Məhkəmə qərarları › İş №2-1(120)-1084/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1084/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1084/2023 02.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Maqro” X2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “ödənilməli olan 2020-2021-ci ilin əkin mövsümü üçün 45600 manat, 2021-2022-ci ilin əkin mövsümü üçün 162750 manat subsidiya məbləğlərinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: MÜƏYYƏN ETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi: İddiaçı məhkəməyə müraciət edərək İddiaçı X2 təqdim etdiyi sənədlər əsasında iddiaçıya ödənilməli olan 2020-2021-ci ilin əkin mövsümü üçün 45600 manat, 2021-2022ci ilin əkin mövsümü üçün 162750 manat subsidiya məbləğlərinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8374/2022 nömrəli qərardadı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı subsidiya məbləğlərinin ödənilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8374/2022 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2495/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8374/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37 saylı sərəncamı ilə Ağcabədi rayonunun inzibati ərazisində yerləşən "Haramı düzü" adlanan torpaq sahəsinin 1000.0 hektarının əkin dövriyyəsinə cəlb olunmaq məqsədilə təyinatı dəyişdirilmiş və həmin 1000.00 hektar sahə otlaq sahəsindn əkin sahəsinə çevrilmişdir. Ağcabədi rayonunun Aran kəndi ərazisinə aid olan bu torpaq sahəsi 2017-ci ildən etibarən indiyə kimi Maqro MMC tərəfindən əkilir və sahəyə lazımi aqro-texniki qulluq göstərilir. İddiaçı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın (bundan sonra - Qayda) 2.9.3-cü maddəsinə müvafiq olaraq "X1" (bundan sonra - SİS) qeydiyyatdan keçmiş, xx.xx.2020 tarixdə subsidiyanın alınması üçün rəsmi olaraq elektron formada müraciət edərək, subsidiya ilə bağlı sənədləri SİS-ə daxil etmiş və subsidiya almaq məqsədilə göndərdiyi elektron ərizədə 1000 ha əkin sahəsi bəyan etmişdir. Bu onunla bağlı olmuşdur ki, şirkət həqiqətən də həmin 1000 ha əkin sahəsində buğda əkməyi planlaşdırmış və bunun üçün əkinə hazırlıq işlərinə başlamışdı. Sahədə şumlama və malalama işləri yerinə yetirilildiyi zaman, 2020-ci ilin sentyabr ayının 27-də ölkə Prezidenti Ali Baş X9 cənablarının rəhbərliyi ilə Azərbaycan Respublikasının silahlı qüvvələrinin torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük zəfərli hərbi əməliyyatlarının başlamasına qədər 285 ha sahədə şumlama, malalama və əkin işləri təmamilə yekunlaşmışdı. Lakin, ərazi hərbi əməliyyatlar səhnəsinə yaxın məsafədə yerləşdiyindən, sahədə işlərin davam etdirilməsi orada işləyən vətəndaşların həyat və sağlamlığı üçün təhlükə ilə bağlı olduğuna görə işləri müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalmışdı. Silahlı qüvvələrimizin zəfərindən sonra sahəyə baxış keçirərkən məlum olmuşdur ki, iddiaçıya məxsus 425 ha torpaq sahəsi Ağcabədi rayon sakinləri tərəfindən qanunsuz olaraq zəbt olunmuş və həmin torpaqlarda taxıl və digər bitkilər əkilmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti və Ağcabədi Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətlərinə baxılması və müraciətlər üzrə qanuni tədbirlər görülməsi ləngidilmişdir. Bu səbəbdən də şirkət yaranmış vəziyyət barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və Ağcəbədi rayonu X11 Mərkəzinə vaxtında müraciət edə bilməmişdir, çünki zəbt olunmuş torpaq sahəsinin qeyri-qanuni zəbt və istifadə olunması faktları ilə əlaqədar olaraq həmin torpaqları zəbt etmiş şəxslərlə münasibətlərin aydınlaşdırılması məqsədi ilə tədbirlər görülməsinin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi ilə məğul olmuşdur. Ağcabədi rayon Polis İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində torpaqların qeyri-qanuni zəbt və istifadə edilməsi faktları təsdini tapmışdır (müvafiq qərarın surəti əlavə olunur). Lakin, həmin şəxslər barədə qanunla nəzərdə tutulan tədbirlərin görülməsi təmin olunmadığı üçün şirkət tərəfindən bu iddia ərizəsinin yazıldığı tarixə qədər hələ də Şirkət torpaqlar üzərində nəzarəti bərpa edə bilməmişdir ki, bu da, torpaqları zəbt etmiş şəxslər tərəfindən İddiaçının nümayəndə və işçilərilərinin fiziki zorakılıqla hədələnməsi, bəzi hallarda isə fiziki təsirlərə məruz qalmaları ilə nəticələnmişdir. Gösərilənlərlə əlaqədar olaraq iddiaçı 12 Mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X11 Agentliyinə (Agentlik) 04 saylı məktub (əlavə edilir) ilə müraciət edərək əkin üçün subsidiya alınması məqsədilə əvvəl bəyan edilmiş məlumatlarda 1000 ha əvəzinə 285 ha torpaq sahəsinin qeyd olunmasını xahiş etmişdir ki, həmin 285 ha torpaq sahəsi üçün subsidiya alsın. Bununla iddiaçı "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın (bundan sonra - Qayda) 2.9.2-ci maddəsi ilə onun üzərinə düşən vəzifəni qaydaya müvafiq şəkildə ona məxsus torpaqlarda məqsədli təyinatı əkin altında olan torpaq sahəlsinin təyinatı üzrə istifadə vəziyyəti barədə məlumat vermişdir. X11 Agentliyinin sədr müavini Mehman İsmayılovun imzası ilə iddiaçıya ünvanlanmış 509268 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda (surəti əlavə edilir) qeyd edilmişdir ki, vaxtında dəqiq məlumat verilmədiyindən iddiaçının əvvəl bəyan etdiyi məlumatlarda dəyişiklik edilməsi mümkün olmamışdır. X11 Agentliyinin cavab məktubu bizim faktiki vəziyyətlə əlaqədar təqdim etdiyimiz məlumatlarda dəyişiklik xahişimizi anlaşılmaz və qeyri-məqbul əsaslarla rəd edildiyini göstərmişdir. Bununla bağlı bildirmək istərdik ki, əvvəl verilmiş məlumatlar sonradan əmələ gəlmiş vəziyyəti yuxarıda göstərilən səbəblərə görə doğru əks etdirmədiyinə və həmin faktiki vəziyyət polis təhqiqatı ilə təsdiq olunduğu üçün faktiki vəziyyət ilə EKTİS sistemindəki məlumatların adekvatlığının təmin olunmasına ehtiyac yaranmışdı. Şirkətə əsassız cavab göndərərkən Agentlik nəzərə almamışdır ki, iddiaçının vaxtında müraciət etməməsinin səbəbi zəbt edilmiş torpaq sahələri üzrə vəziyyətin aydınlaşdırılması üzrə iddiaçı tərəfindən həyata keçirilmiş tədbirlərin vaxt alması və torpaqları zəbt edən şəxslərlə mübahisə və mübarizəyə cəlb edilməsi olmuşdur. Şirkətin zəbt edilmiş torpaqlar üzərində nəzarətini bərpa etmək cəhdləri, yuxarıda göstərildiyi kimi, Ağcabədi rayon icra və polis orqanları tərəfindən vaxtı-vaxtında təsirli tədbirlərin çevik şəkildə görülməməsindən qaynaqlanmışdır. Əlavə olaraq, məlumatlarda dəyişiklik edilməsi, texniki bir problemdir və müəyyən səylərlə aradan qaldırıla bilərdi, halbuki, məlumatların real vəziyyətə uyğun olmaması, heç də real faktiki şəraiti dəyişmir və real faktiki şəraiti nəzərə almaq ehtiyacını aradan qaldırmır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 29 iyun 2021-ci il tarixdə 18 saylı məktubla (surəti əlavə edilir) müraciət edilmişdir ki, faktiki real vəziyyət nəzərə alınmaqla, subsidiya üçün bəyan edilmiş 1000 ha torpaq sahəsi üzrə məlumatların iddiaçı tərəfindən faktiki olaraq əkilmiş 285 ha səhə üzrə məlumatlarla əvəz olunmasına yardım göstərilsin. Lakin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, faktiki olaraq əkilmiş və agrotexniki tədbirlərin keçirilmiş olduğu 285 ha torpaq sahəsi üçün qanunla şirkət üçün nəzərdə tutulmuş subsidiyanın iddiaçıya verilməsi üçün heç bir tədbir görməmiş, nəticədə iddiaçının faktiki olaraq əkmiş olduğu sahə üçün qanunla nəzərdə tutulmuş subsidiya almaq hüququ pozulmuşdur. Belə ki, iddiaçının faktiki nəzarəti altında qalan və iddiaçı tərfindən faktiki olaraq əkilmiş (və müvafiq olaraq iddiaçının nəzarətindən çıxmış) torpaq sahələri barədə iddiaçıdan məlumat daxil olduqdan sonra Qaydanın 5.1-ci maddəsinə əsasən subsidiya alınması üçün əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında iddiaçının bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə Agentlik subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə aşağıdakı ardıcıllıqla monitorinqlər aparılımalı idi: 5.1.1. çarpaz - elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; yerüstü müşahidə - peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; 5.1.2 yerində müşahidə - seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. Agentlik isə iddiaçı tərəfindən bəyannamədə göstəriləndən fərqli hallarbarədə məlumat təqdim etdikdən sonra yuxarıda göstərilən qaydada monitoring apararaq subsidiya mexanizminin səmərəli fəaliyyətini təmin etmək əvəzinə iddiaçı tərəfindən vaxtında dəqiq malumat verilmədiyi bəhanəsi ilə iddiaçının müraciətində qeyd olunan məlumatlarda müvafiq dayişikliklərin edilməsinin mümkün olmamamsını bildirmiş, bununla da, iddiaçının haqqı çatdığı subsidiyanı əldə etmək imkanından məhrun edərək subsidiya mexanizminin səmərəli fəaliyyətini təmin etməkdən imtina etmiş, beləliklə də, qanunla onun üzərinə qoyulan vəzifə borcunun kobud pozuntusunu törətmişdir. Halbuki, Qayda tərəfindən müəyyən edilən və subsidiya verilməsini istisna edən hallar arasında subsidiya alınması üçün əvvəllər təqdim edilmiş məlumatlarıda dəyişiklik aparılması halı yer almır. Əksinə, əvəlki məlumatlardan fərqlənən yeni məlumatların Qaydanın 5-ci maddəsində göstərilən monitorinq vasitəsilə yoxlanılması və faktiki vəziyyət əsasında "subsidiya mexanizminin səmərəli fəaliyyətinin" təmin edilməsi nəzərdə tutulur ki, agentlik də bunu etməmiş, bununla da iddiaçının faktiki əkin sahəsinə uyğun subsidiya almaq hüququnu pozmuşdur. Bunu da qeyd etmək lazımdır ki, iddiaçının təqdim edilmiş əvvəlki bəyannamə məlumatlarında göstərilən fəqrqli hallar barədə məlumat təqdim etməsi ona subsidya ödənilməsini təmin etmək məqsədi ilə Qaydanın 5.2ci madəsi və 5.2.4-cü alt-maddəsinin təsiri altına düşməkdən yayınmaq üçün həyata keçirilmişdir, belə ki, həmin müddəalara görə, bəyan edilmiş əkin sahəsinə hesablanan məbləğ və monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. Lakin, Agentlik tərəfindən törədilmiş hüquq pozuntusu nəticəsində iddiaçı məlumatları dəqiqləşdirmək cəhdinə baxmayaraq, yenə də, subsidiyadan məhrum olmuşdur. Yəni, bəyannamədə göstəriləndən fərqli hallar barədə məlumat verməsəydi subsidiyadan məhrum olacaqdı, subsidiyadan məhrum olmamaq üçün məlumat vermişdir və buna baxmayaraq yenə də subsidiyadan məhrum edilmişdir. O zaman iddiaçı qanunla nəzərdə tutulan subsidiya almaq hüqüqunu təmin etmək üçün necə hərəkət etməli idi? Bəlkə Agentlik bu ziddiyyətə aydınlıq gətirə bilər? Nəticə isə ondan ibarət olmuşdur ki, Qayda ilə nəzərdə tutulmuş imtinaya əsas verməmək və nəticədə faktik vəziyyətə uyğun subsidiya ödənilməsini təmin etmək məqsədi ilə həyata keçirilmiş qanuni tədbir qarşılığında iddiaçı Agentliyin törətmiş olduğu pozuntu nəticəsində qanunla təmin edilən hüququndan məhrum olmuşdur ki, bu iddia da həmin hüququn bərpası məqsədini güdür. Bizə ödnilməli olan subidiya məbləğləri 2020-2021-ci əkin mövsümü üçün 45 600 AZN (285 ha x 160 man), 2021-2022ci əkin mövsümü üçün 162 750 AZN (115500 man+6300 man +6090 man+34800 man) təşkil edir. 2021- 2022 əkin mövsümü üzrə subsidiya məbləği avtomaik olaraq sistem tərəfindən hesablanmışdır, müvafiq çıxarışlar təqdim edilir. 2020-2021 əkin mövsümü üçün sistem üzərindən avtomatik hesablama aparılmamışdır (sistemdə belə funksiya yox idi), ona görə də subsidiya məbləği Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2021-ci il üçün müəyyən edilmiş rəqəm (1 ha üçün 160 AZN) əsasında hesablanmışdır. Bu da maraqlıdır ki, bizim torpaqlarımızı zəbt etmiş şəxslərə həmin qeyri-qanuni şəkildə əkinləri üçün subsidiya ödənilir və onlar zəbt etdiklri torpaq sahələrində qeyri-qanuni fəaliyyətlərini davam etdirilər. Amma bizim qanuni tələbimiz qəbul edilmir. Torpağımızı zəbt etmiş şəxslrdən biri, X5 tərəfindən zəbt edilmiş torpaqlarımızda qeyri qanuni fəaliyyətini əks etdirən ödniş qəbzlərinin fotoşəkilləri əlavə edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 33, 35.1, 45, 46-cı maddələrini nəzərə alaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi MMC-yə qanunla ödənilməli olan 2020-2021-ci əkin mövsümü üçün 45 600 AZN, 2021-2022-ci əkin mövsümü üçün 162 750 AZN subsidiya məbləğlərinin ödənilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə İddiaçı MMC-ə 2020-2021 əkin mövsümü üçün 45 600 AZN, 2021-2022-ci il əkin mövsümü üçün 162 750 AZN subsidiya məbləğlərinin ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Bildiririk ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına uyğun olaraq X6 informasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTlS-ə daxil etməlidirlər. Bu Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X11 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirir. Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. İddiaçı MMC-nin 1000 hektar torpaq sahəsində aparılmış buğda əkini barədə EKTİS-ə daxil etdiyi məlumatlara əsasən keçirilən monitorinq zamanı həmin torpaq sahəsinin 285 hektarında payızlıq buğda əkininin aparıldığı müəyyən edilmişdir. Həmin sahədə bəyan edilmiş əkinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün cəmiyyətə keçən il subsidiya ödənilməmiş və cari il üzrə də ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı MMC-nin eyni məzmunlu müraciətinə Agentliyin 2021-ci il 02 avqust tarixli 22/xx/xx-2626 nömrəli məktubu ilə cavab verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edirik. İddiaçı X2 cavabdehin etirazı və mövqeyi üzrə mülahizəsində qeyd edilmişdir ki, cavbdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda (Etiraz) bildirilir ki, Maqro MMC-yə 2020-2021-ci il əkin mövsümü üçün 45600 AZN, 2021-2022-ci il əkin mövsümü üçün 162750 AZN subsidiya ödənilməməsinin səbəbi guya bu olmuşdur ki, Maqro MMC tərəfindən 1000 ha torpaq sahəsində əkin aparacağının bəyan edilməsinə baxmayaraq yalnız 285 ha sahədə buğda əkini aparıldığı, yəni bəyan edilmiş əkin sahəsi ilə faktiki əkin sahəsi arasında 50 faiz fərq olduğu guya monitorinq nəticəsində müəyyənləşdirilmişdir. Göstərilən səbəbdən “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası"nın 5.2.4-cü bəndinə uyğun olaraq monitorinqin keçirildiyi il və sonrakı il ərzində, yəni, 2020-2021-ci il əkin mövsümü və 2021-2022-ci il əkin mövsümü üçün subsidiya verilməsindən imtina olunmuşdur. Etirazda göstərilən və məhkəmədə hazırlıq iclasında dəfələrlə səsləndirilmiş bu fikir həqiqətə uyğun deyil və heç bir sənədlə təsdiq edilmir. Subsidiya verilməsi ilə əlaqədar olaraq iddiaçı və cavabdeh arasında məhkəməyə təqdim edilmiş yazışma zamanı, iddiaçının cavabdehə müraciətlərinə cavabdehin cavab məktublarında monitorinq tərəfindən "xxxx" MMC-nin Etirazda göstərilən kimi hərəkət etdiyi barədə heç bir qeydə rast gəlinmir. Bu hal ona dəlalət edir ki, 1000 ha bəyan edilib 285 ha əkilməsi heç də etirazda göstərildiyi kimi monitoring tərəfindən aşkar edilməmişdir və "xxxx" MMC məhkəməyə müraciət edildikdən sonra uydurulmuşdur. Əks təqdirdə, bu barədə cavabdehin məhkəməyə qədər yazışmada heç bir qeyd etməməsi nə ilə izah edilə bilər? Eyni hal AKİA-nın sədri C.Mollayev tərəfindən məhkəməyə ünvanlanmış məktubu ilə əlaqədar yer alır. Məhkəməyə 2023-cü il 18 may tarixli məktubunda C.Mollayev eynilə etirazda göstərilənləri təkrarlayır, halbuki, xx.xx.2021-ci il tarixli 509268 saylı İddiaçı MMCyə ünvanlanmış və sədr müavini Mehman İsmayılov tərəfindən imzalanmış məktubda monitoring nəticələri barədə heç bir kəlmə də deyilmir və yalnız EKTİS üzrə tətbiq edilən prosedur barədə məlumat verilir. Eynilə, xx.xx.2022-ci il tarixli MHO/122-2- 2022-1184 saylı sədr müavini Fərid Rəhimli tərəfindən imzalanmış məktubda da, monitoring barədə heç bir kəlmə də keçmir. Bunlar ona dəlalət edir ki, monitorinq nəticəsində guya AKİA tərəfindən 1000 ha əvəzinə 285 ha torpaq əkilməsinin müəyyənləşdirildiyi sonradan uydurulmuşdur və həqiqətdə əkin sahəsinin azalması barədə iİddiaçı özü məlumat vermişdir, sadəcə AKİA tərəfindən faktiki halların nəzərə alınmasından imtina etmiş və mövcud qüsurlu prosedura lazımi dəyişikliklər edilməsi istənilməmişdir. Nəticədə, subsidiya verilməsi qaydaları iddia ərizəsində təsvir edilən şəkildə və qaydada pozulmuş və iddiaçı əsassız olaraq subsidiya almaq hüququndan məhrum edilmişdir. Bu iddiaçının qanunla nəzərdə tutulan hüququnun kobud pozuntusunu təşkil etmişdir. Faktlar isə iddia ərizəsində göstərilənlərlə eynilik təşkil edir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48-ci və Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddələrini rəhbər tutub, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi üzərinə Maqro MMC-yə qanunla ödənilməli olan 2020-2021-ci əkin mövsümü üçün 45 600 AZN, 2021-2022-ci əkin mövsümü üçün 162 750 AZN subsidiya məbləğlərinin ödənilməsi vəzifəsi qoyulması barədə qərar qəbul edilsin. İddiaçı X2 nümayəndəsi Nümayəndə2 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən: 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X6” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.3. X8 (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X11 mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

15. İddiaçı qeyd edilən Qaydaların məqsədləri üçün SİS-də qeydiyyata alınan hüquqi şəxs kimi fermer hesab olunur. İddia mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, M/HO/1.2.2.2-2022- 1184 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, əkin subsidiyasını ala bilməməyiniz barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, əvvəl də eyni məzmunlu müraciətinizə Agentliyin 2021-ci il 02 avqust tarixli 22/xx/xx-2626 nömrəli məktubu ilə cavab verilmişdir. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yem subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına uyğun olaraq X6 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Bu Qaydanın 5.1.3-cü yarımbəndmə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X11 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirir. Qaydanın 5.2 4-cu yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 50 faizdən çox olduqda, carı il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 1000 hektar əkinlə bağlı bəyanınıza uyğun olaraq xx.xx.2021 tarixində subsidiya müraciəti formalaşmışdır. Bu tarixədək payızlıq əkinlərlə bağlı aqrotexniki işlərin yekunlaşmasına baxmayaraq tərəfinizdən əkin bəyanı EKTİS-də redaktə edilməmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixində yekunlaşmış monitorinq nəticəsinə tərəfinizdən EKTİS-də etiraz edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, subsidiya müraciətiniz monitorinq nəticələn nəzərə alınmaqla tamamlanmış və qanunvericiliyin aidiyyəti müddəalarına əsasən tədbir görülmüşdür. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən ərazidə aparılan əkinlərlə bağlı Cəmiyyətə 2020-2021 və 2021-2022-ci əkin dövrlərində əkin subsidiyası ödənilməsi nəzərdə tutulmur. Bununla əlaqədar tərəfinizə xx.xx.2021 və xx.xx.2021 tarixli məktublarla cavab verilmişdir. Nəzərə alınmasını xahiş edirik. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 1000 ha ehtiyat fond torpaq sahəsi Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamından çıxarışa və xx.xx.2017-ci il tarixli, 08 saylı icarə müqaviləsinə əsasən 49 illik icarə hüququ qeydiyyata alınmış, həmçinin həmin çıxarış daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamından çıxarışdan görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından əkinə yararlı 1000 ha torpaq sahəsi yemçiliyin inkişafı üçün 49 il müddətinə İddiaçı X3 icarəyə verilməsi və cəmiyyətlə bağlanmış torpaq icarə müqaviləsinin təsdiq olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, A № 273022 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamından çıxarışa və xx.xx.2017-ci il tarixli, 08 saylı icarə müqaviləsinə əsasən 1000 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 1000 ha torpaq sahəsinin İddiaçınə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi rayon Polis şöbəsinin Ağcabədi rayon X11 Mərkəzinin rəhbərinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 39 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 01 saylı və xx.xx.2021-ci il tarixli, 06 saylı məktublarla Ağcabədi RPŞ-yə müraciət edərək, Ağcabədi rayonu, Aran kəndi yaxınlığında İddiaçınə məxsus 1000 ha sahəsi payızlıq əkin üçün şumlanmışdır. Ağcabədi rayonunun müxtəlif kənd sakinləri mövcud pandemiya və ölkədə baş verən müharibə şəraitindən istifadə edərək 700 ha torpaq sahəsini zəbt edərək müxtəlif kənd təsərrüfatı bitkiləri əkib (buğda, arpa, pambıq, soğan və s.) Eyni zamanda boşqalan sahələrdən otlaq sahəsi kimi istifadə ediblər. İddiaçı cəmi 285 ha sahəyə taxıl əkə bilib. Ağcabədi rayon Polis İdarəsi tərəfindən həmin məktublarına baxılıb. Məktubda adları çəkilən vətəndaşlar Polis idarəsinə çağırılıb, izahatları alınıb və sahəyə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Nəticədə məlum olmuşdur ki, həqiqətən Aran kəndi yaxınlığında İddiaçı MMC-yə məxsus torpaq sahəsi müxtəlif kənd təsərrüfatı bitkiləri əkilib, arada boş qalan sahə otlaq kimi istifadə olunur. İş materiallarında olan 06 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından həmin materialda Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 04 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-nin (VÖEN:**********) rəhbərliyi Sizin nəzərinizə çatdırır ki, Ağcabədi rayonu Aran kəndinin yaxınlığında cəmiyyətimizin istifadəsində olan 1000 ha yararlı torpaq sahəsi mövcuddur. Biz rəsmi olaraq subsidiya almaq məqsədilə göndərdiyimiz elektron ərizədə səhvən 1000 ha əkin sahəsi bəyan etmişik. Məlumat üçün bildiririk ki, şirkət həqiqətən də 1000 ha əkin sahəsində buğda əkməyi planlaşdırırdı. Bunun üçün əkinə hazırlıq işlərinə də başlamışdı. Sahədə şumlama və malalama işləri yerinə yetirilirdi. Faktiki olaraq 285 ha sahədə şumlama, malalama və əkin işləri təmamilə yekunlaşmışdı. Lakin ərazi müharibə bölgəsinə yaxın məsafədə yerləşdiyindən həyat üçün təhlükə yarandığına görə işləri müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qaldıq. Vəziyyət normallaşandan sonra sahəyə baxış keçirərkən məlum oldu ki, bizə məxsus 425 ha torpaq sahəsi Ağcabədi rayon sakinləri tərəfindən qanunsuz olaraq zəbt olunmuş, taxıl və digər bitkilər əkilmişdir. Biz bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətinə və Ağcabədi Rayon Polis İdarəsinə tədbir görmələri üçün müraciət etmişik. Hal-hazırda araşdırmalar aparılır. Bildiririk ki, qalan sahənin əkinə yararlı hissəsində isə pambıq əkini üçün şumlama işləri aparılır. Sizdən xahiş edirik ki, yuxarıdakıları nəzərə alaraq, subsidiya üçün bəyan etdiyimiz 1000 ha torpaq sahəsini tərəfimizdən faktiki olaraq əkilmiş 285 ha ilə əvəz olunması barədə düzəliş edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22- 2/2-1328/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsindən İddiaçı MMC barədə daxil olmuş müraciətə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’na uyğun olaraq X6 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X11 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirir. İddiaçı Ağcabədi rayonu ərazisində icarəsində olan 1000 hektar torpaq sahəsi (Çıxarış nömrəsi - **********05 - **********) üzrə 2020-2021-ci əkin ilində bəyan etdiyi ərazidə X10 İnkişaf Mərkəzinin əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilən monitorinq zamanı 285 hektar əkin olduğu müəyyən olunmuş və Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbiəğiə (160,800 AZN) monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ (46,400 AZN) arasındakı fərq 50 faizdən çox olduğu üçün həmin il (2020-2021-ci əkin ili) və sonrakı il (2021-2022-ci əkin ili) ərzində müəssisəyə subsidiya ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçınə ünvanladığı xx.xx.2022-ci il tarixli, MHO/1.2.2-2-2022-1184 nömrəli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, əvvəl də eyni məzmunlu müraciətinizə Agentliyin 2021-ci il 02 avqust tarixli 22/xx/xx-2626 nömrəli məktubu ilə cavab verilmişdir. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” na uyğun olaraq X6 informasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTlS-ə daxil etməlidirlər. Bu Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X11 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirir. Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 50 faizdən çox olduqda, carı il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 1000 hektar əkinlə bağlı bəyanınıza uyğun olaraq xx.xx.2021 tarixində subsidiya müraciəti formalaşmışdır. Bu tarixədək payızlıq əkinlərlə bağlı aqrotexniki işlərin yekunlaşmasına baxmayaraq tərəfinizdən əkin bəyanı EKTİS-də redaktə edilməmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixində yekunlaşmış monitorinq nəticəsinə tərəfinizdən EKTİS-də etiraz edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, subsidiya müraciətiniz monitorinq nəticələri nəzərə alınmaqla tamamlanmış və qanunvericiliyin aidiyyəti müddəalarına əsasən tədbir görülmüşdür. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən ərazidə aparılan əkinlərlə bağlı Cəmiyyətə 2020-2021 və 2021-2022-ci əkin dövrlərində əkin subsidiyası ödənilməsi nəzərdə tutulmur. Bununla əlaqədar tərəfinizə xx.xx.2021 və xx.xx.2021 tarixli məktublarla cavab verilmişdir. Nəzərə alınmasını xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22- 2/2-1328/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli, yerində müşahidə hesabatından görünür ki, subsidiya bəyan edilmiş 1000 hektar torpaq sahəsinin 285 hektarında payızlıq bərk buğdanın əkilməsi müşahidə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22- 2/2-2017/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra - Agentlik) ünvanlanmış xx.xx.2021-ci il tarixli 04 nömrəli məktubun hansı qaydada qəbul edilməsi və tarixi haqqında müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, İddiaçı adıçəkilən məktubu Agentlik tərəfindən xx.xx.2021-ci il tarixində əlbəəl qəbul edilərək qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçınə ünvanladığı xx.xx.2022-ci il tarixli, MHO/1.2.2-2-2022-1184 nömrəli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, əvvəl də eyni məzmunlu müraciətinizə Agentliyin 2021-ci il 02 avqust tarixli 22/xx/xx-2626 nömrəli məktubu ilə cavab verilmişdir. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” na uyğun olaraq X6 informasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTlS-ə daxil etməlidirlər. Bu Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X11 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirir. Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 50 faizdən çox olduqda, carı il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 1000 hektar əkinlə bağlı bəyanınıza uyğun olaraq xx.xx.2021 tarixində subsidiya müraciəti formalaşmışdır. Bu tarixədək payızlıq əkinlərlə bağlı aqrotexniki işlərin yekunlaşmasına baxmayaraq tərəfinizdən əkin bəyanı EKTİS-də redaktə edilməmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixində yekunlaşmış monitorinq nəticəsinə tərəfinizdən EKTİS-də etiraz edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, subsidiya müraciətiniz monitorinq nəticələri nəzərə alınmaqla tamamlanmış və qanunvericiliyin aidiyyəti müddəalarına əsasən tədbir görülmüşdür. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən ərazidə aparılan əkinlərlə bağlı Cəmiyyətə 2020-2021 və 2021-2022-ci əkin dövrlərində əkin subsidiyası ödənilməsi nəzərdə tutulmur. Bununla əlaqədar tərəfinizə xx.xx.2021 və xx.xx.2021 tarixli məktublarla cavab verilmişdir. Nəzərə alınmasını xahiş edirik. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Maqro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən subsidiyaya bəyan edilmiş torpaq sahəsinin 1000 hektarında deyil 285 hektarında payızlıq bərk buğdanın əkilməsinə səbəb ərazi müharibə bölgəsinə yaxın məsafədə yerləşdiyindən həyat üçün təhlükə yarandığına görə əkin işlərini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalmışdırlar. Vəziyyət normallaşandan sonra sahəyə baxış keçirilərkən məlum olmuşdur ki, onlara məxsus 425 ha torpaq sahəsi Ağcabədi rayon sakinləri tərəfindən qanunsuz olaraq zəbt olunmuş, taxıl və digər bitkilər əkilmişdir. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətinə və Ağcabədi Rayon Polis İdarəsinə tədbir görmələri üçün müraciətlər edilmiş, cavabdehə subsidiya üçün bəyan etdiyi 1000 ha torpaq sahəsini tərəfimizdən faktiki olaraq əkilmiş 285 ha ilə əvəz olunması barədə düzəliş edilməsi üçün xx.xx.2021-ci il tarixli, 04 nömrəli məktub ünvanlanmış, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə monitorinq keçirilmişdir. Həmçinin məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-22-2/2-2017/2023 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra - Agentlik) ünvanlanmış xx.xx.2021-ci il tarixli 04 nömrəli məktubun hansı qaydada qəbul edilməsi və tarixi haqqında müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, İddiaçı adıçəkilən məktubu Agentlik tərəfindən xx.xx.2021-ci il tarixində əlbəəl qəbul edilərək qeydiyyata alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı öz iradəsindən aslı olmayaraq 1000 ha torpaq sahəsində əkin işlərini həyata keçirə bilməmiş, bəyannamədə göstərilən 1000 ha torpaq sahəsinə dəyişiklik edilərək 285 ha torpaq sahəsində əkin işlərinin aparılması ilə bağlı xx.xx.2021-ci il tarixində cavabdeh inzibati orqana məlumat vermiş, məhz bundan sonra cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə monitorinq keçirilmişdir. İddiaçının ərizəsində göstərilən 285 ha torpaq sahəsində əkin işlərinin aparılması cavabdeh tərəfindən müəyyən olunmuşdur. Mehkəmə hesab edir ki, iddiaçı özü cavabdeh təşkilata 1000 ha torpaq sahəsində yox, 285 ha torpaq sahəsində əkin işlərinin aparılmasını bildirmiş, cavabeh inzibati montorinq keçirilməsini özünün təşəbbüsü ilə həyata keçirib uyğunsuzluğu müəyyən etməmişdir. İş materialları ilə tam sübuta yetirilir ki, İddiaçı X4 özünün iradəsindən aslı olmayaraq əkinə hazır etdiyi 1000 ha torpaq səhindən 285 ha torpaq sahəsində əkin işləri aparmış, cavabdeh orqan özünün təşəbbüsu ilə monitorinq keçirmədən, məhs iddiaçının ərizəsi əsasında mübahisəli torpaq sahəsinə baxış keçirdiyi zaman uyğunsuzluğu aşkar etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh inbzibati oraqndan 1000 ha torpaq sahəsi üçün deyil, hansı ki, əkin işlərini həyata keçirmiş olduğu 285 ha torpaq sahəsi üçün subsidiya tələb etmişdir. Belə olan halda sahibkarlıq sübuyekti olan iddiaçının özünün birbaşa təqsiri olmadan subsidiya ödənişindən məhrum olaması onun sahibkarlıq subyekti kimi hüquqi maraqlarına ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X11 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin X11 mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən "Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X11 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə görə subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır. Həmin Qanunun 5.1.1-ci maddəsinə görə çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; Həmin Qanunun 5.1.2-ci maddəsinə görə yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; Həmin Qanunun 5.1.3-cü maddəsinə görə yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. Həmin Qanunun 5.2-ci maddəsinə görə bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir: 5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir; 5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır; 5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir; 5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. 5.5. Fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2–5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. 5.6. Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edir. 5.7. Agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edir. Həmin Qanunun 15.1 -ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh orqanın imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçınə ödənilməli olan 2020-2021-ci ilin əkin mövsümü üçün 45600 manat, 2021-2022-ci ilin əkin mövsümü üçün 162750 manat subsidiya məbləğlərinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçınə ödənilməli olan 2020-2021-ci ilin əkin mövsümü üçün 45600 manat, 2021-2022-ci ilin əkin mövsümü üçün 162750 manat subsidiya məbləğlərinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar