Məhkəmə qərarları › İş №2-1(120)-1070/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1070/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1070/2020 05.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, X2 (Astara rayonu, Züngüləş kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx.xx.N97N-ci il tarixdə Astara rayonu, Züngüləş kəndində anadan olmuş, Astara rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilmişdir. xx.xx.N989-cu il tarixdə hərbi xidmətə çağırılmış, SSRİ Müdafiə Nazirliyinin xx.xx.N99N-ci il tarixli əmrinə əsasən xx.xx.N99N-ci il tarixdə ordu sıralarından tərxis olaraq rayona qayıtmış və xx.xx.N992-ci il tarixdə Astara rayon hərbi komissarlığında hərbi uçota alınmışdır. Azərbaycan Respublikasının erməni təcavüzündən müdafiə etmək məqsədi ilə könüllü olaraq xx.xx.N992-ci il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə xidmət etmiş, N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 3 nömrəli əmrilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları bölgəsinə ezam edilmiş, döyüş əməliyyatlarında iştirak etmişdir. xx xxx N994-cü il tarixdə döyüş bölgəsindən hərbi hissəyə qayıtmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9N2-N5N53 saylı arayışı ilə qeyd etdikləri bir daha təsdiq olunur. N994-cü ilin yay aylarında təzə doğulmuş uşağının ölməsi ilə əlaqədar qısa müddətli məzuniyyətə buraxılmış, ailə vəziyyətinin ağır olduğuna görə bir daha hərbi hissəyə qayıtmamışdır. Lənkəran Hərbi Prokurorluğunun prokuror-kriminalisti, ədliyyə mayoru X5 tərəfindən araşdırma aparılmış və xx.xx.20N8-ci il tarixli qərarı ilə barəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, xx.xx.N992ci il tarixdən xx.xx.N994-cü il tarixə kimi olan müddətdə N saylı hərbi hissə tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam, Ağcabədi, Xocavənd, Füzuli və Beyləqan döyüş bölgələrində iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı barəsində hərbi hissəni özbaşına tərk etdiyi üçün Lənkəran Hərbi Prokurorluğunda cinayət işi başlanması rədd etmək haqqında xx.xx.2008-ci il tarixli barədə məlumat var. Burda hər hansı bir bəraətverici əsas yoxdur. Xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. X2 tələblərinin rədd edilməsinə dair qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Astara rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 06543587 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.N97N-ci il tarixdə Astara rayonunda anadan olmuş, Astara rayonu, Züngüləş kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.N989-cu il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.N992-06.N994-cü il tarixlərdə 742nömrəli hərbi hissənrin tərkibində hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N5N53 nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 3 nömrəli əmrilə sıravi X9 döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N03 nömrəli əmrində X6 döyüş bölgəsindənhərbi hissəyə qayıtması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində X6 hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş XN ünvanladığı xx.xx.2020-ci il tarixli, N/Ə-2084 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Hərbi biletinin N5-ci qrafasında Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti barədə məlumat olmadığına, hərbi biletin 6-cı və 7-ci səhifələri təqdim olunmadığına görə araşdırmanın tam aparılması qeyri-mümkün olduğu üçün müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Hərbi biletinin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti, ətraflı yazılmış ərizəni, Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2008-ci il tarixli cinayət işinin başlanması barədə qərarın təsdiq olunmuş surəti təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş XN ünvanladığı xx.xx.2020-ci il tarixli, N/Ə-6366 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və 63N nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 9/2-6929 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 3 nömrəli əmrilə sıravi X9 döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 44 nömrəli əmrilə sürücü X9 döyüş bölgəsindən daimi xidmət yerinə, N nömrəli hərbi hissəyə gəlmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 46 nömrəli əmrində sürücü Rahim Əliyevin N nömrəli hərbi hissənin qrumba qaravulun xidmətinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 47 nömrəli əmrində sürücü Rahim Əliyevin N nömrəli hərbi hissənin qrumba qaravulunun xidmətinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 75 nömrəli əmrində sıravi X7 “yefreytor” hərbi rütbəsi verilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N03 nömrəli əmrində X6 döyüş bölgəsindən hərbi hissəyə qayıtması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində X6 hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək və xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 6N0 nömrəli məktubundan görünür ki, Astara rayonu, Züngüləş kəndində xx.xx.N97N-ci ildə anadan olmuş X9 xx.xx.N989-cu ildən xx.xx.N99N-ci ilədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.N992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış və N nömrəli hərbi hissəyə göndərilmiş, iyun N994-cü ilədək hərbi xidmətdə olmuşdur. Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli, Hp-0N/36 saylı və Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2008-ci il tarixli, N4b/3695-08 saylı məktubuna əsasən hərbi uçota götürülmüşdür. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin oğluna müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən subutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.N-ci, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar