Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1066/2023 25.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 оğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “11 yanvar 2021-ci il tarixli, 25 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “11 yanvar 2021-ci il tarixli, 25 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Cavabdeh tərəfindən 25 nömrəli ölüm haqqında akt qeydi tərtib edilməklə “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Ona verilmiş xx.xx.2021-ci il tarixli tibbi arayışda onun sağlam olması qeyd edilmişdir. O, Cavabdehnə müraciət edərək, 11 yanvar 2021-ci il tarixli, 25 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh xx.xx.2021-ci il tarixli, 05/70-406/69 nömrəli akt qeydindən görünür ki, İddiaçı xx.xx.2021-ci ildə ölmüşdür. - Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 67 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatdadır və yaşayır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli tibbi arayışdan görünür ki, Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini xx.xx.1935-ci il təvəllüdlü İddiaçı (AZE 0*******) sağlamdır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X3 Ağcabədi rayon X1 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 504 nömrəli arayışından qeyd olunmuşdur ki, Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatda olan xx.xx.1935-ci il təvəllüdlü İddiaçı Şəmil oğlunun ölüm haqqında tibbi şəhadətnaməsi xx.xx.2021-ci il tarixdə qeydə alınmış, lakin mexaniki səhv nəticəsində xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Buna səbəb isə pandemiya zamanı başçı Rafil Hüseynovun tələbinə əsasən ölümlər votsapp tətbiqi vasitəsi ilə göndərilmiş və bilməyərəkdən mexaniki səhvə yol verilmişdir. Odur ki, nəzərə almağınızı xahiş edirik. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatda olan xx.xx.1935-ci il təvəllüdlü İddiaçı Şəmil oğlunun ölüm haqqında tibbi şəhadətnaməsi xx.xx.2021-ci il tarixdə qeydə alınmış, lakin mexaniki səhv nəticəsində xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Buna səbəb isə pandemiya zamanı başçı Rafil Hüseynovun tələbinə əsasən ölümlər votsapp tətbiqi vasitəsi ilə göndərilmiş və bilməyərəkdən mexaniki səhvə yol verilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 67 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatdadır və yaşayır. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli tibbi arayışdan görünür ki, Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini xx.xx.1935-ci il təvəllüdlü İddiaçı sağlamdır. İddiaçı 11 yanvar 2021-ci il tarixli, 25 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq ölüm haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında ölümün qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 11 yanvar 2021-ci il tarixli, 25 saylı ölüm haqqında akt qeydi ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1066/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1066/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver