Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1083/2020 20.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Masallı rayon filialına qarşı “əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Masallı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Masallı rayon filialının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Masallı rayon filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Masallı rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Masallı rayon Filialı, icraatınızda olan 2-1 (120)-1083/2020 saylı inzibati işlə əlaqədar bildirir ki, Masallı rayon Ərkivan qəsəbə sakini xx.xx.1948-ci ii təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən yaşa görə sosial pensiya (müavinət) təyin edilmiş və hal hazırda o, 130 manat sosial müavinət alır. İddiaçı (Hüseynovanın) poçtla göndərilmiş və xx.xx.2020-ci il tarixdə Fondun Masallı rayon şöbəsinə daxil olmuş müraciəti araşdırılmışdır. İddiaçı (Hüseynovanın) ərizəsində və Əmək kitabçasının təsdiq edilməmiş surətində xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək sabiq “K.Marks” sovxozunda işləməsi barədə olan qeyd və əmrlər Masallı rayon Dövlət Arxivində saxlanılan “K.Marks” sovxozunun əmrlər kitabları və əmək haqqı sənədlərinə əsasən araşdırılarkən təsdiq edilməmişdir. Masallı rayon Dövlət Arxivində İddiaçı (Hüseynovanın) “K.Marks” sovxozunda iş stajı (sığorta stajı) araşdırılarkən onun xx.xx.1985-ci ii tarixdə 204/13 saylı əmrlə “K.Marks” sovxozunun 5 saylı çayçılıq briqadasına fəhlə qəbul edilməsi və uzun müddət işə çıxmadığı üçün xx.xx.1985-ci ii tarixdə 268 saylı əmrlə ($3) sovxoz fəhləliyindən azad edilməsi müəyyən edilmişdir.İddiaçı (Hüseynovanın) əmək kitabçasının surətində qeyd edilən əmrlərin düzgünlüyü şübhə doğurduğu üçün onun əmək kitabçasının əslini (araşdırmaya göndərmək üçün) Fondun Masallı rayon şöbəsinə təqdim ediməsindən ötəri vətəndaşa bir neçə dəfə məktub ünvanlanmış lakin o, əmək kitabçasının əslini şöbəyə təqdim etməmişdir. Əlavə olaraq bildiririk ki, Ağayeva (Hüseynova) Tənzilə İmran qızına Nazirlik tabeliyində Dövlət X5 publik hüquqi tərəfindən heç bir imtina məktubu verilməmişdir. İşdə olan Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Masallı rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Masallı rayon Filialı, Sizin 2-1 (120)- 1083/2020 saylı icraatınızda olan işlə əlaqədar bildiririk ki, Masallı rayon Ərkivan qəsəbə sakini X1 rayon Filialına Poçt vasitəsilə əmək kitabçasının və digər sənədlərin surətini göndərmişdir. Masallı rayon Filialı əmək kitabçasının əslini təqdim etmək üçün İddiaçı ünvanına məktub göndərmişdir. Məktub cavablandırıldıqda əmək pensiyası hüququna baxılacaqdır. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina edilməmişdir. Yəni cavabdeh inzibati orqanın iddiaçının müraciəti ilə bağlı müvafiq komissiyada qərar qəbul edilməsi üçün zəruri sənədlərin (əmək kitabçasının) təqdim edilməsini iddiaçıdan xahiş etməsi ona “imtina” verilməsi anlamına gəlmir. Başqa sözlə, iddiaçı həmin zəruri sənədləri cavabdeh inzibati orqana təqdim etdiyi təqdirdə, həmin inzibati orqanın iddiaçının müraciəti ilə bağlı müvafiq komissiyada qərar qəbul etmək imkanı yaranacaqdır. Həmin imkan tükənmədən hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün deyildir. Məhkəmə onu da qeyd edir ki, iş üçün zəruri olduğundan yəni balavasitə mübahisənin predmeti olduğundan əmək kitabçasının əslini və sosial sığorta stajını təsdiq edən digər sənədlərin məhkəməyə təqdim edilməsi üçün iddiaçıya xx xxxx 2020-ci il tarixli, 2-1(120)-1083/2020 nömrəli və xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1083/2020 nömrəli məktubları göndərilsə də, iddiaçı müvafiq sənədləri məhkəməyə də təqdim etməmişdir. İddiaçıya izah edilir ki, hazırki tələbi ilə bağlı cavabdeh tərəfindən tələb olunan sənədlər ərizəyə əlavə edilməklə yenidən cavabdeh inzibati orqan - Əmək və X3 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Masallı rayon filialına müraciət etməlidir. Cavabdeh inzibati orqan müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə yenidən iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda qeyd olunan məsələlərlə bağlı iddiaçıya xx xxxx 2020-ci il tarixli, 2-1(120)- 1083/2020 nömrəli və xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1083/2020 nömrəli hüquqi yardım məktubları göndərilsə də, iddiaçı müvafiq sənədləri (cavabdehin imtina məktubunu) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Masallı rayon filialına qarşı “əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1083/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1083/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver