Məhkəmə qərarları › İş №2-1(120)-1091/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1091/2020

13.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1091/2020 13.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Norəddin oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Norəddin oğlunun cavabdehlər Cavabdeh2nə, Şirvan Regional Ədliyyə İdarəsinə və Sabirabad rayonu Moranlı bələdiyyəsinə qarşı «müqavilələrin ləğv olunması, tikililərin sökülərək götürülməsi və torpaq sahəsindən Sarxanbəyli kənd sakinlərinin sərbəst olaraq istifadəsinə şərait yaradılması» tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Norəddin oğlu cavabdehlər Cavabdeh2nə, Şirvan Regional Ədliyyə İdarəsinə və Sabirabad rayonu Moranlı bələdiyyəsinə qarşı iddia qaldıraraq, müvafiq qanunvericiliyin tələblərinə əməl olunmaqla, Sarxanbəyli kənd sakinlərinin istifadəsi üçün ayrılmış örüş-otlaq sahəsində əkin işləri aparılmasına dair bələdiyyənin sənədlərinin ləğv olunmasını, tikilmiş tikililərin həmin ərazidən sökülərək, götürülməsini, Sarxanbəyli kənd sakinlərinin sərbəst olaraq həmin ərazidən istifadəsinə şərait yaradılmasını xahiş etmişlər. İddiа ərizəsi inzibаti mübаhisə kimi qеydiyyаtа аlınаrаq, məhkəməyə dахil оlduğu gündən icrааtа qəbul еdilmiş sаyılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehlərə təqdim olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı1 məhkəmə hazırlıq iclasında izahat verərək, bildirdi ki, Moranlı bələdiyyəsi mülkiyyətində olan 600 hektardan artıq örüş sahəsini ayrı-ayrı fiziki şəxslərə icarəyə vermişdir. Həmin şəxslər tərəfindən örüş otlaq sahələri təyinatı üzrə istifadə edilməyərək, əkin məqsədilə istifadə olunur. Kənd sakinləri isə örüş otlaq sahəsindən istifadə edə bilmirlər. Bununla bağlı müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, nəticəsi olmamışdır. Odur ki, Sarxanbəyli kənd sakinlərinin istifadəsi üçün ayrılmış örüş otlaq sahələrinin Moranlı bələdiyyəsi tərəfindən ayrı-ayrı şəxslərə verilməsinədair torpaq icarə müqavilələrinin ləğv edilməsi, həmin ərazidə qanunsuz inşa edilmiş tikililərin sökülməsi və ərazinin boşaldılaraq, kənd sakinlərinin istifadəsinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 Norəddin oğlu İddiaçı1 izahatını təsdiq etdiklərini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 29 iyun 2020-ci il tarixli 1740 saylı münasibət məktubunda qeyd edilmişdir ki, bələdiyyələrin icarə qaydasında hər hansı bir mülkiyyətçiyə icarəyə torpaq verilməsi hərrac və ya müsabiqə yolu ilə həyata keçirildiyi üçün rayon İcra Hakimiyyətinin bu işlərə müdaxilə etməsi səlahiyyətlərindən kənardır. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq Cavabdeh2 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdehlər Cavabdeh2nə, Şirvan Regional Ədliyyə İdarəsinə və Sabirabad rayonu Moranlı bələdiyyəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndələri məhkəmə iclаsınа gəlməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən cavabdehlərin nümayəndələrinin iştirаkları оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Sabirabad rayonu, Sarxanbəyli kəndində yaşayan vətəndaşlar İddiaçı1, Ülvi İmanov, Qurban Məmmədov və başqalarına ünvanlanmış 12 iyun 2020-ci il tarixli **********35 saylı məktubun surətindən görünür ki, Sabirabad rayonu, Sarxanbəyli kənd sakinlərinin ümumi istifadəsində olan 643 ha örüş torpaq sahəsinin hərraca çıxarılaraq satılması faktının araşdırılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladıqları və digər kollektiv müraciətlərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, məsələ ilə bağlı aparılan araşdırmaların nəticəsində məlum olmuşdur ki, Sabirabad rayonu, Moranlı bələdiyyəsinin mülkiyyətində olan 643.39 ha örüş torpaq sahəsinin 334.5 ha hissəsi Moranlı bələdiyyəsinin müvafiq qərarları əsasında ayrı-ayrı fiziki şəxslərə icarəyə verilmiş, 308.89 ha torpaq sahəsi isə kənd sakinlərinin örüş məqsədi ilə ümumi istifadəsindədir. Araşdırma zamanı icarəyə verilmiş torpaq sahələrinin icarəçilər tərəfindən kənd sakinlərinin müdaxiləsi nəticəsində icarə müqaviləsində nəzərdə tutulmuş qaydada istifadə olunmadığı aşkar olunmuşdur. Belə ki, hazırda 643.39 ha örüş torpaq sahəsi faktiki olaraq kənd sakinlərinin ümumi istifadəsindədir. Kənd sakinləri arasında yaranmış narazılıqla bağlı Cavabdeh2başçısının x1 Dairəsi üzrə icra nümayəndəsinin, Moranlı bələdiyyəsi sədrinin və Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin mütəxəssisinin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, icarəçilərin bəziləri icarəyə verilən torpaq sahələrində qismən taxıl və yonca məhsulu əkmiş, bəzi torpaq sahələri isə pambıq əkininə hazırlanması məqsədi ilə şumlanılmışdır. Nəzərinizə çatdırırıq ki, Moranlı bələdiyyəsinin Sarxanbəyli kəndi ərazisində qeyd edilən örüş sahələrində aparılan monitorinqlər əsasında torpaq qanunvericiliyinin pozulması halları qeydə alınmış, 16 nəfər fiziki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 245.1, 245.2, 247.2 və 250-ci maddələrinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq cərimə tətbiq edilmiş, 8 nəfər kənd sakini barəsində isə torpaq sahəsini zəbt edərək istifadə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tələblərinə uyğun müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə baxılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Bələdiyyələr inzibati orqan statusuna malik olsalar da, hazırkı iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı) yaranmışdır ki, burada da onlar mülki hüququn bərabər hüquqlu subyektləridirlər. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün mübahisəyə də aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci maddəsində qeyd olunur ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Norəddin oğlunun cavabdehlər Cavabdeh2nə, Şirvan Regional Ədliyyə İdarəsinə və Sabirabad rayonu Moranlı bələdiyyəsinə qarşı «müqavilələrin ləğv olunması, tikililərin sökülərək götürülməsi və torpaq sahəsindən Sarxanbəyli kənd sakinlərinin sərbəst olaraq istifadəsinə şərait yaradılması» tələbinə dаir iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 35, 50 və 80-ci mаddələrini rəhbər tutаrаq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Norəddin oğlunun cavabdehlər Cavabdeh2nə, Şirvan Regional Ədliyyə İdarəsinə və Sabirabad rayonu Moranlı bələdiyyəsinə qarşı «müqavilələrin ləğv olunması, tikililərin sökülərək götürülməsi və torpaq sahəsindən Sarxanbəyli kənd sakinlərinin sərbəst olaraq istifadəsinə şərait yaradılması» tələbinə dаir iddiаya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, elan olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar