Məhkəmə qərarları › İş №2-1(120)-109/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-109/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-109/2024 23.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********0 saylı 06 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2014-cü il tarixdə İddiaçı vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının vergi orqanlarında işlədiyi son 24 ayın orta aylıq əmək haqqı (xx.xx.2000-xx.xx.2002-ci illər) üzrə qulluq stajına görə əlavə, rütbəyə görə əlavə, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə, mükafat və müavinətlər və İİ qrup əlilliyi nəzərə alınmaqla orta aylıq əmək haqqının 55,5 faizi məbləğində düzgün hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(120)-109/2024 nömrəli qərərdadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********0 saylı 06 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2014-cü il tarixdə İddiaçı vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının vergi orqanlarında işlədiyi son 24 ayın orta aylıq əmək haqqı (xx.xx.2000-xx.xx.2002-ci illər) üzrə qulluq stajına görə əlavə, rütbəyə görə əlavə, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə, mükafat və müavinətlər və İİ qrup əlilliyi nəzərə alınmaqla orta aylıq əmək haqqının 56,2 faizi məbləğində düzgün hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2024-cü il tarixli, 2-1(120)-109/2024 nömrəli qərərdadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********0 saylı 06 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2014-cü il tarixdə İddiaçı vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının vergi orqanlarında işlədiyi son 24 ayın orta aylıq əmək haqqı (xx.xx.2000-xx.xx.2002-ci illər) üzrə qulluq stajına görə əlavə, rütbəyə görə əlavə, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə, mükafat və müavinətlər və İİ qrup əlilliyi nəzərə alınmaqla orta aylıq əmək haqqının 55,5 faizi məbləğində düzgün hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Lerik rayonunda doğulmuş, əmək fəaliyyətinə xx.xx.1979-cu ildən başlamış, müxtəlif təşkilatlarda fəaliyət göstərmiş, 13.11 2002-ci ildə işlədiyi müəssisənin ləğvi ilə əlaqədar işdən azad edilmiş, ondan sonrakı müddətdə, yəni xx.xx.2003-cü ildən 01,09.2003-cü ilədək işsizlik müaviəti almışdır. Eləcə də, uzun müddət dövlət vergi orqanlarında xidmət etmiş və 4 saylı Ərazi Vergilər İdarəsinin Lerik rayonu üzrə X4 Nəzarət bölməsinin operativ sahə nəzarəti üzrə baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. xx.xx.2014-cü ildə Dövlət Sosial X11 rayon şöbəsi tərəfindən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, dəfələrlə tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, hər dəfə pensiyası düzgün hesablanmamışdır. Sonuncu dəfə xx.xx.2021-ci ildə ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edib, təyin edilmiş əmək pensiyasının düzgün hesablanmasını tələb etmişdir. Ona ünvanladıqları 10 noyabr 2021 -ci ıl tarixli **********0 saylı imtina məktubu ilə ərizəsi təmin edilməmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair 2-1(120)-220/2023 nömrəli inzibati iş vardır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, 2-1(120)-220/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, qanunvericiliyin tələblərinə cavab vermədiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Fondunun Lerik rayon şöbəsi tərəfindən İddiaçı 22 may 2014-cü il tarixdən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi əlilliyə (İİ qrup) görə əmək pensiyasının təyin edilmişdir. 22 may 2014-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 28,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 264,09 manat olmaqla orta aylıq əmək haqqı 629,24 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 3 ay 3 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqısının (629,04 manat) 55 faizi-346,08 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün hər ay üzrə 471,57 manat müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 5687,53 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasımın. Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 10 il 3 ay 3 gün qulluq stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqını artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 34,17 faiz təşkil edir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 314,00 manat, qulluq stajına görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,40 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 290,97 manat olmaqla orta aylıq əmək haqqı 688,02 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (629,24 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqısı (688,02 manat) arasındakı fərq məbləğinin (58,78 manat) 34,17 faizi-20,09 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (346,08 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 366,17 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 555,00 manat müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə 3398,94 manat artıq pul vəsaiti ödənilmişdir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 440,16 manat olmaqla orta aylıq əmək haqqının 1014,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (688,02 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqısı (1014,31 manat) arasındakı fərq məbləğinin (326,29 manat) 34,17 faizi-111,49 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (366,17 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın 477.66 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 953,36 manat artıq pul vəsaiti ödənilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavəsi 28,88 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 440,16 manat olmaqla orta aylıq əmək haqqısı 1021,54 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentiryn 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1014,31 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (1021,54 manat) arasındakı fərq məbləğinin (7,23 manat) 34,17 faizi-2,47 manat 1 yanvar 2020-ci il tarixədək hesablanmış pensiyanın (477,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın 480,13 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə iddiçıya 4009,79 manat artıq pul vəsaiti ödənilmişdir.Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14049,62 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 14049,62 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi bildirilmişdir. İddiaçının əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməmiş 1920,52 manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd edilən məbləğin cari aydan etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə (480,13+480,13=960,26 manat) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuş və köçürülməsi başa çatdırılmışdır. Bundan başqa iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Lerik rayon icra Hakimiyyəti başçısının Aparatının 25 oktyabr 2021-ci il tarixli 4/521 nömrəli arayışına əsasən təkcə cari ilin oktyabr ayı üzrə (pensiyasının yenidən hesablanması zamanı əvvəlki aylarda nəzərə alındığı üçün) ona ödənilməli olan 16,39 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd edilən 16,39 manat fərq məbləği cari ayda pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini nəzərə alaraq, inzibati iş üzrə İddiaçı "əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə- Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Lerik rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı Lerik rayonunda qeydiyyatda olduğundan, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı Lerik rayonu, Buzeyir kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********0 saylı 06 oktyabr 2021-ci il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2014-cü il tarixdən təyin edlmiş əlilliyə görə (dövlət qulluğu) əmək pensiyası yenidən hesablanmış və 463.74 manat pensiya məbləği hesablanmışdır. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı 17 noyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən dövlət vergi orqanlarında xidmət etmiş və 5 fevral 2001-ci il tarixdən Lerik rayonu üzrə Vergilər Şöbəsinin müvafiq əmri ilə Operativ nəzarət bölməsinin operativ sahə nəzarəti üzrə baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. İddiaçı 13 noyabr 2002-ci il tarixədək baş dövlət vergi müfəttişi vəzifəsində işləmiş və 4 saylı Ərazi Vergilər İdarəsinin müvafiq əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 12 oktyabr 2021-ci il tarixində daxil olmuş ərizəyə aidiyyəti üzrə baxılmışdır.Bildiririk ki, pensiya işinə aid sənədlərdə Dövlət Sosial X11 rayon şöbəsi tərəfindən 22 may 2014-cü il tarixdən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi əlilliyə (İİ qrup) görə əmək pensiyasının təyin edilmişdir. 22 may 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə əlavə 21,65 manat, rütbəyə görə əlavə 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 28,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 264,09 manat olmaqla orta aylıq əmək haqqı 629,24 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 3 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqınızın (629,04 manat) 55 faizi-346,08 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün hər ay üzrə 471,57 manat müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə 5687,53 manat artıq pul vəsaiti ödənilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 10 il 3 ay 3 gün qulluq stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 34,17 faiz təşkil edir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 314,00 manat, qulluq stajına görə əlavə 21,65 manat, rütbəyə görə əlavə 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 31,40 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 290,97 manat olmaqla orta aylıq əmək haqqı 688,02 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (629,24 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (688,02 manat) arasındakı fərq məbləğinin (58,78 manat) 34,17 faizi-20,09 manat 1 mart 2018ci il tarixinədək hesablanmış pensiyanın (346,08 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 366,17 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 555,00 manat müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə 3398,94 manat artıq pul vəsaiti ödənilmişdir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 21,65 manat, rütbəyə görə əlavəniz 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəniz 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 440,16 manat olmaqla orta aylıq əmək haqqı 1014,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (688,02 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınız (1014,31 manat) arasındakı fərq məbləğinin (326,29 manat) 34,17 faizi-111,49 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (366,17 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 477,66 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə 953,36 manat artıq pul vəsaiti ödənilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 28,88 manat, rütbəyə görə əlavə 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 440,16 manat olmaqla orta aylıq əmək haqqı 1021,54 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1014,31 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1021,54 manat) arasındakı fərq məbləğinin (7,23 manat) 34,17 faizi-2,47 manat 1 yanvar 2020-ci il tarixədək hesablanmış pensiyasının (477,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 480,13 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2021-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə 4009,79 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14049,62 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 14049,62 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etmək xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməmiş 1920,52 manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd edilən məbləğin cari aydan etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə (480,13+480,13=960,26 manat) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Bundan başqa Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti başçısının Aparatının 25 oktyabr 2020-ci il tarixli 4/521 nömrəli arayışına əsasən təkcə cari ilin oktyabr ayı üzrə (pensiyasının yenidən hesablanması zamanı əvvəlki aylarda nəzərə alındığı üçün) ödənilməli olan 16,39 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd edilən 16,39 manat fərq məbləği cari ayda pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********918000 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 2000-ci ilin mart, aprel, may, iyun aylarında Lerik rayonu üzrə X2 baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. İddiaçı işlədiyi dövr ərzində aylar üzrə hesablanmış əmək haqqı arxiv məlumatlarına əsasən məktuba əlavə edilən cədvəl üzrə olmuşdur. 6 saylı Ərazi Vergilər Baş idarəsinin arxivindən alınmış və təsdiq olunmuş əmək haqqı barədə məlumatlar təqdim olunur. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 saylı imtina məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 39780,00 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 3175,81 manat olmaqla cəmi pensiya kapitalı 42955 81 manat təşkil edir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 18 iyul 2024-cü il tarixli, **********692100 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında iddiaçı qismində olan İddiaçı inzibatı işinə baxılması üçün 1993-1998-ci illərdə və 2001-2002 cü illərdə işlədiyi dövrdə əlavə etdiyi orta aylıq əmək haqqı məbiəgı barədə məiumatın təqdim ediiməsinə zərurət yaranmışdır. İddiaçı 1993-1998-ci illərdə orta aylıq əmək haqqı məbləği 87704.82 manat və 2001-2002-ci illərdə orta aylıq əmək haqqı məbləği 508578.33 manat məbləğində olmuşdur. - İşdə olan xx.xx.1979-cu il tarixli, ИТ-İ№0341479 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1987-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iclasında dindirilmiş mütəxəssis X10 bildirmişdir ki, X1 Dövlət Sosial X11 rayon şöbəsi tərəfindən 22 may 2014-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi əlilliyə (İİ dərəcəli) görə emək pensiyası teyin edilib. İddiaçı müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 22 may 2014-cü il tarixində adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 28,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 264,09 manat olmaqla orta aylıq əmək haqqısı 629,24 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 İyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 3 ay 3 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısı (629,04 manat) 55 faizi-346,08 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2014- xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün hər ay üzrə 471,57 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 5687,53 manat artıq pul vəsaiti ödənilib. "Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 ıl və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 10 il 3 ay 3 gün qulluq illərinə görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 34,17 faiz təşkil edilmişdir. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 314,00 manat, quliua illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,40 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 290,97 manat olmaqla orta aylıq əmək haqqısı 688,02 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (629,24 mai}ai) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (688,02 manat) arasındakı fərq məbləğinin (58,78 manat) 34,17 faizi-20 09 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (346,08 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 366,17 manat məbləğində hesablanmalı olduğu halda, 01 -03.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 555,00 manat ödənilib. Buna görə de həmin dövr üzrə ona 3398,94 manat artıq pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 440,16 manat olmaqla orta aylıq əmək haqqısı 1014,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (688,02 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1014,31 manat) arasındakı fərq məbləğinin (326,29 manat) 34,17 faizi- 111,49 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (366,17 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 477,66 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 953,36 manat artıq pul vəsaiti ödənilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020- ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə [üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 28,88 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 440,16 manat olmaqla orta aylıq əmək haqqısı 1021,54 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1014,31 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1021,54 manat) arasındakı fərq məbləğinin (7,23 manat) 34,17 faizi-2,47 manat 1 yanvar 2020-ci il tarixinədək İddiaçı hesablanmış pensiyasının (477,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 480,13 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 4009,79 manat artıq pul vəsaiti ödənilib. İddiaçı əlillik dərəcəsinin müddətinin 21 may 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 iyun 2021-ci il tarixində dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, ona xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14049,62 manat artıq pul vəsaitinin ödənildiyi edilib. “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də ona artıq pul vəsaiti ödənilmiş dövr son üç il üzrə məhdudlaşdırılıb. Nəticədə İddiaçı artıq ödənilmiş pul vəsaiti 7140,99 manata azaldılıb. Eyni zamanda bildiririk ki, İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməmiş 1920,52 manat pensiya məbləği müəyyən edilib. Həmin 1920,52 manat pul vəsaiti xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 480,13 manat) aylıq pensiyasının üzərinə əlavə edilməklə (480,13+480,13=960,26 manat) müvafiq kart hesabına köçürülüb. Bundan başqa, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti başçısının Aparatının 25 oktyabr 2021 -ci il tarixli 4/521 nömrəli arayışına əsasən təkcə 2021 -ci ilin ilin oktyabr ayı üzrə ona ödənilməli olan 16,39 müəyyən edilib. eyd edilən 16,39 manat fərq məbləği 2022-ci ilin mart ayında onun pensiyasının üzərinə əlavə edilməklə ödənilib. Məlumat üçün bildiririk ki, ‘Əmək pensiyaları haqqında'' Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 528,14 manata, 29-cu maddəsinə əsasən indeksleşdirilmə ilə əlaqədar 605,78 manata artırılaraq ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 19 dekabr 2024-cü il tarixində daxil olmuş 3-17-1/2-313383/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Dövlət Sosial X11 rayon şöbəsi tərəfindən 22 may 2014-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi əlilliyə (İİ dərəcəli) görə əmək pensiyası təyin edilib. İddiaçı hazırda ödənilən əmək pensiyasının müəyyən edilməsi üçün xx.xx.1993xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzindəki əmək haqqısı əsas götürülməklə orta aylıq əmək haqqısı hesablanıb. Müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 22 may 2014-cü il tarixində adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 28,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 264,09 manat olmaqla orta aylıq əmək haqqısı 629,24 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 3 ay 3 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısı (629,04 manat) 55 faizi-346,08 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün hər ay üzrə 471,57 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 5687,53 manat artıq pul vəsaiti ödənilib.Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 10 il 3 ay 3 gün qulluq illərinə görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 34,17 faiz təşkil edir.Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 314,00 manat, qulluq illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,40 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 290,97 manat olmaqla orta aylıq əmək haqqısı 688,02 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (629,24 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (688,02 manat) arasındakı fərq məbləğinin (58,78 manat) 34,17 faizi-20,09 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (346,08 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 366,17 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 555,00 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 3398,94 manat artıq pul vəsaiti ödənilib.Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019- cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 440,16 manat olmaqla orta aylıq əmək haqqısı 1014,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (688,02 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1014,31 manat) arasındakı fərq məbləğinin (326,29 manat) 34,17 faizi-111,49 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (366,17 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 477,66 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 953,36 manat artıq pul vəsaiti ödənilib. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 28,88 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 440,16 manat olmaqla orta aylıq əmək haqqısı 1021,54 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1014,31 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1021,54 manat) arasındakı fərq məbləğinin (7,23 manat) 34,17 faizi-2,47 manat 1 yanvar 2020-ci il tarixinədək İddiaçı hesablanmış pensiyasının (477,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 480,13 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 4009,79 manat artıq pul vəsaiti ödənilib. İddiaçı əlillik dərəcəsinin müddətinin 21 may 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 iyun 2021-ci il tarixində dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, ona xx.xx.2014-xx.xx.2021ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14049,62 manat artıq pul vəsaitinin ödənildiyi edilib."Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də ona artıq pul vəsaiti ödənilmiş dövr son üç il üzrə məhdudlaşdırılıb. Nəticədə İddiaçı artıq ödənilmiş pul vəsaiti 7140,99 manata azaldılıb. İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməmiş 1920,52 manat pensiya məbləği müəyyən edilib. Həmin 1920,52 manat pul vəsaiti xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 480,13 manat) aylıq pensiyasının üzərinə əlavə edilməklə (480,13+480,13=960,26 manat) müvafiq kart hesabına köçürülüb. Bundan başqa, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti başçısının Aparatının 25 oktyabr 2021-ci il tarixli 4/521 nömrəli arayışına əsasən təkcə 2021-ci ilin ilin oktyabr ayı üzrə ona ödənilməli olan 16,39 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 16,39 manat fərq məbləği 2022-ci ilin mart ayında onun pensiyasının üzərinə əlavə edilməklə ödənilib.Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 528,14 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 605,78 manat məbləğində, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 673,63 manat məbləğində müəyyən edilib.Əlavə olaraq bildiririk ki, İddiaçı əmək pensiyası xx.xx.2000-xx.xx.2002-ci il tarixindəki dövr ərzində ödənilmiş əmək haqqısı əsas götürülməklə yenidən hesablanacağı halda, onun 22 may 2014cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq illərinə görə əlavəsi 24,38 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 28,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 95,00 manat olmaqla orta aylıq əmək haqqısı 462,88 manat təşkil edəcək. Bununla əlaqədar əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 3 ay 3 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (462,88 manat) 55 faizi- 254,58 manat təşkil edəcək. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20- ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 10 il 3 ay 3 gün qulluq illərinə görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 34,17 faiz təşkil edir. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 314,00 manat, qulluq illərinə görə əlavəsi 24,38 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,40 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 104,67 manat olmaqla orta aylıq əmək haqqısı 504,45 manat təşkil edəcək. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (462,88 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (504,45 manat) arasındakı fərq məbləğinin (41,57 manat) 34,17 faizi-14,20 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (254,58 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 268,78 manat məbləğində təşkil edəcək. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019- cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 24,38 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 158,33 manat olmaqla orta aylıq əmək haqqısı 735,21 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (504,45manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (735,21 manat) arasındakı fərq məbləğinin (230,76 manat) 34,17 faizi- 78,85 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (268,78 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 347,63 manat təşkil edəcək."Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 53,44 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 158,33 manat olmaqla orta aylıq əmək haqqısı 764,27 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (735,21 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (764,27 manat) arasındakı fərq məbləğinin (29,06 manat) 34,17 faizi-9,93 manat 1 yanvar 2020-ci il tarixinədək İddiaçı hesablanmış pensiyasının (347,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 357,57 manat təşkil edəcək. Bundan başqa, "Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 451,15 manat, 29-cu maddəsinə əsasən 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 501,68 manat təşkil edəcək. Göründüyü kimi, adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzindəki əmək haqqısı əsas götürülməklə hesablanacağı halda müəyyən olunacaq 501,57 manat pensiya məbləği ona hazırda ödənilən 673,63 manat pensiya məbləğindən az təşkil edəcək. İddiaçı dair 6 oktyabr 2021-ci il tarixli **********0 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı hazırda qüvvədədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-16440/24 nömrəli məktubu ilə məhkəməyə ünvanladığı ekspertiza tədqiqatında mütəxəssis kimi iştirak etmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının böyük mütəxəssisi X5 tədqiqata dair mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial X11 rayon şöbəsi tərəfindən 22 may 2014-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi əlilliyə (İİ dərəcəli) görə əmək pensiyası təyin edilib. İddiaçı müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 22 may 2014-cü il tarixində adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 28,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 264,09 manat olmaqla orta aylıq əmək haqqısı 629,24 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 3 ay 3 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısı (629,04 manat) 55 faizi-346,08 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün hər ay üzrə 471,57 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 5687,53 manat artıq pul vəsaiti ödənilib.“Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 10 il 3 ay 3 gün qulluq illərinə görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 34,17 faiz təşkil edir. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 314,00 manat, qulluq illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,40 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 290,97 manat olmaqla orta aylıq əmək haqqısı 688,02 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (629,24 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (688,02 manat) arasındakı fərq məbləğinin (58,78 manat) 34,17 faizi-20,09 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (346,08 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 366,17 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 555,00 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 3398,94 manat artıq pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 440,16 manat olmaqla orta aylıq əmək haqqı 1014,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (688,02 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1014,31 manat) arasındakı fərq məbləğinin (326,29 manat) 34,17 faizi-111,49 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (366,17 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 477,66 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 953,36 manat artıq pul vəsaiti ödənilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 28,88 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 440,16 manat olmaqla orta aylıq əmək haqqı 1021,54 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1014,31 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1021,54 manat) arasındakı fərq məbləğinin (7,23 manat) 34,17 faizi-2,47 manat 1 yanvar 2020-ci il tarixinədək İddiaçı hesablanmış pensiyasının (477,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 480,13 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün hər ay üzrə 716,00 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 4009,79 manat artıq pul vəsaiti ödənilib. İddiaçı əlillik dərəcəsinin müddətinin 21 may 2021ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 iyun 2021-ci il tarixində dayandırılmışdır.Qeyd olunanları nəzərə alaraq, ona xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14049,62 manat artıq pul vəsaitinin ödənildiyi edilib.“Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də ona artıq pul vəsaiti ödənilmiş dövr son üç il üzrə məhdudlaşdırılıb. Nəticədə İddiaçı artıq ödənilmiş pul vəsaiti 7140,99 manata azaldılıb. İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməmiş 1920,52 manat pensiya məbləği müəyyən edilib. Həmin 1920,52 manat pul vəsaiti xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 480,13 manat) aylıq pensiyasının üzərinə əlavə edilməklə (480,13+480,13=960,26 manat) müvafiq kart hesabına köçürülüb. Bundan başqa, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti başçısının Aparatının 25 oktyabr 2021-ci il tarixli 4/521 nömrəli arayışına əsasən təkcə 2021-ci ilin ilin oktyabr ayı üzrə ona ödənilməli olan 16,39 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 16,39 manat fərq məbləği 2022-ci ilin mart ayında onun pensiyasının üzərinə əlavə edilməklə ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 528,14 manata, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 605,78 manata artırılaraq ödənilir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/355/2024 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlər və cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınn mütəxəssisi X9 tərəfindən yenidən hesablanaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi məhkəmə tərəfindən əsaslı hesab edildiyi təqdirdə “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdn qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 528,14 manata, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 605,78 manat artırılaraq ödənilməsi müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 22 may 2014-cü il tarixində adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq illərinə görə əlavəsi 21,65 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 28,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 264,09 manat olmaqla orta aylıq əmək haqqısı 629,24 manat təşkil etmişdir. İddiaçı məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Bundan sonra cavabdeh orqan tərəfindən məhkəməyə məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (504,45manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (735,21 manat) arasındakı fərq məbləğinin (230,76 manat) 34,17 faizi- 78,85 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (268,78 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 347,63 manat təşkil edəcək."Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq illərinə görə əlavəsi 53,44 manat, rütbəyə görə əlavəsi 30,00 manat, yüksəkliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 47,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 158,33 manat olmaqla orta aylıq əmək haqqısı 764,27 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (735,21 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (764,27 manat) arasındakı fərq məbləğinin (29,06 manat) 34,17 faizi-9,93 manat 1 yanvar 2020-ci il tarixinədək İddiaçı hesablanmış pensiyasının (347,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 357,57 manat təşkil edəcək.Bundan başqa, "Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 451,15 manat, 29-cu maddəsinə əsasən 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 501,68 manat təşkil edəcək. İddiaçının əmək pensiyası xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzindəki əmək haqqısı əsas götürülməklə hesablanacağı halda müəyyən olunacaq 501,57 manat pensiya məbləği ona hazırda ödənilən 673,63 manat pensiya məbləğindən az təşkil edəcək. . Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyitarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X15) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21 -ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1 -ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, iddiaçı üçün əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən "Əmək pensiyasının yenidən hesablanması haqqında” **********0 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin öz təşəbbüsü ilə dəyişdirilmişdir. Həmin aktlar qəbul edilərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) "pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, "İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən əmək pensiyasının yenidən hesablanması haqqında **********0 saylı, 06 oktyabr 2021-ci il tarixli qərarı qəbul etmiş, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktub ünvanlamışdır (bu barədə qərarın qəbul edildiyi müəyyən olunmur). Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. "İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh **********0 saylı, 06 oktyabr 2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qəbul edərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması məsələsini həll edərkən həm "Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində qərar qəbul etməklə pensiyadan tutulmanı da apara bilməz. "İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. "Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına ("İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Qəbul edilmiş inzibati akt isə vətəndaşın inzibati icraata cəlb edilib, araşdırma aparıldıqdan sonra qəbul edilmədir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib- ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçı mübahisə edilən dövrlərdə, həmin müəssisələrdə işləyib, əmək haqqı aldığını qeyd etmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan özünün xidməti vəzifəsinə görə iddiaçının işlədiyi müəssisənin mövcudluğu, fəaliyyəti, arxiv sənədləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə (müvafiq şöbələrinə), habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular etməli həmin sorğuların cavablarına uyğun iddiaçının təqdim etdiyi sənədlərə qiymət verməli, o cümlədən iddiaçının işlədiyi idarəyə (əmlaklara) baxış keçirməklə iddiaçının əmək fəaliyyətinə dair müəssisəyə məxsus sənədlərin yerində baxış keçirməklə, qarşılıqlı yoxlamasını aparmalı, o cümlədən həmin müəssisələrin bir-biri ilə qarşılıqlı əlaqələrinin olub-olmamasını müəyyən etməli, buna dair sənədlər mövcuddursa həmin sənədləri əldə etməli idi. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını və s.) və izahatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Həmçinin iddiaçı tərəfindən bank hesabından çıxarışlar təqdim edilərək göstərilmişdir ki, DSMF-nin Lerik rayon Şöbəsi tərəfindən 20214-2018-ci illər ərzində ona 300 manat məbləğində pensiya ödənişi, 2018-2019-cu illərdə isə 555 manat pensiya ödənişi edilmişdir. Cavabdeh orqan tərəfindən isə bu məbləgdən daha yüksək ödəniş edildiyi bildirlmişdir. Məhkəmə cavabdeh orqan tərəfindən bu ziddiyyətli halın ətrfalı araşdırlaraq konkret həmin dövrlərdə DSMF-nin Lerik rayon Şöbəsi tərəfindən iddiaçıya edilmiş pensiya ödənişlərinin məbləğinin araşdırılmasını və ayrdınlaşdırılmasını tələb edir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə də məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********0 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalı, iddianın qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********0 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar