Məhkəmə qərarları › İş №2-1(120)-1060/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1060/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1060/2024 06.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli, **********760700 saylı və xx.xx.2019-cu il tarixli, **********02700 saylı “Vergilərin hesablanması barədə Qərar”larının ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2019-cu il tarixli, **********760700 saylı, xx.xx.2019-cu il tarixli, **********64800 saylı və xx.xx.2019-cu il tarixli, **********02700 saylı “Vergilərin hesablanması barədə Qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının vəkili və nümayəndəsi X8 məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “xx.xx.2019-cu il tarixli, **********760700 saylı və xx.xx.2019-cu il tarixli, **********02700 saylı “Vergilərin hesablanması barədə Qərar”larının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2017-ci ilin fevral ayından etibarən "xxxx" MMC-nin məhsullarının alış qiymətinə cəmi 3% ticarət əlavəsi tətbiq edərək Bakı şəhərində fəaliyyət göstərən topdan satış müəssisələrinə satışını həyata keçirmiş, lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi 20% ticarət əlavəsi tətbiq edərək kameral hesablama aparmış və nəticədə dövlət büdcəsinə gəlir vergisi (2017) üzrə 5225.73 (beş min iki yüz iyirmi beş manat, yetmiş üç qəpik). ƏDV (Dekabr 2017) üzrə 10656.25 (on min altı yüz əlli altı manat iyirmi beş qəpik) olmaqla, ümumilikdə 15881.98 (on beş min səkkiz yüz səksən bir manat doxsan səkkiz qəpik) məbləğində vergi borcu hesablamışdır. Halbuki real bazar qiymətlərinə nəzər yetirdikdə həmin mallara 20% ticarət əlavəsinin tətbiq edilinəsi mümkün deyildir. 5 saylı Ərazi Vergilər İdarəsinin yuxanda qeyd olunan vergi borclarının hesablanmasına dair xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə Şirvan İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 3 mart 2021-ci il tarixli, 2- 1(120)-17/2021 nömrəli (hakim S.F.Həsənov) qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarları qismən, yəni ƏDV üzrə 1.164,57 manat, gəlir vergisi üzrə 1.293, 97 manat məbləği istisna olmaqla, qalan hissədə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(106)-326/2021 nömrəli (hakimlər: M.K.Həsənov sədrlik edən və mərıızəçi Z.A.Zevnalov və Z.M.Allahyarov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasım xahiş etmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2 (məruzəçi), X5 və X4 ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli, 2-1(102)-673/2022 saylı qərarına əsasən iş üzrə iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli, xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli qərarlarla iddiaçıya 2017-ci il üzrə gəlir və həmin ilin dekabr ayı üzrə ƏDV hesablansa da, cavabdeh sonradan həmin qərarları ləğv etməklə, eyni dövr üzrə başqa qərarlar qəbul etməsi səbəbindən iş üzrə mübahisələndirilən qərarlar mövcud olmadığından İPM-nin 67.3-cii maddəsinin tələbi baxımından iş üzrə icraata xitam verilmişdir. Cavabdeh daha sonra eyni dövr üzrə “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********760700 nömrəli qərar ilə 2017-ci il üzrə 5027.29 manat gəlir vergisi, xx.xx.2019-cu il tarixli, **********64800 nömrəli qərarı ilə 2017-ci ilin dekabr ayı üzrə 6803.61 manat ƏDV, xx.xx.2019-cu il tarixli, **********02700 nömrəli qərarı ilə 2017-ci ilin dekabr ayı üzrə 14778.22 manat ƏDV, olmaqla eyni dövr üzrə yenidən ümumilikdə 26619.12 manat vergi borcu hesablamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən əsassız hesab olunmaqla ləğv edilmiş vergi borcları üzrə cavabdeh tərəfindən yenidən eyni dövr üzrə fərqli qərarlar qəbul edilərək əsassız vergi borcu hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı tərəfindən 2017-ci il üzrə baza məlumatlarına əsasən aldığı malların dəyəri 147861,55 manat olduğu halda, xx.xx.2018ci il tarixdə 2017-ci il üçün gəlir vergisi bəyannaməsini boş təqdim etməsi halı müəyyən edilmişdir. Aşkar edilmiş kənarlaşma ilə əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********164600 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən müvafiq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün tərəfimizdən xərcə görə şərti rentabellik əsasında 5027,29 manat kameral qaydada əlavə hesablama aparılaraq xx.xx.2019-cu il tarixli **********760700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixlərdə heç bir əsas göstərilmədən dəqiqləşmiş bəyannamə təqdim edilərək hesablanmış vergi məbləği azaldıldığı üçün, xx.xx.2018-ci il tarixli **********806800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək xx.xx.2018-ci il tarixdə hesablanmış 5914.46 manat vergi məbləği yenidən bərpa edilmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdə 2017-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin 177433,86 manat olmasına baxmayaraq 2017-ci ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyə 57534,79 manat təşkil etdiyindən dövriyyədə 119899,07 manat kənarlaşma yaranmışdır. Yranmış kənarlaşma ilə bağlı xx.xx.2018-ci il tarixli **********102700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən müvafiq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün, tərəfimizdən 10656,25 manat kameral qaydada əlavə hesablama aparılaraq xx.xx.2018-ci il tarixli **********629600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” barədə Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə heç bir əsas göstərilmədən dəqiqləşmiş bəyannamə təqdim edilərək hesablanmış vergi məbləğindən azaldıldığı üçün, xx.xx.2019-cu il tarixli **********040600 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək xx.xx.2018-ci il tarixdə hesablanmış vergi məbləği yenidən bərpa edilərək xx.xx.2019-cu il tarixli 1**********64800 saylı “Vergilərin, sosial sığorta və işsizliksığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. 2017-ci ilin dekabr ayının ƏDV b əyannaməsi üzrə kameral qaydada hesablama aparıldıqdan sonra 62 halda elektron vergi hesab faktura üzrə əvəzləşdirilən ƏDV əvvəlki dövr üzrə ƏDV bəyannaməsində əksini tapdığından təkrar əvəzləşdirilən elektron qaimə fakturalar kameral qaydada əvəzləşmədən çıxarılaraq 14778,22 manat kameral qaydada hesablama aparılaraq xx.xx.2019-cu il tarixli 1**********02700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV- nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2019-cu il tarixli, **********760700 nömrəli qərarının surətindən görünür ki, İddiaçı keçirilmiş kameral yoxlamasının nəticəsində 2017-ci il üzrə 5027,29 manat hesablanmışdır. İş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2019-cu il tarixli, **********02700 nömrəli qərarının surətindən görünür ki, İddiaçı keçirilmiş kameral yoxlamasının nəticəsində 2017-ci ilin dekabr ayı üzrə 14778,22 manat hesablanmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli, **********760700 saylı və xx.xx.2019-cu il tarixli, **********02700 saylı “Vergilərin hesablanması barədə Qərar”larının ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan qərarlar xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı 2023-cü ilin iyul ayında (məhkəməyə daxil oldğu vaxt), yəni qərarların qəbul olunduğu vaxtdan müvafiq olaraq 04 il 02 aydan sonra mübahisələndirmişdir. Mübahisələndirilən qərarların iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-17/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(106)-326/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-673/2022 saylı qərarına əsasən iş üzrə iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli, xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli qərarlarla iddiaçıya 2017ci il üzrə gəlir və həmin ilin dekabr ayı üzrə ƏDV hesablansa da, cavabdeh sonradan həmin qərarları ləğv etməklə, eyni dövr üzrə başqa qərarlar qəbul etməsi səbəbindən iş üzrə mübahisələndirilən qərarlar mövcud olmadığından tələbi baxımından iş üzrə icraata xitam verilmişdir. Cavabdeh daha sonra eyni dövr üzrə “Vergilərin hesablanması barədə” qərar qəbul etmişdir. Eləcə də, iş materiallarına əlavə edilən sənədlərə əsasən S.Qasımova ilə inzibati orqan arasında elektron sənəd mübadiləsi haqqında xx.xx.2016-cı il tarixli müqavilənin olduğu, tərəflər arasında vergi ödəyiciləri ilə yazışmalar barədə məlumat vərəqəsindən iş mübahisələndirilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli, **********760700 saylı qərarın xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixli, **********02700 saylı qərarın isə xx.xx.2019-cu il tarixdə iddiaçı Sona Qasımova tərəfindən oxunulduğu və məlumatının olduğu müəyyən edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərarlardan uzun müddətdir məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli, **********760700 saylı və xx.xx.2019-cu il tarixli, **********02700 saylı qərarlardan uzun müddətdir ki, məlumatı olmuşdur. İddiaçı isə bu illər ərzində qeyd edilən qərarlarla bağlı heç bir mübahisə yaratmamışdır. İddiaçı dörd ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfdən məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, xx.xx.2023-cü il tarixli, 2-1(120)-3615/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 2- 1(120)-1060/2024 nömrəli məktublarla hüquqi yardım məktublarına münasibət bildirmək üçün vaxt verilmiş, iddiaçı da müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qərarlar barədə iddiaçı ən azı 2019-cu ilin may ayında məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin müddətin buraxılmasına səbəb olmuş halları sonradan, yəni 2023-cü ildən məlumatının olması ilə əlaqəndirsə də məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, hazırkı hallar üzrə iddia müddətinin ötürülməsində iddiaçının təqsirini istisna edən hallar mövcud deyil. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar