Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1085/2024 10.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmənin iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “05 iyul 2021-ci ildə təkrar yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı qəbul edilən **********230600 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “05 iyul 2021-ci ildə təkrar yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı qəbul edilən **********230600 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1067/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-120/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********950100 qərarın ləğv edilməsi» barədə iddia tələbi təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-120/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-191/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-120/2022 nömrəli dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-191/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-394/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-191/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)- 242/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-120/2022 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3661/2024 nömrəli qərardadı ilə iddia tələbinə “05 iyul 2021-ci ildə təkrar yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı qəbul edilən **********230600 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1085/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə xx.xx.2024-cü il tarixli, 9/3828 nömrəli ekspert rəyi verilərək, inzibati iş məhkəməyə geri qaytarılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 17 fevral 2021-ci il tarixində 6 sayli Ərazi Vergilər Baş İdarəsi tərəfindən keçirilmiş kameral vergi yoxlaması zamanı onun onlayn kargüzarlıq unvanına gödərilmiş **********1303400 nömrəli məktuba əsasən 08 aprel 2021-ci il tarixdə **********950100 nömrəli qərar qəbul olunmuşdur. 2021-ci il yanvar ayı üzrə ona 14822.68 manat vergi hesblanmışdır. 09 aprel 2021-ci il tarixində **********607100 nömrəli qərara əsasən 6 sayli Vergilər Baş İdarəsi 9497.12 manat məbləğdə vergi, 417.87 manat faiz hesablanmış və onun ƏDV sub-uçot hesabım dondurulmuşdur. Yanlış məlumatlar əsasında qəbul olunmuş qərarları aşağıdakı səbəbdən əsassız hesab edir. Yuxarıda göstərilən qərarlar 6 sayli Ərazi Vergilər Baş İdarəsi tərəfindən 17 fevral 2021-ci il tarixində keçirilmiş kameral vergi yoxlaması **********303400 nömrəli məktub əsasında qəbul olunmuşdur. Məktubun 1-ci bəndində qeyd olunub ki, EBAV seriyalı 901714 nömrəli elektron qaimə-fakturası üzrə 255.54 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: EBAV seriyalı 901714 nömərli elektron qaimə-fakturası üzrə əsas məbləğ 1993.82 manat, ƏDV məbləği 358.88 manat olmuşdur. xx.xx.2020-ci il tarixli Kapital bankın 607 nömrəli ödəniş tapşırığına əsasən 255.54 manat yox, 358.88 manat ödənilmişdir. Məktubun 2-ci bəndində qeyd olunmuşdur ki, EBAT seriyali 915621 nömrəli elektron qaimə-fakturası üzrə 215.46 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: EBAT seriyali 915621 nömrəli elektron qaimə-fakturasi üzrə əsas məbləğ 1771.17 manat, ƏDV məbləği 318.80 manat olmuşdur. xx.xx.2020-ci il tarixli Kapital Bankın 559 nömrəli ödəniş tapşırığına əsasən 215.46 manat ƏDV yox 318.80 manat ƏDV məbləği ödənilmişdir. Məktubun 3-cü bəndində qeyd olunur ki, EBAQ seriyalı 884232 nömrəli elektron qaimə-fakturası üzrə 61.30 manat ƏDV məbləği ödənilməmişdir. Məlumat yanlışdır: Qeyd edir ki, EBAQ seriyali 884232 nömrəli elektron qaimə-fakturası üzrə əsas məbləğ 914.73 manat, ƏDV məbləği 164.65 manat olmuşdur. xx.xx.2021-ci il tarixli Kapital bankın 607 nömrəli ödəniş tapşırığına əsasən 61.30 manat ƏDV məbləği yox,164.65 manat ödənilmişdir. Məktubun 4-cu bəndində qeyd olunur ki, komeral vergi yoxlamasında ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsində dövr ərzində daxil olmuş avans məbləğlərinin cəmi 169488.32 manat göstərilib. Qərarda göstərilən rəqəm yanlışdır. Ancaq faktiki olaraq yanvar 2021-ci il tarixi üzrə kapital bankda olan hesab dövriyyə sənədlərində daxil olan avans məbləğlərinin cəmi 84.940.72 manat olmuşdur. **********1303400 nömrəli məktuba 17 fevral 2021-ci il tarixində onun tərəfindən cavab yazılmışdır. Ancaq məsələ öz həllini tapmamışdır. Hər ay onun Kapital bankda olan hesab dövriyyə sənədləri, onlayn vergi kassa aparatının dövriyyə sənədləri və həmin dövr üçün ödənilən və əvəzləşdiriliən elektron qaimə-fakturalar 6 sayli Ərazi Vergilər Baş İdarəsinin öhdəsində olmasına baxmayaraq, yenə də yanlış məlumatlar əsasında qərarlar qəbul etmişdir. Bundan sonra iddiası Şirvan İnzibati Məhkəməsi tərəfindən təmin edilmiş və daha sonra Şirvan Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə qalsa da, Ali Məhkəmə tərəfindən mahiyyəti üzrə cavabdeh inzibati orqanın yeni 05 iyul 2021-ci il tarixli qərarının qəbul edilməsi olmuşdur.Hesab edir ki, məhkəmə çəkişməsi zamanı cavabdehin əsassız olaraq əvvəlki qərarını ləğv edərək yenidən qərar qəbul etməsi məhkəməyə və hakimlərə qarşı böyük hörmətsizlik kimi qiymətləndirilməlidir.Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, borclu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2021-ci ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə yaranmış təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAW seriyalı 324399 nömrəli elektron qaimə-fakturası (VHF- si) üzrə "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********)-a 61.29 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaiməfakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAT seriyalı 915621 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********)-a 306.75 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAV seriyalı 901714 nömrəli elektron qaimə-fakturası (VHF- si) üzrə "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********)-a 201.79 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Elektron uyğunsuzluqlara və kameral vergi yoxlaması aparıldıqdan sonra vergi ödəyicisi yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə 87.017.53 manat dövriyyə məbləği azaldılmaqla debitor saxlanılmış, lakin vergi ödəyicisi tərəfindən azalmaya əsas verən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün həmin dövriyyə məbləği yenidən vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********674300 nömrəli bildiriş göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdiirlmiş gəlir vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə 2021-ci il yanvar ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 16210.74 manat ƏDV hesablanmış və xx.xx.2021-ci il tarixli **********230600 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə lazımi qaydada xəbərdar edilmişdir.Məhkəmə iclasında ididaçı iştirak edir. Lakin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 08 aprel 2021-ci il tarixli, **********950100 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 14.822,68 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 14.822,68 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********607100 nömrəli qərardan görünür ki, İddiaçı VÖEN ********** ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********664300 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (bundan sonra iddiaçı) 6 saylı Ərazi Vergilər Baş idarəsinə (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********950100 nömrəli və xx.xx.2021-ci il tarixli **********607100 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi əsassızdır. İddia ərizəsində əks olunan iddia tələbinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik. Öncəliklə məlumat üçün bildiririk ki, borclu vergi ödəyicisi İddiaçı (VÖEN:**********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisi tərəfindən tərəfindən 2021-ci ilin yanvar ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin kameral vergi yoxlaması zamanı təqdim etdiyiniz bəyannamənin 301-ci “ƏDV”-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin təqdim edilmiş mal, iç və xidmətlərin dəyəri (82593 38 manat) ile 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin (122 59 manat) fərqi (82470.79 manat) və 307.1-ci ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (87017.53 manat), bəyannamənin 3 nömrəli Əlavəsinin 301.1.1.8, 301. 1.2.7 sətirləri üzrə dövr ərzində daxil olmuş avans məbləğlərinin (0.00 manat) cəmi 169488.32 manat (82470.79*87017.53) olmasına baxmayaraq, 301-ci “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətri üzrə daxil olmuş məbləğin 87140.12 manat göstərilməsi nəticəsində 82348.20 manat kənarlaşma müəyyən məzmunlu elektron uyğunsuzluq üzrə kənarlaşma aşkar edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********303400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq heç bir izahat, dəqiqləşdirilmiş bəyannamələr və ya təsdiqedici sənədlər təqdim edilmədiyindən 2021-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə kameral qaydada 14822.68 manat (82348.20*18%) əlavə vergi məbləği hesablanmış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********950100 nömrəli “Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********303400 nömrəli uyğunsuzluq məktubunun 1-3-cü bəndlərində əks olunmuş əvəzləşdirilmə ilə bağlı uyğunsuzluqlar səhv uyğunsuzluq kimi qiymətləndirilmiş, təqdim edilmiş bəyannamənin kameral vergi yoxlaması zamanı qeyd olunan uyğunsuzlulaqlar üzrə heç bir əlavə vergi məbləğinin hesablanması aparılmamış və kameral vergi yoxlaması zamanı qanunamüvafiq qaydada nəzərə alınmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, “vergi yoxlamasında ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsində dövr ərzində daxil olmuş avans məbləğinin cəmi 169488.32 manat göstərilib. Qərarda göstərilən məbləğ yanlışdır. Qeyd olunan dəlillə bağlı öncəliklə bildiririk ki, müvafiq uyğunsuzluq məktubunda avans məbləğləri 0.00 göstərilmişdir. Həmin uyğunsuzluq məktubunda ifadə olunan 169488.32 manat məbləğ (82470.79*87017.53) iddiaçının özü tərəfindən təqdim etdiyi bəyannamədə könüllü göstərildiyi malların təqdim edilməsindən və silinən debitor borcundan ibarət olan rəqəmdir. İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********739600 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (bundan sonra iddiaçı) 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********950100 nömrəli və xx.xx.2021-ci il tarixli **********607100 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan inzibati mübahisə üzrə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə ekspertizanın təyin olunması haqqında qərardad qəbul edilmiş və iş üzrə məhkəmə-mühasibat ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibat ekspertizası üzrə 26 noyabr 2021-ci il tarixli, 9/6707 nömrəli (Böyük ekspert: Rövşən Cəlilov) rəy verilmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, 26 noyabr 2021-ci il tarixli, 9/6707 nömrəli ekspert rəyi əsassız və qanunsuzdur: Belə ki, ekspert rəyində qeyd edir ki, “Təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, ƏDV-nin sub-uçot hesabları, elektron qaimə fakturalar və s.) əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə 82,348.20 manat dəyərində elektron qaimə-fakturanın yazılmaması və bank hesablarına 82,348.20 manat vəsaitin daxil olmaması müəyyən olunur. Belə ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, elektron qaimə fakturalar və s.) əsasən İddiaçı tərəfindən 87140.12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsaiti daxil olmuşdur. Yəni xx.xx.2021-ci il tarixli **********950100 nömrəli qərarla vergi ödəyicisinə 2021-ci ilin yanvar ayı üzrə hesablanmış 14822.68 manat vəsait İddiaçı ƏDV sub-uçot hesabına daxil olmamışdır”. Öncəliklə bildirməyi zəruri hesab edirik ki, ekspertin rəyin nəticə hissəsində qeyd etdiyi İddiaçı tərəfindən 87140.12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsaiti daxil olması barədə fikir irəli sürməsi qeyri-müəyyəndir və aydın deyildir. Belə ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin yanvar ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin kameral vergi yoxlaması zamanı "Təqdim etdiyiniz bəyannamənin 301-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (82593.38 manat) ilə 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin (122.59 manat) fərqi (82470.79 manat) və 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (87017.53 manat), bəyannamənin 3 nömrəli Əlavəsinin 301.1.1.8, 301.1.2.7 sətirləri üzrə dövr ərzində daxil olmuş avans məbləğlərinin (0.00 manat) cəmi 169488.32 manat (82470.79+87017.53) olmasına baxmayaraq, 301-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətri üzrə daxil olmuş məbləğin 87140.12 manat göstərilməsi nəticəsində 82348.20 manat kənarlaşma müəyyən edilmişdir məzmunlu elektron uyğunsuzluq üzrə kənarlaşma aşkar edilmişdir. Göründüyü kimi 2021-ci ilin yanvar ayı üçün iddiaçının özü tərəfindən təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində könüllü göstərdiyi malların təqdim edilməsindən və silinən debitor borcundan ibarət olan rəqəmlərdir. Belə ki, ekspertin rəyində qeyd olunan 84940,72 manat məbləğində pul vəsaitinin daxil olması bəyannamədə öz əksini tapmamışdır. Beləliklə qeyd etməyi zəruri hesab edirik ki, ekspert rəyinin əsaslandırıcı hissəsi bir neçə vərəqədən ibarət olsa da məhkəmə tərəfindən qoyulan sualları əks etdirməklə əksər abzaslar tam təkrar cümlələrdən təşkil edilmişdir. Yəni ekspertin rəyində qeyd olunan 84940,72 manat məbləğində pul vəsaitinin daxil olmasının hansı sənədlərdə və bəyannamənin hansı göstəricilərində öz əksini tapması qeyri-müəyyən olaraq qalır və bu hal ekspert rəyinin “ətraflı şəkildə həyata keçirilən tədqiqata” söykənmədiyi qənaətinə gəlməyə əsas verir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Həmin qanunun 13-cü maddəsinə əsasən: Təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 2-1(120)-1067/2021 saylı inzibati mübahisə üzrə 26 noyabr 2021-ci il tarixli, 9/6707 nömrəli ekspert rəyinin əsassız və qanunsuz olduğu üçün qeyrimötəbər sübut kimi qiymətləndirilməsi barədə qərar qəbul edəsiniz. İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı etirazında qeyd etmişdir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Şirvan İnzibati Məhkəməsinə "Materialların təqdim edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********248000 nömrəli məktubda qeyd edir ki, Vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********674300 nömrəli bildiriş (uyğunsuzluq məktubu) göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilimiş ƏDV bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim etmədiyinə görə 2021-ci il Yanvar ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 16210.74 manat ƏDV hesablanmış və xx.xx.2021-ci il tarixli **********230600 nömrəli qərar göndərilmişdir. Buna cavab olaraq bildirir ki, **********674300 nömrəli uyğunsuzluq məktubunun 3 bəndi də düzluyu və dəqiqliyi əks etdirməmişdir. Uyğunsuzluq məktubunun 1-ci bəndində göstərilir ki, EBAW 324399 nömrəli elektron qaimə fakturasi üzrə 61.29 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturasi üzrə əvəzləşdirmə aparıla bilməz. Məlumat yalandır. Bildirir ki, Kapital bankın 607 nömrəli ödəniş tapşırığına əsasən EBAW 324399 nömrəli elektron qaimə fakturasina üzrə 61.29 manat ƏDV məbləği yox, 73.35 manat ödənilmişdir. Uyğunsuzluq məktubunun 2-ci bəndində göstərilir ki, E BAT 915621 nömrəli elektron qaimə-fakturası üzrə 306.75 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə fakturasi üzrə əvəzləşdirmə aparıla bilməz. Məlumat yalandır. Kapital bankın 559 nömrəli ödəniş tapşiriğina əsasən 306.75 manat ƏDV məbləği yox, 318.81 manat ödənilmişdir. Uyğunsuzluq məktubunun 3-cü bəndində göstərilir ki, EBAV 901714 nömrəli elektron qaimə-fakturasi üzrə 201.79 manat ƏDV məbləği ödənilmədiyi üçün əvəzləşdirmə aparıla bilməz. Məlumat yalandır. Kaptal bankın 607 ödəniş tapşırığına əsasən 201.79 manat ƏDV məbləği yox 358.89 manat ödənilmişdir. Vergi orqanı xx.xx.2021-ci il tarixdə **********456600 nömrəli 8 nömrəli əlavə ilə daha bir uyğunsuzluq məktubu göndərmişdir. Uğunuzluq məktubunun 1 bəndi təkrar göndərilmişdir. Uyğunsuzluq məktubunun 2-ci bəndində göstərilir ki, EBAW 324399 nömrəli elektron qaimə-fakturası üzrə 12.06 manat ƏDV məbləği ödənilmədiyi üçün əvəzləşmə aparıla bilməz. Məlumat yalandır. Kapital bankın 607 nömrəli ödəniş tapşırığina əsasən 12.06 manat ƏDV məbləği yox, 73.35 manat ödənilmişdir. Uyğunsuzluq məktubunun 3 və 4-cü bəndlərində göstərilən 65.40 və 79.67 manat ƏDV məbləğləri Kapital bankın 559 nömrəli ödəniş tapşırığına əsasən ödənilmişdir. 6 sayli Ərazi Vergilər Baş İdarəsi xx.xx.2024-cu il tarixində Şirvan İnzibati Məhkəməsinə "Məlumatın təqdim edilməsi haqqında" **********838600 nömrəli məktub təqdim etmişdir. Vergi idarəsi guya xx.xx.2021-cu il tarixli **********230600 nömrəli qərarın qəbul olunmasına əsas verən tamamilə yalan və düzgün olmayan məlumatlar təqdim etmişdir. Məhkəmə mühasibat ekspertizası da məktuba əlavə olunmuş yanvar 2021 ƏDV bəyannaməsinə baxdıqda aydın olur ki, bəyannamə onun vergi orqanına təqdim etdiyi bəyannamə deyil. Bəyannamə vergi orqanının ona cərimə yazmaq üçün bəyannaməyə müdaxilə olunaraq dəyişiklik olunmuş bəyannamədir. Bəyannamənin növü sətirinə baxdıqda Dəqiqləşdirilmiş (Kameral vergi yoxlaması) yazılmışdır. Ancaq vergi ödəyicisi bəyannaməni 1-ci dəfə təqdim etdikdə "Cari", növbəti dəfə təqdim etdikə isə "Dəqiqləşdirilmiş" kimi yazılır. Yanvar 2021 dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üçün əvəzləşdirilmiş 87139.13 manat elektron qaimə-fakturaların siyahısını məktuba əlavə edir. Məhkəmə-mühasibat ekstpertiziyasının xx.xx.2021-ci il tarixli 9/6707 nömrəli rəyi də bu rəqəmi təsdiq edir. ƏDV bəyannamənin 3 nömrəli əlavəsinə baxdıqda "Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)" sutununda da dəyişiklik edilib. 82593.38 manat silinərək 169488.32 manat yazıbmışdır. Məktuba əlavə olunan elektron qaimə-fakturalara baxdıqda isə vergi orqanının nə qədər məsuliyyətsiz və qeyri dəqiq olduğu qabarıq şəkildə üzə çıxır. Vergi orqanının kütləvi və səliqəsiz formada təqdim etdiyi elektron qaimə-fakturaların çoxu 2020-ci ilin oktyabr, noyabr, dekabr ƏDV bəyannamələri üçün əvəzləşdirilmişdir. Buna subut olaraq Vergi orqanının kütləvi şəkildə göndərdiyi və xx.xx.2024-cü il tarixdə elektron məhkəmə isteminə daxil edilmiş 38 səhifədən ibarət elektron qaimə-fakturaların əksəriyyətini cədvəl formasında məktuba əlavə edir. 6 saylı Ərazi Vergilər Baş İdarəsi Şirvan İnzibati Məhkəməsinə təqdim etdiyi bu cur yalan və qeyri-dəqiq məlumatlar səbəbindən artıq 3 ilə yaxındır ki, məhkəmənin müddətinin uzadılmasına nail olmuşdur. Marağlıdır, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Şirvan İnzibati Məhkəməsinə təqdim etdiyi yalan, qərəzli, qeyri-dəqiq məlumatların təqdim edilməsinin arxasında kimlər dayanır və məqsədləri nədir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Yanvar 2021- ƏDV bəyannaməsi ilə bağlı qəbul etdiyi qərarların düzgün olmaması ilə bağlı məhkəmə-mühasibat ekstpertiziyasının xx.xx.2021-ci il tarixli 9/6707 nömrəli rəyinin olmasına, həmin dövr üzrə məhkəməyə təqdim etiyim bank dövriyyə sənədlərində, və vergi orqanında olan şəxi hesab vərəqəsində əlavə vəsaitlərin daxil olmamasına baxmayaraq, Şirvan İnzibatı Məhkəməsinin nəyə görə qərar qəbul etməkdə çətinlik çəkdiyini də başa düşə bilmirəm. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 iyul 2021-ci ildə Yanvar 2021-ci il ƏDV bəyannaməsi ilə bağlı qəbul etdiyi **********230600 nömrəli qərarın ləğv olunmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2021-ci il tarixli, 9/6707 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, ƏDVnin sub-uçot hesabları elektron-fakturalar və s.) əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə 82,348.20 manat dəyərində elektron qaimə fakturanın yazılmaması və bank hesablarına 82,348.20 manat vəsaitin daxil olmaması müəyyən olunur. Belə ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, elektron qaimə fakturalar və s.) əsasən İddiaçı tərəfindən 87140,12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsaiti daxil olmuşdur. Yəni “xx.xx.2021-ci il tarixli, **********950100 nömrəli qərarla vergi ödəyicisinə 2021-ci ilin yanvar ayı üzrə hesablanmış 14822,68 manat məbləğində ƏDV üzrə borc məbləği müəyyən olunmur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, ƏDV-nin sub-uçot hesabına 82,348.20 manat məbləğin 18 faizi yəni 14,822.68 manat vəsait İddiaçı ƏDV sub-uçot hesabına daxil olmamışdır. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı fəaliyyəti üzrə aparılmış kameral vergi yoxlamasının nəticələrinə görə qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında xx.xx.2021-ci il tarixli, **********950100 nömrəli qərara əsasən müəyyən edilmiş vergi məbləğinin düzgünlüyü müəyyən edilmir”. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqında hesablanması barədə 05 iyul 2021-ci il tarixli, **********230600 nömrəli qərarından görünür ki, təkrar yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı cavabdeh tərəfindən qərar qəbul edilmiş və 2021-ci il yanvar ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 16210.74 manat ƏDV hesablanmışdır. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubda qeyd edilmişdir ki, 17 fevral 2021-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********303400 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən 17 fevral 2021 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAV seriyalı 901714 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (********** )-a 255.54 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2316. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAT seriyalı 915621 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (**********)-a 215.46 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2316. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAQ seriyalı 884232 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (********** )-a 61.30 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla Himəz. **********2317. Təqdim etdiyiniz bəyannamənin 301-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (82593.38 manat) ilə 307.1 -ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin ( 122.59 manat) fərqi ( 82470.79 manat) və 307.1 -ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (87017.53 manat), bəyannamənin 3 nömrəli Əlavəsinin 301.1.1.8, 301.1.2.7 sətirləri üzrə dövr ərzində daxil olmuş avans məbləğlərinin (0.00 manat) cəmi 169488.32 manat olmasına baxmayaraq 301-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətri üzrə daxil olmuş məbləğin 87140.12 manat göstərilməsi nəticəsində 82348.20 manat kənarlaşma müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün Sərəncamın sürəti, həmin dövr üçün dəqiqləşdirilmiş bəyannaməsi və Həmin dövr üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi təqdim etməyi tələb olunmuşdur. İddiaçı cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 10 fevral 2021-ci il tarixində göndərdiyiniz **********53400 nömrəli kameral vergi yoxlaması məktubunda qeyd edilmişdir ki, EBAV 901714 EBAT 915621 EBAQ 88432 nömrəli elektron qaimə-fakturası üzrə ƏDV məbləğləri ödənilməyib.Bildirmək istəyirəm ki, xx.xx.2020-ci il tarixində Kapital Bankın 559 nömrəli ödəniş tapşırığında EBAT 915621 nömrəli elektron qaimə-fakturası üzrə 318.81 AZN Ədv məbləği ödənilmişdir. xx.xx.2021-ci il tarixində Kapital Bankın 607 nömrəli ödəniş tapşırığında isə EBAQ 884232 EBAV 901714 nömrəli elektron qaimə-fakturalarına əsasən 164.66 AZN və 358.89 AZN ƏDV məbləği ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 9/3828 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, ƏDVnin sub-uçot hesabları, elektron qaimə fakturalar və s.) əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə 90059,66 manat dəyərində elektron qaimə-fakturanın yazılmaması və bank hesablarına 90059,66 manat vəsaitin daxil olmaması müəyyən olunur. Belə ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, elektron qaimə fakturalar və s.) əsasən İddiaçı tərəfindən 87140,12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsaiti daxil olmuşdur. Yəni “xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərarla vergi ödəyicisinə 2021-ci ilin yanvar ayı üzrə hesablanmış 16210.74 manat məbləğində ƏDV üzrə borc məbləği müəyyən olunmur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, ƏDV- nin sub-uçot hesabına 90059.66 manat məbləğin 18 faizi yəni 16210.74 manat vəsait İddiaçı ƏDV sub-uçot hesabına daxil olmamışdır. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında idxal-ixrac əməliyyatları, müqavilələr öz əksini tapmamışdır. Eyni zamanda bildirilir ki, iş materiallarında öz əksini tapan iddiaçıya məxsus bank hesabları, ƏDV-nin subuçot hesabları, mühasibat sənədləri və digər sənədlərdə (məlumatlarda) ƏDV (debitor borclar üzrə) bəyannaməsində göstərilən 87.017.53 manat məbləğini müəyyən etmək mümkün olmadı. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi 05 iyul 2021-ci ildə təkrar Yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı qəbul edilən **********230600 nömrəli qərarına əsasən hesablanmış 16210.74 manat cərimə ilə bağlı bildirilir ki, qeyd edilən cərimə məbləği deyil, vergi orqanı tərəfindən hesablanmış ƏDV məbləğidir. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı fəaliyyəti üzrə aparılmış kameral vergi yoxlamasının nəticələrinə görə qəbul edilmiş «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» haqqında xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərara əsasən müəyyən edilmiş vergi məbləğinin düzgünlüyü müəyyən edilmir. Tətbiq olunan hüquq normaları: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan etirazda göstərilən dəlillərə uyğun “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərarın qəbul edilməsində və vergi borcunun hesablanmasında haqlı olmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 9/3828 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, ƏDVnin sub-uçot hesabları, elektron qaimə fakturalar və s.) əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə 90059,66 manat dəyərində elektron qaimə-fakturanın yazılmaması və bank hesablarına 90059,66 manat vəsaitin daxil olmaması müəyyən olunur. Belə ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (iddiaçıya məxsus bank hesabları, elektron qaimə fakturalar və s.) əsasən İddiaçı tərəfindən 87140,12 manat məbləğində mal alınmış və onun bank hesabına ümumilikdə 84940,72 manat məbləğində pul vəsiti daxil olmuşdur. Yəni “xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərarla vergi ödəyicisinə 2021-ci ilin yanvar ayı üzrə hesablanmış 16210.74 manat məbləğində ƏDV üzrə borc məbləği müəyyən olunmur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, ƏDV- nin sub-uçot hesabına 90059.66 manat məbləğin 18 faizi yəni 16210.74 manat vəsait İddiaçı ƏDV sub-uçot hesabına daxil olmamışdır. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında idxal-ixrac əməliyyatları, müqavilələr öz əksini tapmamışdır. Eyni zamanda bildirilir ki, iş materiallarında öz əksini tapan iddiaçıya məxsus bank hesabları, ƏDV-nin subuçot hesabları, mühasibat sənədləri və digər sənədlərdə (məlumatlarda) ƏDV (debitor borclar üzrə) bəyannaməsində göstərilən 87.017.53 manat məbləğini müəyyən etmək mümkün olmadı. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi 05 iyul 2021-ci ildə təkrar Yanvar 2021-ci il ƏDV bəyənnaməsi ilə bağlı qəbul edilən **********230600 nömrəli qərarına əsasən hesablanmış 16210.74 manat cərimə ilə bağlı bildirilir ki, qeyd edilən cərimə məbləği deyil, vergi orqanı tərəfindən hesablanmış ƏDV məbləğidir. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı fəaliyyəti üzrə aparılmış kameral vergi yoxlamasının nəticələrinə görə qəbul edilmiş «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» haqqında xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərara əsasən müəyyən edilmiş vergi məbləğinin düzgünlüyü müəyyən edilmir. Məhkəmə hazırkı işlə bağlı təqdim edilmiş ekspert rəyini yuxarıda qeyd edilən hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından mötəbər sübut kimi qiymətləndirir. Və ekspert rəyinin əksini təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərar (inizbati akt) ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərarı ləğv edilməlidir və iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 200 (iki yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti cavabdehə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyəri 200 (iki yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında xx.xx.2021-ci il tarixli, **********230600 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1085/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1085/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver