Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1082/2022 28.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 оğlunun katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı “Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində xx.xx.1982-ci il tarixdə qeydiyyatı aparılmış doğum haqqında akt qeydində soyadının Baxşəliyev, adının Şamil kimi yazılması öhdəliyinin cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində xx.xx.1982-ci il tarixdə qeydiyyatı aparılmış doğum haqqında akt qeydində soyadının Baxşəliyev, adının Şamil kimi yazılması öhdəliyinin cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tаriхli, 2-1(120)-1082/2022 nömrəli qərardadı ilə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, Cavabdeh sırasından çıxarılması, Laçın rayon Qeydiyyat şöbəsinin cavabdeh qismində tanınması qərara alınmışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, doğum haqqında akt qeydində soyadı “Bəxşəliyev”, adı “Şaumiyan” olaraq qeyd edilmiş, lakin iddiaçı barəsində tərtib edilmiş bütün digər sənədlərdə soyadı “Baxşəliyev” adı “Şamil” olaraq yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, doğum haqqında akt qeydində soyadının Baxşəliyev, adının Şamil kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Laçın rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.1982-ci il tarixli, 06 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X2 xx.xx.1982-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası X5, anası X8 qeyd edilmişdir. - xx.xx.2017-ci il tarixdə Laçın RPŞ tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Laçın rayonunda doğulması barədə qeydiyyat aparılmışdır. - xx.xx.1992-ci il tarixli, XVİİ-JQ № 296025 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1982-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası X5, anası X8 qeyd edilmişdir. - A № 318330 nömrəli tam orta təhsil haqqında attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı barədə qeydiyyat aparılmışdır. - AO № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə doğulması barədə qeydiyyat aparılmışdır. - AB № 707246 nömrəli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə doğulması barədə qeydiyyat aparılmışdır. - xx.xx.2005-ci il tarixli, AZ-İ № 191790 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, sonuncu Baxşəliyeva soyadını qəbul etmişdir. - xx.xx.2007-ci il tarixli, AZ-İ № 996432 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 xx.xx.2007-ci ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında İddiaçı, ana qrafasında X4 qeyd edilmişdir. - ünvan 1irəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 78 nömrəli arayışından görünür ki, İddiaçı Laçın rayonu, Qarakeçdi kənd sakinidir. Hal-hazırda Taxta körpü 552 saylı qəsəbə, ev nömrə 151 ünvanında məskunlaşıb, ünvan 1irəsi üzrə nümayəndəliyində daimi qeydiyyatdadır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində soyadı “Bəxşəliyev”, adı “Şamuyan” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə soyadı “Baxşəliyev”, adı “Şamil” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin məlumatları ilə doğum akt qeydinin məlumatlarında ziddiyyətlərin məlumatların olmasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin və yaxud dəyişdirilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən düzgün məlumatları özündə əks etdirən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Doğum haqqında akt qeydində iddiaçının (İddiaçı ilə bağlı) “Bəxşəliyev” soyadından “Baxşəliyev” soyadına, “Şamuyan” adından “Şamil” adına düzəliş edilməsi öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1082/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1082/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver