Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1075/2020 07.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (İmişli şəhəri, S.Fətəliyev küçəsi, ev 38 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, onun N93-cü ildən N94-cü ilə kimi Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqda olmağı faktının müəyyən edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, N67-ci ildə İmişli şəhərində anadan olmuşdur. SSRİ Silahlı Qüvvələrinə hərbi qulluğa çağırılmış və Rusiyada qulluq etmişdir. Sonradan Azərbaycana qayıdandan sonra Dağlıq Qarabağ uğrunda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə gedən döyüşlərdə iştirak etmək üçün səfərbərliklə döyüşlərə qatılmışdır. Lakin döyüşdə olmağını təsdiq edən heç bir sənədi hal-hazırda tapa bilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivindən ona verilən 9/2- N3N38 saylı arayışdan da görünür ki, qulluq etdiyi N saylı hərbi hissənin sənədləri Müdafiə Nazirliyi Mərkəzi Arxivinə təhvil verilməmişdir. Arxivdən aldığı həmin arayışı ərizəyə əlavə etmişdir. Bundan əlavə həmin illərdə və qeyd etdiyi N saylı hərbi hissədə hərbi qulluqda olmağını onunla birlikdə həmin hərbi hissədə qulluq edən döyüş yoldaşları da şahid qismində təsdiq edə bilərlər. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qəbul edilməsini, iddia tələbinə isə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-N(N20)-N075/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli NN/3683 saylı etiraz məktubunda qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2020-ci il tarixli N/Ş-3833 nömrəli məktubunda iddiaçının döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat verilməklə ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsinin mümkün olmaması barədə bildirilmişdir. Eyni zamanda Müdafiə Nazirliyinin İşlər X5 xx.xx.20N-cu il tarixli 9/2-N3N38 nömrəli arxiv arayışında İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N nömrəli əmrləri ilə hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi göstərilsə də, xx.xx.N94-cü il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etməsi barədə bildirilmişdir. Belə ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N nömrəli əmrinin N0-cu paraqrafına əlavə edilmiş “N nömrəli hərbi hissə üzrə hərbi hissəni özbaşına tərk etmiş şəxsi heyətin adlı siyahısında” sıravi İddiaçı xx.xx.N94-cü il tarixində hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat vardır. İddiaçının sonrakı hərbi xidmətlə və qanuni əsaslarla ehtiyata buraxılması ilə bağlı məlumat mövcud deyil. Bu fakt isə iddiaçının xx.xx.N94-cü il tarixdən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsinin özbaşına dayandırılmasını təsdiq etməklə, müharibə veteranı adını və müvafiq vəsiqəsini almaq hüququnu istisna edir. Çünki İddiaçı xx.xx.N94-cü il tarixdən atəşkəs qüvvəyə mindiyi xx.xx.N94-cü il tarixədək harada olması bəlli deyil. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin surətində iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı qeyd mövcud deyil. İddiaçı hərbi hissəni özbaşına tərk etmiş, onun döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəyə qayıtması və döyüş əməliyyatlarda iştirak etməsi hər hansı sübut ilə təsdiqlənmir. İddiaçı iddia tələblərinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materialında olan xx.xx.20N8-ci il tarixdə SƏYYAR-ASAN 3 tərəfindən verilmiş Seriya AZE N80NN673 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N67-ci il tarixdə İmişli şəhərində anadan olmuş, İmişli şəhəri, S.Fətəliyev küçəsi, ev 38 ünvanda qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X5 xx.xx.20Ncu il tarixli 9/2-N3N38 saylı arxiv arayışının surətində qeyd edilmişdir ki, İmişli RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxx N93-cü il tarixli 94 №-li əmri ilə (əsas: § N3, sıra-4, səh-9) İİİ MAT-ın şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N94-cü il tarixli 08 №-li əmrilə (əsas: §2, sıra-42N, səh-43) İddiaçı şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li əmrinin N0-cu paraqrafına əlavə edilmiş “N №-li hərbi hissə üzrə hərbi hissəni özbaşına tərk etmiş şəxsi heyətin adlı siyahısında” (əsas: sıra-N554, məlumatda soyadı Şakirov, təvəllüdü isə N68ci il yazılmışdır) İmişli RHK-dan çağırılmış, N68-ci il təvəllüdlü sıravi X3 xx.xx.N94-cü il tarixində hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin iyun N93-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N-cu il tarixli 9/2-4754 №-li məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə və xx.xx.20N-cu il tarixli 9/2-9238 №-li məktubla Azərbaycan Vətən Müharibə X2 rayon şöbəsinə cavab göndərilmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli N/Ş-3833 saylı məktubunun surətində qeyd edilmişdir ki, sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İş materialında olan İmişli rayon hərbi komissarlığı tərəfindən xx xxx N85-ci il tarixdə İddiaçı verilmiş НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.N93-xx.xx.N94-cü illərdə N saylı hərbi hissədə, xx.xx.N94-xx.xx.N94-cü illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Hərbi biletin 25-ci səhifəsində qeyd edilmişdir ki, hərbi xidməti AR MN-nin X7 Arxivinin xx.xx.20N-cu il tarixli 9/2-N3N38 nömrəli arxiv arayışına əsasən yazılıb. Arayışa əsasən N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li əmrinə əsasən X6 xx.xx.N94-cü il tarixdən hərbi hissəni özbaşına tərk etmişdir. Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N-cu il tarixli N7/53N6 nömrəli məktubuna əsasən İddiaçı cinayət işi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İmişli RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxx N93-cü il tarixli 94 №-li əmri ilə İİİ MAT-ın şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N94-cü il tarixli 08 №-li əmrilə İddiaçı şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li əmrinin N0-cu paraqrafına əlavə edilmiş “N №-li hərbi hissə üzrə hərbi hissəni özbaşına tərk etmiş şəxsi heyətin adlı siyahısında” İmişli RHK-dan çağırılmış, N68-ci il təvəllüdlü sıravi X3 xx.xx.N94-cü il tarixində hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin iyun N93-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.N70-ci il təvəllüdlü XN ifadəsində göstərdi ki, iddiaçı ilə birlikdə İmişli rayon konserv şirələri zavodunda işləyirdilər. Birlikdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə müraciət etdiklərindən onları N93-cü il tarixdə N saylı hərbi hissəyə göndərmişdilər. N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı vuruşmuşlar. N94-cü ilin yanvar ayının 29-da o, yaralandığı üçün hərbi hospitala yerləşdirildiyindən ondan sonra iddiaçı haqqında məlumatı olmamışdır. Hal-hazırda o, müharibə əlili və müharibə veteranıdır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxxxx N95-ci il tarixli, 2N6 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin N-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin N0-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 20N8-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N4-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» N92-ci il N fevral tarixli 3N3 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki xx xxxxxx N99-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N96-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N86-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.N96-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin arxiv materialları ilə təsdiqini tapmır. Həmçinin iddiaçının hərbi biletində hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı qeydlər vardır. Bundan əlavə məhkəmə şahid ifadəsinə münasibət bildirərək, qeyd edir ki, şahid də ifadəsində iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumatının olmadığını bildirmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması müəyyən olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə nzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1075/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1075/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver