Məhkəmə qərarları › İş №2-1(120)-1073/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1073/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1073/2023 04.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, Hacıqabul rayonu, Talış kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Qazı- Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, 15 oktyabr 1980-cı il tarixdən hal-hazıra kimi işləməklə ümumilikdə 41 ildən artıq əmək sığorta stajım vardır. Əmək stajı 27 oktyabr 1980-04 may 1981-ci ilə kimi “Muğansutəchizatı” Trestində “opretor” vəzifəsində, 01 mart 1982-15 aprel 1983-cü ilə kimi "xxxx" ASC-nin “X6 İstehsalat İdarəsi”-nin “kimyəvi-bakteroloji laborotoriyası”-da “nümunəgötürən”, 15 aprel 1983-05 iyul 2011-ci ilə kimi “labarant” vəzifəsində və 05 iyul 2011-ci il tarixdən hal-hazıra kimi “mühəndis-bakteroloq” vəzifəsində işləmiş və işləyir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan ona xx.xx.2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslin, güzəştli arayışı əlavə edərək “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunuun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəlii məktubla cavab verərək təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi Mərkəzi Filiala təqdim etdiyi "xxxx"ASC-nin “X8” İdarəsinin 07 iyun 2022-ci il tarixli, 14 nömrəli arayışında xx.xx.1982-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin “X6 İstehsalat İstismar İdarəsi”-nin “Kimyəvi-bakterioloji laboratoriyas”-da nümunəgötürən, xx.xx.1983-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində laborant, xx.xx.2011-ci il tarixindən bu günədək mühəndiz-bakterioloq vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi işlədiyi sahə və vəzifələr qeyd edilən siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. xx.xx.1982-xx.xx.1983-cü il və xx.xx.1983-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi “laborant” və “mühəndis-bakterioloq” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cti il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-da nəzərdə tutulmadığına dair münasibətinə gəldikdə isə onu bildiriəm ki, cavabdeh qeyd edilən siyahıda sahə və vəzifələrə uyğun olmadığına istinad edir, lakin işlədiyi vəzifənin mahiyyət baxımından zərərli iş olduğunu və gördüyü işin nədən ibarət olduğunu, həmçinin zərərli işə görə əmək haqqına 4 % və məzuniyyət gününə isə 6 təqvim gününün əlavə edildiyini müəyyən etmədən, güzəştli iş stajının olmaması qənaitinə gəlməklə səhvə yol vermişdir. Belə ki, işlədiyi sahə və vəzifə üzrə “laborant” və “mühəndis-bakterioloq” vəzifələri - Ammonyakın hazırlanması-Polyvinil alcohol disperling 0,6 ml-dən mineral stabilizer 0,6 ml nesler 3,0 ml, Xlor turşusu 400 ml məhlul 600 ml distillə su ilə hazırlanmasından ibarət olmuşdur. Ona görə də işlədiyi vəzifə xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXİİİ. Dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı bölməsi, 6. 1 №-li Siyahının 18-ci bölməsində və ba bölmədə adları çəkilən istehsalatlar b) rəhbərlər və mütəxəssislər: istehsalatda və sex laboratoriyalarında laborantlar (2250600b-23157), biokimyaçılar, o cümlədən sex laboratoriyalarında (2250600b-20278) və bakterioloq, o cümlədən sex laboratoriyalarında (2250600b-20257) kodları ilə qeyd edilmişdir. Çünki, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən həmin tarixə kimi hüquqi yaranmış şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Cavabdeh “İnzibati icraat haqqında” Qanununun tələblərinə əsasən imtinada işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları, habelə inzibati akt qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktları göstərməli idi. Cavabdeh İnzibati icraat haqqında” Qanununun 28.1, 21.2, 24.1, 45.1, 52.1 və 61.1 -ci maddələrin tələblərini kobud sürətdə pozmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunu qüvvəyə minənədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu qüvvədə olmuşdur. Belə ki, bu qərarın 23-cü, 25- ci bəndlərinə istinad olunan normalara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həmin pensiyanın təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə kimi qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq ümumi və 10 ildən çox xüsusi iş stajını qazanmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarın tələblərinə əsasən xx.xx.2017-ci il tarixə kimi 20 il ümumi və 10 il güzəştli iş stajını topladığımdan, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə minənədək, əvvəllər qüvvədə olmuş, yəni xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş qanunvericiliyin, yəni “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş tələblərinə əsasən yaşa və staja görə güzəştli şərtlərlə pensiyalar təyin edilir. xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun əhatə dairəsinə düşən şəxslərin hamısı birmənalı olaraq həmin Qanununun 13-cü maddəsinin “b” bəndin əsasən pensiya təyin edilməklə ödənilməlidir. Çünki, mən iddiaçı hal-hazırda qüvvədə olmuş xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən ümumi və xüsusi iş stajını topladığıma görə cavabdehin istinad etsiyi xx.xx.2017-ci il tarixdən sonra müraciəti qazanılmış pensiya hüququnu əldə etdiyi mübahisə doğurtmur. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Belə ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya mübahisələndirilə bilməz. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Belə ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi "xxxx" ASC-nin “X7” İdarəsinin 7 iyun 2022-ci il tarixli, 14 nömrəli arayışında göstərilən vəzifələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarındakı vəzifələri ilə uyğunluq təşkil etmir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı (18) bölməsində bakterioloq, biokimyaçılar və istehsalatda və sex laboratoriyalarında laborant vəzifələri nəzərdə tutulmuşdur. Cavabdeh orqana təqdim edilən "xxxx" ASC-nin “X7” idarəsinin iddiaçıya dair 7 iyun 2022-ci il tarixli 14 nömrəli arayışında xx.xx.1982xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin “X6 İstehsalat İstismar idarəsi”nin “Kimyəvi-bakterioloji laboratoriya”sında nümunəgötürən, xx.xx.1983- xx.xx.2011 -ci il tarixləri arasındakı dövr ərzində laborant, xx.xx.2011 -ci il tarixdən bugünədək mühəndis bakterioloq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Beləliklə, iddiaçının təqdim etdiyi arayışda göstərilən nümunəgötürən, laborant və mühəndis bakterioloq vəzifələri qeyd edilən Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarında mövcud deyil. İddiaçı “xx.xx.2015-ci il tarixdə 52 yaşın tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxx 1963-cü il tarixdə doğulmuşdur. 11 iyul 2015-ci il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X7” İdarəsinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli güzəştli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətəndə xx.xx.1980-cı il tarixdən (Əmr № 62,xx.xx.1980) xx.xx.1981 -ci il tarixə (Əmr № 23, xx.xx.1981) kimi “Muğansutəchizatı” Trestində “operator”, xx.xx.1982-ci il tarixdən (Əmr № 32, xx.xx.1982) xx.xx.1983-cü il tarixə (Əmr № 9291) kimi "xxxx" ASC-nin “X6 İstehsalat İstismar İdarəsi”-nin “Kimyəvi-bakterioloji laboratoriyası”-da “nümunəgötürən”, xx.xx.1983-cü il tarixdən (Əmr № 9291) xx.xx.2011 -ci il tarixədək (Əmr № 59/k) “labarant” və xx.xx.2011 -ci il tarixdən (Əmr № 59/k) halhazıra kimi “mühəndis-bakterioloq” vəzifələrində işləmiş və hal-hazırda da işləyir. Yuxarıda göstərilən tarixlərdə İddiaçı işlədiyi vəzifələr üzrə peşə və vəzifə təlimatına əsasən “kimyəvibakterioloji labaratoriyası”-da “labarant” və “mühəndis- bakterioloq” vəzifələri Ammonyakın hazırlanması-Polyvinil alcohol disperling 0,6 ml-dən mineral stabilizer 0,6 ml nesler 3,0 ml, Xİor turşusu 400 ml məhlul 600 ml distillə su ilə hazırlanmasından ibarətdir. İddiaçı işlədiyi vəzifə zərərli iş olduğu üçün onun əmək haqqısına 4% əlavə edilir və 30 təqvim günü əsas 6 təqvim günü staja görə əlavə əmək məzuniyyəti verilir. "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 40 №-li Əmrinə əsasən “X6 İstehsalat İstismar İdarəsi”-nin adı dəyişdirilərək “X6 İdaarəsi” adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli 298 №-li Əmrinə əsasən “X6 İdarəsi”-nin adı dəyişdirilərək “X7 İdaarəsi” adlandırılmışdır. Belə ki, İddiaçı İbrahim qızının işlədiyi “kimyəvi bakteroloji labarotoriya”-da “lobarant” və “mühəndis-bakterioloq” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarının 2 saylı Siyahısının XXİİİ. Dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı bölməsi, 6.1 №-ii Siyahının 18-ci bölməsində və bu bölmədə adları çəkilən istehsalatlar b) rəhbərlər və mütəxəssislər: istehsalatda və sex laboratoriyalarında laborantlar (2250600b—23157), biokimyaçılar, o cümlədən sex laboratoriyalarında (2250600b— 20278) və bakterioloq, o cümlədən sex laboratoriyalarında (2250600b—20257) kodları ilə qeyd edilmişdir və həmin vəzifələrə uyğundur, həmçinin işlədiyi vəzifələr zərərli və ağır iş stajı olduğu üçün güzəştli təqaüd hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnda Dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı (18) bölməsində bakterioloq, biokimyaçılar və istehsalatda və sex laboratoriyalarında laborant vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin “X7” İdarəsinin 7 iyun 2022-ci il tarixli 14 nömrəli arayışında xx.xx.1982-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin “X6 İstehsalat İstismar İdarəsi”nin “Kimyəvi-bakterioloji laboratoriyasında nümunəgötürən, xx.xx.1983-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində laborant, xx.xx.2011-ci il tarixindən bugünədək mühəndis bakterioloq vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyildir. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Ona güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ olduğunu bildirmişdir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması, bununla da onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az olmasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş lakin onun işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulması əsası ilə imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olmasıdır. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajı 20 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Son olaraq məhkəmə iddiaçının güzəştli iş stajına münasibət bildirərək qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajını toplamışdır. İddiaçının güzəştli iş stajı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X7” İdarəsinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli güzəştli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətəndə xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixə kimi “Muğansutəchizatı” Trestində “operator”, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi "xxxx" ASC-nin “X6 İstehsalat İstismar İdarəsi”-nin “Kimyəvi-bakterioloji laboratoriyası”-da “nümunəgötürən”, xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək “labarant” və xx.xx.2011-ci il tarixdən hal-hazıra kimi “mühəndis-bakterioloq” vəzifələrində işləmiş və halhazırda da işləyir. Yuxarıda göstərilən tarixlərdə İddiaçı işlədiyi vəzifələr üzrə peşə və vəzifə təlimatına əsasən “kimyəvi-bakterioloji labaratoriyası”-da “labarant” və “mühəndis-bakterioloq” vəzifələri Ammonyakın hazırlanması-Polyvinil alcohol disperling 0,6 ml-dən mineral stabilizer 0,6 ml nesler 3,0 ml, Xİor turşusu 400 ml məhlul 600 ml distillə su ilə hazırlanmasından ibarətdir. İddiaçı işlədiyi vəzifə zərərli iş olduğu üçün onun əmək haqqısına 4% əlavə edilir və 30 təqvim günü əsas 6 təqvim günü staja görə əlavə əmək məzuniyyəti verilir. "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 40 №-li Əmrinə əsasən “X6 İstehsalat İstismar İdarəsi”-nin adı dəyişdirilərək “X6 İdaarəsi” adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli 298 №-li Əmrinə əsasən “X6 İdarəsi”-nin adı dəyişdirilərək “X7 İdaarəsi” adlandırılmışdır. Belə ki, İddiaçı İbrahim qızının işlədiyi “kimyəvi bakteroloji labarotoriya”-da “lobarant” və “mühəndis-bakterioloq” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarının 2 saylı Siyahısının XXİİİ. Dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı bölməsi, 6.1 №-ii Siyahının 18-ci bölməsində və bu bölmədə adları çəkilən istehsalatlar b) rəhbərlər və mütəxəssislər: istehsalatda və sex laboratoriyalarında laborantlar (2250600b—23157), biokimyaçılar, o cümlədən sex laboratoriyalarında (2250600b—20278) və bakterioloq, o cümlədən sex laboratoriyalarında (2250600b—20257) kodları ilə qeyd edilmişdir və həmin vəzifələrə uyğundur, həmçinin işlədiyi vəzifələr zərərli və ağır iş stajı olduğu üçün güzəştli təqaüd hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixə kimi “Muğansutəchizatı” Trestində “operator”, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi "xxxx" ASC-nin “X6 İstehsalat İstismar İdarəsi”-nin “Kimyəvi-bakterioloji laboratoriyası”-da “nümunəgötürən”, xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək “labarant” və xx.xx.2011-ci il tarixdən hal-hazıra kimi “mühəndis-bakterioloq” vəzifələrində işləmişdir. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları” əsasında müəyyən edilməlidir. Belə ki, iddiaçının işlədiyi zərərli maddələrin tətbiq edilməsi işlərində məşğul olan (“kimyəvi bakteroloji labarotoriya”-da “lobarant” və “mühəndis-bakterioloq”) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİİİ. Dərmanlar, tibbi və bioloji preparat və materiallar istehsalı bölməsi, 6.1 №-ii Siyahının 18-ci bölməsində və bu bölmədə adları çəkilən istehsalatlar b) rəhbərlər və mütəxəssislər: istehsalatda və sex laboratoriyalarında laborantlar (2250600b—23157), biokimyaçılar, o cümlədən sex laboratoriyalarında (2250600b—20278) və bakterioloq, o cümlədən sex laboratoriyalarında (2250600b—20257) kodları ilə öz əksini tapmışdır. Məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, yuxarıda da göstərildiyi kimi, oxşar mübahisələr ilə bağlı Ali Məhkəmənin bir çox qərarlarında “Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər” ifadələri göstərilmişdir. Məhkəmə araşdırması nəticəsində təqdim edilən “kimyəvi bakteroloji labarotoriya”da “lobarant” və “mühəndis-bakterioloq” peşələri üzrə vəzifə təlimatlarına və əmək müqaviləsinə baxış keçirilən zaman hər iki peşənin zərərli iş olduğu müəyyən edilmişdir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 11 iyul 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2019-cu il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar