Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1072/2022 20.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı «Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına 20 sentyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin 06 iyul 2007ci il tarixli qərarı ilə 2,30 hektar torpaq sahəsinin ona icarəyə verilməsinə dair 14 iyul 2017ci il tarixli icarə müqaviləsinin ləğvi ilə bağlı qərarın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zəhmədabad bələdiyyəsinin 06 iyul 2007-ci il tarixli protokol qərarına əsasən ona 2,30 hektar torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Bundan sonra 2,30 hektar torpaq sahəsinin 2047-ci ilə kimi ona icarəyə verilməsi barədə 14 iyul 2007-ci il tarixdə Zəhmədabad bələdiyyəsi ilə 43 saylı müqavilə bağlamışdır. Torpaq sahəmin seçim aktı da tərtib olunaraq ona verilmişdir. Hər il qanunamüvafıq qaydada icarə haqlarını ödəmişdir. 2016-cı ildə bələdiyyə sədri D.Nuriyev ona bildirmişdir ki, torpağını əlindən alacaqdır. İddiaçı bələdiyyə sədri D.Nuriyevə bildirmişdir ki, müqaviləsi var və nəyə əsasən ona icarəyə verilmiş torpağı almaq istəyir. Lakin o, bir söz deməmişdir. Bələdiyyənin bu hərəkəti ilə bağlı Möhtərəm Prezidentə teleqram vurmuşdur. Biləsuvar Rayon İcra Hakimiyyətindən ona 2016-cı ilin avqust ayında məktub gəlmişdir ki, D.Nuriyev İcra hakimiyyətində bildirib ki, onun torpağı alınmayıb və belə bir şey olmamışdır. 2021-ci ildə istifadəsində olan torpaq sahəsində pambıq məhsulu əkmiş və pambıq zavodu ilə müqaviləsi olmuşdur. 2021-ci ildə məlum olmuşdur ki, bələdiyyə qanuni istifadəsində olan toıpaq sahəsini başqa bir adama satmışdır. Dəfələrlə bələdiyyədən bununla bağlı sənəd istəsə də, bundan imtina edilmişdir. Hesab edir ki, bələdiyyənin onun icarəsinə verilmiş torpaq sahəsini başqa adama satması və ya icarəyə verməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddot qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.4-cü maddəsinə əsasən icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən işlirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hansı ilinin üçüncü iş günündon gec olmayaraq verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. İnsan Hüquqları və X2 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələbinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istiladə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 06 iyul 2007-ci il tarixli qərarı ilə onun icarəsinə verilmiş 2,30 hektar torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsinə dair 14 iyul 2017-ci il tarixli icarə müqaviləsinin ləğvi ilə bağlı qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Lakin həmin iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə görə hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin isə 14 iyul 2017-ci il tarixli inzibati aktı (qərarı) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur və həmin maddə ilə inzibati aktın etibarsızlığına səbəb olan hallar kimi göstərilən xüsusatlar mübahisələndirilən inzibati aktda mövcud deyildir. Hazırki iddia tələbi isə Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017ci il tarixli inzibati aktının (qərarının) etibarsız hesab olunmasıdır. Bundan başqa, Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017-ci il tarixli inzibati aktının (qərarının) qanuniliyi mübahisələndirilsə belə, iddia mümkünsüz hesab edilməlidir. Belə ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl Biləsuvar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və həmin ərizədə, həmçinin Biləsuvar Rayon Polis Şöbəsində verdiyi izahatında 2021-ci ilin oktyabr ayının əvvəllərində torpaq sahəsinin başqa şəxsə (X4) satılmasından xəbərdar olduğunu bildirmişdir. Yəni, İddiaçı ən gec halda özünün bildirdiyi kimi 2021-ci ilin oktyabr ayının əvvəllərində Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017-ci il tarixli inzibati aktından (qərarından) xəbərdar olmuşdur. Həmin xüsusat cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 yanvar 2022-ci il tarixli qərarda öz təsbitini tapmışdır (etiraza əlavə olunur). İddiaçı isə 15 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda, 2021-ci ilin oktyabr ayının əvvəlindən 2022-ci il 15 fevral tarixinədək 4 ay 15 gün müddət keçmişdir. Əsl həqiqətdə isə İsmayılov X1 rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017-ci il tarixli inzibati aktından (qərarından) daha əvvəldən xəbərdar olmuşdur. Bundan başqa, mübahisəli torpaq sahəsi daha əvvəldən, yəni 2001-ci ildə iddiaçının qardaşı X5 ilə bağlanmış icarə müqaviləsinə əsasən sonuncuya 20 il müddətinə icarəyə verilmişdir. Buna baxmayaraq, həmin müddət başa çatmamış, habelə bələdiyyənin qərarı və icarə müqaviləsinə xitam verilməmiş sözügedən torpaq sahəsi 14 iyul 2007-ci il tarixli müqaviləsinə əsasən iddiaçıya icarəyə verilmişdir. Digər tərəfdən, İddiaçı ilə əsl həqiqətdə 2007-ci ildə Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsi arasında hər hansı icarə müqaviləsi bağlanmamışdır. Əks halda belə bir müqavilənin bağlanmasını Bələdiyyənin qeydiyyat kitablarında görmək mümkün olardı. Digər tərəfdən həqiqətən də, Zəhmətabad Bələdiyyəsi ilə 2007-ci ildə iddiaçı arasında icarə müqaviləsi bağlanmışdırsa, o zaman həmin müqavilə üzrə icarə haqqı ödənilməli idi. İddiaçı isə həmin ödənişləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, İddiaçı ona icarəyə verildiyini bildirdiyi torpaq sahəsi 2019-cu ilin fevral ayında hərrac komissiyası tərəfindən keçirilmiş hərracın nəticəsinə uyğun olaraq, Fərid Əlifova icarəyə verilmişdir və F.Əİifovun qeyd olunan torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Biləsuvar rayonu Zəhmətabad Bələdiyyəsinin 14 iyul 2017-ci il tarixli icarə müqaviləsinin ləğvi ilə bağlı qərarı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul olunmuşdur və qanunidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Cavabdeh 06 iyul 2007-ci il tarixli, 06 saylı iclas protokolunun surətindən görünür ki, bələdiyyənin mülkiyyətində olan 2,30 hektar torpaq sahəsinin İddiaçı 40 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan 14 iyul 2007-ci il tarixli, 43 saylı müqavilənin surətindən görünür ki, 2,30 hektar torpaq sahəsinin 2007-ci ildən 2047-ci ilə kimi iddiaçıya icarəyə verilməsi barədə Zəhmədabad bələdiyyəsi ilə İddiaçı arasında bələdiyyə torpaqlarının icarəsi müqaviləsi bağlamışdır. İş materiallarında olan 12 iyul 2007-ci il tarixli “icarəyə veriləcək torpaq sahəsinə baxış” aktından görünür ki, DT və XK-nin nümayəndələri iddiaçının iştirakı ilə ona ayrılması nəzərdə tutulan 2,30 hektar torpaq sahəsinə baxış keçirmiş və həmin torpaq sahəsinin sərhədlərini müəyyən etmişlər. Qeyd olunan “baxiş” aktında İddiaçı izah olunmuşdur ki, ayrılmış torpaq sahəsinin ölçü planını aldıqdan sonra bu torpağa mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan həmin torpaqdan istifadə qadağandır. İş materiallarında olan Cavabdeh mübahisələndirilən 06 yanvar 2022-ci il tarixli, 01 saylı iclas protokolundan görünür ki, İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2021-ci il tarixli, İ612 nömrəli məktubla Zəhmədabad bələdiyyəsinə müraciət edərək, bələdiyyənin mülkiyyətində olan 2,17 hektar torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarla İddiaçı ayrıldığı, lakin həmin torpaq sahəsinin Dövlət Reyestr Xidmətində qeydiyyata alınmadığı, bu səbəbdən ləğv edilməli olduğu bildirilmişdir. Bələdiyyə iclasında qeyd olunan məktub müzakirə olunmuş, Zəhmədabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi, habelə Zəhmədabad bələdiyyəsi ilə İddiaçıla bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsi qərara alınmışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Cavabdeh 06 iyul 2007-ci il tarixli, 06 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan 2,30 hektar toıpaq sahəsinin İddiaçı 40 il müddətinə icarəyə verilməsi qərara alınmış, 12 iyul 2007-ci il tarixdə DT və XK-nin nümayəndələri tərəfindən iddiaçının iştirakı ilə ona ayrılması nəzərdə tutulan 2,30 hektar torpaq sahəsinə baxış keçirilərək həmin torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, tərtib edilmiş “baxiş” aktında İddiaçı sözügedən torpaq sahəsinin ölçü planının, sonra bu torpağa hüquqlarının dövlət qeydiyyatına alınmalı olduğu, eyni zamanda hüquqları dövlət qeydiyyatına alınmadan həmin torpaqdan istifadənin qadağan olduğu bildirilmiş, bu barədə tərtib olunmuş akt müvafiq möhür və iddiaçının imzası ilə təsdiq olunmuşdur. Məhkəmə iclaslarında dəfələrlə təklif olunmasına baxmayaraq, iddiaçı Cavabdeh 06 iyul 2007-ci il tarixli 06 saylı qərarı ilə ona icarəyə verilmiş 2,30 hektar toıpaq sahəsinin ölçü planını və həmin torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədləri təqdim edə bilməmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh 06 iyul 2007-ci il tarixli 06 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 2,30 hektar toıpaq sahəsinin ölçü planını almamış, habelə, iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Halbuki, iddiaçı 12 iyul 2007-ci il tarixli “baxış” aktından da göründüyü kimi, icarəyə götürdüyü torpaq sahəsinə ölçü planı almalı olduğu, həmçinin, həmin torpağa hüquqlarının dövlət qeydiyyatına alınmalı olduğu və hüquqları dövlət qeydiyyatına alınmadan həmin torpaqdan istifadənin qadağan olduğu barədə tam məlumatlı olmuş, buna baxmayaraq, bələdiyyə mülkiyyətində olan 2,30 hektar torpaq sahəsi üzrə sənədləşməni başa çatdırmadan və beləliklə, torpaq qanunvericiliyinin tələblərinə əsasən həmin torpaq sahəsi üzərində hüququ yaranmadan uzun illər bu torpaq sahəsindən istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh mülkiyyətində olan 2,30 hektar toıpaq sahəsinin İddiaçı 40 il müddətinə icarəyə verilməsi barədə 06 iyul 2007-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur və həmin qərar Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarı ilə ləğv edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulmasına yol verilməmişdir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.2-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda və həmin Qanunun 68.2.3-cü maddəsinə əsasən inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda qanuni əlverişli inzibati akt onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı «Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı «Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1072/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1072/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver