Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1068/2023 12.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X17, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı Sənan qızının və X3 Sabirabad şəhəri, Muğan prospekti 9 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “İddiaçı Sənan qızının və X3 Sabirabad şəhəri, Muğan prospekti 9 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı Sənan qızı və X5 himayəçisi (anası) X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X11 ilə 29 fevral 1972-ci ildə rəsmi nikaha daxil olaraq Sabirabad rayon VVAQ şöbəsi tərəfindən 31 saylı nikahla qeydə alınmaqla ailə həyatı qurmuşdur. Bu barədə Sabirabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli ll-JQ 489579 nömrəli nikah haqqında şəhadətnamədə ətraflı qeydlər vardır. Birgə nikah dövründə Sabirabad Rayon Qalaqayın X28 24 mart 1981-ci il tarixli 3 nömrəli protokolundan çıxarışla fərdi yaşayış evi tikmək məqsədilə mərhum həyat yoldaşı X6 0,25 hektar (25 sot) həyətyanı torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi üzərində 1984-1988-ci illər ərzində fərdi yaşayış evi və digər adda tikinti işləri aparmışdır. Bu haqda iddia ərizəsinə əlavə etdiyi yaşayış evinə dair reystr nömrəsi **********41-10301 olan Texniki Pasportun texniki göstəriciləri hissəsində ətraflı qeyd olunmuşdur. 2001-ci ilin aprel ayının 27 də həyat yodaşı X11 vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququna əsasən birgə nikah dövründə əldə olunan daşınmaz əmlak ona qalmışdır. Bu barədə Notarial Kontoru tərəfindən xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən sözügedən mülkiyyətə dair xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* saylı reyestrdən çıxarış verilmişdir. Onun oğlu X2 qızları İddiaçı Sənan qızı və X12 ona məxsus evdə rəsmi qeydiyyatdadırlar. Sabirabad rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən oğlu X13 ilə keçmiş arvadı X10 arasındakı nikah qeydi pozulmuşdur. Boşanmadan əvvəl Ruhiyyə Allahverdiyeva 2021-ci ilin may ayından etibarən könüllü şəkildə evdən getmiş və başqa yaşamaq qərarına gəlmişdir. Gülnamə və Rəqsanə adlı qızlarıda könüllü olaraq evdən getmiş və anaları ilə birlikdə yaşamaq qərarına gəlmişlər. 2021-ci ilin may ayından etibarən Gülnamə və Rəqsanə Allahverdiyevalar onun evində yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları üçün ilk öncə Cavabdehnə müraciət etmiş,ona xx.xx.2022-ci il tarixli məktubla üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 179-24790-1222 nömrəli məktubundan görünü ki, İddiaçı Sənan qızının və X3 Sabirabad şəhəri, Muğan prospekti 9 ünvanından qeydiyyatdan çıxarılmasından imtina etmişdir. İşdə olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 822 nömrəli arayışından görünür ki, Gülnamə və Rəqsanə Allahverdiyeva anası Ruhiyyə Allahverdiyeva ilə 2021-ci ilin may ayından Muğan prospekti, 9 saylı evdən çıxmışlar və hal-hazırda Sabirabad şəhəri Pambıq zavodu qəsəbəsindəki binada kirayə yaşayırlar. Digər qızı Zəhra Allahverdiyeva isə atası ilə birlikdə yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubuna çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, sözügüdən daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar Ərazi İdarəsində aşkar edilməmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 179-28889-1222 nömrəli məktubundan görünü ki, mülkiyyətçi İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, Muğan prospekti 9 ünvanına Rəqsanə Allahverdiyevanın və İddiaçı qeydiyyata düşmələrinə əsas olan sənədlərin surətlərinin təqdim olunması həmin sənədlər müvafiq əmrə əsasən məhv olduğu üçün mümkün olmamış, həmin mənzildə hal-hazırda qeydiyyatda olan bütün şəxslərə dair müvafiq arayışların verilməsi yalnız Asan-Xidmət mərkəzində həyata keçirilməsini nəzərə alaraq bununla bağlı Asan-Xidmət mərkəzinə müraciət olunmasını bildirmişdir. İşdə olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavinin təsdiq etdiyi, Sabirabad şəhəri, Muğan prospekti 19 ünvanda olan X19, A.Ağayev küçəsi 6 ünvanda olan X27, Muğan prospekti 13 ünvanda olan X14, Muğan prospekti 7 ünvanda olan X18 və Muğan prospekti 11 ünvanda olan X15 tərtib etdikləri xx.xx.2022ci il tarixli aktdan görünür ki, həqiqətən Sabirabad şəhəri, Muğan prospekti 9 ünvanında yaşamış X10 2021-ci ilin may ayının axırlarından qızları İddiaçı Sənan qızı və X12 ilə birgə evdən çıxıb getmişlər və bir daha geri qayıtmamışlar. Qeydiyyatları formal xarakter daşımışdır. İşdə olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 11 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı, X13 və X16 yaşayırlar. İşdə olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1103/2021 nömrəli qətnaməsindən görünür ki, X13 ilə X10 arasında xx.xx.2003-cü il tarixdə Sabirabad rayon VVAQ şöbəsində bağlanmış və 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Sənan qızı, xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X16 anaları X4 yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X1ümumi gəlirinin yarı hissəsində aliment və eyni zamanda əlavə olaraq hər ay, hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə üç uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınaraq X7 verilməsi qət etmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1718/2022 nömrəli qərarından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından X4 qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. İşdə olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-1103/2021 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2(056)-739/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X7 qarşı “yaşayış sahəsinin boşaldılması” barədə ilk iddia tələbi təmin edilməmiş, X4 İddiaçı qarşı “evə köçürülmə” barədə qarşılıqlı iddia tələbi təmin edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-2215/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-739/2022 saylı qətnaməsi ləğv edilmiş, ilk iddia tələbi təmin edilmiş, X9 məxsus əmlaklar qeyd edilən yaşayış evindən çıxarılmaqla yaşayış evinin boşaldılması, qarşılıqlı iddiaçı X8 isə X16 və X12 ilə birlikdə ünvan 2 nömrəli evə köçürülməsi tələbi təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının məhkəmə alt sisteminin siyahısından görünür ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-1490/2023 nömrəli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-2215/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Sabirabad şəhəri, Muğan prospekti 9 ünvanı İddiaçı mülkiyyətindədir. İddiaçı Sabirabad şəhəri, Muğan prospekti 9 ünvanında qeydiyyatda olan üçüncü şəxslər İddiaçı Sənan qızının və X3 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 822 nömrəli arayışından müəyyən olunur ki, Gülnamə və Rəqsanə Allahverdiyeva anası Ruhiyyə Allahverdiyeva ilə 2021-ci ilin may ayından Muğan prospekti, 9 saylı evdən çıxmışlar və hal-hazırda Sabirabad şəhəri Pambıq zavodu qəsəbəsindəki binada kirayə yaşayırlar. İş materiallarından müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1718/2022 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından X4 qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Əlavə olaraq Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-2215/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-739/2022 saylı qətnaməsi ləğv edilmiş, ilk iddia tələbi təmin edilmiş, X9 məxsus əmlaklar qeyd edilən yaşayış evindən çıxarılmaqla yaşayış evinin boşaldılması, qarşılıqlı iddiaçı X8 isə X16 və X12 ilə birlikdə ünvan 2 nömrəli evə köçürülməsi tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının məhkəmə alt sisteminin siyahısından çıxarışa əsasən Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-2215/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıldığı müəyyən edilmişdir. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, Muğan prospekti 9 ünvanından İddiaçı Sənan qızının və X3 qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, Muğan prospekti 9 ünvanından İddiaçı Sənan qızının və X3 qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1068/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1068/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver