Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1086/2024 07.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarın ləğv edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-55/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)-94/2022 nömrəli qərarı ilə cavabdeh Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(120)-55/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-110/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(106)-94/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-224/2023 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-55/2021 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahat verərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək, iddiçının iddia tələbinin tam təmin olunduğunu bildirdi və hazırki iddia predmeti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli vəsatətində qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********560100 nömrəli qərarın qanunsuz hesab edilməsinə dair iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan qərar əsasında vergi ödəyicisinə 2020-ci ilin yanvar ayı üçün 64846,51 manat ƏDV hesablanmışdır. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Bildiririk ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar ilə 2020-ci ilin yanvar ayı üçün hesablanmış 64846,51 manat əlavə dəyər vergisi 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən keçirilmiş səyyar vergi yoxlaması zamanı öz təsdiqini tapmamış və 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********173665 nömrəli qərar əsasında silinmişdir. Bildiririk ki, kameral yoxlama ilə qəbul edilmiş qərarın ləğv olunmasına və hesablanmış vergilərin silinməsinə səbəb göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərar artıq ləğv olunmuş və mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından məhkəmədə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli, **********560100 nömrəli qərarla hesablanmış vergi və ya sığorta haqqı 272,45 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 65.118,96 manat hesablansa da, cavabdeh sonradan "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********173665 nömrəli qərar əsasında iddiaçı tərəfindən mübahisələndirilən qərar ilə 2020-ci ilin yanvar ayı üçün hesablanmış 64846,51 manat əlavə dəyər vergisi 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən keçirilmiş səyyar vergi yoxlaması zamanı öz təsdiqini tapmaması səbəbindən həmin qərarı ləğv etməklə silmiş və başqa qərar qəbul etmişdir. Qeyd edilən yeni qərarda isə artıq mübahisələndirilən dövr üzrə borcun olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********173665 nömrəli qərar ayrıca məhkəmə icraatı qaydasında mübahisələndirilmişdir. Beləliklə, hazırki iş üzrə mübahisələndirilən qərar mövcud olmadığından İPM-nin 67.3-cü maddəsinin tələbi baxımından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1086/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1086/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver