Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1064/2025 05.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilərək davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N75-ci ildə Sabirabad rayonu, Poladtoğay kəndində anadan olmuş, orta təhsillidir və ümumi xəstəliyə görə 2-ci dərəcəli əlildir. Hal-hazırda Sabirabad rayonu Poladtoğay kəndində yaşayır. Qeydiyyatda olduğu Sabirabad Rayon HK tərəfindən xx.xx.N93-cı il tarixində müddətli həqiq hərbi xidmətə çağırılmış, hərbi xidmətini MNnin N №li hərbi hissəsində yerinə yetirməyə başlamış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 85 №li əmrində xx.xx.N93-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilmişdir. N №li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 89 № əmrlə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etmək üçün N № hərbi hissəyə göndərilmiş, N № hərbi hissə komandininin N may N93-cü il tarixli 5 №li əmri ilə şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla təmin edilmişdir. N №li hərbi hissə komandirinin N iyul N93-cü il tarixli 58 №li əmri ilə hərbi xidmətimi davam etdirmək üçün N № hərbi hissəyə göndərilmişdir. N №li hərbi hissə komandirinin N iyul N93-cü il N65 № əmri ilə şəxsi həyətin siyasına və bütün təminatlarla daxil edilmiş, N № hərbi hissə komandirinin N avqust N93-cü il tarixli N70 № əmri ilə döyüş tapşırığı yerinə yetirmək üçün Füzuli rayonuna ezamiyyətə göndərilmiş və bu səbəbdən də qazan təminatından çıxarılmışdır. Arxiv sənədlərində göstərilir ki, xidməti yerini özbaşına tərk etdiyi üçün N № li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N №li əmrlə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №li hərbi hissəyə göndərilmişdir. Hərbi prokurorluğun göndərişinə əsasən xidmətini davam etdirmək üçün N8N №li hərbi hissəyə göndərilmiş, N8N № li hissə komandirinin N yanvar N94-cü il tarixli 5 №li əmrilə şəxsi həyatın siyasına daxil edilərək bütün təminatlarla təmin edilmişdir. Xidmət etdiyi N8N №li hərbi hissənin tərkibində Füzuli rayon ərazisində aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. xx.xx.N94-cü il tarixində aparılan ağır döyüşlər zamanı sol ayaq pəncəsinin və sol bud yumşaq toxumalarını kor güllə yarası olaraq yaralanmış, müalicə olunmaq üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş, xx.xx.N94-cü il tarixinə qədər müalicə olunmuşdur. Həmin tarixdə hərbi xidmətə yararlığı müəyyən olunması üçün Ələt qəsəbəsində yerləşən 25N № hərbi hospitalda göndərilmişdir. Buna dair Saatlı rayon Mərkəzi Xəstəxanasını tərəfindən həmin tarixə aid tibbi sənədlər verilib yarası ağır olduğu üçün ev şəraitində müalicə alaraq yenidən xidmət etdiyi N8N № hərbi hissəyə qayıtmışdır. N8N № hərbi hissədə xidmətinə dair əsaslı dəlillərin və sübutların olması barədə əlində əsaslı sənədləri vardır. Xidmət etdiyi N8N №li hərbi hissədə qərargahda hərbi biletini ittidiyi üçün ona hərbi hissə tərəfində rəsmi arayış verərək xx.xx.N97-ci il Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3 saylı xx.xx.N97-ci il əmrilə ordu sıralarından ehtiyata buraxılmışdır. N8N № li hərbi hissənin komandiri tərəfində ona verilmiş hərbi sənədlərə əsasən keçmiş hərbi kommisarlıq təkrar hərbi bilet verilmişdir. Lakin bu günə qədər Müdafiə Nazirliyinin Mərkəzi Arxivin ədalətsizliyinin qurbanı olaraq hərbi xidmətinə dair tam vəziyyətdə hərbi sənədlərini ala bilmir. Bu səbəbdən də bu günə qədər müharibə veteranı adını ala bilmir. Hərbi xidmətə çağırılmış, bir əsgər kimi layiqincə hərbi xidməti vəzifəsini yerinə yetirmiş və respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş və yaralanmışdır. Bu səbəbdən də Qarabağ müharibəsi veteranıdır. Lakin bütün bunlara baxmayaraq müharibə veteranı adının, müvafiq vəsiqəsinin verilməsinə imtina edilmişdir. Hərbi xidmətinə dair yetərincə bəraət verici sənədlərin olmasına baxmayaraq bir müharibə veteranı kimi veteran adını ala bilmir. Bu səbəbdən də cavabdeh orqana qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı, ərizəsində 25 aprel N93-cü il tarixdə hərbi xidmətə çağrılaraq N nömrəli hərbi hissəyə göndərildiyini, N iyul N93-cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyini, N nömrəli hərbi hissədə xidmətdə olarkən hərbi hissə komandirinin N avqust N93-cü il tarixli N70 nömrəli əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün Füzuli rayonuna ezam olunaraq döyüşlərdə iştirak etdiyini, həmçinin N8N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunda döyüş tapşırığı icra etdiyini bildirmiş və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxiii işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr) və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən) başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiasıİ ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə səxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli N850 nömrəli arayışından görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 200 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılmışdır. N8N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 5 nömrəli əmrilə İddiaçı Hərbi Prokurorluğun göndərişinə əsasən şəxsi heyətin siyahısına salınmışdır. Həmçinin arayışda qeyd olunmuşdur ki, İddiaçı tərxis olunması barədə əlavə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 2N avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı fərarilik etmə xüsusatı üzrə müddətin keçməsi ilə əlaqədar barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.N.3-cü maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində xidmətdə olarkən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmiş və müddətin keçməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət yerini özbaşına tərk etdiyi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə komissiya” tərəfindən sonuncunun “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM- N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPM-nin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N75-ci il tarixdə Sabrabad rayonunun Poladtoğay kəndində anadan olmuş, Sabirabad rayonu, Poladtuğay kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.N97-ci il tarixli, AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N93-cü il tarixdən xx.xx.N97-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-53N0 nömrəli arxiv arayışından görünür ki, Hərbi Prokurorluğun göndərişinə əsasən xidmətini davam etdirmək üçün gəlmiş, Sabirabad RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü sıravi İddiaçı Səfyət oğlu N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Sabirabad RHK-dan çağırılmış, sıravi İddiaçı Səfayət oğlu N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N57 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Müalicədən sonra hospitaldan gəlmiş X7 N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 3NN №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N8N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N93-cü il tarixdə Sabirabad RHK-dan çağırılmış İddiaçı Səfayət oğlunun komandirin xx.xx.N94-cü il tarixli 3NN №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, 709 (N8N) Nq-İİ hərbi hissə komandirinin aprel N93-cü il, mart N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Səfayət oğlunun xidməti, yaralanması və fevral N97-ci il tarixli nizami hissə üzrə əmrlərində tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-5588 nömrəli arxiv arayışından görünür ki, Hərbi Prokurorluğun göndərişinə əsasən xidmətini davam etdirmək üçün gəlmiş, Sabirabad RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü sıravi İddiaçı Səfyət oğlu N8N №-li hərbi hissə komandirinin N yanvar N94cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Sabirabad RHK-nın çağırışçısı, sıravi İddiaçı Səfayət oğlu N8N №-li hərbi hissə komandirinin N iyul N94-cü il tarixli N57 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Müalicədən sonra hospitaldan gəlmiş X7 N8N №-li hərbi hissə komandirinin N0 dekabr N94-cü il tarixli 3NN №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N8N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N93-cü il tarixdə Sabirabad RHK-dan çağırılmış İddiaçı Səfayət oğlunun komandirin xx.xx.N94-cü il tarixli 3NN №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, 709 (N8N) №-li hərbi hissə komandirinin aprel N93-cü il, mart N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Səfayət oğlunun xidməti, yaralanması və fevral N97-ci il tarixli nizami hissə üzrə əmrlərində tərxis olunması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı Səfayət oğlu barədə xx.xx.2022-ci il tarixli 4/2-53N0 №-li məktubla vətəndaşın ünvanına cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-7038 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında N75-ci il təvəllüdlü İddiaçı Səfayət oğlunun xx.xx.N93cıi il tarixdən Sabirabad RHK-dan çağırılması, komandirin N aprel N93-cü il tarixli 8N №-li əmrilə şəxsi heyətin siyahısına daxil olunması və komandirin N aprel N.93-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Sabirabad RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü X3 N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 8N №-li əmrində xx.xx.N93-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə “kursant” vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli N №-li əmrilə İddiaçı Səfayət oğlu şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-İİ hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş İddiaçı Səfayət oğlu N №-li hərbi hissə komandirinin N may N93-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək çilingər-vulkanizator vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyul N93-cü il tarixli 58 №-li əmrilə İddiaçı Səfayət oğlu xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin N iyul N93-cü il tarixli N6N №-li əmrilə Sabirabad RHKnın çağırışçısı. N75-ci i! təvəllüdlü İddiaçı Səfayət oğlu şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N avqust N93-cü il tarixli N70 №-li əmrilə sıravi İddiaçı Səfayət oğlu döyüş tapşırığını yerinə yetirmək üçün Fizuli rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılmışdır. Xidmət yerini özbaşına tərk etdiyi üçün Sabirabad RHKnın çağırışçısı, N75-ci il təvəllüdlü, sıravi İddiaçı Səfayət oğlu N №-li hərbi hissə komandirinin N3 sentyabr N93-cü il tarixli 200 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Hərbi Prokurorluğun göndərişinə əsasən xidmətini davam etdirmək üçün gəlmiş, Sabirabad RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü sıravi İddiaçı Səfyət oğlu N8N №-li hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Sabirabad RHK-nın çağırışçısı, sıravi İddiaçı Səfayət oğlu N8N №-li hərbi hissə komandirinin N iyul N94-cü il tarixli N57 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Müalicədən sonra hospitaldan gəlmiş X7 N8N №-li hərbi hissə komandirinin N0 dekabr N94-cü il tarixli 3NN №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N8N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N93-cü il tarixdə Sabirabad RHK-dan çağırılmış İddiaçı Səfayət oğlunun komandirin xx.xx.N94-cü il tarixli 3NN №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N8N №-li hərbi hissə komandirinin yanvar N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Səfayət oğlunun yaralanması və fevral N97-ci il tarixli nizami hissə üzrə əmrlərində tərxis olunması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı Səfayət oğlu barədə xx.xx.2022-ci il tarixli 4/2-53N0 №-li, xx.xx.2022-ci il tarixli 4/2-5588 №-li, xx.xx.2022-ci il tarixli 4/2-6948 №-li məktublarla vətəndaşın ünvanına cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, N28 nömrəli arayışından görünür ki, N75-ci il təvəllüdlü İddiaçı Səfayət oğlu xx.xx.N93-cü il tarixdə keçmiş Sabirabad rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü tarixli 8N №-li əmrində xx.xx.N93-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N may N93-cü tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N93-cü tarixli 58 №-li əmrilə hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N93-cü tarixli N6N №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N avqust N93-cü tarixli N70 №-li əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün Füzuli rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatlardan çıxarılmışdır. Xidmət yerini özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N3 sentyabr N93-cü tarixli 200 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Hərbi Prukurorluğunun göndərişinə əsasən xidmətini davam etdirmək üçün gəlmiş, N8N nömrəli hərbi hissə komandirinin N yanvar N94-cü tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün N8N nömrəli hərbi hissə komandirinin N iyul N94-cü tarixli N57 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Müalicədən sonra hospitaldan gəlmiş N8N nömrəli hərbi hissə komandirinin N0 dekabr N94-cü tarixli 3NN №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. xx.xx.N97-ci il tarixdən SHXÇDX-nin Sabirabad rayon şöbəsində hərbi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Səfayət oğlunun fərarilik etməsi xüsusatı üzrə müddətin keçməsi ilə əlaqədar barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.N.3-cü maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı Səfayət oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-9688 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteram" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-7038 nömrəli arayışına əsasən xx.xx.N93-cü ildən sonra xidmət yerini özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N787 nömrəli məktubundan görünür ki, Sabirabad RHK-dan xx.xx.N93-cü il tarixdə həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, N75-ci il təvəllüdlü X8 N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 8N №-li əmrilə xx.xx.N93-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N №-li əmrində hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N №-li əmrində N №-li hərbi hissədən xidmətlərini davam etdirmək üçün gəlmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış hərbi qulluqçuların siyahısında, vulkanizatorçu-çilingər vəzifəsində N75-ci il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 2N №-li əmrilə İddiaçı “sürücü-çilingər” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 58 №-li əmrində xidmətlərini davam etdirmək üçün hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə göndərilm ş hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N6N №-li əmrində hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınan hərbi qulluqçuların siyahısında, xx.xx.N93-cü il tarixdə Sabirabad RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N70 №-li əmrində Füzuliyə döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezamiyyətə göndərilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 200 №-li əmrində xidməti yerlərini özbaşına tərk efrniş^hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə köçürülən hərbi qulluqçuların siyahısında, Sabirabad RHK-nın çağırışçısı, N75-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd edilmişdir. N8N №-li hərbi hissə komandirinin 05.0N,N94-cü il tarixli N №-li əmrində Hərbi Prokurorluğun göndərişinə əsasən, xidmətlərini davam etdirmək üçün gəlmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 2-ci motoatıcı tabora təyin olunmuş hərbi qulluqçuların siyahısında, Sabirabad RHK-nın çağırışçısı, N75-ci il təvəllüdlü, sıravi İddiaçı Safyət oğlunun adı qeyd edilmişdir. N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N57 №-li əmrində N (otuz) gündən artıq hərbi hissəni özbaşına tərk etdiklərinə görə, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılan hərbi qulluqçuların siyahısında, Sabirabad RHK-nın çağırışçısı, sıravi İddiaçı adı yazılmışdır. N8N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N93-cü il tarixdə Sabirabad RHK-dan çağırılmış İddiaçı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 3NN №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi ' heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Müalicədən sonra hospitaldan gəlmiş hərbi qulluqçu, sıravi X5 N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 3NN №-li əmrilə xx.xx.N94-cü il tarixdən 2-ci MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. N8N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli 46 №-li əmrində Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli 3 №-li əmrinə əsasən, 2-ci motoatıcı taborun hərbi qulluqçusu, operator, Sabirabad RHK-nın çağırışçısı, N75-ci il təvəllüdlü, sıravi X4 xx.xx.N97-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sabirabad RHK-na göndərilməsi barədə məlumat qeyd edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması, N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-xx.xx.N94-cü il tarixli nizami hissə üzrə əmrlərində yaralanması və hospitala müalicəyə göndərilməsi, yanvar-fevral N97-ci il tarixli nizami hissə üzrə əmrlərində tərxis olunmas barədə əlavə məlumat aşkar edilməmişdir. N8N №-li hərbi hissənin “Yaralananları qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, N850 nömrəli məktubundan görünür ki, Sabirabad RHK-dan xx.xx.N93-cü il tarixdə həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, N75-ci il təvəllüdlü X8 N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 8N №-li əmrilə xx.xx.N93-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N №-li əmrində hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N №-li əmrində N №-li hərbi hissədən xidmətlərini davam etdirmək üçün gəlmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış hərbi qulluqçuların siyahısında, vulkanizatorçu-çilingər vəzifəsində N75-ci il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 2N №-li əmrilə İddiaçı “sürücü-çilingər” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 58 №-li əmrində xidmətlərini davam etdirmək üçün hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə göndərilmiş hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N6N №-li əmrində hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınan hərbi qulluqçuların siyahısında, xx.xx.N93-cü il tarixdə Sabirabad RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N70 №-li əmrində Füzuliyə döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezamiyyətə göndərilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 200 №-li əmrində xidməti yerlərini özbaşına tərk etmiş hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə köçürülən hərbi qulluqçuların siyahısında, Sabirabad RHK-nın çağırışçısı, N75-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd edilmişdir. N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li əmrində Hərbi Prokurorluğun göndərişinə əsasən, xidmətlərini davam etdirmək üçün gəlmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 2-ci motoatıcı tabora təyin olunmuş hərbi qulluqçuların siyahısında, Sabirabad RHK-nın çağırışçısı, N75-ci il təvəllüdlü, sıravi İddiaçı Safyət oğlunun adı qeyd edilmişdir. N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N57 №-li əmrində N (otuz) gündən artıq hərbi hissəni özbaşına tərk etdiklərinə görə, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılan hərbi qulluqçuların siyahısında, Sabirabad RHK-nın çağırışçısı, sıravi İddiaçı adı yazılmışdır. N8N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N93-cü il tarixdə Sabirabad RHK-dan çağırılmış İddiaçı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 3NN №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Müalicədən sonra hospitaldan gəlmiş hərbi qulluqçu, sıravi X5 N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 3NN №-li əmrilə xx.xx.N94-cü il tarixdən 2-ci MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. N8N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli 46 №-li əmrində Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli 3 №-li əmrinə əsasən, 2-ci motoatıcı taborun hərbi qulluqçusu, operator, Sabirabad RHK-nın çağırışçısı, N75-ci il təvəllüdlü, sıravi X4 xx.xx.N97-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sabirabad RHK-na göndərilməsi barədə məlumat qeyd edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması, N8N №-li hərbi hissə komandirinin xx.xx.N94-xx.xx.N94-cü il tarixli nizami hissə üzrə əmrlərində yaralanması və hospitala müalicəyə göndərilməsi, yanvar-fevral N97-ci il tarixli nizami hissə üzrə əmrlərində tərxis olunması barədə əlavə məlumat aşkar edilməmişdir. N8N №-li hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” XN4 “Saatlı Rayon Mərkəzi Xəstəxanası” XN4inin xx.xx.2024-cü il tarixli, N8-N-65/2-784/2024 nömrəli xx.xx.N94-cü il tarixdə İsayev X6 RMX-nın cərrahiyə şöbəsinə daxil olmuş və müayinə olunaraq stasionar müalicədə olmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İnzibati orqan iddiaçının tələbinə xidməti tam təsdiqlənmədiyi əsası ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-53N0 nömrəli arxiv arayışın, xx.xx.2022-ci il tarixli, 4/2-5588 nömrəli arxiv arayışın, xx.xx.2022-ci il tarixli, 4/2-7038 nömrəli arxiv arayışın, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N787 nömrəli məktubun və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, N850 nömrəli məktubundan görünür ki, xx.xx.N93-cü il tarixdə Sabirabad RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N70 №-li əmrində Füzuliyə döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezamiyyətə göndərilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən inzibati icraat aparılan zaman iddiaçının hərbi biletində yazılan qeydlər, hərbi hissəni özbaşına tərketsə belə tərketmənin iradəsində asılı olmayan səbəblərdən olmasını, yəni güllə yarası alaraq xəstəxana yerləşdirilməsi və müayinə olunması nəticəsində baş verdiyini və daha sonra sağalaaq yenidən hərbi hissəyə geri qayıtma halını, hospitaldan gəlmiş hərbi qulluqçu kimi təminatlara daxil edilməsin, rəsmi əsaslara təxrisini, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Hərbi Prokurorluğunun qərarı və nəticə üçün əsas olan hallar, arxiv sənədləri və müvafiq əmrlərin olması halları nəzərə alınmalı, formal əsaslala imtina etməməli və müraciətə baxarkən “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan etimad, aşkarlıq prinsiplərinə nəzər yetirməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Hazırkı mübahisə mahiyyəti üzrə həll edilmədiyindən, qəbul edilən qərar inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına olunmadığından, qərar hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh olunmamalıdır. Bu baxımdan, cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, qərardan apellyasiya şikayəti vermək üçün İPM-in 8N.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmədiyindən qeyd edilən qərardan cavabdeh inzibati orqan tərəfindən şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1064/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1064/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver