzəştli iş stajının (09 il 11 ay 03 gün (xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini qeyd etmişdir. Həmçinin cavabdeh 1-ci imtina məktubunda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyinə uyğun olaraq münasibətdə 41200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26634,95 manat təşkil etdiyini qeyd etmişdir, lakin 2-ci imtina məktubunda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyinə uyğun olaraq münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26594,20 manat təşkil etdiyini göstərmişdir. Göründüyü kimi cavabdeh hər iki imtina məktublarında fərqli yanaşmalarla və istisnalarla əsaslandıraraq güzəştli pensiyanın qeyri-mümkün olmasına qərar vermişdir. Belə çıxır ki, cavabdeh qanunvericiliyin tələblərindən kənara çıxaraq öz fikirləri ilə araşdırma aparmaqla, İakin əslində istinad etdiyi hallara dair heç bir əsaslandırılmış formada şərh verməmişdir. Cavabdehin bir imtinasında onun güzəştli iş stajının (07 il 09 ay 29 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil etdiyini qeyd etmişdir. Lakin 2-ci imtina məktubunda onun ümumi stajını qəbul etsə də, amma güzəştli iş stajının (09 il 11 ay 03 gün (xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini qeyd etmişdir. Həmçinin cavabdeh 1-ci imtina məktubunda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyinə uyğun olaraq münasibətdə 41200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26634,95 manat təşkil etdiyini qeyd etmişdir, lakin 2-ci imtina məktubunda əmək pensiyasınm minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalınm aşağı həddi qanunvericiliyinə uyğun olaraq münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26594,20 manat təşkil etdiyini göstərmişdir. Cavabdehin bir məktubunda qeyd edilənlər digər məktubda qeyd edilənləri özlüyündə təkzib edir. Ona görə də hesab edir ki, cavabdehin imtinaları əsassızdır və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə cavab vermir. Cavabdehin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmasına əsasən pensiya təminatına imkan vermədiyini bildirməsi hesab edir ki, əsassızdır. Çünki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsin də cavabdehin qeyd etdiyi hallar öz əksin tapsa da, lakin həmin Qanununun 9.8-ci bəndində güzəştli pensiyanın təyin edilməsi üçün yalmz yaşa və staja əsasən müəyyən edildiyini görürük. Bejə çıxır ki, Qanunun da bir maddəsində bir bəndəki müddəalar digər bəndəki müddəalarla güzəştli pensiya təminatının tətbiqi baxımından bir-birinə ziddiyət təşkil edir. Belə olan halda “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsi onun və onun kimi digər zərərli və ağır işlərdə çalışmış şəxslərin sosial təminat hüququnu məhdudlaşdırır. Bu da konstitusion baxımından onun pensiya təminatından istifadə etmək və ondan yararlanması baxımından hüququnu pozur və hesab edir ki, konstitusiya ali yüksək normativ akt olduğundan digər normativ aktlardan qanunvericiliyin vətəndaşların vəziyyətinin ağırlaşdırılmasına xidmət etməməli, əksinə hər bir halda vəziyyətinin yaxşılaşdırılmasına qulluq etməlidir. Ona görə də qeyd edilən dəyişikliklər ona münasibətdə tətbiq edilməməli və onun eyni zamansda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarın tələbləri nəzərə alınmaqla giizəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 60 yaşdan tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasımn Qanununun 9.8-ci maddəsinə əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Onun gıizəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2021-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən onun hüququ xx.xx.2017-ci il tarixdən sonra yarandığından, həmin tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanununda edilmiş dəyişikliklər əsasında birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən həmin Qanundan sonra edilmiş dəyişikliyə əsasən hüququnun yarandığı tarixə kimi hüququ yaranmış şəxslərə, kişilər- 60 yaşında, qadınlar - 55 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. Beləliklə, hesab edir ki, onun xx.xx.2021-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan xx.xx.2007-ci il tarixli, 12 nömrəli Siyahısı üzrə işlədiyinə və eləcədə həmin tarixdə 60 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasmın Qanununun 9.8-ci bəndinə əsasən həmin tarixdən mən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tətbiq edilməklə pensiya təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasımn “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatlarm, peşələrin, vəzifələrin və göstəricilərin müvafıq icra hakimiyyəti orqanı tərəfındən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə. qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin oluna bilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajına malik olmalı idi. İddiaçı isə iş stajı ilə bağlı tələbə cavab vermir. Belə ki, iddiaçının xx.xx.2006-cı ilə qədərki ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Bundan əlavə, iddiaçı sığorta kapitalı ilə bağlı tələbə də cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41200,00 manat hesablandığı halda, İddiaçırun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26634,95 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx.xx.2021-ci il tarixli, 78 nömrəli Arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixli, 87 kş/02-n nömrəli əmrlə “X4 rayon Elektrik Stansiyası” MMC-yə işə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx.xx.2021-ci il tarixli, 656 nömrəli Arayışından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixli, 18-k nömrəli əmrlə Salyan rayon 13 nömrəli Səyyari Mexanikiləşdirilmiş dəstənin 1 nömrəli sahəyə 4-cü dərəcəli çilingər qəbul olunmuş, xx.xx.1990-cı il tarixli, 53-k nömrəli əmrlə xx.xx.1990-cı il tarixdən işdən öz xahişi ilə azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01-FA/694 nömrəli Arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1998-ci ildə (əmr № 12-ш, xx.xx.1998-ci il) "xxxx" Dövlət şirkətinin İstehsalat Təmir müəssisəsinin Sumqayit Mexaniki yığma və boruəymə sexinin Qazan və Turbin Avadanlıqlarımn təmiri üzrə 5-ci dərəcəli çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ilədə (əmr № 26-ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasınm Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə (əmr № 10-kş, xx.xx.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMC-nin Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarınm təmiri sahəsində 5-ci dərəcəli çilingər peşəsinə işə qəbil edilib və xx.xx.2003-cü ildə "xxxx"ASC-nin AÜ/195 saylı, xx.xx.2002-ci il tarixli əmrinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarının təmiri sahəsinin işçilərini Enerji sistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək üçün Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinin Qazan və Buxar, Qaz- Turbin Avadanhqlarmın təmir etmək məqsədilə Əli-Bayramlı Dövlət Rayon X1 və Buxar, Qaz-Turbin Avadanlıqlarının təmiri üzrə Elektrik sexinin tabeçiliyinə verilib. xx.xx.2009-cu ildə (əmr №-Ol/17-kş, xx.xx.2009-cu il) "xxxx" ASC-nin Energetik Avadanlıqlarımn Təmiri İdarəsinin Mexaniki sexinə 9-cu dərəcəli usta vəzifəsinə təyin edilib, xx.xx.2010-cu ildə (əmr №-134/17-kş, xx.xx.2010-cu il) “Cənub Layihəsi”nin Tikinti sahəsinə 8-ci dərəcəli usta vəzifəsinə keçirilmişdir və xx.xx.2012-ci ildə (əmr №-l 10/8-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasınm Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə, Azərbaycan Respublikasmın Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında avadanlıqlannm təmiri, bölüşdürücü qurğuların və onlarm işini təmin edən elektrik çilingərləri bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 14 il, 04 ay təşkil edir. Məlumat üçün bildiririk ki, "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASCnin xx.xx.2004-cü il tarixli, AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli, AU 040 №-li əmrınə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. Bundan əlavə, iş materiallarında olan НЗ-4272034 saylı hərbi biletdən görünür ki, İddiaçı 16 aprel 1980-ci il tarixdən 04 may 1982-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan xx.xx.1985-ci il tarixli, ЗТ № 037395 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildə S.A.Dadaşov adına X3 Texnikumuna daxil olmuş və 1985-ci ildə “Hidrotexniki tikintilər” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyirıin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 dekabr 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mühəndislər bəndində (b) müvafiq olaraq qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz əmək kitabçanızda və "xxxx" ASC-nin sizə dair xx.xx.2021-ci il tarixli, 01/FA/694 nömrəli arayışında xx.xx.2008-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Avadanlıqların Təmiri İdarəsinin Mexaniki sexində usta vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz Mexaniki sex yuxarıda qeyd olunan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 11 ay 3 gün (xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26594,20 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsindəgöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1). iddiaçının 60 yaşının tamam olması; 2). 25 il ümumi iş stajının mövcud olması; 3). 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4). fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 16 dekabr 2021-ci il tarixdə 60 yaşı tamam olsa da, eləcə də 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq olsa da, güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay 3 gün) təşkil edir, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 26594,20 manat olmaqla iddiaçıya münasibətdə tələb olunan 40800,00 manat məbləğindən azdır. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1057/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1057/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver