Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1065/2025 13.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X24na qarşı “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X24nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı X24na qarşı “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı X24na qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 20 noyabr 2021-ci il tarixdən, 60 yaşdan təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X24 arasında pensiya hüququnun yarandığı tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsi ilə əlaqədar mübahisəsi yaranmışdır. 60 yaşının tamam olduğu 20 noyabr 2021-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinin 1-ci bəndinin redaksiyasına əsasən, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X24na rəsmən müraciət etmişdir. Lakin cavabdeh 02 aprel 2024 -cü il tarixli 3-17-1 /2-Ş-74708/2024 saylı məktubu ilə onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, güzəştli iş stajı 12 il 6 aydan az- 10 il 6 ay 12 gün təşkil edir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, orta təhsilini başa vurduqdan sonra 23 oktyabr 1979-cu il tarixində Əli-Bayramlı 44 nömrəli Tikinti Quraşdırma İdarəsində fəhlə peşəsinə işə qəbul edilmiş və 15 aprel 1980-ci ildə işdən azad edilmişdir. 15 aprel 1980-27 may 1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 05 iyul 1982-ci ildə Əli-Bayramlı 44 nömrəli Tikinti Quraşdırma İdarəsində fəhlə peşəsinə işə qəbul edilmiş, 17 fevral 1982-ci ildə suvaqçı keçirilmişdir. 01 sentyabr 1986-cı ildə köçürmə yolu ilə 73 nömrəli Tkinti İdarəsinə üzlükçü qəbul edilmişdir. 01 avqust 1987-ci ildə 75 nömrəli Tikinti İdarəsinə köçürmə yolu ilə işdən çıxmışdır. 07 avqust 1987-ci ildə 75 nömrəli Tikinti İdarəsinə üzlükçü peşəsinə işə qəbul edilmişdir. 07 iyun 1988-ci ildə oradan işdən çıxmışdır. 06 iyul 1988-ci ildə Qazaxıstan SSR-də X10 Kəsmə Sexində cəmdəklərin emalçısı peşəsinə qəbul edilmiş və 27 iyul 1988-ci ildə işdən çıxmışdır. 03 avqust 1988-ci ildə təkrarən X10 Kəsmə Sexində cəmdəklərin emalçısı peşəsinə qəbul edilmiş və 03 oktyabr 1988-ci ildə işdən çıxmışdır. 30 noyabr 1988-ci il tarixində X21 Yollarının X1tar bələdçisi şagirdi vəzifəsinə işə qəbul edilmişdir. 23 mart 1989-cu il tarixində oradan işdən çıxmışdır. 29 mart 1989-cu il tarixində X7 Birliyinin Təmir-Tikinti İdarəsində suvaqçı peşəsinə işə qəbul edilmiş və 06 iyul 1989-cu il tarixinə kimi orada işləmişdir. 07 iyul 1989-cu il tarixdən 13 noyabr 1989-cu il tarixlərində Aktyubinsk Mülki Qurğular Distansiyasının “Dəmiryolçu” kooperativində suvaqçı peşəsində çalışmışdır. 11 dekabr 1989-cu il tarixdən 26 mart 1990-cı il tarixində X21 Yollarının X1tar bələdçisi şagirdi vəzifəsində, 26 mart 1990-20 oktyabr 1990-cı ildə orada qatar bələdçisi vəzifəsində işləmişdir. 25 oktyabr 1990-cı il tarixdən 28 sentyabr 1991-ci ildə “Xidmət “ kooperativində, 28 sentyabr 1991-ci il tarixdən 30 iyul 1993- cü ildə isə oradan Universal kiçik müəssisəsinə köçürülməklə fəhlə işləmişdir. 01 avqust 1993-cü il tarixdən 01 aprel 1994-cü il tarixində 28 nömrəli ixtisaslaşdırılmış X14raşdırcı işləmişdir. 05 may 1994-cü ildə X11 İdarəsində SBQ-3 qurğusuna (səyyar buxar qurğusudur) maşinist qəbul edilmişdir. 01 oktyabr 1996-cı ildə X3 köçürmə yolu ilə işdən azad edilmişdir. 01 oktyabr 1996-cı ildə X2 X12 SBQ-3 qurğusuna maşinist qəbul edilmişəm və 30 noyabr 2000-ci il tarixinə kimi orada işləmişdir. 01 dekabr 2000-ci il tarixində Qarasu Əməliyyat Şirkətinin X12 sürücü-maşinist qəbul edilmiş və 29 avqust 2001-ci il tarixinə kimi orada işləmişdir. 29 avqust 2001-ci il tarixdən 30 iyun 2004-cü il tarixinə kimi həmin sexdə sürücü işləmişdir. 30 iyun 2004-cü il tarixində təkrarən sürücü-maşinist vəzifəsinə keçirilmiş və 01 yanvar 2009cu il tarixinə kimi o vəzifədə çalışmışdır. 01 yanvar 2009-cu il tarixdən 01 iyun 2014-cü il tarixində həmin sexdə avtomobil sürücüsü keçirilmişdir. 01 iyun 2014-cü il tarixdən 03 sentyabr 2018-ci il tarixində Nəqliyyat Sexində sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. 03 sentyabr 2018-ci ildən hal-hazıradək Nəqliyyat Sexində avtomobil sürücüsü işləyir. Onun iddiasının əsasında o fakt durur ki, əmək fəaliyyəti dövründə 60 yaşı tamam olan tarixə kimi yuxarıda qeyd edilən vəzifələrdə 25 ildən çox ümumi, 16 il 29 gün güzəştli pensiya hüququ verən iş stajı vardır. Güzəştli iş stajı, xx.xx.1994-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000, xx.xx.2000-xx.xx.2001, xx.xx.2004-xx.xx.2009, xx.xx.2014xx.xx.2018 tarixləri arasında topladığı iş stajıdır ki, bunlardan; xx.xx.1994-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000, xx.xx.2000-xx.xx.2001, xx.xx.2004- xx.xx.2009-cu illərdə SBQ-3 qurğusunda (səyarbuxar qurğusudur, avtomaşın şassisi üzərində qurulmuş qurğudur) maşinist və sürücü-maşinist vəzifələrində topladığı iş stajıdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (sonradan-Siyahı) 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsində buxarla hərəkət edən parafınsizləşdirici qurğuların maşinistləri peşəsinin vəzifə xüsusiyyətləri ilə eynilik təşkil edir. xx.xx.2014-xx.xx.2018 tarixləri arasında topladğı iş stajı Siyahının 10.2. Nefty qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsində sementləşdirici aqreqatların motorçular peşəsinin vəzifə xüsusiyyətləri ilə eynilik təşkil edir. Məsələ burasındadır ki, o, xx.xx.1994-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000, xx.xx.2000xx.xx.2001, xx.xx.2004-xx.xx.2009-cu illərdə eyni neft mədənində, eyni sexdə, eyni SBQ-3 adlanan səyyar buxar qurğusunda maşinist işləmişdir. Sadəcə ayrı-ayrı dövrlərdə müəssisə və sex fərqli adlandırılıb və hər sonrakı müəssisə əvvəlkinin hüquqi varisi kimi fəaliyyətini davam etdirib. Buradan aydın olur ki, onun sürücü-maşinist işlədiyi dövrdə həm sürücü, həm də maşinist vəzifəsini yerinə yetirmişdir. Belə ki, SBQ-3 adlanan səyyar parafınsizləşdirici qurğu, adından da göründüyü kimi, səyyar qurğudur, yəni bir yerdən başqa yerə daşına bilən qurğudur. Məlumat üçün bildirir ki, parafınsizləşdirici qurğu avtomobil şassisi üzərində montaj edilmiş qurğudur. Parafinsizləşdirmə işi aparılacaq yerə həmin qurğu şassisi üzərində qurulmuş olan avtomaşın üzərində daşınır. Başqa sözlə, sürücü avtomaşını idarə edərək, parafinsizləşdirmə işi görüləcək yerə aparır. Avtomaşını orada saxlayır. Maşinist isə həmin avtomaşının arxasında olan buxar qurğusunu işə salaraq, parafinsizləşdirmə işlərini həyata keçirir. Maşinist işlədiyi müddətdə sürücü heç bir iş görmədən maşinistin işinin bitməsini gözləyir. Maşinist işini başa çatdırdıqdan sonra, sürücü avtomaşını işə salaraq qaraj geri qaytarır. İdarə və müəssisələr bəzən bu iki vəzifəni- sürücü və maşinist vəzifəsini sürücü-maşinist vəzifəsində birləşdirirlər. Çünki, bir işçi həm avtomaşını işlərin görüləcəyi sahəyə qədər idarə edib apara və orada saxladıqdan sonra maşinist kimi parafinsizləşdirmə işini həyata keçirə bilir. Bunun üçün maşinistin avtomaşını idarə etmək üçün uyğun sürücülük kateqoriyasına aid sürücülük hüququ olması kifayət edir, çünki sürücü yalnız avtomaşını iş sahəsinə aparıb-gətirməklə məşğuldur. Müəssisələr bu halda əlavə ştat işçi saxlamaq yükündən azad olur. O, xx.xx.2000-xx.xx.2001 və xx.xx.2004-xx.xx.2009-cu ilər arasındakı dövrdə avtomaşın şassisi üzərində quraşdırılmış SBQ-3 qurğusunu həm işlərin görüləcəyi sahəyə idarə edərək aparmış, həm də avtomaşını orada saxladıqdan sonra maşinist kimi buxar qurğusunu işə salaraq parafinsizləşdirmə işini həyata keçirmişdir. Vəzifənin adını sürücümaşinist olması özü-özlüyündə bir məntiqi sualı doğurur ki, sürücü avtomaşını idarə edən şəxsə deyilir, bəs onda maşinist kimdir və nə iş görür. Maşinist ifadəsi isə özlüyündə onu bildirir ki, bu işçi hansısa qurğunu işlədən şəxsdir. İstər cavabdeh, istərsə də idarə və müəssisələr bu mənada iddiaçının vəzifə adını Siyahıda dəqiq yazılı uyğunluq axtarmaqla identikləşdirmək istəyiblər və bu səbəblə, sürücü-maşinist işlədiyi dövrləri güzəştli iş stajına daxil etməyiblər. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdeh etirazını onunla əsaslandırır ki, iddiaçı R.X15 müraciət etmiş və tələbinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan “X16” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 67 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı 4 il 3 ay 2 gün güzəştli iş stajına malikdir. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 1980-1982-ci illərdə hərb xidmətdə olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17- 1/2-Ş-74708/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 6 ay 12 gün (xx.xx.1994-xx.xx.2000-ci il, xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2017xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda qeyd olunmuşdur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 2017-ci ilin aprel, may və iyul ayları üzrə sığorta ödənişlərinin öz əksini tapmaması səbəbindən həmin müddətin (3 ay) onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə İlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bildirir ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Bu səbəbdən, iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasında iştirak edir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Şirvan şəhəridir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. H3 № ******* nömrəli, xx.xx.1980-cı il tarixli Hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X24nın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 6 ay 12 gün (xx.xx.1994-xx.xx.2000-ci il, xx.xx.2014xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildirir ki, fərdi hesabın sığorta hissəsində 2017-ci ilin aprel, may və iyul ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (3 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “SOCAR” Nəqliyyat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, arxiv arayışında müəyən olunur ki, siz xx.xx.1994-cü ildə (əmr № 39-k, xx.xx.1994-cü il) X11 İdarəsinin 2 №-li avtobölməsinə 2 həftəlik təcrübə keçməklə 3-cü dərəcəli SBQ-3 maşinisti peşəsinə işə qəbul olunmuşunuz, xx.xx.1994-cü ildə (əmr № 44k, xx.xx.1994-cü il) təcrübədən sonra müstəqil işə buraxılmısınız. Quruda Neft və X4 xx.xx.1995-ci il tarixli 52 saylı əmrinə əsasən X11 İdarəsi 01,03.1996-cı il tarixdən struktur bölmə kimi Traktor nəqliyyat sexi adı ilə "xxxx" Neft və Qazçıxarma İdarəsinin tərkibinə verilmişdir. xx.xx.1996-cı ildə (əmr № 75/k, xx.xx.1996-cı il) Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad olunmuşunuz. xx.xx.1996-cı ildə (əmr № 115-p, xx.xx.1996-cı il) "xxxx" X5 nəqliyyat sexinin avtobölməsinə 3-cü dərəcəli maşinist (KRAZ- 255, SBQ-3, № 04-90 AQR) peşəsinə işə qəbul edilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin noyabr ayınadək əmək haqqı almısınız. İşdən azad olunmanız barədə qeyd aşkar olunmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildən "xxxx" Müştərək Müəssisəsi ləğv olunmuş və onun bazasında Qarasu Əməliyyat Şirkəti işə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfna əsasən Siyahının 10-cu hissəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” 10.2ci bölməsinin “Neft, qaz kondensatının hasilatı” “a” (fəhlələr) bəndini əsas tutaraq sizə bildiririk ki, sizin işlədiyiniz xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinə (02 il 04 ay 26 gün iş stajı) SBQ-3 maşinisti və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinə qədər (04 il 01 ay 21 gün iş stajı) maşinist peşəsi siyahıda “buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri” peşə adı ilə uyğundur. “X13”-nin xx.xx.2022-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışda qeyd edilmişdir ki, İddiaçı, X17 Əməliyyat Şirkətində Texnoloji- Nəqliyyat sexininin Yük, minik və icarəyə götürülmüş avtomobillər bölməsində 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə X17 Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir; Karasu Əməliyyat Şirkəti Texnoloji-Nəqliyyat sexi: 6 (altıncı) dərəcəli sürücü maşinist xx.xx.2000 -xx.xx.2001, Həmin sexdə sürücü keçrilib, KRH2-250mar 18.AC-733 saylı av/maş-na: xx.xx.2001xx.xx.2004, Sürücü maşinist xx.xx.2004-xx.xx.2009, Nəqliyyat sexi: Avtomobil sürücüsü xx.xx.2009-xx.xx.2014, Nəqliyyat sexi: Sementləyici aqreqatın motorçusu xx.xx.2014-xx.xx.2018, Nəqliyyat sexi: Avtomobil sürücüsü xx.xx.2018-xx.xx.2020, Texnoloji-Nəqliyyat sexi Yük, minik və icarəyə götürülmüş avtomobillər bölməsində 4-cü dərəcəli avtomobil sürücüsü xx.xx.2020-xx.xx.2022 Cəmi: 4 il 3 ay 2 gün. Qeyd: Əmək kitabçasında göstərilən nömrəli qeydə əsasən. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 4il 3ay 2gün imtiyazlı iş stajına malikdir. 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2 Neft, qaz və qaz kondensatının hasilatı. A) fəhlələr: Sementləşdirici aqreqatların motorçuları. “SOCAR” Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1994-cü ildə (əmr № 39-k, xx.xx.1994cü il) X11 İdarəsinin 2 №-li avtobölməsinə 2 həftəlik təcrübə keçməklə 3-cü dərəcəli SBQ-3 maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.1994-cü ildə (əmr № 44-k, xx.xx.1994-cü il) təcrübədən sonra müstəqil işə buraxılmışdır. Quruda Neft və X4 xx.xx.1995-ci il tarixli 52 saylı əmrinə əsasən, X11 İdarəsi xx.xx.1996-cı il tarixdən struktur bölmə kimi Traktor nəqliyyat sexi adı ilə "xxxx" Neft və Qazçıxarma İdarəsinin tərkibinə verilmişdir. xx.xx.1996-cı ildə (əmr № 75/k, xx.xx.1996-cı il) Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad olunmuşdur. xx.xx.1996-cı ildə (əmr № 115-p, xx.xx.1996-cı il) "xxxx" X5 nəqliyyat sexinin avtobölməsinə 3-cü dərəcəli maşinist (KRAZ-255, SBQ-3, № 04-90 AQR) peşəsinə işə qəbul edilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin noyabr ayınadək əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildən "xxxx" Müştərək Müəssisəsi ləğv olunmuş və onun bazasında Qarasu Əməliyyat Şirkəti işə başlamışdır. Əsas: Fond № 97, Siyahı № 1, Sax/vah.№ 71,76 Fond № 96, Siyahı № 1, Sax/vah.№ 35. Fond № 24, Siyahı № 1, Sax/vah.№ 4; Siyahı № 2, Sax/vah.№ 66 İş stajı barədə arxiv arayışı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X24na təqdim etmək üçün verilir. ИT-l ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: 23 oktyabr 1979-cu il tarixində Əli-Bayramlı 44 nömrəli Tikinti Quraşdırma İdarəsində 1-ci dərəcəli fəhlə peşəsinə işə qəbul edilmiş, 15 aprel 1980-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmiş, 05 iyul 1982-ci ildə Əli-Bayramlı 44 nömrəli Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli fəhlə peşəsinə işə qəbul edilmiş, 17 fevral 1982-ci ildə 3-cü dərəcəli suvaqçı keçirilmiş, 01 dekabr 1983-cü il tarixdə 4-cü dərəcəli suvaqçı, 18 yanvar 1984-cü il tarixdə 4 saylı trestinin 44 saylı TQİ adı 2 saylı trestin 29 saylı Tİ-yə dəyişdirilmiş, 01 iyun 1985-ci il tarixdə 2 saylı trestinin 29 saylı Tİ adı 7 saylı 73 saylı Tİ-yə dəyişdirilmiş, 29 dekabr 1985-ci il tarixdə 4-cü dərəcəli üzlükçəkən, 01 sentyabr 1986-cı ildə köçürmə yolu ilə 75 saylı Tİ-dən kğçürmə yolu ilə Əli- Bayramlı sahəsində 4-cü dərəcəli üzlükçəkən, 01 avqust 1987-ci ildə 75 nömrəli Tikinti İdarəsinə köçürmə yolu ilə işdən çıxmış, 07 avqust 1987-ci ildə 7 saylı trestin 75 nömrəli Tİ-də 4-cü dərəcəli üzlükçəkən, 07 iyun 1988-ci ildə işdən azad edilmiş, 06 iyul 1988-ci ildə X10 2 saylı kəsim sexində 2-ci dərəcəli cəmdək emalçısı, 27 iyul 1988-ci ildə işdən azad edilmiş, 03 avqust 1988-ci ildə 2 saylı kəsim sexində cəmdək emalçısı, 03 oktyabr 1988-ci ildə işdən azad edilmiş, 30 noyabr 1988-ci il tarixində bələdçisi ehtiyatına şagirdi, 23 mart 1989-cu il tarixində işdən azad edilmiş, 29 mart 1989-cu il tarixində X7 Birliyinin Təmir-Tikinti İdarəsində 1 saylı sahəyə 4cü dərəcəli suvaqçı, 06 iyul 1989-cu il tarixində işdən azad edilmiş, 07 iyul 1989-cu il tarixdə “Jeleznodorojnik” kooperativində suvaqçı, 13 noyabr 1989-cu il tarixində işdən azad edilmiş, 11 dekabr 1989-cu il tarixdə X22 X23 Deposunda bələdçi ehtiyatına sərnişin vaqonları bələdçisi şagirdi, 26 mart 1990-cı il tarixdə sərnişin vaqonları bələdçisi, 25 oktyabr 1990-cu il tarixdə işdən azad edilmiş, 25 oktyabr 1990-cu il tarixdə “Xidmət” kooperativinin tikinti-təmir briqadasında usta, 28 sentyabr 1991-ci il tarixdən “Universal” müstəqil kiçik müəssisəsinə keçirilmiş, 30 iyul 1993-cü il tarixdə işdən azad edilmiş, 01 avqust 1993-cü il tarixdə Sabirabad 28 nömrəli İSMD-yə 3-cü dərəcəli quraşdırıcı, 01 aprel 1994-cü il tarixdə işdən azad edilmiş, 05 may 1994-cü ildə X11 İdarəsində 2 nömrəli avtobölməyə (3 d) SBQ-də üçnücü dərəcəli maşinist, 01 mart 1995-ci il tarixdə “Quruda Neft və Qazçıxarma” istehsalat birliyinin xx.xx.1995-ci il tarixli 52 saylı əmrinə əsasən Şirvan TNİ xx.xx.1995-ci ildən struktur bölmə kimi traktor nəqliyyat sexi adı ilə "xxxx" NQÇİ-nin tabeliyinə keçirilmiş, 01 oktyabr 1996-cı ildə X3 köçürmə yolu ilə işdən azad edilmiş, 01 oktyabr 1996-cı ildə "xxxx" X5 Nəqliyyat Sexinin a/bölməsinə "xxxx" NQŞİ-nin TNS-dən köçürmə ilə SBQ-3-ə 3-cü dərəcəli maşinist, 30 noyabr 2000-ci il tarixində əmək müqaviləsinə xitma verilmiş, 01 dekabr 2000-ci il tarixində Karasu Əməliyyat Şirkətinin X8 6-cı dərəcəli sürücümaşinist, 29 avqust 2001-ci il tarixində həmin sexdə sürücü, 30 iyun 2004-cü il tarixində sürücü-maşinist, 01 yanvar 2009-cu il tarixində avtomobil sürücüsü, 01 iyun 2014-cü il tarixdən Nəqliyyat Sexində sementləyici aqreqatın motorçusu, 03 sentyabr 2018-ci il tarixdə Nəqliyyat Sexində avtomobil sürücüsü, 15 sentyabr 2020-ci il tarixdən hal-hazıradək “X16” Şirkətinin filialında Texnolojinəqliyyat sexinin Yük, minik və icarəyə götürülmüş avtomobillər bölməsində 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsində işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X24nın 28 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının ümumi iş stajı 41 il 11 ay 6 gün təşkil edir. Həmçinin onun xx.xx.2024-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 78052,88 manat təşkil edir. “SOCAR” “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1996-xx.xx.2000-ci illərdə "xxxx" Müştərək Müəssisəsində traktor nəqliyyat sexində 3-cü dərəcəli işlədiyi maşinist vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci ii tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısT’na aid olub-olmaması, həmin peşənin vəzifə təlimatları barədə sənədlərin Şirvan İnzibati Məhkəməsinə təqdim olunması” ilə bağlı bildiririk ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin xx.xx.2023-cü il tarixli 14-2/2-Q-19-1/2023-59 nömrəli arxiv arayışında İddiaçı "xxxx" X5 nəqliyyat sexində xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək KRAZ-255 markalı, SBQ-3 maşınında maşinist peşəsində işlədiyi qeyd edilmişdir. Məlumat üçün bildirir ki, SBQ qısa yazılışın açılışı “səyyar buxar qurğusu”dur. Azərbaycan Respublikası “neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif- İxtisas Sorğu kitabçası”nda və “Azneft” İB-nin 1 və 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarələrinin mövcud ştat cədvəllərində həmin qurğulara xidmət üçün nəzərdə tutulan ştat vahidləri “buxar səyyar deparafinləşdirmə qurğusunun maşinisti” olaraq qeyd edilmişdir (peşə təlimatı əlavə olunur). Yuxarıda qeyd edilənlərə əsaslanaraq bildirir ki, İddiaçı "xxxx" X5 nəqliyyat sexində xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək (4 il 1 ay 22 gün) KRAZ-255 markalı, SBQ-3 maşınında işlədiyi maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri” peşəsi ilə uyğunluq təşkil edir. Sorğu məktubunda qeyd edilən digər məsələ “İddiaçı "xxxx" Əməliyyat Şirkətində işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olub olmaması, həmin peşənin vəzifə təlimatları barədə sənədlərin Şirvan İnzibati Məhkəməsinə təqdim olunması” ilə bağlı bildirir ki, "xxxx" Əməliyyat Şirkəti “Azneft” İB-nin tabeçiliyində olan qurum olmadığına görə sorğunun sözügedən şirkətlə bağlı hissəsini cavablandırmaq imkan xaricindədir. “X16”-nin xx.xx.2024-cü il tarixli, 71 nömrəli arayışında qeyd edilmişdir ki, Arayışı verən işlədiyi müəssisənin adı: Kayman adalarının “X16” Şirkətinin filialı. Arayış verilir Kayman adalarının “X16” Şirkətinin filialının Texnoloji- nəqliyyat sexinin Yük, minik və icarəyə götürülmüş avtomobillər (YMİA) bölməsinin 4-cü dərəcə avtomobil sürücüsü İddiaçı (FİN: xxxxxxx, xx.xx.1961-ci il təvəllüdlü) ondan ötrü ki, o, həqiqətən xx.xx.2000-ci il tarixdən hal-hazıradək həmin Şirkətdə aşağıdakı peşələrdə işləmişdir: xx.xx.2000 Texnoloji Nəqliyyat sexi 6-cı (altıncı) dərəcəli sürücü 0 il 8 ay 1 Əmr №01; xx.xx.2001 maşinist 28 gün xx.xx.2001 29.08.2001 Bildiriş 36: 2 il 10 ay 2 Həmin sexdə sürücü xx.xx.2004 xx.xx.2001 1 gün 4 il 6 ay 2 3 Sürücü maşinist xx.xx.2004 xx.xx.2009 gün xx.xx.2009 25.12.2008 Əmək müqaviləsin xx.xx.2014 5 il 5 ay 0 4 Nəqliyyat sexində Avtomobil sürücüsü ə gün əlavə. xx.xx.2008 01.06.2014 Əmək müqaviləsin 4 il 3 ay 3 5 Nəqliyyat sexində Sementləyici aqreqatın motorçusu ə xx.xx.2018 gün əlavə xx.xx.2014 03.09.2018 Əmək 2 il 0 ay 6 Nəqliyyat sexində Avtomobil sürücüsü müqaviləsi xx.xx.2020 12 gün xx.xx.2018 15.09.2020 Texnoloji-nəqliyyat sexinin Yük, minik və icarəyə Əmr№338- xx.xx.2024 (hal- 4 il 2 ay 4 7 götürülmüş avtomobillər bölməsində 4-cü dərəcə AZ. hazıradək) gün avtomobil sürücüsü xx.xx.2020 Kayman adalarının “X16” Şirkətinin filialındakı ümumi iş stajı: 23 il 11 ay 19 gün İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Kayman Adalarının «X18» Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir;
1. Texnoloji Nəqliyyat sexi 6-cı (altıncı) dərəcəli sürücü maşinist: xx.xx.2000-xx.xx.2001
2. Sürücü maşinist: xx.xx.2004-xx.xx.2009
3. Nəqliyyat sexində Sementləyici aqreqatın motorçusu: xx.xx.2014-xx.xx.2018 İddiaçı işlədiyi peşələrin güzəştli əmək pensiyası hüququna əsas olan işinin xüsusiyyətləri aşağıdakı kimidir: Sürücü maşinist: - Karasu sürücülük siyasətinə uyğun olaraq , buxarla işləyən ( və ya nasosla) avtosisterinin iş yerlərinə və iş yerlərindən geri idarə olunması; - Buxarın yaranması üçün forsunkanın Azərbaycanın Neft-Qaz təhlükəsiz istismar prosedurlarına uyğun olaraq işə salınması və istismarı; - Avadanlığın tələb olunduğu qaydada buxarla təmizlənməsi və ya qızdırılması; - Avtosisterinin və buxar yaradan avadanlığın gündəlik texniki xidmətinin icra edilməsi; - Avtosisterinin və buxar avadanlığının təhlükəsiz istismarı şəraitində olmasının təmin edilməsi; Sementləyici aqreqatın motorçusu: Quyuların sementlənməsi, layların hidravlik yarılması və quyuların kimyəvi işlənməsi aparıldıqda 150 MPa təzyiqə qədər (150 kq q/kv. sm) və 15 MPa daxil olmaqla ondan yuxan sementləmə aqreqatının güc avadanlığına və gediş (hərəkət edən) hissəsinə xidmət edilməsi; Aqreqatın obyektdə işləmək üçün hazırlanması; Yüksək və aşağı təzyiqli xətlərin quraşdırılması, sökülməsi, calaşdırılması və kipliyə yoxlanması; Quyuların sementlənməsi, layların hidravlik yarılması, kimyəvi içlənməsi; Quyuların fontandan dayandırılması və yuyulması prosesində , qazma borularının, qoruyucu kəmərlərin və manifoldların kipliyə yoxlanmasında iştirak edilməsi; Aqreqatın mühərriklərinin normal işlənməsinin təmin edilməsi; İddiaçı “Kayman Adalarının «X18» Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2024cü il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 9 il 6 ay 3 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri və sementləşdirici aqreqatların motorçuları yarımbəndlərinə uyğundur. Arayışda olan məlumatlar işçinin Əmək kitabçasına və şəxsi işinə istinadən qeyd edilmişdir. Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsinin Mərkəzi Filialına təqdim edilməsi üçün verilir. Arayış “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavəyə uyğun hazırlanmışdır. “X13”-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 04-2/069 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 22 noyabr 2024-cü il tarixli, 70 nömrəli arayışı işçinin əmək kitabçası və şəxsi işinə əsasən hazırlanmışdır. İddiaçı xx.xx.2000 xx.xx.2011-ci illər və xx.xx.2004 - xx.xx.2009-cu illər tarixləri aralığında sürücü maşinist peşəsində işləmişdir. İşçinin şəxsi işində olan vəzifə təlimatına əsasən sürücü maşinist işi buxarla işləyən (və ya nasosla) avtosisterinin idarə olunması, forsunkanın (odluğun) istismarı və avadanlığın buxarla təmizlənməsi, eləcə də Karasu mədən avadanlığının təmizlənməsi və qızdırılması kimi təsvir olunur. Sürücü maşinist işinin təsviri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr - buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri yarımbəndinə uyğundur. Buna əsasən 22 noyabr 2024-cü il tarixli, 70 nömrəli arayışda işçinin sürücü maşinist işlədiyi müddət güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı kimi qeyd olunub və adı çəkilən arayış mötəbərdir. “X16”-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 03-1/063 nömrəli arayışında İddiaçı dair 2007-ci il tarixdən 2022-ci il tarixədək olan dövr ərzini əhatə edən əmək haqqı cədvəlləri təqdim edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və X25 Mərkəzi Filialinın məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sığortaedən Kayman Adalarının “X16” Şirkətinin Filialı (SUN: **********6) tərəfindən İddiaçı (SSN: **********219) məxsus 5 (beş) ədəd ardıcıl davam edən xəstəlik vərəqəsi əsasında təyin olunan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş haqq-hesab cədvəlləri qanunvericiliyə əsasən emal edilmişdir. Nəticədə aşağıdakı məlumat üzrə məcburi dövlət sosial sığorta haqları hesabına ümumilikdə 2679,73 manat (iki min altı yüz yetmiş doqquz manat yetmiş üç qəpik) məbləğində müavinət "xxxx" ASC-dəki ******************** nömrəli hesaba ödənişə göndərilmişdir: S/S Xəstəlik vərəqəsinin Xəstəlik vərəqəsinin əhatə Müavinətin ödənildiyi Müavinət seriya və nömrəsi etdiyi dövr tarix məbləği 1 SN 00005; 598822 xx.xx.2017 - xx.xx.2017 21 aprel 2017-ci il 395,93 2 SN 00005; 599361 xx.xx.2017 - xx.xx.2017 23 may 2017-ci il 521,75
3 SN 00005; 600227 xx.xx.2017 - xx.xx.2017 7 iyul 2017-ci il 502,44
4 SN 00005; 600936 xx.xx.2017 - xx.xx.2017 7 iyul 2017-ci il 703,16
5 SN 00005; 601693 xx.xx.2017 - xx.xx.2017 5 sentyabr 2017-ci il 556,45 Cəmi 2679,73
Əlavə olaraq bildirir ki, sığortaedən tərəfindən 2017-ci ilin müxtəlif ayları üzrə İddiaçı xeyrinə ümumilikdə 4105,39 manat (dörd min yüz beş manat otuz doqquz qəpik) məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirə münasibətdə 1026,35 manat (bir min iyirmi altı manat otuz beş qəpik) məbləğində məcburi dövlət sosial sığorta haqqı hesablanılmış və tam həcmdə ödənilməsi təmin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X24 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı 20 noyabr 2021-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 53553,34 manat təşkil edirdi. Karasu Əməliyyat Şirkətinin sürücü/maşinist vəzifəsi üzrə təlimatından müəyyən edilir ki, həmin vəzifə öhdəliklərinə Karasu sürücülük siyasətinə uyğun olaraq, buxarla işləyən və ya nasosla avtosisternin iş yerlərinə və iş yerlərindən geri idarə olunması, buxarın yaranması üçün forsunlanın Azərbaycanın Neft-qaz təhlükəsiz istismar prosedurlarına uyğun olaraq işə salınması və istismarı, avadanlığın tələb olunduğu qaydada buxarla təmizlənməsi və ya qızdırılması, avtosisternin və buxar yaradan avadanlığın gendəlik texniki xidmətinin icra edilməsi və avtosisternin və buxar avadanlığının təhlükəsiz istismar şəraitində olmasının təmin edilməsi daxildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr - buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri. ... “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
Məhkəmənin mövqeyi. Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) İddiaçının 60 yaşının tamam olması, 2) 60 yaşı tamam olanadək, yəni xx.xx.2021-ci il tarixədək 25 il ümumi iş stajının olması; 3) bu müddətin azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə iş materiallarından müəyyən edir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş və xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya münasibətdə yaş şərti ödənilmişdir. Məhkəmə iddiaçının ümumi iş stajına münasibətdə qeyd edir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və ümumi iş stajı 41 il 11 ay 6 gün kimi qeyd olunaraq işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Məhkəmə 3-cü şərt kimi güzəştli iş stajının tamamlanmasına münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajı kimi 10 il 6 ay 12 günü, yəni xx.xx.1994-xx.xx.2000-ci il, xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrləri qəbul etmişdir. Digər dövrlər isə nəzərə alınmamışdır. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə “X16”-nin güzəştli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2000 - xx.xx.2011-ci illər və xx.xx.2004 xx.xx.2009-cu illər tarixləri aralığında sürücü maşinist peşəsində işləmişdir. İşçinin şəxsi işində olan vəzifə təlimatına əsasən sürücü maşinist işi buxarla işləyən (və ya nasosla) avtosisterinin idarə olunması, forsunkanın (odluğun) istismarı və avadanlığın buxarla təmizlənməsi, eləcə də Karasu mədən avadanlığının təmizlənməsi və qızdırılması kimi təsvir olunur. Sürücü maşinist işinin təsviri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr - buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri yarımbəndinə uyğundur. Buna əsasən 22 noyabr 2024-cü il tarixli, 70 nömrəli arayışda işçinin sürücü maşinist işlədiyi müddət güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı kimi qeyd olunub və adı çəkilən arayış mötəbərdir. Həmçinin iş materiallarında olan Karasu Əməliyyat Şirkətinin sürücü/maşinist vəzifəsi üzrə təlimatından müəyyən edilir ki, həmin vəzifə öhdəliklərinə Karasu sürücülük siyasətinə uyğun olaraq, buxarla işləyən və ya nasosla avtosisternin iş yerlərinə və iş yerlərindən geri idarə olunması, buxarın yaranması üçün forsunlanın Azərbaycanın Neft-qaz təhlükəsiz istismar prosedurlarına uyğun olaraq işə salınması və istismarı, avadanlığın tələb olunduğu qaydada buxarla təmizlənməsi və ya qızdırılması, avtosisternin və buxar yaradan avadanlığın gendəlik texniki xidmətinin icra edilməsi və avtosisternin və buxar avadanlığının təhlükəsiz istismar şəraitində olmasının təmin edilməsi daxildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Belə ki, onun güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2.3, 4.1, 23.1,34.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat X24nın üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova