Məhkəmə qərarları › İş №2-1(120)-106/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-106/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-106/2021 03.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1 (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 102, 37-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 (Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 152, mənzil 111-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 23.01.2020-ci il tarixli, **********196511 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.01.2020-ci il tarixli, **********196511 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, vergi orqanlarında qeydiyyatdan keçərək fəaliyyət göstərdiyi gündən dövlət büdcəsinə olan vergi öhdəliklərini həmişə lazımınca yerinə yetirmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfindən vaxtıvaxtında vergi orqanına hesabat verilir və dövlətə olan vergi borcunun vaxtı-vaxtında ödənilir. İddiaçı fəaliyyətinin əvvəllər də Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən yoxlanılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsinin 09.10.2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən 01.01.2017-ci tarixdən 01.09.2018-ci il tarixədək İddiaçı sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə vergi yoxlaması təyin edilmişdir. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 09.10.2018-ci il tarixli qərarına əsasən onun sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.01.2017-ci il tarixdən 01.09.2018-ci il tarixədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi üzrə 09.12.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama əsasında mənfəət vergisi üzrə 51.813,93 manat, X13 üzrə 103.426,04 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 4,38 manat olmaqla, ümumilikdə 155.244,35 manat vergilərin azaldılması müəyyən edilmişdir. 09.12.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə müəyyən olunur ki, 15.01.2019-cu il tarixdə cavabdeh tərəfindən 01.01.2017-ci il tarixdən 01.09.2018-ci il tarixədək olan dövrün yoxlanılması üçün Ekspertiza təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilən ekspertizanın keçirilməsi haqqında 15.01.2019-cu il tarixli qərarda onun icrası “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin direktoru və qiymətləndirici eksperti X11 tərəfindən aparılmış, sonuncu tərəfindən 29.11.2019-cu il tarixli vergi qanunvericiliyinin tələbləri pozulmaqla əsassız rəy verilmiş və vergi orqanının müfəttişi X5 tərəfindən VM-nin tələbləri pozulmaqla 09.12.2019-cu il tarixli səyyar vergi yoxlamasına dair **********166969 saylı akt tərtib edilmiş, yuxarıda qeyd edildiyi kimi onun guya 155244,35 manat verginin azaldılmasına yol verməsinə və guya vergidən yayınma məbləğinin 50% məbləğində -77622,18 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair birinci əsassız akt yazılmışdır. Bundan sonra yoxlama nəticələrinə dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.01.2020- ci il tarixli **********196511 nömrəli Qərar qəbul edilmişdir. İddiaçı fərdi sahibkar olaraq Vergi Məcəlləsinin 36.3. və 56.1-ci maddələrinə əsasən vergi orqanı tərəfindən səyyar yoxlamadan keçmişə və heç bir kənarlaşma, vergi pozuntusu olmayıb. Qənaətinə görə vergi orqanı mötəbərliyi və əsaslığı şübhə doğuran Ekspert rəyinə əsaslanmışdır ki, nəticə etibarı ilə əsassız və qanunsuz 09.12.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bunun əsasında isə əsassız 23.01.2020-ci il tarixli **********196511 nömrəli Qərar qəbul olunmuşdur. “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin direktoru və qiymətləndirici eksperti X11 tərəfindən aparılmış tədqiqat və qəbul edilmiş 29.11.2019-cu il tarixli rəyin araşdırılması göstərir ki, siyahı tamamilə kor-təbii hazırlanmış, satış sayları səhv götürülmüşdür. Rəylə müəyyən olunur ki, nəticə üçün əhəmiyyət kəsb edən satış sayları 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən sistemindən qaimələr əsasında çıxarılmış və rəy də məhz bu məlumatlar əsasında hazırlanmışdır. Halbuki, bu siyahı yalnız e-VHF yazılmış sayları özündə birləşdirir. Nəzərə alsaq ki, onun tərəfindən həm də pərakəndə satışları (kassa vasitəsilə) edilmiş və bu satışlar üçün e-VHF yazılmamışdır, bu halda sistemdən çıxarılmış saylar reallığı əks etdirə bilməz. Cavabdeh tərəf öz niyyətinə çatmaq üçün bütün siyahıları təqdim etməmiş, nəticədə şişirdilmiş məlumatlar ortalığa çıxmışdır. Maraqlısı budur ki, onun özü idxalçı olduğu halda, onun satış qiymətlərinin təyin olunması üçün səriştəsiz qiymətləndirici işə cəlb edilmiş və bu MMC savadsız və natamam rəy vermişdir. Halbuki bu rəy əsasında onun qiymətlərin təyin (müəyyən) olunması yanlış və qərəzlidir (obyektiv deyil). Hesab edir ki, bununla bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin hərəkətləri qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi tərəflərindən bütün vergilər və məcburi ödənişlər vaxtı-vaxtında ödənilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.01.2020-ci il tarixli **********196511 nömrəli qərara etiraz olaraq bildirir ki, AR Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi şirkətin hüquq və qanuni mənafelərini kobudcasına pozulmuşdur. Aparılmış yoxlamanın qanunsuzluğu və yoxlama nəticələrinə dair qəbul edilmiş qərarların ləğv olunması barədə AR Vergilər Nazirliyinə müraciət etsə də, müraciəti əsassız olaraq təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddasinin İİ hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanm ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 15-ci maddəsində vergi ödəyicisinin hüquqları təsbit edilmişdir və vergi ödəyicisinin vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ-hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək və s. kimi hüquqları vardır. Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin hərəkətləri qanunun tələblərinə cavab vermədiyindən qeyri-qanuni hesab edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X3 eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, iddia tələbini əsassızdır. Cavabdeh tərəfindən qəbul edilən 09.10.2018-ci il tarixli **********165358 saylı “Səyyar vergi yoxlamasının (növbəti səyyar vergi yoxlaması) keçirilməsi haqqında” qərarına əsasən vergi yoxlaması fiziki şəxs İddiaçı iştirakı ilə onun yoxlamaya təqdim etdiyi sənədlərə əsasən aparılmışdır. Belə ki, 09.10.2018-ci il tarixli **********165379 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə ilə yoxlamanın predmetinə aid ilkin mühasibat sənədləri tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən tələbnamədə göstərilən müddətdə sənədlər təqdim olunmamış, bu hal 30.10.2018-ci il tarixli imtina aktı ilə rəsmiləşdirilmişdir. "Sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında” 26.11.2018-ci il tarixli **********169831 nömrəli qərar çıxarılmış, vergi ödəyicisi tərəfindən malların alışını təsdiq edən sənədlə^yük gömrük bəyənnamələri, beynəlxalq qaimələr və s. təqdim olunmuş, malların satışını təsdiq edən sənədlər təqdim olunmamışdır. Bu hal 26.11.2018-ci il tarixli "Sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında” protokolla rəsmiləşdirilmişdir. 19.03.2019-cu il tarixli **********179362 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haçqında" qərar çıxarılmış, 19.03.2019-cu il tarixdə vergi ödəyicisinin ünvan 1 ünvanda yerləşən obyektinə baxış keçirilmiş və 19.03.2019-cu il tarixli **********193374 nömrəli "Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında” Protokolla rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin idxal etdiyi malların satış qiymətinin real bazar qiymətinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə 15.01.2019-cu il tarixli **********174307 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərar çıxarılmış, 15.01.2019-cu il tarixli **********193401 nömrəli "Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə’’ Protokol tərtib olunmuşdur. 29.11.2019-cu il tarixli ekspert rəyi təqdim olunmuş və vergilər təqdim olunmuş ekspert rəyinə əsasən hesablanmışdır. Gəlir vergisinin yoxlanılması üzrə: Vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim olunmuş gəlir vergisinin bəyannaməsi üzrə malların təqdim edilməsindən gəlir 1977161.86 manat, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən ilin sonuna yaranan mənfi fərq 21850.70 manat, çıxılmalardan sonra ümumi gəlir 1955311.16 manat, ümumi gəlirdən çıxılan xərc 1912874.36 manat (o,cümlədən əmək haqqı 27192.72 manat, sosial sığorta haqqı 5982.40 manat, malın dəyəri 1840592.96 manat, icarə haqqı 9440.0 manat, bank xidməti 9134.71 manat, nəqliyyat xərci 12499.99 manat, ödənilmiş sığorta haqqları 430.15 manat, digər xərclər 7601.43 manat), vergiyə cəlb olunan gəlir 42436.80 manat, gəlir vergisi 8487.36 manat olmuşdur. Yoxlama ilə malların təqdim edilməsindən gəlirlərin 2267293.60 manat, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən ilin sonuna yaranan mənfi fərqin 22654,0 manat, çıxılmalardan sonra ümumi gəlirin 2244639.60 manat, ümumi gəlirdən çıxılan xərclərin 1943133.14 manat (o,cümlədən əmək haqqı 27984.41 manat, sosial sığorta haqqı 6156.57 manai, malın dəyəri ******* manat, icarə haqqı 2446.79 manat, bank xidməti 9134.71 manat, nəqliyyat xərci 52006.51 manat, ödənilmiş sığorta haqqları 430.15 manat, digər xərclər 0 manat), vergiyə cəlb olunan gəlirin 301506.46 manat, gəlir vergisinin 60301.30 manat olması müəyyən edilmişdir. Göründüyü kimi yoxlama ilə gəlir vergisinin 51813.94 manat (60301.30 - 8487.36) azaldılması müəyyən edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: Yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablanmasında 4.38 manat verginin azaldılması müəyyən edilmişdir. ƏDVnin yoxlanılması üzrə: Vergi ödəyicisi tətəfindən təqdim olunmuş X13 bəyannamələrinin düzgünlüyünün yoxlanılması zamanı aşağıdakılar müəyyən olunmuşdur. Vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək 09.07.2015-ci il tarixli **********3 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. ƏDV qeydiyyatı 09.07.2015-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr ərzində aşağıdakı hallar vergi ödəyicisində aşkar olunmamışdır: Malların haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə verilməsi; barter əməliyyatları; ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə aparılmış malların qeyri- kommersiya məqsədləri üçün, Vergi Məcəlləsinin 10-cu fəslində nəzərdə tutulmuş qaydada gəlirdən çıxılmayan xərclər və gəlirdən çıxılması məhdudlaşdırılan xərclərin normadan artıq hissəsi üçün, habelə ƏDV-dən azad olan əməliyyatların keçirilməsi üçün istifadə edilməsi, malların itməsi, xarab olması, əskik gəlməsi və oğurlanması; Girov qoyulmuş əmlakın sahiblik hüququnun girovgötürənə keçməsi; Borc öhdəliyi müqabilində əmlakın müsadirə edilməsi; Hər hansı borc öhdəliyi əvəzinə malların təqdim edilməsi; Vergi Məcəlləsinin 164.1.7-ci və 165.1.2-ci maddələrinə əsasən ƏDV-nə cəlb edilməyən və ya sıfır (0) dərəcə ilə vergi tutulan əməlliyatlar çərçivəsində əldə edilən malların müəyyən olunmuş şərtləri pozmaqla digər məqsədlər üçün istifadə edilməsi. Vergi ödəyicisi tərəfindən qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatlar aparılmamışdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aparılmışdır. Yoxlanılan dövr ərzində digər şəxsin agenti olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi faktı aşkar edilməmişdir. ƏDV-aylar üzrə: Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunan ƏDV bəyannaməsi üzrə yanvar 2017-ci ildə ƏDV tutulan əməliyyatların həcmi 69196.35 manat, ƏDV məbləği 12455.34 manat, əvəzləşdirilən ƏDV məbləği 42132.53 manat, büdcədən hesablanan ƏDV məbləğ - 29677.19 manat olmuşdur. Yoxlama ilə yanvar 2017-ci ildə ƏDV tutulan əməliyyatların həcminin 81867.65 manat, ƏDV-nin 14736.18 manat, əvəzləşdirilən ƏDV məbləğinin 42045.58 manat, büdcədən hesablanan ƏDV məbləğinin - 27309.4 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə üzrə 2017-ci ilin fevral ayında ƏDV tutulan əməliyyatların həcmi 187138.31 manat, ƏDV məbləği 33684.90 manat, əvəzləşdirilən ƏDV məbləği 20346.58 manat, büdcəyə çatası ƏDV məbləği 13338.32 manat olmuşdur. Yoxlama ilə 2017-ci ilin fevral ayında ƏDV tutulan əməliyyatların həcminin 196449,0 manat, ƏDV-nin 35360.82 manat, əvəzləşdirilən ƏDV-nin 20346.58 manat, büdcəyə çatası ƏDV-nin 15014.24 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə üzrə 2017-ci ilin mart ayında ƏDV tutulan əməliyyatların həcmi 53115.58 manat, ƏDV 9560.80 manat, əvəzləşdirilən ƏDV 21800.16 manat, büdcədən hesablanan ƏDV - 12239.36 manat olmuşdur. Yoxlama üzrə 2017-ci ilin mart ayında ƏDV tutulan əməliyyatların həcminin 47540.69 manat, ƏDV məbləğinin 8557.32 manat, əvəzləşdirilən ƏDV-nin 21800.16 manat, büdcədən hesablanan ƏDV-nin -13242.84 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə üzrə 2017-ci ilin aprel ayında ƏDV tutulan əməliyyatların həcmi 250922.76 manat, ƏDV məbləği 45166.10 manat, əvəzləşdirilən ƏDV 37045.98 manat, büdcəyə çatas; ƏDV məbləği 8120.12 manat olmuşdur. Yoxlama ilə 2017-ci ilin aprel ayında ƏDV tutulan əməliyyatların həcminin 305711 manat, ƏDV məbləğinin 55027.98 manat, əvəzləşdirilən ƏDV məbləğinin 37045.98 manat, büdcəyə çatası ƏDV məbləğinin 17982,0 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə 2017-ci ilin may ayında ƏDV tutulan əməliyyatların həcmi 262369.2 manat, ƏDV məbləği 47226.46 manat, əvəzləşdirilən ƏDV 12123.91 manat, büdcəyə çatası ƏDV məbləği 35102.55 manat olmuşdur. Yoxlama ilə 2017-ci ilin may ayında ƏDV tutulan əməliyyatların həcminin 262912.31 manat, ƏDV məbləğinin 47324.2 manat, əvəzləşdirilən ƏDV məbləğinin 12123.91 manat, büdcəyə çatası ƏDV məbləğinin 35200.3 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə üzrə 2017-ci ilin iyun ayında ƏDV tutulan əməliyyatların həcmi 224447 07 manat, ƏDV məbləği 40400.47 manat, əvəzləşdirilən ƏDV məbləği 16403.12 manat, büdcəyə çatası ƏDV məbləği 23997.35 manat olmuşdur. Yoxlama ilə 2017-ci ilin iyun ayında ƏDV tutulan əməliyyatların həcminin 317968.26 manat, ƏDV məbləğinin 57234.29 manat, əvəzləşdirilən ƏDV-nin 16403.12 manat, büdcəyə çatası ƏDV-nin 40831.17 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə üzrə 2017-ci ilin iyul ayında ƏDV tutulan əməliyyatların həcmi 190194.16 manat, ƏDV məbləği 34234.95 manat, əvəzləşdirilən ƏDV 38337.19 manat, büdcədən hesablanan ƏDV -4102.24 manat olmuşdur. Yoxlama ilə 2017-ci ilin iyul ayında ƏDV tutulan əməliyyatların həcminin 280084.73 manat, ƏDV-nin 50415.25 manat, əvəzləşdirilən ƏDV-nin 38337.19 manat, büdcəyə çatası ƏDV-nin 12078.1 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə üzrə avqust 2017-ci ildə ƏDV tutulan əməliyyatların həcmi 196412.72 manat, ƏDV məbləği 35354.29 manat, əvəzləşdirilən ƏDV 25504.15 manat, büdcəyə çatası ƏDV 9850.14 manat olmuşdur. Yoxlama ilə 2017-ci ilin avqust ayında ƏDV tutulan əməliyyatların həcminin 196461.59 manat, ƏDV-nin 35363.1 manat, əvəzləşdirilən ƏDVnin 25504.15 manat, büdcəyə çatası ƏDV- nin 9858.9 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə üzrə 2017-ci ilin sentyabr ayında ƏDV tutulan əməliyyatlar həcmi 174978.29 manat, ƏDV məbləği 31496.09 manat, əvəzləşdirilən ƏDV 24369.98 manat, büdcəyə çatas- ƏDV məbləği 7126.11 manat olmuşdur. Yoxlama ilə sentyabr 2017-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 176252.3 manat, ƏDV-nin 31725.42 manat, əvəzləşdirilən ƏDV məbləğinin 24369.98 manat, büdcəyə çatası ƏDV-nin 7355.44 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə oktyabr 2017-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 99174.2 manat, ƏDV məbləği 17851.36 manat, əvəzləşdirilən ƏDV məbləği 16481.29 manat, büdcəyə çatası ƏDV məbləği 1370.07 manat olmuşdur. Yoxlama ilə oktyabr 2017-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 99197.0 manat, ƏDV-nin 17855.47 manat, əvəzləşdirilən ƏDV-nin 16481.29 manat, büdcəyə çatası ƏDV məbləğinin 1374.18 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə noyabr 2017-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 161084.3 manat, ƏDV məbləği 28995.17 manat, əvəzləşdirilən ƏDV məbləği 172.98 manat, büdcəyə çatası ƏDV məbləği 28822.19 manat olmuşdur. Yoxlama ilə noyabr 2017-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 162416.0 manat, ƏDV-nin 29234.87 manat, əvəzləşdirilən ƏDV-nin 172.98 manat, büdcəyə çatası ƏDV- nin 29061.89 manat olması müəyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə dekabr 2017-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 108540.40 manat, ƏDV məbləği 19537.26 manat, əvəzləşdirilən ƏDV məbləği 280.99 manat, büdcəyə çatası ƏDV məbləği 19256.27 manat olmuşdur. Yoxlama ilə dekabr 2017-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 134488 manat, ƏDV məbləğinin 24207.84 manat, əvəzləşdirilən ƏDV məbləğinin 280.99 manat, büdcəyə çatası ƏDV məbləğinin 23926.85 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə yanvar 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 57143.88 manat, ƏDV məbləği 10285.9 manat, əvəzləşdirilən ƏDV məbləğ 0 manat, büdcəyə çatası ƏDV məbləği 10285.9 manat olmuşdur. Yoxlama ilə yanvar 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 58269.36 manat, ƏDV-nin 10488.48 manat, əvəzləşdirilən ƏDV məbləğinin 0.0 manat, büdcəyə hesablanan ƏDV məbləğinin 10488.48 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə fevral 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 53271.14 manat, ƏDV məbləği 9588.81 manat, əvəzləşdirilən ƏDV məbləği 11827.19 manat, büdcədən hesablanan ƏDV məbləği -2238.38 manat olmuşdur. Yoxlama ilə fevral 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 53549.44 manat, ƏDV-nin 9638.9 manat, əvəzləşdirilən ƏDV məbləğinin 11827.19 manat, büdcədən hesablanan ƏDV məbləğinin -2188.29 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə mart 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 71672.28 manat, ƏDV məbləği 12901.01 manat, əvəzləşdirilən ƏDV məbləği 597.54 manat, büdcəyə çatası ƏDV məbləği 12303.47 manat olmuşdur. Yoxlama ilə mart 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 124198.94 manat, ƏDV-nin 22355.81 manat, əvəzləşdirilən ƏDV məbləğinin 597.54 manat, büdcəyə hesablanan ƏDV məbləğinin 21758.27 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə aprel 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 68142.10 manat, ƏDV məbləği 12265.58 manat, əvəzləşdirilən ƏDV məbləği 602.01 manat, büdcəyə çatası ƏDV məbləği 11663.57 manat olmuşdur. Yoxlama ilə aprel 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 100124.07 manat, ƏDV-nin 18022.33 manat, əvəzləşdirilən ƏDV məbləğinin 602.01 manat, büdcəyə çatası ƏDV məbləğinin 17420.32 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə may 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 83063.61 manat, ƏDV məbləği 14951.45 manat, əvəzləşdirilən ƏDV məbləği 343.22 manat, büdcəyə çatası ƏDV məbləği 14608.23 manat olmuşdur. Yoxlama ilə may 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 121920.24 manat, ƏDV-nin 21945.64 manat, əvəzləşdirilən ƏDV məbləğnin 343.22 manat, büdcəyə çatası ƏDV məbləğinin 21602.42 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə iyun 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 61735.13 manat, ƏDV məbləği 11112.32 manat, əvəzləşdirilən ƏDV məbləği 343.22 manat, büdcəyə çatası ƏDV məbləği 10769.10 manat olmuşdur. Yoxlama ilə iyun 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 107296.00 manat, ƏDV-nin 19313.28 manat, əvəzləşdirilən ƏDV məbləğnin 343.22 manat, büdcəyə çatası ƏDV məbləğinin 18970.06 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə iyul 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 58736.88 manat, ƏDV məbləği 10572.64 manat, əvəzləşdirilən ƏDV məbləği 343.22 manat, büdcəyə çatası ƏDV məbləği 10229.42 manat olmuşdur. Yoxlama ilə iyul 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 83120.00 manat, ƏDV məbləğinin 14961.60 manat, əvəzləşdirilən ƏDV məbləğinin 343.22 manat, büdcəyə çatası ƏDV məbləğinm 14618.38 manat olması müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamə ilə avqust 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcmi 61565.28 manat, ƏDV məbləği 11081.75 manat, əvəzləşdirilən ƏDV məbləği 343.22 manat, büdcəyə çatası ƏDV məbləği 10738.53 manat olmuşdur. Yoxlama ilə avqust 2018-ci il üzrə ƏDV tutulan əməliyyatların həcminin 151238.00 manat, ƏDV-n;n 27222.84 manat, əvəzləşdirilən ƏDV məbləğinin 343.22 manat, büdcəyə çatası ƏDV məbləğinin 26879.62 manat olması müəyyən edilmişdir. Ümumilikdə təqdim edilmiş bəyannamələr üzrə yoxlanılan dövrdə ƏDV tutulan əməliyyatların həcmi 2492903.7 manat, ƏDV məbləği 448722.66 manat, əvəzləşdirilən ƏDV məbləği 269398.50 manat, büdcəyə çatası ƏDV məbləği 179324.18 manat olmuşdur. Yoxlama ilə ƏDV tutulan əməliyyatların həcminin 3067009.7 manat, ƏDV-nin 552061.74 manat, əvəzləşdirilən ƏDV məbləğinin 269311.6 manat, büdcəyə çatası ƏDV məbləğinin 282750.17 manat olması müəyyən edilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV-nin ümümilikdə 103426.04 manat azaldılması aşkar edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 155244.35 manat azaldıldığı müəyyən olundu; o cümlədən, 51813.93 manat gəlir vergisinin azaldılması; 103426.04 manat X13nin azaldılması; 4.38 manat MÖMTV-nin azaldılması. Mübahisə predmeti olan inzibati akt ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 155244.35 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 77622.18 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddia ərizəsinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, yoxlama zamanı vergi ödəyicisinin satdığı malların bazar qiymətlərindən fərqli qiymətlər olub-olmamağını müəyyən etmək məqsədi ilə 15.01.2019-cu il tarixli **********174307 nömrəli Qərar əsasında yoxlamaya ekspert dəvət edilmişdir. İddiaçı bazar qiymətlərinin tətbiqinin əsassız olduğunu, rəy təqdim etmiş şirkətin bu sahə üzrə təcrübəsinin olmadığını və ekspert tərəfindən verilən qiymətlərin bazar qiymətlərinə uyğun olmadığını qey etmişdir. Lakin yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tətəfindən təqdim olunan mallara tətbiq olunan qiymətlərin bazar qiymətlərindən fərqləndiyi üçün həmin malların bazar qiymətlərinin müəyyənləşdirilməsi zərurəti yaranmış və ”xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən X8 ekspert qismində dəvət edilmişdir. Məlumat üçün bildirirlər ki, X8 Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, “İstehlak mallarının qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisasartırma imtahanını müvəffəqiyyətlə vermiş və 15.12.2017-ci il tarixdə müvafiq Sertifikat almışdır. Ekspert tərəfindən təqdim olunan rəydə iddiaçı tərəfindən tətbiq olunan qiymətlərin bazar qiymətlərindən 30%-dən çox fərqləndiyi müəyyən edilmişdir. Həmçinin nəzarət kassa aparatı ilə həyata keçirilən satışın rəydə nəzərə alınmaması ilə bağlı bildirirlər ki, bütünlüklə pərakəndə satış (kassa vasitəsilə) rəydə əks olunmuşdur. Rəydə əks olunan 1159 sayda malların siyahısında 930 sıra sayından 1159-cu saya qədər olan mallar məhz kassa vasitəsilə həyata keçirilən mallardır. Göründüyü kimi iddiaçının təqdim etdiyi iddia ərizəsi üzrə iddia tələbi, arqumentləri və dəlilləri əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur.Başqa sözlə, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 23.01.2020-ci il tarixli, **********196511 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında 09.10.2018-ci il tarixli, **********165358 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2017-avqust 2018 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İş materialında olan ekspertizanın təyin edilməsi haqqında 15.01.2019-cu il tarixli, **********1174307 nömrəli qərarın surətindən görünür ki, idxal olunmuş malların satış qiymətinin real bazar qiymıətinə uyğun qiymətləndirilməsi üçün ekspertiza təyin edilmişdir. İş materialında olan 09.12.2019-cu il tarixli, **********6166969 nömrəli səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı üzrə yoxlanılan dövrdə vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 155.244,35 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 77.622,18 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. İş materialında olan 23.01.2020-ci il tarixli, **********196511 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın təsdiq edilmiş surətindən görünür ki, ...”İddiaçı 2017-2018-ci illər üzrə vergilərin 155.244,35 manat məbləğində azaldılmış hesab edilərək 77.622,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İş materialında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10.11.2020-ci il tarixli, 9/3787 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlama İddiaçı tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, bank-kassa sənədləri, qaimə fakturalar, VHF-ları, dövriyyə cədvəlləri, maddi məhsul şəxslərin hesabatları, baş kitab və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında, həmçinin ekspert rəyi nəzərə alınmaqla aparılmışdır. Yəni qeyd olunanlar əsas götürülməklə fiziki şəxsin sahibkarlıq fəaliyyəti üzrə vergilər hesablanmışdır. Lakin qeyd edilir ki, səyyar vergi yoxlaması aktında və iş materiallarında ekpertizanın keçirilməsinə səbəb olan hal öz əksini tapmamışdır.” ...”Yuxarıda göstərilənlər (səyyar vergi yoxlaması aktında və iş materiallarında ekpertizanın keçirilməsinə səbəb olan hal öz əksini tapmadığından) və Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin idxal etdiyi mallarının satış qiymətinin (ƏDV və gəlir vergisinin hesablanması üçün) real bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədilə bazar qiymətinin tətbiq edilməsi düzgün deyildir. Belə ki, bazar qiymətinin tətbiqolunma halları yuxarıda göstərilmişdir ki, həmin halların yaranması ilə bağlı iş materiallarında hər hansı bir sənəd və ya məlumat öz əksini tapmamışdır. Həmçinin, vergi orqanı tərəfindən yoxlanılan şəxsin idxal etdiyi malları əməliyyatlarda (əqdlərdə) təsbit etdiyi qiymətlərdən fərqli qiymətlərlə təqdim etməsi hallarının olması barədə konkret şəkildə iş materiallarında hər hansı bir məlumat mövcud deyil.” Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 09.12.2019-cu il tarixli, **********166969 nömrəli aktla əlavə olaraq hesablanmış X13nin və gəlir vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmaması müəyyən olunur. Həmçinin qeyd edilir ki, vəsatətə əsasən təqdim olunmuş mühasibat sənədləri (qaimə fakturalar, elektron qaimə fakturalar, elektrov VHF-lər, ödəniş sənədləri və s.) nəzərə alınmaqla vergi ödəyicisinin hesablamalarında (ƏDV, gəlir və MÖMV üzrə) kənarlaşma müəyyən olunmadı. Eyni zamanda təqdim olunmuş iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərə dair İddiaçı vergi borcu müəyyən edilmir. Məhkəmə iş materiallarında olan sübutlarla müəyyən etdi ki, İddiaçı qəzetlərin və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində yoxlanılan dövrdə X13nin, gəlir vergisinin və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin azadılması müəyyən edilmiş və 23.01.2020-ci il tarixli, **********196511 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Mübahisə predmeti olan inzibati akt ilə vergilərin ümumilikdə 155244.35 manat azaldıldığı müəyyən olunmuş (51813.93 manat gəlir vergisinin azaldılması; 103426.04 manat X13nin azaldılması; 4.38 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi), azaldılmış vergi məbləğinə 77622.18 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə səyyar vergi yoxlamasının aparılması müddətləri ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, səyyar vergi yoxlaması 24.10.2018-ci il tarixdə başlamış və 18.11.2019-cu il tarixdə başa çatdırılaraq, nəticəsi 09.12.2019-cu il tarixli, **********166969 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 24.10.2018ci il tarixdə başlamış səyyar vergi yoxlaması cavabdehin 03.12.2018-ci il tarixdə “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərar ilə yenidən 30 iş günü artırılmışdır. Daha sonra 21.01.2019-cu il tarixdə cavabdeh tərəfindən “Səyyar vergi yoxlamasının dayandırıması haqqında” qərar qəbul edilmişdir. Ümumumilikdə cavabdeh tərəfindən “Səyyar vergi yoxlamasının dayandırıması haqqında” ardıcıl 9 qərar qəbul edilərək (sonuncu qərar 06.09.2019-cu ildə qəbul edilmişdir) yoxlama müddəti 9 aya yaxın təxirə salınmışdır. Cavabdeh tərəfindən 01.10.2019-cu il tarixdə “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərar qəbul edilmiş və yoxlama yenidən 30 iş günü artırılmış və 18.11.2019-cu il tarixdə yoxlama başa çatmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın: 8.11-ci bəndinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. 11.1-ci bəndinə səyyar vergi yoxlamasının səmərəli keçirilməsi üçün müvafiq üsullar müəyyənləşdirilməli, işin həcmi formalaşdırılmalı və müəyyən edilmiş müddətlərdən tam istifadə edilməlidir. Məhkəmə qeyd edir ki, yoxlamanın başlanma tarixi ilə (24.10.2018-ci il) yoxlama müddətinin uzadılması barədə qərar qəbul edilməsi tarixi (03.12.2018-ci il) arasındakı müddət 40 gündür. Bundan başqa, 03.12.2018-ci il tarixdən (müddətin artırılması ilə bağlı qərar qəbul edildiyi vaxtdan) 21.01.2019-cu il tarixdək (yoxlamanın dayandırıması ilə bağlı qərar qəbul edildiyi vaxtdan) 49 gün keçmişdir. Halbuki, qanunverciliyin tələblərinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə səyyar vergi yoxlamasının keçirilməsi və artırılması müddətləri “təqvim günü” ilə ifadə edilsə də, cavabdeh həmin müddəti “iş günü” kimi qəbul etmişdir. Güman ki, belə nəticəyə gəlməkdə cavabdeh Vergi Məcəlləsinin 38.4-cü maddəsini (səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir) rəhbər tutmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə “Səyyar vergi yoxlamasının iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi”nə dair müddəa həmin Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 və 90 günlük müddətlərin təqvim günü kimi başa düşülməli olduğunu istisna etmir. Başqa sözlə, qanunvericiliyin ifadə tərzinə və mənasına görə səyyar vergi yoxlaması yalnız iş günlərində və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməli olsa da, ümumilikdə 30 təqvim günü, müstəsna hallarda isə 90 təqvim günündən artıq davam etməməlidir. Cavabdeh vergi orqanı isə qanunvericiliyin tələblərini yanlış tətbiq edərək yoxlama müddətlərini iş günü ilə təyin etmişlər ki, bu da yoxlamanın qanunsuz olaraq uzadılması ilə nəticələnmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması aktı 09.12.2019-cu il tarixdə tərtib edilsə də, “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 23.01.2020-ci il tarixdə qəbul edilmişdir. Halbuki, qanunverciliyin tələblərinə əsasən yoxlama materiallarına baxılması və müvafiq qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gündür. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 50.1-ci bəndinə əsasən yoxlama materiallarına baxılması və müvafiq qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gün müəyyən edilmişdir. Məhkəmənin “bazar qiymətlərinin tətbiqi” ilə bağlı hüquqi mövqeyi aşağıdakı kimidir: İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən “Ekspertizanın təyin edilməsi haqqında” 15.01.2019-cu il tarixli qərar qəbul edilmişdir. Ekspertizanın aparılması “xxxx” Qiymətləndirmə və Konsaltinq şirkətinə həvalə olunmuş və həmin şirkətin mütəxəssisi tərəfindən 29.11.2019-cu il tarixli rəy tərtib edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, müvafiq ekspertizanın (15.01.2019-cu il tarixli qərar əsasında təyin edilmiş) təyin olunmasını zəruri edən hallarla (əsaslarla) bağlı cavabdehiyin mövqeyi ziddiyyətlidir. Belə ki,cavabdeh etirazında qeyd edir ki, “..."Sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında” 26.11.2018-ci il tarixli **********169831 nömrəli qərar çıxarılmış, vergi ödəyicisi tərəfindən malların alışını təsdiq edən sənədlə^yük gömrük bəyənnamələri, beynəlxalq qaimələr və s. təqdim olunmuş, malların satışını təsdiq edən sənədlər təqdim olunmamışdır... Yoxlama zamanı vergi ödəyicisinin satdığı malların bazar qiymətlərindən fərqli qiymətlər olub-olmamağını müəyyən etmək məqsədi ilə 15.01.2019-cu il tarixli **********174307 nömrəli qərar əsasında yoxlamaya ekspert dəvət edilmişdir..... Ekspert tərəfindən təqdim olunan rəydə iddiaçı tərəfindən tətbiq olunan qiymətlərin bazar qiymətlərindən 30%-dən çox fərqləndiyi müəyyən edilmişdir...” Göründüyü kimi cavabdeh bir tərəfdən malların satışı təsdiq edən sənədlərin təqdim olunmadığını, digər tərəfdən vergi ödəyicisinin satdığı malların bazar qiymətlərindən fərqli qiymətlər olub-olmamağını müəyyən etmək məqsədi ilə ekspert dəvət etdiyini bildirir. İddiaçının nümayəndəsi və vəkili isə məhkəmə iclasları zamanı bütün satış sənədlərini təqdim etdiklərini bildirir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təyin edilmiş ekspertiza zamanı ekspert qarşısında “malların satış qiymətinin real bazar qiymətinə uyğun qiymətləndirilməsi” sualı qoyulmuşdur. Başqa sözlə, “səyyar vergi yoxlaması zamanı təqdim edilmiş satış sənədlərində təsbit edilən qiymətlərin müəyyən ediləcək orta bazar qiymətlərindən neçə faiz fərqlənməsinin” öyrənilməsi ekspertə tapşırılmamışdır. Cavabdeh etirazında “təqdim olunan rəydə iddiaçı tərəfindən tətbiq olunan qiymətlərin bazar qiymətlərindən 30%-dən çox fərqləndiyi müəyyən edildiyni” bildirsə də, ancaq ekspert rəyində bu cür tədqiqat aparılmamışdır. Məhkəmə 29.11.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Ekspert rəyindən görünür ki, yoxlanılan dövr ərzində ofis ləvazimatlarının satış qiyməti, tərkibi, hesablama qaydaları və sair haqqında digər məlumatların Azərbaycan Respublikasının internet saytlarına (www.megamart.az, www.ofisalemi.az və sair) müraciət olunaraq öyrənildiyi, ekspert rəyində qiymətlərin yuxarıda göstərilən informasiyalara və MMC tərəfindən təsdiqlənmiş məlumatlara istinad edilərək göstərildiyi qeyd edilsə də, həmin məlumat mənbələrində olan qiymətlərin tələbi deyil, yalnız təklifi əks etdirdiyi nəzərə alınmamışdır. Bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni, qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Ekspert yoxlanılan dövrə aid olmayan, yəni yoxlamanın aparıldığı dövrdə mövcud olmuş təklif üzrə qiymətlərə istinad etməklə verdiyi rəyi şübhə altına almışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, yoxlama dövrü 01.01.2017-ci ildən 01.09.2018-ci ilədək olan dövrü əhatə etdiyi halda və tələblə təklifin heç də qeyd edilən dövrdə sabit qalması mümkün olmadığı halda, yəni qiymətlər qeyd olunan müddət ərzində qalxıb-enən istiqamətdə hərəkətdə olduğu halda, ümumilikdə həmin müddət ərzində vahid qiymətin müəyyən edilməsinin vergi orqanında şübhə doğurmaması, özü-özlüyündə məhkəmə üçün həmin rəyin sübut əhəmiyyətinin qeyri-mötəbər olması qənaətinə gəlmək üçün əsas verir. Yəni iddiaçının satışını həyata keçirdiyi malların (ofis ləvazimatları və s) satış qiyməti heç də hər hansı orqan tərəfindən tənzimlənmir və tərəflərin könüllü iradə ifadəsi əsasında həyata keçirildiyini nəzərə aldıqda aylar üzrə dəyişkən qiymətlər müəyyən edilməli olduğunun şübhəsiz olduğu halda, vahid qiymət müəyyən edilməklə rəyin əsassız olduğunu təsdiq edir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh ekspertiza təyin edənədək malların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, malların inventarizasiyasını keçirməmiş və hər hansı araşdırma aparmamışdır. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün vergi orqanı bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalədər. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı və yuxarı dəyişdikdə bazar qiymətlərinin tətbiq olunması vergi orqanının səlahiyyətlərinə aiddir. Vergi Məcəlləsinin 14.9-cu maddəsinin tələbinə əsasən malın (işin, xidmətin), bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni xüsusiyyətli, eyni cinsli mallara görə iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. Başqa sözlə, vergi orqanı tərəfindən yuxarıda qeyd olunan halların heç biri həyata keçirilməmişdir.Yəni inzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası-malın satıldığı gündən 30 gün ərzində hansı oxşar malın daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirər qeyd edir ki, cavabdeh tərəfində dəvət edilmiş ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, rəyin verilməsinə əsas olmuş məlumatlar internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməklə verilmiş və tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Ekspertin istifadə etdiyi məlumatlar vergi orqanı üçün eyni dərəcədə əlçatan olsa da, vergi orqanı vergini hesablamamış və bunun üçün ekspertə müraciət etmişdir. Eyni zamanda, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Məhkəmə iş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin 10.11.2020-ci il tarixli, 9/3787 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Belə ki, həmin ekspert rəyində qeyd edilmişdir ki, “...səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 09.12.2019cu il tarixli, **********166969 nömrəli aktla əlavə olaraq hesablanmış X13nin və gəlir vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmaması müəyyən olunur... Səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərə dair İddiaçı vergi borcu müəyyən edilmir...” Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyanın 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 70.1-ci maddəsinə əsasəm inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (23.01.2020-ci il tarixli) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 23.01.2020-ci il tarixli, **********196511 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər (ekspertiza xərci) cavabdehdən tutulmalıdır. İPM-in 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 23.01.2020-ci il tarixli, **********196511 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar