Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1075/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xəstəliyi ilə bağlı ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə bağlı ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən təyin edilmiş İİİ dərəcəli əlilliyin dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci il təvəllüdlüdür. Bildirmək istəyir ki, o, müharibə veteranıdır. O, döyüş zonasında hərbi xidmət keçərkən aldığı güllə yarası nəticəsində yaralanma-diaqnoz: “Döş qəfəsinin odlu silah yaralanmasının qalıq əlamətəri. Kürək sümüyünün sınığı. Sol kürək sümüyünün deşilmiş parçalanmış köhnə sınığı. Plevra piləyi. Pnevmatoraksdan sonra plevra şvartları. Tənəffüs funksiyasının pozulması. Uzun illərdir ki, xəstəliklərindən əziyyət çəkir. Müalicə və müayinə olur, lakin müalicələrin heç bir faydası yoxdur. Bildirmək istəyir ki, xəstəliyi müalicə olunmazdır. Əmək fəaliyyəti sıfra bərabərdir. Bildirmək istəyir ki, o, artıq uzun illərdir ki, müalicə alır və müayinələrdən keçir, hər müayinə zamanı ona verilmiş diaqnozlar dəyişmir. Demək olar ki, hərəkət etməkdə çox böyük çətinlik çəkir, heç bir işlə məşğul ola bilmir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz hesab edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasınm xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M80 - Patoloji ...; Diaqnozun mətni: Sol kürək süm-nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol kürək süm- nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M80 - Patoloji ...; Diaqnozun mətni: Sol kürək süm-nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol kürək süm- nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol kürək süm-nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol kürək süm- nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu Diaqnozun mətni: Döş qəfəsinin odlu silah yaralanmasının qalıq əlamətəri. Kürək sümüyünün sınığı. Sol kürək sümüyünün deşilmiş parçalanmış köhnə sınığı. Plevra piləyi. Pnevmatoraksdan sonra plevra şvartları.Tənəffüs funksiyasının pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin odlu silah yaralanmasının qalıq əlamətəri.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Döş qəfəsinin odlu silah yaralanmasının qalıq əlamətəri. Kürək sümüyünün sınığı. Sol kürək sümüyünün deşilmiş parçalanmış köhnə sınığı. Plevra piləyi. Pnevmatoraksdan sonra plevra şvartları.Tənəffüs funksiyasının pozulması.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin odlu silah yaralanmasının qalıq əlamətəri” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol kürək sümüyünün deşilmiş sınığı və hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yaralanmasından sonrakı hal (xx.xx.2004) Odlu silah yaralanmadan sonra.soltərəfli döş qəfəsinin yuxarı ön və arxa kürək sümüyü nahiyyəsində geniş həcmli kobud dartıcı çapıq toxuması Sol kürək sümüyünün cisminin lateral kənarının bazu oynağından aşağı qəlpəli defektlə bitişmiş sınığı/Sol bazu oynağının açıcıbükücü-yaxınlaşdırıcı kəskin kontrakturası (açma 10, bükmə 160, uzaqlaşma 20 dərəcə) Sol yuxarı ətraf əzələlərinin atrofiyası. Daimi ağrı sindromu. Sol yuxarı ətraf funksiyasının pozulması. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ dərəcə Xroniki respirator çatmamazlıq, Sol kürək sümüyünün deşilmiş sınığı və hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yaralanmasından sonrakı qalıqfibroz və plevral bitişmə şəklində. Qarışıq tipli mötədil tipli ventilyasiya pozğunluğu; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cü il tarixli 518 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək sümüvünün desilmis sınığı və hemopnevmotoraksla fəsadlasmıs döş qəfəsinin sol yarısının dəlib-kecərı güllə yaralanmasından (xx.xx.2004) sonrakı sol plevra bosluğunun svartları, xarici tənəffüs funksivasının restruktiv tipli cüzi dərəcədə pozulması ilə” diaanozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol döş qəfəsinin ön və arxa səthində səthi çapıq izləri, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, hər iki tərəfdə tənəffüs keçiriciliyi simmetrik ötürülmüş, saturasiya 97% qeyd olunmuş, tənəffüs çatışmazlığı əlamətləri izlənilməmişdir. ET X2 xx.xx.2021-ci il tarixli 16235 nömrəli X3 diaqnoz “Sol kürək sümüyünün desilmis sınığı və hemopnevmotoraksla fəsadlasmıs dös qəfəsinin sol yarısının dəlib-kecən güllə yaralamasından sonrakı qalıq fibroz və plevral bitismə səklində. Qarısıq tipli mötədil ventilvasiva pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Sol bazu oynağında və ümumiyyətlə sol yuxarı ətrafda hərəkətlər sərbəst, aktiv, bazu və said əzələlərinin gücü ~4,5-5,0 bal, tonusu normal izlənilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə gərar gəbul edilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasınm xx.xx.2006-cı il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M80 - Patoloji ...; Diaqnozun mətni: Sol kürək süm-nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol kürək süm- nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz” səbəbi ilə ona 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə təkrar baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M80 - Patoloji ...; Diaqnozun mətni: Sol kürək süm-nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol kürək süm- nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.” səbəbi ilə ona 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol kürək süm-nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol kürək süm-nin deşilmiş sınığı döş qəfəsinin sol yarısının dəlib keçən qüllə yaralanmasından s/vəz.” səbəbi ilə ona yenə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu Diaqnozun mətni: Döş qəfəsinin odlu silah yaralanmasının qalıq əlamətəri. Kürək sümüyünün sınığı. Sol kürək sümüyünün deşilmiş parçalanmış köhnə sınığı. Plevra piləyi. Pnevmatoraksdan sonra plevra şvartları.Tənəffüs funksiyasının pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin odlu silah yaralanmasının qalıq əlamətəri.” səbəbi ilə ona daha 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2017-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Döş qəfəsinin odlu silah yaralanmasının qalıq əlamətəri. Kürək sümüyünün sınığı. Sol kürək sümüyünün deşilmiş parçalanmış köhnə sınığı. Plevra piləyi. Pnevmatoraksdan sonra plevra şvartları.Tənəffüs funksiyasının pozulması.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin odlu silah yaralanmasının qalıq əlamətəri” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol kürək sümüyünün deşilmiş sınığı və hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yaralanmasından sonrakı hal (xx.xx.2004). Odlu silah yaralanmadan sonra.soltərəfli döş qəfəsinin yuxarı ön və arxa kürək sümüyü nahiyyəsində geniş həcmli kobud dartıcı çapıq toxuması Sol kürək sümüyünün cisminin lateral kənarının bazu oynağından aşağı qəlpəli defektlə bitişmiş sınığı/Sol bazu oynağının açıcı-bükücü-yaxınlaşdırıcı kəskin kontrakturası (açma 10, bükmə 160, uzaqlaşma 20 dərəcə). Sol yuxarı ətraf əzələlərinin atrofiyası. Daimi ağrı sindromu. Sol yuxarı ətraf funksiyasının pozulması. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ dərəcə Xroniki respirator çatmamazlıq, Sol kürək sümüyünün deşilmiş sınığı və hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısının dəlibkeçən güllə yaralanmasından sonrakı qalıq-fibroz və plevral bitişmə şəklində. Qarışıq tipli mötədil tipli ventilyasiya pozğunluğu; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1985-ci ildə Sabirabad rayonunda anadan olmuş və Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - xx.xx.1985-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunurmu? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsas verirmi? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” X5 verdikləri 03 fevral 2023-cü il tarixli, T93/2023 saylı rəydə göstərilmişdir ki, 1-5. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol kürək sümüyünün deşilmiş sınığı və hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısınm dəlib-keçən güllə yaralanmasından sonrakı hal (xx.xx.2004). Odlu silah yaralanmadan sonra, soltərəfli döş qəfəsinin yuxarı ön və arxa kürək sümüyü nahiyyəsində geniş həcmli kobud dartıcı çapıq toxuması. Sol kürək sümüyünün cisminin lateral kənarının bazu oynağından aşağı qəlpəli defektlə bitişmiş sınığı. Sol bazu oynağının açıcı-bükücü-yaxınlaşdırıcı kəskin kontrakturası (açma 10, bükmə 160, uzaqlaşma 20 dərəcə) Sol yuxarı ətraf əzələlərinin atrofıyası. Daimi ağrı sindromu. Sol yuxarı ətraf funksiyasının pozulması. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ dərəcə. Xroniki respirator çatmamazlıq, Sol kürək sümüyünün deşilmiş sınığı və hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin sol yarısınm dəlib-keçən güllə yaralanmasından sonrakı qalıq-fıbroz və plevral bitişmə şəklində. Qarışıq tipli mötədil tipli ventilyasiya pozğunluğu” diaqnozlar xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun. olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmiş və əlillik dərəcəsinin təyini ilə əlaqədar şəxsin TSEKdə müayinələri zamanı 2016-cı ilə qədər qismən əmək qabiliyyətsiz hesab edilsə də, sonrakı illərdə müayinəsi zamanı yüngül işlərdə işləyə bilər kimi qeydiyyat aparılmışdır. Şəxsin məhkəmə-tibbi müayinəsi zamanı dəlib-keçən güllə yarasının yerində döş qəfəsinin ön və arxa səthində dəri ilə eyni rəngli, yumşaq çapıq toxumalar, kürək sümüyün deşilmiş sınığı yerində sümük döyənəyi, zəif nəzərə çarpan ventilyasiya pozğunluğu aşkarlanmış və sol yuxarı ətraf əzələlərində atrofıya, parez, və döş qəfəsində hemotoraks müəyyən olunmamışdır. Vət. İddiaçı zərurət yarandığı təqdirdə müəyyən edilən diaqnozla əlaqədar əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasmın Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfındən həyata keçirilir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə ilkin olaraq təyin olunmuş İİİ dərəcə əlilliyin səbəbi “Ümumi xəstəlik” kimi qeyd olunmuş, xx.xx.2014-cü il tarixli göndəriş əsasında aparılmış müayinənin nəticəsi olaraq təyin olunmuş İİİ dərəcə əlilliyin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar”, xx.xx.2015-ci il tarixli göndəriş əsasında aparılmış müayinənin nəticəsi olaraq təyin olunmuş İİİ dərəcə əlilliyin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar”, xx.xx.2016-cı il tarixli göndəriş əsasında aparılmış müayinənin nəticəsi olaraq təyin olunmuş İİİ dərəcə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik”, elektron təyinatla xx.xx.2017-ci il tarixli göndəriş əsasında aparılmış müayinənin nəticəsi olaraq təyin olunmuş İİİ dərəcə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 verdiyi 03 fevral 2023-cü il tarixli, T93/2023 saylı rəyinə əsasən İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliklərinin Az\rbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında iddiaçının əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsi ilə bağlı faktik və hüquqi hallar tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, mahiyyət etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1075/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1075/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver