Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1081/2023 22.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Müsahibatlıq üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Müsahibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının direktoru vəzifəsini müvəqqəti icra edən Anar Dadaşovun 25 aprel 2022-ci il tarixli **********1 saylı qərarı ilə mərhum atası X3 01.03 2021-ci il tarixdən 31 12 2021-ci il tarixədək 1997,80 manat məbləğində artıq ödənilmiş əmək pensiyasının məndən tutulması qərara alınmışdır. Qərar ona göndərilməmiş, yalnız icra məmuru tərəfindən əmək haqqındar, tutulma zamanı xx.xx.2022-cı il tarixdə bu barədə bilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, mərhum atasına görə artıq pensiya ödənilməsində onun təqsiri olmamışdır. Hər hansı bir saxta sənəddən istifadə etməmiş. Mərhumun pensiyasını almamış. Mərhum atası İmişli şəhəri Ə.Məmmədov küçəsi 3-də ondan ayrı yaşayırdı. Mərhumun varisi kimi arvadı X6 notariusa müraciət etmiş və vərəsəlik haqqında şəhadətnamə almışdır. O, vərəsəlik şəhadətnaməsi almamışdır. Cavabdehin qərarında vəsaitin ondan tutulmasına əsas kimi yalnız mərhumun ölməsi barədə məlumatın onun tərəfindən verilməsi göstərilir ki, bu da qanunvericiliyə uyğun deyildir. Belə ki, şəxsin ölməsi barədə məlumat yaxın qohumları, hətta qonşuları və təşkilatlar tərəfindən verilə bilər Ölüm haqqında məlumat verilməsi qanuna görə maddi məsuliyyət yaratmır. Cavabdeh artıq pensiya məbləğinin kimə ödənilməsini araşdırıb müəyyən etmədən düzgün nəticəyə gəlməmişdir. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2-1(120)-2749/2022 nömrəli iş üzrə iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və 47-ci maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim etmişdir. Belə ki, iddiaçının mərhum atası X3 vəfat etməsi haqqında məlumat filiaia gec verildiyindən ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək yaşa görə əmək pensiyası ödənilmişdir.Mərhumun oğlu İddiaçı xx.xx.2022-ci il tarixli daxil olmuş dəfn müavinəti barədə müraciətinə əsasən X3 pensiya ödənişi “örnək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1 -ci maddəsinə əsasən 01.01 2022-ci il tarixdən dayandırılmışdır.X10 əldə olunan məlumatlara əsasən X3 Kapital Bank ASC-də olan kart hesabına vəfatından sonra ümumilikdə 2597.80 manat vəsait köçürülmüşdür. Kapital Bankın məlumatlarına əsasən kart hesabından 2597 manat çıxarılmışdır.Dəfn müavinətinin alınması ilə bağlı müraciətə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2 maddəsinə uyğun olaraq 2019-01 oktyabr tarixindən ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 2597.80 manat manat məbləğindən çıxılmış, qalan 1997.80 manat məbləğində pul vəsaitinin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır.“İnzibati İcraat haqqında” Azərbaycan Respublikası qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər.Həmin qanuna əsasən, inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.Qanunun 81.1-ci maddəsinə əsasən, inzibati, akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmçinin, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).Lakin bütün haliarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.İnzibati orqan mərhum X1 hesabına vəfatından sonra ödənilmiş vəsaitdən digər ailə üzvünün əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir.Qeyd olunanlar nəzərə alınmaqla cavabdeh tərəfindən ’’İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci və 64.1-ci maddələri rəhbər tutularaq bu barədə xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla iddiaçıya məlumat verilmiş və 25.04.2.022-ci ıl tarixli **********1 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla borclu İddiaçı artıqödənilmiş 2597.80 manat məbləğdən 600 manat məbləğində dəfn müavinəti çıxılaraq qalan 1997.80 manat pul vəsaitinin Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının hesabına bərpa edilməsi qərara alınmışdır.Yuxarıda şərh olunanlara əsasən, İddiaçı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı məhkəmədə iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iddiaçı iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə dinləyib, tərəflərin iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İşdə olan İmişli rayon İcra və probasiya şöbəsinin İddiaçı unvanladığı xx.xx.2022-ci il tarixli 191508/2022-37-2-004 nömrəli bildirişdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********7 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etmək xahiş olunur. İşdə olan İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, xx.xx.1954-ci il təvəllüdlü İmişli rayonu Ə.Məmmədov küçəsi 3 ünvanında yaşamış mərhum X3 xx.xx.2021-cil il tarixdən xx.xx.2021-ci tarixədək 1997.80 (bir min doqquz yüz doxsan yeddi manat 80 qəpik) məbləğində artıq ödənilmiş əmək pensiyası İddiaçı tələb edilərək Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının yığım hesabına ödənilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 ölüm haqqında şəhadətnaməsi (AZ-İİ № 137604) xx.xx.2021-ci il tarixdə alınmışdır. İddiaçı tərəfindən isə xx.xx.2022-ci il tarixdə dəfn üçün müavinətin alınması ilə bağlı müraciət olunmuşdur. Vətəndaş İddiaçı müraciəti ilə əlaqədar dəfn üçün birdəfəlik müavinətin ödənişi həyata keçirilərkən, mərhum Asif Məmmədovun ölümündən sonra sonuncunun kart hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək yaşa görə əmək pensiyasının ödənildiyi və "xxxx" ASC-dən onlayn qaydada əldə edilmiş məlumatlara əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək mərhum Asif Məmmədovun kart hesabına köçürülmüş vəsaitin kartdan çıxarıldığı müəyyən edilmişdir. Asif Məmmədovun ölüm haqqında şəhadətnaməsi ölümündən sonra gec əldə edildiyindən və vətəndaş İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna gec təqdim edildiyindən əmək pensiyası üzrə ödənişlərin yuxarıda göstərilən tarixlərdə dayandırılması mümkün olmamışdır. Vətəndaş İddiaçı tərəfindən ölüm haqqında şəhadətnamənin təqdim edildiyi tarixdən sözügedən əmək pensiyasının ödənişi Filial tərəfindən dayandırılmaqla, artıq verilmiş məbləğ aşkara çıxarılaraq müvafiq qərar qəbul edilmişdir. İddiaçı “qərarın ləğv edilməsi tələbinə dair” Filiala qarşı məhkəmədə irəli sürülmüş iddia tələbi üzrə xx.xx.2021 -ci il tarixdən xx.xx.2021ci il tarixədək yaşa görə əmək pensiyasının tutulması barədə Filialın “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarının əsasını “Pensiya alt sistemi”ndə əks etdirilmiş məlumatlar təşkil edir. Qərarın əsasını kağız daşıyıcıda əks etdirən hər hansı sənəd olmadığından göndərilməsi imkan xaricindədir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 dekabr 2022-ci il tarixli, **********5 nömrəli məktubunda göstərilmişdir ki, mərkəzləşdirilmiş X2 Pensiya altsisteminə və Sosial Ödənişlər altsisteminə əsasən İddiaçı hər hansı növ pensiya və ya müavinət alması haqqında məlumat aşkar edilməmişdir. Adıçəkilən şəxsin atası X3 pensiya işinin surəti məhkəməyə təqdim olunur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı 16 may 2023-cü il tarixli 3-16-5/8-183/2023 nömrəli məktubunda göstərilmişdir ki, mərhum, X3 ölümü Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 29.12 2021-cı il tarixdə 2286 №-lı aktla qeydə alınıb. Xahiş olunur, həmin akt qeydinin surətini almaq üçün Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. İşdə olan İmişli Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3ə1 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 adma İmişli regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin surətinə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı-X6, X8, İddiaçı, X9 müəyyən edilmiş və hər biri miras əmlakan ¼ hissədə irs almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Müsahibatlıq üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarına əsasən, 01.07 1954-cü il təvəllüdlü İmişli rayonu Ə.Məmmədov küçəsi 3 ünvanında yaşamış mərhum X3 xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1997.80 manat məbləğində artıq ödənilmiş əmək pensiyası İddiaçı tələb edilərək 10 gün müddətində Nəsimi rayonu, Kərpic küçəsi,16 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının yığım hesabına ödənilməsi qərara alınmışdır. Qərardan onun rəsmi təqdim edildiyi gündən 30 gün müddətində yuxarı inzibati orqana və ya rayon İnzibati Məhkəməsinə şikayət verilə bilər. Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Müsahibatlıq üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarından rəsmi təqdim edildiyi gündən 30 gün müddətində yuxarı inzibati orqana və ya rayon İnzibati Məhkəməsinə şikayət verilməsi hüququ izah olunmuşdur. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik olsa da, hazırkı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. İşdə mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, iş materiallarından aydın görünür ki, mübahisəli qərarın aid olduğu torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən Ağcabədi rayon Məhkəməsinə torpaq mübahisəsi ilə bağlı iddia tələbi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hazırkı iş üzrə 3cü şəxs olan X4 qarşı Ağcabədi Rayon Məhkəməsində “torpaq sahəsindən çıxarılma, müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia qaldırmışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Müsahibatlıq üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə daxil olmuş Bakı 14 saylı Poçtun xx.xx.2023-cü il tarixli teleqramına əsasən, SS779425364AZ saylı S/M İddiaçı ünvanlanan məktub şəxsən xx.xx.2022-ci il tarixdə verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Baxılan məsələ iddia müddətləri ilə bağlı olduğuna görə məhkəmə bildirir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Göründüyü kimi, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Müsahibatlıq üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarından həmin ildə məlumatlı olmuş, lakin məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüşdür. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Müsahibatlıq üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarının ləğv edilməsi barədə iddia ilə təxminən 3 aydan çox müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixli zərflə göndərilmişdir) Şirvan İnzibati Məhkəməsinə iddia ilə müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin ötürülmüş müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirdiyindən (İPM 24.4-cü maddəsi), iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Müsahibatlıq üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Müsahibatlıq üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1081/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1081/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver