Məhkəmə qərarları › İş №2-1(120)-1071/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1071/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1071/2025 13.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Bölməsinə qarşı “mərhum X2 şəhid və ailəsinə şəhid ailəsi adının verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Bölməsinə qarşı “qardaşı mərhum X9 şəhid adının təsdiqlənməsi məqsədilə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(120)-1071/2025 nömrəli qərardadı ilə iddia tələbinə “mərhum X2 şəhid və ailəsinə şəhid ailəsi adının verilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, X2 “ŞƏHİD” adının verilməsi üçün tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinə müraciət etsə də, həmin bölmənin xx.xx.2024-cü il tarixli, 3-43-65/2-182/2024 nömrəli məktubu ilə müraciətinə mərhum qardaşı X9 N nömrəli hərbi hissədə xidmətdə olarkən, şəxsi ehtiyatsızlıq ucbatından göldə boğularaq, vəfat etməsi əsas gətirilərək, müsbət cavab verilməmişdir. Halbuki mərhum qardaşı X14 xx.xx.2007-ci il tarixdə N nömrəli hərbi hissədə xidmətdə olarkən, komandiri tərəfindən verilmiş xidməti tapşırığı yerinə yetirən zaman vəfat etmişdir. Bu fakt Qazax Hərbi Məhkəməsinin 10 dekabr 2007-ci il tarixli hökmü ilə də öz təsdiqini tapır. Həmin hökmlə qardaşının ölümündə təqsirkar olan X8 cəza təyin olunmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinin üzərinə qardaşı mərhum X9 şəhid adının təsdiqlənməsi məqsədilə arayışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və onun təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etmədiyini bildirdi və onun təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən oğlunun şəhid, özünün isə şəhid ailəsi olmasının tanınması olmuşdur. Başqa sözlə, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, cavabdeh tərəfindən oğlunun şəhid olmasını təsdiq edən sənəd vəsiqə) verildiyi halda, o, oğlunun adını müvafiq qanunvericiliyə uyğun əbədiləşdirəcək və şəhid ailələrinə edilən güzəştlərdən istifadə edəcəkdir. Məhkəmə iddiaçının iddia tələbi üzrə nəticəyə gələrkən aşağıdakı sübutları və hüquq normalarını rəhbər tutmuşdur. Belə ki, iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43- 65/2-182/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinə etdiyiniz müraciət əsasında araşdırma aparıldı. Məlumat üçün bildirirəm ki, 01 avqust 2007-ci il tarixdə N nömrəli hərbi hissədə xidmətdə olarkən şəxsi ehtiyyatsızlıq ucbatından göldə boğularaq vəfat etmiş mərhum qardaşınız X10 barəsində məlumat 01 avqust 2007-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli biidiriş məktubu ilə Yardımlı rayon Hərbi Komissarlığına məktub daxil olmuşdur. Əlavə olaraq onuda bildirirəm ki, “şəhid” adının verilməsi statusu aidiyyəti hərbi hissələrdən daxil olmuş bildirişlər əsasında verilir. Odur ki, mərhum qardaşınız X5 “şəhid” adı və onun ailəsinə “şəhid ailəsi” statusu verilməsi N nömrəli hərbi hissədən daxil olmuş bidirişə və mövcud qanunvericiliyə əsasən mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Yardımlı rayon Hərbi Komissarlığına ünvanladığı xx.xx.2007-ci il tarixli, N nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdə Yardımlı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış əsgər X14 xx.xx.2007-ci il tarixdə xidmətdə olarkən şəxsi ehtiyyatsızlıq ucbatından göldə boğularaq vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Şəmkir Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-3-200/2-026365/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2024-cü il tarixli 2-1(120)-3564/2024 nömrəli məktubunuz xx.xx.2024-cü il tarixdə Şəmkir Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Bildirirəm ki, Şəmkir hərbi prokurorluğunda elektron məlumat bazasına əsasən, N nömrəli hərbi hisənin hərbi qulluqçusu, əsgər X9 xx.xx.2007-ci il tarixdə suda boğularaq ölməsi və digər xüsusatlara bağlı həmin hərbi hissənin hərbi qulluqçusu, kiçik çavuş X6 həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 341.2.3, 331.3 və 331.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 12/35554 nömrəli cinayət işi xx.xx.2007-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin cinayət işi üzrə nəzarət icraatı saxlama müddətinin başa çatması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə məhv edildiyindən, əsgər X9 xx.xx.2007-ci il tarixdə suda boğularaq ölməsinin şəraiti barədə məlumat vermək mümkün deyildir. Odur ki, iş üzrə yekun məhkəmə aktının və digər sənədlərin əldə edilməsi məqsədi ilə aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-65/2-430/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdə keçmiş Yardımlı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış X3 xidmətini Azərbaycan Respubliası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində davam etdirmişdir. X3 N nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirərkən ehtiyatsızlıq ucbatından suda boğularaq vəfat etmişdir və bu barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.2007-ci il tatixli N nömrəli bildirişi xx.xx.2007-ci il tarixdə və bir müddət sonra yenidən eyni məzmunda bildiriş xx.xx.2008-ci il tarixdə Yardımlı rayon hərbi komissarlığına daxil olmuşdur. Əlavə olaraq bildirirəm ki, “şəhid” adının və “şəhid ailəsi statusu”nun verilməsi qaydalıarı aidiyyəti hərbi hissədən daxil olmuş bildirişlər və mövcud “Qanun”vericiliklər əsasında icra olunur. Qeyd;- X1 xidmət etdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi, döyüş əməliyyatlarında iştirak edərkən həlak olması və bu kimi hadisələrlə əlaqədar səbəblər və hadisə ilə bağlı araşdırmaların aparılması barədə Xidmətin Yardımlı rayon bölməsində heç bir məlumat qeydə alınmamışdır. İş materiallarında olan Qazax Hərbi Məhkəməsinin 10 dekabr 2007-ci il tarixli hökmündən görünür ki, N nömrəli hərbi hisənin hərbi qulluqçusu, əsgər X9 xx.xx.2007-ci il tarixdə suda boğularaq ölmüş və həmin hərbi hissənin hərbi qulluqçusu, kiçik çavuş X12 Azərbaycan Respublikası CM-nin 341.2.3, 331.3 və 331.2-ci maddələri ilə təqsirli bilinmiş və 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il tarixdə Yardımlı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış X3 xidmətini Azərbaycan Respubliası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində davam etdirmişdir. X3 N nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirərkən ehtiyatsızlıq ucbatından suda boğularaq vəfat etmişdir. Hazırda İddiaçı qardaşı X4 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu qeyd edərək, ona şəhid və ailəsinə şəhid ailəsi adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddələrinə əsasən inzıbati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraat haqqında Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçıların hüquqlarına müdaxilə edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. İddiaçı qardaşı X4 xidməti vəzifəsinin icrası zamanı həlak olduğunu qeyd edərək, X4 şəhid olduğunu hesab edir. Ona görə də mərhum qardaşı X5 şəhid və ailələrinə şəhid ailəsi adı olan şəxslər kateqoriyasına aid olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hisənin hərbi qulluqçusu, əsgər X9 xx.xx.2007-ci il tarixdə suda boğularaq ölmüş və həmin hərbi hissənin hərbi qulluqçusu, kiçik çavuş X12 Azərbaycan Respublikası CM-nin 341.2.3, 331.3 və 331.2-ci maddələri ilə təqsirli bilinmiş və 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının qardaşı X10 hərbi xidmət keçərkən vəfat etsə də, onun ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, suda boğularaq ölməsi nəticəsində baş verdiyindən X5 şəhid adının verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Bölməsinə qarşı “mərhum X2 şəhid və ailəsinə şəhid ailəsi adının verilməsi” barədə iddası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Bölməsinə qarşı “mərhum X2 şəhid və ailəsinə şəhid ailəsi adının verilməsi” barədə iddası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar