Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1062/2020 13.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Kürdəmir rayon Topalhəsənli bələdiyyəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı «Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən və istifadəsində olan 0,81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən və istifadəsində olan 0,81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbi üzrə Kürdəmir rayon Topalhəsənli bələdiyyəsiüçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun on illiklərdir ki, özü və 4 nəfər ailə üzvləri həyat yoldaşı X16, qızı Novruzova Könül Seyidağa qızı və oğlu X7 ilə birlikdə Kürdəmir rayonunun Qaraqocalı kəndində yaşayır. Həmin kənddə həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Bundan əlavə 1989-cu ildə Qaraqocalı kəndi ərazisindən Kürdəmir - Ağsu magistral avtomobil yolunun sol tərəfindən, bağların başı deyilən ərazidən 0,81 ha torpaq sahəsini zəbt edərək, istifadə edir. Ətrafına traktorla xəndək qazdırıb, çəpər (hasar) çəkib, girişinə qapı qoymuşdur. Torpaq sahəsinə çoxlu sayda müxtəlif növ meyvə ağacları əkib, becərmişdir. Hansı ki, hələ o vaxt aqrar islahatlar aparılmamışdır. 1990-cı ilin axırlarında respublikada aqrar sektorda islahatlar aparılan zaman kəndinpay normasına uyğun olaraq onların ailəsinə 3,98 ha çöl pay torpaq sahəsi verilməli idi. Müraciətində yuxarıda qeyd etdiyi Qaraqocalı kəndi ərazisində yerləşən, zəbt edərək istifadə etdiyi 0,81 ha həyətyanı torpaq sahəsi, torpaq sahəsinin 2 mislinə vurularaq çöl pay torpaq sahələrindən çıxılmış və nəticədə ailələrinə 3,98 ha deyil, 2,36 ha çöl pay torpaq sahəsi verilmiş və torpaq mülkiyyət hüququna dair JN-812 nömrəli 90615038 kodu olan Dövlət Aktı təqdim olunmuşdur. Lakin zəbt edərək istifadə etdikləri və 2-yə vurularaq çöl pay torpaq sahələrindən çıxılan 0,81 ha həyətyanı torpaq sahəsinə heç bir mülkiyyət sənədi verilməmişdir. Aidiyyəti orqanlara uzun illərdir ki, müraciətlər edilməsinə baxmayaraq, həmin zəbt torpaq sahəsinə mülkiyyət sənədi ala bilməmişdir. Həmin torpaq sahəsinə mülkiyyət sənədi alınması ilə bağlı xx xxxx 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 16 saylı X26 rəsmi müraciət edilmişdir. Onlara xx xxxxxxx 2019-cu il tarixdə **********99 №-li, xx xxxx 2020-ci il tarixdə **********86 №-li və sonuncu dəfə xx xxxxx 2020-ci il tarixli **********05 №-li məktublar ilə müraciətindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, izahatında Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən və istifadəsində olan 0,81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Kürdəmir rayon Topalhəsənli bələdiyyəsinin nümayəndəsi X18 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının tələbində qeyd etdiyi 0,81 ha torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsi haqqında sənəd aşkar edilməmişdir. Odur ki, iddia tələbini əsassız hesab edərək, rədd ediməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X26 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X24 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8-ci maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olsa da, lakin, mahiyyəti üzrə əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi X1 ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********86 nömrəli məktubunda qeyd olunmuşdur: “Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən 0.85 ha torpaq sahəsinin sənədləşməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında-Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X25 baxılmışdır. Bildiririk ki, Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən araşdırma aparılarkən müəyyən edilmişdir ki, Kürdəmir rayonu X15 xx.xx.1998-ci il tarixli 34 saylı qərarına əsasən sizə və ailə üzvlərinizə 1 konturda yerləşməklə 2.36 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmış və müvafiq qaydada torpağa mülkiyyət hüququna dair JN-812 nömrəli dövlət aktı verilmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının müəyyən edilməsi torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərinin sayına bölünməsi yolu ilə təyin edilir. Müraciətinizdə qeyd etdiyiniz 0.85 hektar torpaq sahəsi ilə bağlı ərazi idarəsinin arxiv məlumatlarında hər hansı bir məlumat aşkarlanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslar olmadığından müraciətinizin müsbət həll edilməsi mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Qeyd edilənlərə əsasən bildiririk ki, məsələnin həlli istiqamətində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət X15 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir”. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli **********99 nömrəli məktubunda qeyd olunmuşdur: “Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən 0,85 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətlərinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Qeyd edilənlərə əsasən bildiririk ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair tələb olunan hüquqmüəyyənedici sənədlər tərəfinizdən Xidmətin 16 saylı X26 təqdim ediləcəyi təqdirdə müracrətinizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır”. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X24 məhkəməyə ünvanladığı xx xxxx 2020-ci il tarixli **********11 nömrəli etirazında qeyd olunmuşdur: “X3 rayonu, Qaraqocalı kəndində yerləşən 0.85 ha torpaq sahəsinin sənədləşməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X26 müraciət etmişdir. Vətəndaş ərizəsinə mülkiyyətinə verilməsini tələb etdiyi 0.85 hektar torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə qeyd olunmuş hüquqmüəyyənədici və texniki sənədlər əlavə etmədiyi, həmçinin həmin torpaq sahəsi ilə bağlı Ərazi idarəsinin arxiv məlumatlarında hər hansı bir məlumat aşkarlanmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Bildiririk ki, ərazi idarəsinin elektron baza məlumatlarına əsasən araşdırma aoarılarkən müəyyən edilmişdir ki, Kürdəmir rayonu X15 xx.xx.1998-ci il tarixli, 04 saylı qərarına əsasən X5 və ailə üzvlərinizə 1 konturda yerləşməklə 2.36 ha kənd təsərrüfatı məhsullarının istehsalı “məqsədi ilə torpaq sahəsi ayrılmış və müvafiq qaydada torpağa mülkiyyət hüququna dair JN-812 nömrəli dövlət aktı verilmişdir. Həmçinin, Kürdəmir RAİKnın xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında İddiaçı, X12 və X5 Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisindən 0.2757 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin (həyətyanı) ayrıldığı və həmin torpaq sahəsinə dair A seriyalı 341102 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənilmişdir. Yuxarıda qeyd olunan Torpaq sahəsinin planı-ölçüsü sənədi və təsərrüfatbaş kitabından çıxarış əsasında Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən 0.2757 ha torpaq sahəsinin üzərində İddiaçı (0.0919 ha), X9 (0.0919 ha), və X4 (0.0919 ha) həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində isə İddiaçı (tam) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onların adına 15.03,2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və texniki pasport verilmişdir. Kürdəmir rayon Notariat Kontorunda 4Ə-227 reyestr nömrəsilə qeydiyyata alınmış bağışlama müqaviləsi əsasında İddiaçı özünə məxsus fərdi yaşayış evini və 0.0919 ha torpaq sahəsini, X16 isə 0.0919 ha torpaq sahəsini X5 bağışlamışdır. Yuxarıda qeyd olunan bağışlama müqaviləsi əsasında X4 Kürdəmir rayonu Qaraqocalı kəndi ərazisində yerləşən 0.2757 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və texniki pasport verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X27 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər nüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirik. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resestri Xidmətinin məhkəməyə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli **********79 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı “öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə müraciətdə qeyd olunan arxiv sənədlərinin verilməsi barədə xx.xx.2020-ci il tarixli, 2-1 (120)-1062/2020 nömrəli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Qeyd olunan torpaq sahəsi ilə bağlı bildiririk ki, Kürdəmir rayon X15 xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə işlənmiş JN-812 nömrəli Torpağamülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə verilmiş 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsi Kürdəmir regional “ASAN xidnlət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-115 saylı alqı-satqı müqaviləsinə əsasən X2 (sənədlərin surəti əlavə olunur). Kürdəmir rayon X15 xx.xx.1998ci il tarixli, 04 nömrəli qərarı ilə işlənmiş JN-670 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X10 və ailə üzvlərinə verilmiş 6.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X8 və ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində omaqla adlarına xx.xx.2019-cu il tarixli, **********07 reyestr nömrəli çıxarış və plan ölçü sənədi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X24 məhkəməyə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli **********14 nömrəli məktubunda qeyd olunmuşdur ki,İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı “öhdəliyin cavabdehin üzərinə qoyulması’ tələbinə dair iş üzrə sorğuda qeyd olunan məlumatların və arxiv sənədlərinin verilməsi barədə xx.xx.2020-ci il tarixli, 2-1 (120)-1062/2020 nömrəli sorğunuza Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X25 baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Kürdəmir rayon X15 xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə işlənmiş JN-812 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə verilmiş 2.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsi Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-115 saylı alqı-satqı müqaviləsinə əsasən X2. Kürdəmir rayon X15 xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə işlənmiş JN-670 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X10 və ailə üzvlərinə verilmiş 6.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X8 və ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində omaqla adlarına xx.xx.2019-cu il tarixli **********07 reyestr nömrəli çıxarış və plan ölçü sənədi verilmişdir. Əlavə olaraq bildiririk ki, Kürdəmir rayon X15 qərarları ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X26 təhvil verilməmişdir. İş materialında olan Torpağa mülkiyyət hüququna dair JN-812, kod 90615038 olan Dövlət Aktı ilə müəyyən olunur ki, Kürdəmir rayonu, Qaraqocalı kənd sakini İddiaçı və ailə üzvlərinə Kürdəmir rayonu X15 xx xxxxx 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 2,36 ha torpaq sahəsi verilmişdir. İş materialında olan Torpağa mülkiyyət hüququna dair JN-670, kod 90615038 olan Dövlət Aktı ilə müəyyən olunur ki, Kürdəmir rayonu, Qaraqocalı kənd sakini X14 və ailə üzvlərinə Kürdəmir rayonu X15 xx xxxxx 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 6,88 ha torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Kürdəmir rayonu, Qaraqocalı kənd sakini İddiaçı və ailə üzvlərinə Kürdəmir rayonu X15 xx xxxxx 1998-ci il tarixli, 04 nömrəli qərarı cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 2,36 ha torpaq sahəsi verilmişdir və bu barədə Torpağın mülkiyyət hüququna dair JN-812, kod 90615038 olan Dövlət Aktı tərtib edilmişdir. Həmçinin Kürdəmi rayon X15 xx xxxxx 1998-ci il tarixli, 04 nömrəli qərarı Kürdəmir rayonu, Qaraqocalı kənd sakini X14 və ailə üzvlərinə 6,88 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-670, kod 90615038 olan şəhadatnamə tərtib edilmişdir. Hazırda iddiaçı Kürdəmir rayonu, Qaraqocalı kəndində qanuni istifadəsində olan 2,36 ha torpaq sahəsindən əlavə zəbt kimi uzun müddət istifadə etdiyi 0,81 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasını və buna dair müvafiq çıxarışın verilməsini xahiş edir. İddiaçı onun və ailə üzvlərinin zəbtində olduğu 0,81 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması üçün heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da bu halı təsdiq edən hər hansı bir subut müəyyən olunmamışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8, 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yenə həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçı Kürdəmir rayonu Qaraqocalı kəndindəzəbtində olan 0,81 ha torpaq sahəsini qanuni əsaslarla əldə etməsini təsdiq edən sübutları təqdim edə bilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı da bu hallar müəyyən olunmadığından onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddia tələbinin qanuni əsasları yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı «Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən və istifadəsində olan 0,81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X22rşı «Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən və istifadəsində olan 0,81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə tələbi edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1062/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1062/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver