Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1070/2021 24.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan 01.11.2018-ci il tarixdən, 01.01.2021-ci il tarixədək olan dövr üzrə mal-materiallarının hərəkəti barədə aylıq material hesabatlarının, nəğd pul vəsaitlərinin hərəkəti barədə (daxili kassa hesabatlarının) aylıq kassa hesabatlarının və obyektlər üzrə NKA-nın aylıq fiskal “Z” hesabatlarının təsdiq olunmuş surətlərinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan 01.11.2018-ci il tarixdən, 01.01.2021-ci il tarixədək olan dövr üzrə mal-materiallarının hərəkəti barədə aylıq material hesabatlarının, nəğd pul vəsaitlərinin hərəkəti barədə (daxili kassa hesabatlarının) aylıq kassa hesabatlarının və obyektlər üzrə NKA-nın aylıq fiskal “Z” hesabatlarının təsdiq olunmuş surətlərinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İdarənin 22.02.2021-ci il tarixli **********144822 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən 01.11.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan vergi dövrünü əhatə etməklə "xxxx" MMC-yə (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasına 23.02.2021-ci il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22.02.2021-ci il tarixli KY211560559 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, 22.02.2021-ci il tarixli **********144822 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərar və 23.02.2021-ci il tarixli **********144912 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə cəmiyyətin səlahiyyətli nümayəndəsi X1 əlbə əl təqdim edilmişdir. Tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya 8 saylı Ərazi Vergilər İdarəsinə tam təqdim edilməmişdir. Yaranmış zərurətlə əlaqədar İdarənin 19.03.2021-ci il tarixli **********145594 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarı çıxarılmış, qərar əsasında vergi yoxlamasının keçirilməsi üçün tələb olunan 01.11.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan sənədlərin təsdiq olunmuş surətləri 08.04.2021-ci il tarixli **********145973 saylı Protokolla götürülmüş, göstərilən dövr üzrə mal-materialların hərəkəti barədə aylıq materal hesabatlarının, nağd pul vəsaitlərinin hərəkəti barədə (daxili kassa hesabatları) aylıq kassa hesabatlarının və obyektlər üzrə NKA-nın aylıq fiskal “Z" hesabatlarının təsdiq olunmuş surətləri yoxlamaya təqdim edilməməsinə görə 08.04..2021-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur.Aktda təqdim edilməmənin səbəbi olaraq 15-16.04.2021- ci il tarixədək təqdim edəcəyini bildirmişdir.Lakin vergi ödəyicisi tərəfindən 15- 16.04.2021 -ci il tarixədək sənədlər təqdim edilmədiyi üçün 27.04.2021-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə" Akt tərtib olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 43.11-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü, 26-cı, 149-cu, 150-ci maddələrinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan 01.11.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövr üzrə mal-materialların hərəkəti barədə aylıq materal hesabatlarının, nağd pul vəsaitlərinin hərəkəti barədə (daxili kassa hesabatları) aylıq kassa hesabatlarının və obyektlər üzrə NKA-nın aylıq fiskal “Z” hesabatlarının təsdiq olunmuş surətlərinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə verilməsi barədə məhkəmə qərarının çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki; İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 22.02.2021-ci il tarixli **********144822 nömrəli qərarı və “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi” barədə 23.02.2021-ci il tarixli, **********144911 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2018 - dekabr 2020) təyin edilmişdir. Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin 16.03.2021-ci il tarixə kimi təqdim edilməsi haqqında” **********144912 nömrəli 23.02.2021-ci il tarixli Tələbnamə təqdim edilmişdir. 19.03.2021-ci il tarixdə iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********145594 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən 01.11.2018-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən 08.04.2021-ci il tarixdə “Sənədlərin və nümunə kim əşyaların verilməsindən imtina barədə”, 27.07.2020-ci il tarixdə isə “Sənədlərin təqdim edilməsindən imtina barədə” aktlar tərtib edilmiş, cavabdeh tərəfindən həmin sənədlərin verilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd olunan iş materialları ilə yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan 01.11.2018-ci il tarixdən, 01.01.2021-ci il tarixədək olan dövr üzrə mal-materiallarının hərəkəti barədə aylıq material hesabatlarının, nəğd pul vəsaitlərinin hərəkəti barədə (daxili kassa hesabatlarının) aylıq kassa hesabatlarının və obyektlər üzrə NKA-nın aylıq fiskal “Z” hesabatlarının təsdiq olunmuş surətlərinin 8 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1070/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1070/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver