Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1078/2020 01.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Başıxov Fərman Məhərrəm oğlunun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüqiqi şəxsinin Ağcabədi rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Başıxov Fərman Məhərrəm oğlu xx.xx.1955-ci il tarixdə doğulmuş, Ağcabədi rayonu, İmamqulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli, **********2 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-ci ildə “Tacikistan” kolxozunda kolxozçu, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Ağcabədi rayonu Texnika birliyində fəhlə işlədiyi, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci ilədək peşə məktəbində traktorçu təhsili aldığı, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək Ağcabədi rayonu Texnika birliyində fəhlə işlədiyi, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Ağcabədi rayonu Kimya birliyində, 1982-1997-ci illərdə Ağcabədi rayonu “Qarabağ” kolxozunda işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iddiaçı Başıxov Fərman Məhərrəm oğlu ərizəsini təqdim edərək, iddia tələbini dəyişərək, Başıxov Fərman Məhərrəm oğlunun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Ağcabədi rayon filialına qarşı xx.xx.1972-xx.xx.1974-cü il tarixlərdə Ağcabədi rayonu Texnika birliyində, xx.xx.1976-xx.xx.1977-ci tarixlərdə peşə məktəbində təhsil aldığı, xx.xx.1977xx.xx.1980-cı il tarixlərdə Ağcabədi rayonu Texnika birliyində, xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə Ağcabədi rayonu Kimya birliyində işlədiyi müddəti, 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “Qarabağ” kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə faktiki iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı Başıxov Fərman Məhərrəm oğlu məhkəməyə teleqram göndərərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı Başıxov Fərman Məhərrəm oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1971-ci ildə Tacikistan kolxozunda kolxozçu, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək Ağcabədi rayon Texnika birliyində fəhlə, xx.xx.1974-cü ildə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək peşə məktəbində traktorçu təhsil almış, xx.xx.1977-ci ildən xx.xx.1980-cı ilədək yenidən Ağcabədi rayon Texnika birliyində fəhlə işləmiş, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək Ağcabədi rayon Kimya birliyində işləmiş, 1982-1997-ci illərdə Ağcabədi rayon Qarabağ kolxozunda kolxozçu işləmişdir. Ümumilikdə 25 il 5 ay 21 gün əmək stajı var. Onun xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyası hüququ yarandığı üçün pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə müraciət etmiş, lakin ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2010-cu il tarixdə 4027 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş Başıxov Fərman Məhərrəm oğlu 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonunun “Tacikistan” və “Qarabağ” kolxozlarında işləməsi barədə və xx.xx.1972-ci ildən xx.xx.1981-ci il tarixə kimi isə Ağcabədi rayon Texnika birliyində və Kimya Birliyində işləməsi barədə Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 97 və 98 nömrəli arxiv arayışı təqdim etmişdir. Vətəndaşın əlavə təqdim etdiyi hərbi xidmət illərinin və xx.xx.1976-xx.xx.1977-ci illər üzrə əyani oxuduğu müddəti nəzərə almaqla ümumilikdə 25 il 05 ay 24 gün sosial sığorta stajı vardır. Həmin iş stajına əsasən İddiaçı tələb olunan pensiya hüququ yaranar. Qeyd olunanları nəzərə alaraq Başıxov Fərman Məhərrəm oğlunun 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonunun “Tacikistan” və “Qarabağ” kolxozlarında işləməsi barədə və xx.xx.1972-ci ildən xx.xx.1981-ci il tarixə kimi isə Ağcabədi rayon Texnika birliyində və Kimya Birliyində işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmasına qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Ağcabədi rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 64 yaş 6 ayı (x xxxx 2019-xx xxxx 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının arxiv arayışlarındakı iş illəri, təhsil aldığı və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 06386916 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Başıxov Fərman Məhərrəm oğlu xx.xx.1955-ci il tarixdə anadan olmuş, Ağcabədi rayonu, İmamqulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1974-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, Başıxov Fərman Məhərrəm oğlu xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, 3193 nömrəli Attestatın təsdiq edilmiş surətindən görünür ki, Başıxov Fərman Məhərrəm oğlu xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Ağcabədi 114 nömrəli texniki peşə məktəbinin traktorçu maşınçı sənəti üzrə bitirmişdir. İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 97 nömrəli arxiv arayışından görünür ki, Başıxov Fərman Məhərrəm oğlu 1971, 1982-1997-ci illərdə “Tacikistan” və Qarabağ” kolxozlarında işləmişdir. İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 98 nömrəli arxiv arayışından görünür ki, Başıxov X2 rayon Texnika birliyinin xx.xx.1972-ci il tarixli, 93 nömrəli əmrlə Texnika birliyində işləməsi üçün fəhlə təyin edilmiş, xx.xx.1974-cü il tarixli, 103 nömrəli əmrlə hərbiyə çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 203 nömrəli əmrlə Texnika birliyində işləməsi üçün fəhlə təyin edilmiş, xx.xx.1980-cı il tarixli, 189 nömrəli əmrlə xx.xx.1980-cı ilin əmrinə əsasən 1979-cu ilin yekuna görə 1 ildən 3 ilə kimi 75 manat əmək haqqı verilmiş, xx.xx.1980-cı il tarixli, 05 nömrəli əmrlə rayon kimya birliyinə işə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 73 nömrəli əmrlə 1980-cı ilin yekununda fasiləsiz işlədiyi üçün maddi həvəsləndirmə fondundan mükafat hesablanıb verilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək pensiyası hüququnun nəzərə alınması üçün əmək kitabçasını təqdim edə bilmir. Onun 1971-1997-ci illər üzrə iş stajının nəzərə alınması mümkün olmur. Həmin illər nəzərə alınmadıqda yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Ağcabədi rayon İmamqulubəyli kənd sakini Başıxov Fərman Məhərrəm oğlu xx.xx.1955-ci il təvəllüdlüdür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən (yaş həddində edilən dəyişikliklər nəzərə alınmaqla) İddiaçı yaşa görə pensiya hüququ 64 yaş 6 ayı tamam olduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən yaranmışdır. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 97 nömrəli arxiv arayışına əsasən İddiaçı 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonunun “Tacikistan” və Qarabağ” kolxozlarında işləmiş və 16 il 05 ay sığorta stajı toplamışdır. (1971, 1996-cı illərdə adam günü norması yerinə yetirilmədiyi üçün 1 il 5 ay (155+214=369:240=1,5)), (1982-1995, 1997-ci illər üzrə isə işstajı 15 il). Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 98 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1981-ci il tarixə kimi 6 il 04 ay 18 gün sığorta stajı toplamışdır. Hərbi xidmətdə olduğu müddət xx.xx.1974-xx.xx.1976-cı illər üzrə 2 il 06 gün və təhsil müddəti xx.xx.1976-xx.xx.1977-ci illər üzrə 08 ay olmaqla ümumilikdə İddiaçı iş stajı 25 il 05 ay 24 gün olar ki, həmin illərə görə də onun yaşa görə əmək pensiyası hüququ yaranar. İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 129 nömrəli məktubunda Başıxov Fərman Məhərrəm oğlu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 97 və 98 nömrəli arxiv arayışlarının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərini göndərmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Ağcabədi rayonu, İmamqulubəyli kənd sakini Başıxov Fərman Məhərrəm oğlu xx.xx.1955-ci il təvəllüdlüdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən (yaş həddində edilən dəyişikliklər nəzərə alınmaqla) M.Ə.Məhərrəmovun yaşa görə pensiya hüququ 64 yaş 6 ayı tamam olduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən yaranmışdır. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 97 nömrəli arxiv arayışına əsasən İddiaçı 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonunun “Tacikistan” və Qarabağ” kolxozlarında işləmiş və 16 il 05 ay sığorta stajı toplamışdır. (1971, 1996-cı illərdə adam günü norması yerinə yetirilmədiyi üçün 1 il 5 ay (155+214=369:240=1,5)), (1982-1995, 1997-ci illər üzrə isə iş stajı 15 il). Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 98 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1981-ci il tarixə kimi 6 il 04 ay 18 gün sığorta stajı toplamışdır. Hərbi xidmətdə olduğu müddət xx.xx.1974-xx.xx.1976-cı illər üzrə 2 il 06 gün və təhsil müddəti xx.xx.1976-xx.xx.1977-ci illər üzrə 08 ay almaqla ümumilikdə İddiaçı iş stajı 25 il 05 ay 24 gün olar ki, həmin illərə görə də onun yaşa görə əmək pensiyası hüququ yaranar. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, Ağcabədi rayonunun “Tacikistan” və Qarabağ” kolxozlarında 1971, 1982-1997-ci illərdə minimum adam günü norması kişilər üçün 240, qadınlar üçün isə 180 adam günü müəyyən edilmişdir. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 97 nömrəli arxiv arayışına əsasən İddiaçı 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonunun “Tacikistan” və Qarabağ” kolxozlarında işləmiş və işlədiyi mimimum adam günü normasına uyğun illər üzrə 13 il 05 ay sığorta stajı toplamışdır. (1971, 1996-cı illərdə adam günü norması yerinə yetirilmədiyi üçün 1 il 5 ay (155+214=369:240=1,5)), (1982-1989, 19925-1995-ci il minimum adam günü norması yerinə yetirilmiş illər üzrə isə iş stajı 12 il). xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubunda Ağcabədi rayonuDövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 97 nömrəli arxiv arayışına əsasən iddiaçı F.M.Başıxovun 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonunun “Tacikistan” və Qarabağ” kolxozlarında işləməsi və 16 il 05 ay sığorta stajı toplaması barədə göndərilmiş məktubda adam günü norması qeyd olunmayan 1990, 1991 və 1997-ci illər həmin 16 il 05 ay sığorta stajına daxil edilmişdir. İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 21 nömrəli məktubundan görünür ki, iddiaçı Başıxov Fərman Məhərrəm oğluna verilmiş xx.xx.2020-ci il tarixli, 97 və 98 saylı arxiv arayışlarının verilməsinə əsas olmuş Qarabağ kolxozunun sənədlərində kişilər üçün minimum adam günü 240 gün nəzərə alınmışdır. Qarabağ kolxozunun 1990, 1991, 1997-ci illərə dair əmək haqqı kitablarında digər vətəndaşlarda adam günü qeyd olunmamışdır. Aydınlıq gətirmək üçün 1990, 1991, 1997-ci illərdə tərtib olunmuş Qarabağ kolxozunun əmək haqqı kitabında olan qeydləri təqdim edir. İddiaçıla yanaşı digər kolxozçularında sənədlərinin surətini təqdim edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının iş illərinin əmək kitabçasında öz əksini tapmamasıdır. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2020-ci il tarixli, 97 və 98 nömrəli arxiv arayışlarını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 97 və 98 nömrəli arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 97 və 98 nömrəli arxiv arayışlarının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1971, 1982-1997-ci illərdə “Tacikistan” və Qarabağ” kolxozlarıdakı iş stajı həmin kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq edilməlidir. Başqa sözlə, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerini yetirildiyi nəzərə alınmalıdır. İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 97 nömrəli arxiv arayışından müəyyən edilir ki, 1982-1989,1992-1995-ci illərdə minimum əmək iştirakı normasını (240gün) tam yerinə yetirdiyindən həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. İddiaçı 1971-ci və 1996-cı ildə isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir (1971-ci ildə 155 gün, 1996-cı ildə 214 gün). Ona görə də həmin illər ona tam əmək stajı (24 ay) kimi deyil, 18 ay (155+214=372 x 12=4464:240=18,45) hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, 1990, 1991,1997-ci illərdə müvafiq kolxoz sənədlərində (son hesablaşma kitablarında) digər kolxozçular kimi iddiaçının da faktiki işlədiyi adam günləri qeyd edilməmişdir. Lakin xx.xx.2020-ci il tarixli, 97 nömrəli arxiv arayışında iddiaçının həmin illərdə əmək haqqı aldığı qeyd edilmişdir. İddiaçının həmin illərdə minmum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər subut təqdim edilməmişdir. Həmin illərə münasibətdə iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi iddiaçının ziyanına qiymətləndirilə bilməz. Başqa sözlə, müvafiq sənədlərdə (hesablaşma kitablarında) adam günü normasının yerinə yetirilməsi barədə qeydiyyatın aparılması iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, həmin illər iddiaçıya tam əmək stajı kimi hesablanmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan göründüyü kimi iddiaçının xx.xx.1972-xx.xx.1974-cü il tarixlərdə Ağcabədi rayonu Texnika birliyində, xx.xx.1977-xx.xx.1980-cı il tarixlərdə Ağcabədi rayonu Texnika birliyində, xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə Ağcabədi rayonu Kimya birliyində, 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “Qarabağ” kolxozlarında işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Bundan başqa, iddiaçı Başıxov Fərman Məhərrəm oğlunun xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Ağcabədi 114 nömrəli texniki peşə məktəbinin traktorçu maşınçı sənəti üzrə təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: İddiaçının kurs keçdiyi müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilib-edilməməsi məsələsidir. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışlarındakı iş illəri, hərbi xidmətdə olduğu və təhsil aldığı müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, iddiaçı Başıxov Fərman Məhərrəm oğlunun xx.xx.1972xx.xx.1974-cü il tarixlərdə Ağcabədi rayonu Texnika birliyində, xx.xx.1976- xx.xx.1977-ci tarixlərdə peşə məktəbində traktorçu təhsili aldığı, xx.xx.1977-xx.xx.1980-cı il tarixlərdə Ağcabədi rayonu Texnika birliyində, xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə Ağcabədi rayonu Kimya birliyində işlədiyi müddəti, 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “Qarabağ” kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Başıxov Fərman Məhərrəm oğlunun xx.xx.1972-xx.xx.1974-cü il tarixlərdə Ağcabədi rayonu Texnika birliyində, xx.xx.1976- xx.xx.1977-ci tarixlərdə peşə məktəbində traktorçu təhsili aldığı, xx.xx.1977-xx.xx.1980-cı il tarixlərdə Ağcabədi rayonu Texnika birliyində, xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə Ağcabədi rayonu Kimya birliyində işlədiyi müddəti, 1971, 1982-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “Qarabağ” kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1078/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1078/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver