Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1086/2021 14.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" MMC-nin və Svita” MMC-nin hüquqi ünvanlarının mülkiyyətində olan ünvan 1ndən götürülməsi, "xxxx" MMC ilə əlaqədar təsisçi və direktor səlahiyyətlərinə xitam verilməsi, vergi orqanının qanunsuzluğu ilə əlaqədar 5.000 manat cavabdehdən alınaraq ödənilməsi tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin və Svita” MMC-nin hüquqi ünvanlarının mülkiyyətində olan ünvan 1ndən götürülməsi, "xxxx" MMC ilə əlaqədar təsisçi və direktor səlahiyyətlərinə xitam verilməsi, vergi orqanının qanunsuzluğu ilə əlaqədar 5.000 manat cavabdehdən alınaraq ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi 14.09.2021-ci il tarixə saat 16:30-a məhkəməyə dəvət edilmişlər. Məhkəmənin 14.07.2021-ci il tarixə saat 10:30-a və 14.09.2021-ci il tarixə saat 16:30-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək İddiaçı həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun poçt xəbərnaməsinə 27.05.2021-ci il tarixdə və 22.07.2021-ci il tarixdə imza edərək qəbul edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" MMC-nin və Svita” MMC-nin hüquqi ünvanlarının mülkiyyətində olan ünvan 1ndən götürülməsi, "xxxx" MMC ilə əlaqədar təsisçi və direktor səlahiyyətlərinə xitam verilməsi, vergi orqanının qanunsuzluğu ilə əlaqədar 5.000 manat cavabdehdən alınaraq ödənilməsi tələbinə dair iddiası geri götürülmüş hesab edilsin.
2. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun.
3. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim Orxan İsmayılov