Məhkəmə qərarları › İş №2-1(120)-1079/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1079/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1079/2022 24.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın edilməsini öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Əli Bayramlı rayonu, Şıxsalahlı kəndində anadan olmuş, 1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Qeyd edilən inzibati orqanın ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, güzəştli şərtlərlə pensiyaya çıxma stajı 12 il 6 aydan azdır. Bildirirlər ki, 1982-ci il tarixindən əmək fəaliyyəti ilə məşğuldur və əmək stajının 16 ildən çoxu “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş staja aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Belə ki, əmək kitabçasına əsasən o, 25 ildən artıq ümumi iş stajını, 12 il 6 aydan çox güzəştli iş stajını toplamışdır. İşlədiyi peşələr “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmışdır. Bundan başqa o, keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona ünvanlanan xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubu ilə razı deyil, ona verilən imtina qanunsuz və əsassızdır. Qeyd etdiyi peşə və ümumi iş stajı imkan verir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, 20 il sığorta malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş stajını təsdiq edən sənəd (sosial sığorta) və s. sənədlər təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «b» bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və həmin Qanunun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandıqı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əməkpensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az olmağı səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. Bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş dörd şərt ödənilməlidir: 1) Müəyyən olunmuş 60 yaş həddinə çatması; 2) ümumi iş stajının 25 il olması; 3) güzəştli iş stajının 12 il 6 ay olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Lakin İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, filiala təqdim edilən “X4” Şirkətinin xx.xx.2021-ci il tarixli 70 nömrəli arayışında qeyd olunan xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə İddiaçı işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) texnoloji nasosların maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. Sözügedən arayışda iddiaçının xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin lay təzyiqinin saxlanması sexində və neftin hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələrində işlədiyi qeyd edilib. Göründüvü kimi, işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsi, nasos qurğularının maşinisti və böyük masinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 vanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmis “Güzəstli sərtlərlə yasa görə əmək pensivası hüququ verən istehsalatların, pesələrin, vəzifələrin və qöstəricilərin siyahısın”da nəzərdə tutulmadığından İddiaçı qüzəştli is stajı 12 il 6 aydan az (8 ay 22 gün (xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təskil edir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 sentyabr 1977-ci il tarixli, 146 nömrəli “kolxozçunun əmək kitabçası”nın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1977-1978-1979-cu illərdə Sabirabad rayonunun Şıxsalahlı kəndində, “Bakı” kolxozunda sıravi kolxozçu işləmiş və 02 il 04 ay 10 gün əmək stajı toplamışdır. İş materiallarında olan 15 noyabr 1993-cü il tarixli 044228 nmrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, yəni 02 il 01 ay 28 gün keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 05 dekabr 1982-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 28/k nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən “X8 Ekstratları” zavoduna hamarlayıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 75/k nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən texnikuma daxil olması ilə əlaqədar ərizəsinə əsasən işdən azad edilmişdir (01 il 03 ay 17 gün). İş materiallarında olan 23 iyun 1985-ci il tarixli, JT ******* nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək (01 il 09 ay 23 gün) Bakı Plan-İqtisad texnikumunda təhsil almışdır. İş materiallarında olan 05 dekabr 1982-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixli, 2 saylı əmrlə həmin tarixdən Sabirabad rayonunun Şıxsalahlı kəndində, “Bakı” kolxozunda hesabdar vəzifəsinə qəbul olunmuş, xx.xx.1988-ci il tarixli, 3 saylı əmrlə öz əizəsinə əsasən işdən azad edilmiş (02 il 02 ay), xx.xx.1988-ci il tarixli, 54 nömrəli əmrlə həmin tatixdən keçmiş SSRİ X7 rayon şöbəsində nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarxili, 33 nömrəli əmrlə ştat ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş (06 il 22 gün), xx.xx.1994-cü il tarixli, 23 saylı əmrlə həmin tarixdən Sabirabad rayonunun Şıxsalahlı kəndində, “Bakı” kolxozunda hesabdar, xx.xx.1995-ci il tarixli 01 saylı əmrlə mühasibxəzinədar vəzifələrinə qəbul olunmuş, xx.xx.1998-ci il tarixli 05 saylı əmrlə öz əizəsinə əsasən işdən azad edilmiş (03 il 28 gün), xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Qarasu Əməliyyat Şirkəti”ndə “suvurma üzrə maşinist/operator”, xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək həmin şirkətin Lay təzyiqinin saxlanması sexində “nasos qurğusunun maşinisti”, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin sexdə “nasos qurğusunun böyük maşinisti”, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şirkətin Neftin kompleks hazırlanması və vurulması sexində “texnoloji nasosların 5-ci dərəcə maşinisti vəzifələrində (16 il 03 ay 08 gün) işləmiş və hal-hazırda həmin vəzifədə işləyir. Qeyd olunan əmək kitabçalarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixinə ümumi əmək stajının 31 il 02 ay 25 gün, hərbi xidmət və təhsil illəri də nəzərə alınmaqla isə 34 il 02 ay 16 gün təşkil etdiyi müəyyən olunur. İddiaçı qeyd olunan ümumi iş stajının və “Qarasu Əməliyyat Şirkəti”ndə əmək şəraiti xüsusilə zərərli və ağır olan maşinist vəzifəsində işlədiyi xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə topladığı 16 il 03 ay 08 gün əmək stajınin ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququ verdiyini iddia edir. İş materiallarında olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********0 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda, habelə məhkəməyə təqdim olunmuş iddiaya qarşı etirazında bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz “X4” Şirkətinin sizə dair xx.xx.2021-ci ill tarixli 70 nömrəli arayışında qeyd olunan xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işlədiyiniz suvurma üzrə maşinist/operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəlı ’Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulmamışdır. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (10) “Nneft, qaz və qaz kondensatının hasilatı” bəndində (10.2) texnoloji nasosların maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. Sözügedən arayışda xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin lay təzyiqinin saxlanması sexində və neftin hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələrində işlədiyiniz qeyd edilib. Göründüyü kimi, işlədiyiniz nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələri yuxarıda göstərilən texnoloji nasosların maşinisti vəzifəsinə uyğun deyil. Qeyd edilən səbəblərdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 ay 22 gün (xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə cavabdeh təşkilatın bu dəlillərini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, qadınlar 55 yasına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin islərdə çalısmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləqindən az olmayan pensiva təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş dörd sərt ödənilməlidir: -müəyyən olunmuş 60 yaş həddinə çatması; -ümumi iş stajının 25 il olması; -güzəştli iş stajının 12 il 6 ay olması; -fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının həm imtina məktubundan, həm də iddiaya qarşı etirazından göründüyü kimi, cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu yaradan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan üç şərtini, yəni yaş həddini, ümumi stajını və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddini mübahisələndirməmiş, yalnız İddiaçı “X4” Şirkətində xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəlı ’Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulmadığını, həmçinin, xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin lay təzyiqinin saxlanması sexində və neftin hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələrinin “Qərar”da qeyd olunan “texnoloji nasosların maşinisti” vəzifəsinə uyğun olmadığını, beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə tam ödənilmədiyini əsas gətirərək ona güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. İş materiallarında olan “X4” Şirkətinin 23 avqust 2021-ci il tarixli, 70 saylı arayışında bildirilir ki, İddiaçı şirkətdə işlədiyi maşinist və böyük maşinist vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəlı ’Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulmuş və o, “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ” verən 16 il 03 ay 11 gün imtiyazlı iş stajına malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” sahəsini əhatə edən 10-cu bölməsinin 10.2-ci bəndində “işçi məhlulları laylara vuran nasos stansiyalarının maşinistləri”nin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olduğu təsbit olunmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı “X4” Şirkətində xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr (11 il 11 ay) ərzində “lay təzyiqinin saxlanması sexi”ndə və “neftin hazırlanması və nəqli sexi”ndə işlədiyi nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəlı ’Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” sahəsini əhatə edən 10-cu bölməsinin 10.2-ci bəndində təsbit olunmuş “işçi məhlulları laylara vuran nasos stansiyalarının maşinistləri” vəzifəsinə tam uyğundur. Cavabdeh təşkilat həm xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda, həm də iddiaya qarşı etirazında iddiaçının “X4” Şirkətində “Neftin kompleks hazırlanması və vurulması sexi”ndə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 ay 20 gün) işlədiyi texnoloji nasosların maşinisti vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ” verən vəzifə olduğunu təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı “X4” Şirkətində işlədiyi xx.xx.2009-cu il tarixdən 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək olan dövr ərzində “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”nın təyin edilməsi üçün tələb olunan minimum iş stajı həddindən artıq, yəni 12 il 07 ay 20 gün iş stajı toplamışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”nın təyin edilməsi üçün topladığı iş stajı nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2021-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilmişdir. Belə ki, iddiaçının xx.xx.2021-ci il tarixində 60 yaşı tamam olmuş, həmin tarixə onun 25 ildən az olmayan ümumi və azı 12 il güzəştli iş stajı mövcuddur. Bu baxımdan, iddiaçı xx.xx.2021-ci tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar