Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-108/2025 28.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiаçı İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “60 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9594/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 15 noyabr 2023-cü il tarixli, 2-1(120)-828/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iş üzrə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə “hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Daha sonra məhkəmənin 28 iyul 2025-ci il tarixli, 2-1(120)-108/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iş üzrə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə “hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il təvəllüdlü olmaqla 1978-1980-ci illərdə hərbi xidmətdə və əmək kitabçasına əsasən 1974-cü ildən 2006-cı ilədək əmək fəaliyyətində olmuşdur. “X11“ Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşıından güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnu qazanmaq üçün kİşilərdə tələb olunan 25 il ümumi staja qarşı 30 il 05 ay və 12 il 6 ay güzəştli iş stajına qarşı 15 il 07 ay stajını artıqlaması ilə toplamışdır. Belə ki, 1980-1984 və 1993-2006-cı illərdə gil kərpici istehsalı sahəsində çıxarıcı (1980-1982) və yandırıcı (1982-1984), sement sexində isə yükləyicinin maşinisti (1993-2006) işləmiş, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 14.8-ci bəndinin 1 və 2-ci abzasları, həmçinin 14.10-cu bandinin 1-ci abzasına əsasən 15 il 07 ay 07 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı vardır. Bu barədə çalışdığı müəssisə tərəfindən təsdiq olunmuş arayış da tərtib olunmuşdur. Bu əsasla o, 2019-cu ildə əvvəlcə qeydiyyatda olduğu Sabirabad rayonu Qaragüney kəndi üzrə DSMF-nun Sabirabad rayon şöbəsinə rəsmi müraciət etmişdir. Müraciəti əsasında DSMF-nun Sabirabad rayon şöbəsi, işlədiyi zavod Şirvan şəhər yerləşdiyi üçün, iş stajının yoxlanılması məqsədilə DSMF-nun Şirvan şəhər şöbəsinə sorğu göndərmişdir. Gələn cavaba əsasən: “1980-2006-cı illəri əhatə edən iş stajı və güzəştli is stajı barədə arayış yerində yoxlanılıb təsdiq olundu və tərtib olunmuş akt geri göndərildi’'. Həmçinin çalışdığı müəssisənin DSMF-na hesabat təqdim etdiyi və sosial sığorta borcunun olmadığıda aydınlaşdırılmışdır. Lakin sorğuya gəlmiş təsdiq cavabına baxmayaraq, DSMF-nun Sabirabad rayon şöbəsi tərəfindən ona imtina məktubu gəldi. Məktubda guya onun tələb olunan 12 il 06 ay güzəşti stajına qarşı 12 il 25 gün yığıldığı iddia edilir. Lakin bu əsassız və qanunsuz iddianı sübut edən heç bir arayış, yoxlama aktı və ya hüquqi əsası olan hər hansı sənəd bu günədək təqdim olunmayıb. DSMF-nun Sabirabad rayon şöbəsinin bu özbaşına və qanunlara istinad etməyən hərəkətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna dəfələrlə rəsmi müraciət etmişdir. Növbəti cavab isə ƏƏSMN yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsindən gəldi. Bu cavabda isə guya onun həmin müəssisədə işlədiyini təsdiq edən arxiv sənədlərində adının aşkar olmadığı qeyd olunmuşdur. Nəticədə DSMF-nun Sabirabad rayon şöbəsinin sorğusuna cavab göndərən DSMF-nun Şirvaı şəhər şöbəsinin cavabı, DSMF-nun Sabirabad rayon şöbəsinin əsassız imtinası və DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin cavablan bir-birilərinə tamamilə ziddiyət təşkil edir. Baxmayaraq ki, hər üç dövlət idarəsini bir mərkəzi var, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Belə çıxır ki, onun əmək kitabçası, güzəştli iş stajını təsdiq edən arayış və yoxlama aktı onun təxəyyülünün məhsuludur və ya göydən düşüb, dövləti idarələrində tərtib olunmayıb. Bütün qeyd olunan xüsusatlarla "X11" Qanunun 30 və 31-ci maddələri ilə qorunan hüquqları pozulub. Odur ki, hüquqularının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. İddiaçı iddia ərizəsində cavabdehin 08 dekabr 2020-ci il tarixli, **********2 nömrəli, 18 fevral 2021-ci il tarixli, **********6 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/2- B-232204/2023 nömrəli məktublarının qanunsuz hesab edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B-232204/2023 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müvafiq tarixdə daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. "X11" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdıyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar uzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaıtin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət muddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim etdiyi xx.xx.1974-cü il tarixdə açılmış əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X30" Evtikmə kombinatında işlədiyi qeyd olunmuşdur Araşdırma zamanı 01.01 2006-cə il tarixdən xx.xx.2006-cı il tarixədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işləyi bişləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən iddaıçı İddiaçı adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğunuza cavab olaraq sozügedən müəssisədə saxlanılan əmək haqqı barədə cədvəllərdə yalnız 1994-cü ildə 1 ay, 1995-cı ildə 1 ay, 2001-ci ildə 1 ay, 2004-cü ildə 1 ay, 2005-ci ildə 1 ay əmək haqqı hesablandığı və digər dövrlərdə isə müəssisənin fəaliyyəti olmadığı üçün İddiaçı öz hesabına məzuniyyətdə olduğu müəyyən edildiyi bildirilmişdir. Bu fakt Şirvan Tikinti Sənaye ASC-nın birgə Aktları ilə təsdiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edirlər ki, İddiaçı ümumi is stajı 16 il 2 gün (01.01 2006-cı il tarixədək 15 il 9 ay 2 gün əmək stajı (03.09 1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci ıl tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-ci il tarixədək xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək, 1994-cü ildə avqust ayı, 1995-ci ildə avqust ayı, 2001-ci ildə fevral ayı, 2004-cü ildə may ayı, 2005-ci ildə dekabr ayı tarixləri arasındakı dövrlər), həmin tarixdən 3 ay sığorta stajı), güzəştli is stajı isə 3 il 4 ay 15 gün (xx.xx.1980-xx.xx.1982- 1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15402,84 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X16 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 57 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümümi iş stajlnın və 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Şirvan şəhərində anadan olmuşdur. Şirvan şəhəri, T.İsmayılov küçəsi 7, ev 48-də yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan iddiaçının xx.xx.1974-cü il tarixli və xx.xx.1980-cı il tarixli əmək kitabçalarının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci ilədəkKinoprokat şöbəsinin yükdaşıyan vəzifəsində, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı ilədək Əli-Bayramlı Təmir Tikinti sahəsində fəhlə, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci ilədək Qaradağ rayon neft kəmərləri idarəsində 2-ci dərəcəli boşaldıcı, vəzifəsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci ilədək “Avtoyoltiknaz”-in 9 saylı Yol-tikinti idarəsində çilingər vəzifəsində, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək 5 saylı sənaye kombinatında boşaldıcı, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək çilingər, xx.xx.1982-ci ildən xx.xx.1987-ci ildən yükləyici, yandırıcı, yandırıcı briqadir, tənzimləyici çilingər, xx.xx.1987-ci il tarixdən 25.02.88-ci ilədək SBİK-ə mühərrik sınaqçısı şagirdi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək mühərrik sınaqçısı vəzifəsində, 5 saylı Sənaye Kombinatında xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək çilingər, Əli-Bayramlı JSBD zavodunda xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək çilingər, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək X15 Evtikmə zavodunda yükləyici maşinist işləmişdir. - İşdə olan xx.xx.1976-cı il tarixli, 12004-İİİ nömrəli attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək X10 məktəbinin “avtomobil təmiri çilingəri” sənəti üzrə təhsil almışdır. - İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli, 550 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən keçmiş sovet ordusunda xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 48/A nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Əli Bayramlı şəhər 5 saylı Sənaye Kombinatının kərpic istehsalı sexində çıxarıcı vəzifəsində işləyib. Sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək yandırıcı keçirilib. xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək isə yandırıcı işləməklə yandırıcıların briqadiri vəzifəsi də həvalə olunub. 5 saylı Sənaye Kombinatından 01 07.1989-cu il tarixdə köçürmə yolu ilə X13 Evtikmə Zavoduna işə girməklə xx.xx.1989xx.xx.1993-cü və xx.xx.1993-xx.xx.2006-cı illər ərzində müxtəlif vəzifələrdə işləyib. xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X24 Zavodunun sement sexində yükləyici maşinist işləyib. Yuxarıda qeyd olunmuş müəssisələrdəki çıxarıcı vəzifəsi "güzəştli şərtlərlə yaşu görə əmək pensiyası hiiququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 14.8-ci “gil kərpici, kirəmit və keramik blok istehsalı” bəndində fəhlə “çıxarıcılar” olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi öz əksini tapmışdır. Yandırıcı vəzifəsi isə həmin siyahının eyni 14.8-ci bəndində fəhlələr: bölməsində “dairəvi sobalarda kərpic bişirilməsində və eləcə də bərk yanacaqla işləyən, tunel sobalarında məşğul olan divar və bäzüşdärücü materialları yandıranlar” olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi öz əksini tapmışdır. X20 Evtikmə Zavodunun sement sexində yükləyici maşinist vəzifəsi isə yuxarıda adı qeyd olunmuş siyahının 14.10-cu “dəmir-beton və beton məmulatlarının istehsalı" bəndində fəhlələr: bölməsində “sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri" olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi öz əksini tapmışdır. Odur ki, İddiaçı “X11” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən kişilər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləyin olunması üçün tələb olunan 12 il 6 ay staja qarşı 15 il 07 ay 07 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı vardır. Əli-Bayramlı şəhər 5 saylı Sənaye Kombinatının və Əli-Bayramlı şəhər X24 Zavodunun hüquqi varisi 2006-cı ildən "xxxx" ASC, 2008-ci ildən hazıradək isə "xxxx" ASC-dir. - İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli, 5-5-14 nömrəli xidməti məktubundan görünür ki, İddiaçı 1992-2006-cı illərdə fəaliyyət göstərdiyi “X13 Evtikmə” zavodu ƏƏSMN-nin yanında DSMF Şirvan şəhər şöbəsinə hesabat təqdim etmiş və sosial sığorta borcu olmayıb. - İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubunun surətində qeyd edilmişdir ki, yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması xahişi ilə bağlı “Sabirabad Asan” Xidmət Mərkəzinə etdiyi müraciəti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsində ‘‘İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən araşdırma aparılmışdır. Araşdırma zanmanı 29 il 5 ay ümumi iş stajı, 12 ii 25 gün isə güzəştli şərtlərlə sosial sığorta stajı olması məlum olmuşdur. Hansı ki, “X11” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə sosial sığorta stajınıın 12 il 6 ay olmalıdır. Məhz bu səbəbdən də yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2019-cu il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, “X11" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyi 13 sentyabr 1974-cü il tarixli əmək kitabçanın 10-11-ci səhifələrində xx.xx.1993xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Əlibayramlı Dəmir-beton Evtikmə Zavodunda” işlədiyi qeyd olunmuşdur. İdarə tərəfindən yuxanda qeyd olunan dövr ərzindəki əmək stajının dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisədə bütün növ arxiv sənədlərinin tam saxlandığı, lakin arxiv sənədlərində iddiaçının adına rast gəlinmədiyi və həmin müəssisədə işləməsinə dair məlumatlar mövcud olmadığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı 15 dekabr 2022-ci il tarixli, OO-25-476/12 nömrəli məktubunda göstərilmişdir ki, X12 xx.xx.1975-ci il tarixdə 28 nömrəli orta texniki peşə məktəbinin “avtomobil təmiri çilingəri” ixtisasına qəbul olmuş və xx.xx.1976-cı il tarixdə həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış 12004-111 nömrəli attestat Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Həmçinin, arxiv sənədlərinə əsasən vətəndaş X3 23 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddət ərzində hərbi xidmət keçməsi ilə bağlı heç bir qeydə rast gəlinməmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-146936/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “X11" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələıin, vəzifələrin və göstəhcilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X11" Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1974-cü il tarixili əmək kitabçasında onun xx.xx.1993-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “X30" Evtikmə kombinatında işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajının və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğumuza daxil olmuş müvafiq cavabda sözügedən müəssisənin arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi üçün adıçəkilən şəxsin həmin kombinatda əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən hər hansı sənəd aşkar edilmədiyi bildirilmişdir. Bundan başqa, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən müvafiq məsələ ilə bağlı sənədlərə Şirvan şəhərində yerində baxış keçirilərkən 1993-cü ildən 2006-cı ilədək İddiaçı öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilməsi nəzərdə tutulmadığından (“X11” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) adıçəkilən şəxsin ödənişsiz məzuniyyətdə olduğu dövrü (1993-2006-cı illər) iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (17 il 2 ay 11 gün) təşkil edir. Rəhim X6 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 17 il 2 ay 11 gün (xx.xx.2006-cı il tarixədək 16 il 11 ay 11 gün əmək stajı (xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1976-ci il, xx.xx.1977-xx.xx.1978ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il (hərbi xidmət dövrü), xx.xx.1980-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 ay sığorta stajı) təşkil edir, güzəştli iş stajı isə mövcud deyil. - İşdə olan 1994-cü ilin avqust ayı üzrə, 1995-ci ilin avqust ayı üzrə, 1997-ci ilin mart ayı üzrə, 2001-ci ilin dekabr ayı üzrə, 2003-cü ilin dekabr ayı üzrə, 2005-ci ilin dekabr ayı üzrə, 2006-cı ilin iyul ayı üzrə əmək haqqı cədvəllərinin surətlərindən görünür ki, X24 zavodunda işləmiş İddiaçı əmək haqqı almışdır. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “X11” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «X11» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Cavabdeh orqan tərəfindən ümumi iş stajı 17 il 2 ay 11 gün (xx.xx.2006-cı il tarixədək 16 il 11 ay 11 gün əmək stajı (xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1976ci il, xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il (hərbi xidmət dövrü), xx.xx.1980-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 ay sığorta stajı) ümumi mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçıya məxsus arxiv arayışından və əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən 25.02.88-ci ilədək SBİK-ə mühərrik sınaqçısı şagirdi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək mühərrik sınaqçısı vəzifəsində, 5 saylı Sənaye Kombinatında xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək çilingər, Əli-Bayramlı JSBD zavodunda xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək çilingər, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək X15 Evtikmə zavodunda yükləyici maşinist işləmişdir. - İşdə olan Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 48/A nömrəli güzəştli arayış təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş 1995-ci ilin avqust, 1997-ci ilin mart, 2003-cü ilin dekabr, 2004-cü ilin mart, 2006-cı ilin may,2006-cı ilin iyul, 2005-ci ilin dekabr ayları və s. üzrə əmək haqqı cədvəlləri, şəxüsi kartoçka, fərdi şəxsi kapitalın 878.48 manat olması barədə məlumatlar təqdim etmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək çilingər, xx.xx.1982-ci ildən xx.xx.1987-ci ildən yükləyici, yandırıcı, yandırıcı briqadir, tənzimləyici çilingər, xx.xx.1987ci il tarixdən 25.02.88-ci ilədək SBİK-ə mühərrik sınaqçısı şagirdi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək mühərrik sınaqçısı vəzifəsində, 5 saylı Sənaye Kombinatında xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək çilingər, Əli-Bayramlı JSBD zavodunda xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək çilingər, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək X15 Evtikmə zavodunda yükləyici maşinist vəzifəsləri üzrə iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə tərəfindən aşağıdakılar nəzərə çatdırılır. Belə ki, - İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin pensiya sektorunun və Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı 1980-2006-cı illər üzrə Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətində olan əmək stajı yerində yoxlanılaraq müəyyən edilmişdir ki, İddiaçı 5 nömrəli Sənaye Kombinatı üzrə: xx.xx.1980cı il tarixli, 52k nömrəli əmrinə əsasən xx.xx.1980-ci il tarixdə işə qəbul olunub, xx.xx.1987ci il tarixli, 96k nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdə işdən azad olunub, xx.xx.1988ci il tarixli, 48k nömrəli əmrə əsasən xx.xx.1988-ci il tarixdə işə qəbul olunub, xx.xx.1989cu il tarixli, 7k nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdə işdən azad olunub, X24 Kombinatı üzrə: xx.xx.1989-cu il tarixli, 7k nömrəli nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdə işə qəbul olunub, xx.xx.1993-cü il tarixli, 112k nömrəli əmrə əsasən xx.xx.1993-cü il tarixdə işdən azad olunub, xx.xx.1993-cü il tarixli, 134k nömrəli nömrəli əmrə əsasən xx.xx.1993-cü il tarixdə işə qəbul olunub, xx.xx.2006-cı il tarixli, 59k nömrəli əmrə əsasən xx.xx.2006-cı il tarixdə işdən azad olunub, 1980-2006-cı illərdə 5 nömrəli Sənaye Kombinatında işləmiş, 1989-1993-cü illərdə X24 Kombinatında, 1993-2006-cı illərdə 5 nömrəli Sənaye Kombinatının və X24 Kombinatının hal-hazırkı hüquqi varisi Şirvan Tikinti Sənaye ASC-də işləmişdir. xx.xx.2018-ci il tarixli, 48/A nömrəli güzəştli iş stajı barədə arayış yoxlanılıb təsdiq olundu. Yoxlama zamanı müxtəlif illərin əmək haqqı cədvəlləri, T-2 şəxsi vərəqə, əmrlər kitabından istifadə olunmuşdur. Bundan sonra cavabdeh orqan tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Şirvan X24 Kombinatında işləmiş İddiaçı sığorta stajına daxil edilən ümumi stajını, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını yerində əsaslı sənədlərlə qarşılıqlı araşdıraraq müəyyən edilmişdir ki, İddiaçı adı çəkilən müəssisədə saxlanılan sənədlərdə 1981-ci ildə briqadir, 1982-ci ildə çilingər, 1983cü ildə (məzniyyətə buraxılmasına dair), 1984-cü ildə cilingər, 1985-ci ildə briqadir, 1986-cı ildə briqadir, 1987-ci ildə çilingər işləməsinə dair faktlar aşkar olundu. Digər dövrlərə aid sənədlər müəssisənin arxivində aşkar olunmadı. Müdiriyyətin verdiyi ifadəyə görə müəssisədə 1993-cü ildən iş olmadığından işçilər ödənişsiz məzuniyyətə buraxılmışdır. (Müəssisənin 1987-ci ildən sonrakı sənədləri tapəlmadığı səbəbindən 1993-cü ildən sonrakı dövr sözlə təsdiq edilmişdir.) -Məhkəmə tərəfindən verilmiş əldə edilmiş sənədlər və verilmiş sorğuya cavab olaraq, yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsinin 1 saylı X1 və Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.1993-xx.xx.2006-ci illəri əhatə edən əmək stajı yerində yoxlanılaraq müəyyən edilmişdir ki, X13 Evtikmə zavodunda işləmiş İddiaçı 1993- 2006-cı illəri əhatə edən əmək fəaliyyəti haqqında sənədlər keçmiş zavodun indiki hüquqi varisi olan Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətində mühafizə olunur. Yoxlama zamanı İddiaçı T-2 şəxsi uçot vərəqinə baxış keçirildi və əmək fəaliyyəti aşağıda qeyd edildiyi kimi təsdiq olundu: 134k nömrəli əmr-xx.xx.1993-cü il tarixdə X24 zavodunda yükləyici maşinist işinə qəbul olunub, 59k nömrəli əmr-xx.xx.2006-cı il tarixdə yükləyici maşinist işindən azad edilmişdir. 1993-2006-cı illəri əhatə edən əmək haqqı sənədlərinin hamısı idarəyə təhvil verilmədiyi üçün aşağıda qeyd olunan əmək haqqılar təsdiq olundu. 1995 avqust-5774, 1994 avqust -22512, 2001 fevral-390,450, 2004 may 80, 2005 dekabr- 120. Təkrar keçirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsinin 1 saylı X1 və Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.1993-xx.xx.2006-ci illəri əhatə edən əmək stajı yerində yoxlanılaraq müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-xx.xx.2006-ci illəri əhatə edən əmək stajı yerində yoxlanılaraq müəyyən edilmişdir ki, X13 Evtikmə zavodunda işləmiş İddiaçı 1993-2006-cı illəri əhatə edən əmək fəaliyyəti haqqında sənədlər keçmiş zavodun indiki hüquqi varisi olan Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətində mühafizə olunan sənədlərə əsasən yoxlanıldı. Yoxlama vətəndaşa məxsus olan şəxsi vərəqinə yəni T-2 əsasən aparıldı və işləməsi faktı aşağıda qeyd edildiyi kimi təsdiq olundu: 134k nömrəli əmr-xx.xx.1993-cü il tarixdə X24 zavodunda yükləyici maşinist işinə qəbul olunub, 59k nömrəli əmr-xx.xx.2006-cı il tarixdə yükləyici maşinist işindən azad edilmişdir. 1993-2006-cı illəri əhatə edən əmək haqqı sənədlərinin idarəyə təhvil verilmədiyi üçün qeyd olunan illərin əmək haqqılarını tam şəkildə yoxlamaq mümkün olmadı. Lakin təhvil verilmiş 1994 avqust -22512, 1995 avqust-5774, 2001 fevral 390450, 2004 may 80, 2005-ci ilin dekabr 120-aylarında vətəndaşın əmək haqqı alması təsdiq olundu. Əmrlər kitabı və əmək haqqı cədvəllərinə aid olan sənədlər tam şəkildə idarənin indiki hüquqi varisi olan idarəyə təhvil verilmədiyi üçün yoxlama şəxsi vərəqə, yəni T-2 əsasən aparıldı. Məhkəmə tərəfindən yoxlama aktlarına baxış keçirildikdən sonra İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 mütəxəssisi X2 iştirakı ilə iddiaçının əmək fəaliyyətində olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətində saxlanılan İddiaçı aid sənədlərə 13 may 2025-ci il tarixdə yerli baxış keçirilmiş və yerli baxış zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hazırda fəaliyyətdə olduğu müəyyən olunmuş, həmin Cəmiyyətdə saxlanılan İddiaçı aid sənədlərin müəyyən hissəsi və 1993-2006-cı illərə dair işçilər barədə arxiv məlumatları, siyahı, cədvəl, fərdi uçot kartoçkaları və s. sənədlər aşkar edilərək və onlara baxış keçirilmiş və həmin sənədlərin kserosurətləri götürülərək iş materiallarına əlavə olunmuşdur. Məhkəmə tərəfindən keçirilmiş yerində baxış əsasında müəyyən edilmişdir ki, X24 zavodunda 1993-cü il tarixdən 2006-cı ilədək fəaliyyət göstərməsi, işçilərin əmək haqqı cədvəlləri, bayram təbrikləri, mükafatları, fərdi şəxsi məlumatları və s. məlumatlar barədə sənədlər aşkar edilmişdir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətində qeyd edilmiş müdiriyyətin verdiyi ifadəyə görə müəssisədə 1993-cü ildən iş olmadığından işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə hər hansı məlumat və ya sənəd öz əksini tapmamışdır. Həmçinin 13 may 2025-ci il tarixdə iddiaçının əmək fəaliyyətində olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətində saxlanılan İddiaçı aid sənədlərə yerli baxışda şahid qismində iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X14 ifadə verərək bildirmişdir ki, özü 2000-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmişdir. Xəstəliyi ilə əlaqədar 2000-ci ildən işdən çıxmışdır. İşlədiyi dövrlərdə İddiaçı da onunla birlikdə işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə fəaliyyətini dayandırmışdır. Onlar isə əmək fəaliyyətində olmuşdurlar. 1993-cü ildən işçilər ödənişsiz məzuniyyətə buraxılmamışlar. O, işdən çıxarda İddiaçı hələ də burada işləyirdi. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İddiaçının xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək X15 Evtikmə zavodunda yükləyici maşinist işləməməsi və əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının X15 Evtikmə zavodunda işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı və arxiv arayışındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin zavodda işləməsi və əmək haqqı alması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə, yəni zavod mövcud olmuş, iddiaçı zavodda işləmiş və əmək haqqı almış, sadəcə olaraq 1993-2006-cı ilədək olan zavodun sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları tam şəkildə aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi işlədiyi iş illəri “X11” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək X15 Evtikmə zavodunda yükləyici maşinist işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi zavodun sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək X15 Evtikmə zavodunda yükləyici maşinist işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə zavodun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin zavod tərəfindən müəyyən dövr üçün zavoda məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) tam qaydada arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması zavodda işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının zavodda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, arxiv məlumatlarında ümumiyyətlə qeyd edilən illər üzrə təkcə iddiaçı ilə bağlı deyil, bütövlükdə zavodun şəxsi heyətə aid kitabların arxivə təhvil verilmədiyi bildirildiyindən və iddiaçının bu dövrlə bağlı iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən, iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid edilməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr barədə məlumat versə də, buna dair hər hansı əsaslı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «X11» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 57 yaşı –xx.xx.2016-cı ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “X11” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X11” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “X11” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006cı ilədək, yəni Salyan rayon X28 zavodunda xx.xx.1981-xx.xx.2002-ci ilədək, xx.xx.2006xx.xx.2007-ci ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. İşdən müəyyən olunur ki, Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 48/A nömrəli arayışında görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Əli Bayramlı şəhər 5 saylı Sənaye Kombinatının kərpic istehsalı sexində çıxarıcı vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək yandırıcı, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək isə yandırıcı işləməklə yandırıcıların briqadiri vəzifəsi, 5 saylı Sənaye Kombinatından 01 07.1989-cu il tarixdə köçürmə yolu ilə X13 Evtikmə Zavoduna işə girməklə xx.xx.1989-xx.xx.1993-cü və xx.xx.1993-xx.xx.2006cı illər ərzində müxtəlif vəzifələrdə işləmişdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X24 Zavodunun sement sexində yükləyici maşinist işləyib. Yuxarıda qeyd olunmuş müəssisələrdəki çıxarıcı vəzifəsi "güzəştli şərtlərlə yaşu görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 14.8-ci “gil kərpici, kirəmit və keramik blok istehsalı” bəndində fəhlə “çıxarıcılar” olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi öz əksini tapmışdır. Yandırıcı vəzifəsi isə həmin siyahının eyni 14.8-ci bəndində fəhlələr: bölməsində “dairəvi sobalarda kərpic bişirilməsində və eləcə də bərk yanacaqla işləyən, tunel sobalarında məşğul olan divar və bäzüşdärücü materialları yandıranlar” olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi öz əksini tapmışdır. X20 Evtikmə Zavodunun sement sexində yükləyici maşinist vəzifəsi isə yuxarıda adı qeyd olunmuş siyahının 14.10-cu “dəmir-beton və beton məmulatlarının istehsalı" bəndində fəhlələr: bölməsində “sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri" olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi öz əksini tapmışdır. Odur ki, İddiaçı “X11” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən kişilər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 12 il 6 ay staja qarşı 15 il 07 ay 07 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı vardır. Əli-Bayramlı şəhər 5 saylı Sənaye Kombinatının və Əli-Bayramlı şəhər X24 Zavodunun hüquqi varisi 2006-cı ildən "xxxx" ASC, 2008-ci ildən hazıradək isə "xxxx" ASC-dir. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında 14.8. Gil kərpici, kirəmit və keramik blok istehsalı bölməsi-fəhlə, çıxarıcılar, dairəvi sobalarda kərpic bişirilməsində və eləcə də bərk yanacaqla işləyən, tunel sobalarında məşğul olan divar və büzüşdürücü materialları yandıranlar; 14.10 “dəmir-beton və beton məmulatlarının istehsalı" bölməsi- fəhlələr, sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri" peşəsi eynilik təşkil edir. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya 57 yaşından pensiya hüququ yarandığından xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, təqdim edilmiş iş materiallarından görünür ki, 2019-cu ilin aprel ayınadək (iş materiallarında xx.xx.2019-cu il tarixli, **********0 saylı DSMF-in Sabirabad rayon şöbəsinin Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə ünvanlanmış məktubu mövcuddur) iddiaçı ona güzəştli şərtlərlə pensiya təyine edilməsi üçün müraciət etmişdir. Bundan sonra DSMF-in Sabirabad rayon şöbəsi xx.xx.2019-cu il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «X11» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşagörə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı 57 yaşdan, yəni xx.xx.2016cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi (aldığı sosial müavinət çıxılmaqla) Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi (aldığı sosial müavinət çıxılmaqla) cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-108/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-108/2025
28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver