Məhkəmə qərarları › İş №2-1(120)-1086/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1086/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1086/2022 21.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlərCavabdehnə, üçüncü şəxslər X2, Cəlilabad rayon 1 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair işə Masallı şəhərində, Masallı Kompleks məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdehnə, X2, üçüncü şəxslər Cəlilabad rayon 1 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdehnə, X2, üçüncü şəxslər Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad 8 saylı ərazi idarəsinə qarşı istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi bаrədə iddia ərizəsi üzrə X3 cavabdehlər siyahısından çıxarılaraq iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə Cavabdeh, üçüncü şəxslər Cəlilabad rayon 1 saylı Notariat Ofisinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad 8 saylı ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehnə iddia ərizəsi üzrə münasibət bildirilməsi üçün dəfələrlə məktub göndərilmiş, lakin Cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 iddiaya etiraz edərək, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsini aldığını bildirmiş və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. - İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-300/2021 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən və onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və ona qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı **********13 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X1 Cəlilabad rayonu Uzuntəpə kəndində mülkiyyətinə verilmiş 0,12 ha (30m*40 m ölçüdə) həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və X2 qaytarılması qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2631/2021 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2631/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-300/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilmiş, kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra qanuni qüvvəyə minmişdir. - İşdə olan AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, Cavabdeh tərəfindən X2 Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi 600 manata satmışdır. - İşdə olan ƏMDX yanında xx.xx.2017-ci il tarixli, **********13 reyestr nömrəli çıxarışa əsasən, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi X1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Əvvələn, Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Əvvələn, Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkün-lü-yü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərlən-dirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı hazırki iddia tələbi ilə 0.12 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə bələdiyyələrin qərarını və bələdiyyə ilə arasında bağlanmış müqavilənin surətin məhkəməyə təqdim edə bilməmişdir.Keçirilmiş məhkəmə iclaslarında iddiaçının "xxxx" adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin 1998-ci ildə ona satılmış cücə damı binası və torpaq sahəsinin qərarından başqa sənədinin olmadığını bildirmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olanmüəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçünAzərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi vəfiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin)keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılmaməqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinəuyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.9-cu maddəsində qeyd edilmişdir ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilətəsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması vərazılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən ərazininplanlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndindəgöstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağevlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayışməhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraqərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaqsahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdiyaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədiləhərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə vətorpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüz-lüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Hazırki işin faktiki hallarından məlum olur ki, Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Mübahisə predmetini təşkil edən müqavilə ilə Bələdiyyə tərəfindən X2 0,12 ha torpaq sahəsi satılmışdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, əqdin əlamətləri onu inzibati aktlardan fərqləndirməyə imkan verir. Onların hər ikisi də hüquqi akt kateqoriyasına aid edilir. Belə ki, həm əqdlər, həm də inzibati aktlar hüquqi akt hesab edilir. İnzibati aktlar dedikdə, müəyyən hüquqi nəticələr yaradan hakimiyyət tədbiri başa düşülür. Bu aktlar əqdlərdən fərqli olaraq, inzibati-hüquqi nəticə doğurur. Əqd isə mülki-hüquqi nəticə doğurur. Mübahisənin qeyd olunan predmetindan aşkar göründüyü kimi, iddiaçı tərəfindən Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli mülki əqd alqı-satqı müqavilə münasibətlərindən irəli gələn məsələlər və onun doğurduğu nəticələr mübahisələndirilir ki, bunun da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan, inzibati icraat qaydasında baxıla bilən iddia növlərinə uyğunluğu müəyyən edilmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İşin faktiki halllarından da göründüyü kimi, mübahisənin kökündə mülki hüquq münasibəti (alqı-satqı) durur. Mübahisələndirilən çıxarış alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsi isə tərəflər arasında bağlanmış mülki əqddir. Alqı-satqı müqaviləsi inzibati akt deyil, mülk əqd olduğundan, həmin əqdin etibarsızlığı ilə məsələ qaldırıldıqda, həmin məsələnin həlli Mülki Məcəllənin tələbləri ilə tənzimlənir. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağlanmış əqd (müqavilə) məzmununa və hüquqi təbiətinə görə inzibati akt hesab edilmir. Bu səbəbdən həmin sənədin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə həmçinin izah edir ki, “müqavilənin etibarsızlığı” tələbi üzrə iddialara baxılmasının aidiyyət qaydaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməlidir. İddia ərizəsinin məzmununundan aydın olur ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Lakin iddia ərizəsində iddiaçı cavabdeh qismində Cavabdeh qeyd etmişdir. Halbuki, Cavabdeh iddia tələbi üzrə iddaya cavab verməli inzibati orqan deyildir. Belə olan halda iddia tələbində cavabdeh kimi qeyd olunmuş Cavabdeh iddia tələbinə cavab verməli inzibati orqan olunmadığından iddiaçının subyektiv hüququ pozulmamışdır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Rayon 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını istəmiş və Cavabdeh göstərmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü bəndində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində həmçinin qeyd olunur ki,ona görə də,iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Yuxarda qeyd olunan Qərarın 2.3-cü bəndində qeyd olunur ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması,İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında prosess iştirakçılarına yardım etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, iddiaçının bu hissədə tələbi həmin tələbə cavab verməyən inzibati orqana – Cavabdehnə qarşı yönəlmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Rayon 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi Cavabdehnə qarşı yönələ bilməz. Başqa sözlə hazırki iş üzrə cavabdeh tələbə cavab verən inzibati orqan deyildir. Bundan başqa məhkəmə gələcəkdə çətinliklərlə rastlaşmaması üçün iddiaçıya izah edərək bildirir ki, əgər iddiaçının hüquqi marağı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Rayon 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi ilə ilə bağlıdırsa bu zaman həmin tələbə cavab verməli orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Rayon 8 saylı ərazi idarəsi olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə, üçüncü şəxslər X2, Cəlilabad rayon 1 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı istifadəsində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin, Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********13 saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar