Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1070/2022 20.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı «əlilliyə görə 2021-ci ilin yanvar ayından avqust ayınadək ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 20 sentyabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə 2021-ci ilin yanvar ayından avqust ayınadək ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə ona anadangəlmə sağ bud çanaq oynağının çıxığı, sağ aşağı ətrafının 20 sm qısalması, sağ aşağı ətrafın dayaq hərəkət funksiyasının mühüm dərəcədə pozulması, ÜİX gərginlik stenokardiyası İİİ fs diaqnozu ilə 2-ci qrup əlillik təyin edilmişdir. Növbəti tibbi müayinənin tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Növbəti dəfə ötən ilin mart ayının 17-də tibbi müayinədən keçmiş və sənədlər TSEK-na göndərilmişdir. Lakin yeni rəyin alınması, yenidən müayinədən keçməyin tövsiyyə olunması səbəbləri ilə əlilliyin yenidən təyini bir neçə ay yubadılmış və nəhayət, ömürlük əlillik təyin edildikdən sonra pensiyanın avqust ayının 21-dən hesablanması, ötən ilin yanvar ayından avqust ayının 21-dək isə, yəni 7 ay üçün pensiya təyinatının aparılmaması məlum olmuşdur. Həmin pensiyanın hesablanıb ona ödənilməsi barədə müraciətinə isə cavabdeh tərəfindən 12 yanvar 2022-ci il tarixli məktubula imtina edilmişdir. Cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3.3-1-ci bəndinə istinad edərək müraciətini təmin etməmişdir. Halbuki həmin hüquq normasına görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qanunda qeyd olunan dəyişiklik 25 iyul 2021-ci il tarixdən qüvvədədir. Onun əlillik müddəti isə 2020ci ilin dekabr ayında bitməklə növbəti ilin mart ayında tibbi müayinədən keçərək sənədləri TSEK-na göndərilmişdir. Yəni növbəti tibbi müayinədən keçməyi qanunda edilmiş dəyişiklikdən əvvəl olduğundan Konstitusiyanın maddəsinə əsasən vəziyyətini ağırlaşdıran halda, nomıativ akt geri tətbiq eilməməli, yüngiilləşdirən halda geri tətbiq edilməlidir. Bundan başqa, o, əlillik müddəti bitdikdən sonra 3 ay ərzində yenidən müayinələrdən keçmiş, lakin əlilliyin təyinatı ondan asılı olmayan səbəblərdən uzadılmışdır. Qanunvericiliyin tələbinə görə belə vəziyyətdə ötürülmüş müddət də daxil olmaqla əlil hesab edilməklə ödənilməmiş pensiya ona ödənilməlidir. Lakin cavabdeh qurum ötən ilin yanvar ayından avqust ayınadək olan dövr üçün ona pensiya təyinatı aparmamaqla hiiquqlarını və bununla bağlı qanunvericiliyin tələblərini pozmuş olur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsində ona əlilliyə görə 2021-ci ilin yanvar ayından avqust ayınadək ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi barədə cavabdehə müraciət etdiyini, lakin cavabdeh tərəfindən tələbinin təmin edilmədiyini iddia edir və ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyininin DSMF-nin 1 saylı X1 üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı N.N.Ağavevin iddia tələbi asağıda qevd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasınm (bundan sonra - “TSEK”) xx.xx.2015-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla təkrar İİ dərəcəli əlillik müəyyən edilmiş, xx.xx.2021ci il tarixli qərarı ilə müddətsiz İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1 -ci maddəsinə əsasən, səxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Sözügedən Qanunun 3.3-1 -ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, səxs ötürülmüs müddət də daxil olmagla, əlilliyi olan səxs hesab edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının gəbul edildiyi tarixdən hesablanır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” İddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixində almışdır. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı “anadangəlmə sağ bud çanaq oynağının çıxığı, sağ aşağı ətrafının 20 sm qısalması, sağ aşağı ətrafın dayaq hərəkət funksiyasının mühüm dərəcədə pozulması, ÜİX gərginlik stenokardiyası İİİ fs diaqnozu ilə 2-ci qrup əlillik təyin edilmiş, növbəti tibbi müayinənin tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 1601 nömrəli çıxarışından görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar müalicə almış, müalicənin nəticəsi olaraq vəziyyəti orta ağır qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 0284003AALMX nömrəli bildirişdən görünür ki, Ağayev X8 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının İddiaçı aid 0284003AALMX nömrəli göndərişlə bağlı cavabından görünür ki, həmin göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılmış, göndəriş natamam doldurulduğundan əlilliyin təyin edilməsindən imtina olunmuş və Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan yeni rəy alınması məsləhət görülmüşdür. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İddiaçı aid 0284003AAL6L nömrəli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılmış, göndəriş natamam doldurulduğundan əlilliyin təyin edilməsindən imtina olunmuş, bu qərardan narazı qalan Ağayev X4 əyani müayinə olunmuş və müayinənin nəticəsi olaraq 21 avqust 2021-ci ildən ona “ümumi xəstəlik” səbəbindən müddətsiz ikici dərəcə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 İddiaçı ünvanladığı 12 yanvar 2022-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdə **********0 nömrə ilə qeydə alımış ərizəsinə baxılmış, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1 -ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, səxs ötürülmüs müddət də daxil olmagla, əlilliyi olan səxs hesab edildiyi, təkrar əlilliyi xx.xx.2021-ci il tarixdən bərpa edildiyi üçün pensiyasının həmin tarixdən hesablandığı ona bildirilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Dövət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı “anadangəlmə sağ bud çanaq oynağının çıxığı, sağ aşağı ətrafının 20 sm qısalması, sağ aşağı ətrafın dayaq hərəkət funksiyasının mühüm dərəcədə pozulması, ÜİX gərginlik stenokardiyası İİİ fs diaqnozu ilə 2-ci qrup əlillik təyin edilmiş, xx.xx.2020-ci il tarixidə əlillik müddəti bitmiş, 21 avqust 2021-ci ildən ona “ümumi xəstəlik” səbəbindən müddətsiz ikici dərəcə əlillik təyinatı aparılmış, 2021-ci ilin yanvar ayından avqust ayınadək ödənilməmiş pensiyanın ödənilməsi barədə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, səbəb olaraq əlilliyinin bitdiyi xx.xx.2020-ci il tarixidən təkrar əlillik təyinatının aparıldığı xx.xx.2021-ci il tarixdək 6 aydan çox müddətin keçdiyi ona bildirilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Qeyd olunan Qanunun 3.1 -ci maddəsinə əsasən, səxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1 -ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, səxs ötürülmüs müddət də daxil olmagla, əlilliyi olan səxs hesab edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının əlilliyi xx.xx.2020-ci il tarixdə bitdiyindən və təkrar əlillik təyinatı xx.xx.2021-ci il tarixində aparıldığından, bununla da qanunla müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin təsir dairəsinə düşmür və mübahisələndirilən dövr üzrə pensiyanın hesablanıb ona ödənilməsi qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı «əlilliyə görə 2021-ci ilin yanvar ayından avqust ayınadək ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı «əlilliyə görə 2021-ci ilin yanvar ayından avqust ayınadək ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1070/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1070/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver