Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1091/2022 01.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran-Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqından tutulmuş məcburi sığorta haqqının fərdi uçotuna bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 01 noyabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Masallı rayon Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyasının düzgün hesablatdırmaqla ona çatası ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(120)-1469/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Masallı rayon filialına və Masallı rayon Təhsil şöbəsinə qarşı “pensiyanın yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Masallı rayon Təhsil şöbəsinin saxlanılması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Masallı rayon filialının cavabdehlər siyahısından çıxarılaraq üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunması, iddia tələbinə isə “2010-2011-ci illərdə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi illər üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2-1(120)-1469/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Masallı rayon Təhsil şöbəsinə qarşı “2010-2011-ci illərdə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi illər üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(120)-168/2021 nömrəli qərardadı ilə iddia tələbinə “2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunmağım və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Masallı rayon Təhsil Şöbəsi Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Lənkəran-Astara Regional Təhsil İdarəsi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əvəz olunmuşdur. Sonradan 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ləğv edildiyi üçün məhkəmənin qərardadı ilə 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Masallı rayon filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Masallı rayon şöbəsi xx.xx.2008-ci ildə onun yaşa görə əmək pensiyasını düzgün hesablamamışdır. Masallı rayon Təhsil şöbəsinin 2010-2011-ci illər üzrə sığorta olunanları barədə təqdim etdiyi illik hesabatlarda onu sığorta olunan kimi qeyd edilmədiyi və bu səbəbdən X1 X12 xx.xx.2020-cu il tarixdən xx.xx.2011-ci il tarixədək olan məlumatlarda pensiya kapitalı olmadığından pensiyası bu səbəb göstərilərək düzgün hesablanmamışdır. Bu barədə cavabdeh Masallı Təhsil Şöbəsinə müraciət etməklə kadrlar şöbəsinin rəisi Tofiq müəllim 2010-2011-ci illərin əmək sığortasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sisteminə salınmasından imtina etdi. Masallı rayon Təhsil Şöbəsi 2010-2011-ci illər üzrə sığorta olunanlar barədə adının sığorta olunan kimi sistemə yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin sisteminə salınmasında cavabdehdir və icraedici idarədir. Əmək pensiyasının düzgün hesablanması üçün dəfələrlə yuxarı istansiyalara ərizə ilə müraciət etmiş, nəticəsi olmamışdır. Nəhayət xx.xx.2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab S.Babayevin saitinə elektron ərizə ilə müraciət etmidir. xx.xx.2020-ci il tarixində ona Fondun Masallı rayon şöbəsi cavab göndərmişdir. xx.xx.2019-cu il tarixindəki məktubunda xx.xx.2008-ci il tarixdə, 740 saylı qərarla yaşa görə 60 manat əmək pensiyası, xx.xx.2020-ci il məktubunda 740 saylı qərarla yaşa görə 70,15 manat pensiya təyin edilmişdir. xx.xx.2019cu il məktubunda xx.xx.2011-ci il tarixində əmək pensiyası 166,48 manat hesablanmış və xx.xx.2020-ci il məktubunda xx.xx.2008-ci il sığorta hissəsinin pensiya kapitalı 294,10 manat təyin edilmişdir. Ona ünvanlanan xx.xx.2019-cu il və xx.xx.2020-ci il məktubların cavabından görünür ki, pensiyası düzgün hesablanmamışdır. 2008-ci ildə əmək pensiyasına çıxanlar 2004-2005-ci illərin əmək haqqının 85%-i ilə hesablanırdı. 2008-ci ildə o, əmək pensiyasına çıxarkən Şatroba bələdiyyəsinin sədri işləyirdi, əmək haqqı barədə hər rübdə hesabatın DSMF-nin Masallı rayon şöbəsinə verirdilər. Əmək haqqı aylıq həmin dövrdə 300000 AZN idi. 300000 AZN əmək haqqı barədə arayış DSMF-nin Masallı rayon şöbəsinin arxivindən götürülməlidir. Onun əmək pensiyası 1990-cı illərin əmək haqqı ilə yox, 2004-2005-ci ilin əmək haqqı ilə hesablanmalı idi. Deməli əmək pensiyası DSMF Masallı rayon Şöbəsi tərəfindən düzgün hesablanmamışdır. Fondun Masallı rayon şöbəsi xx.xx.2020-ci il tarixli məktubunda bildirir ki, guya o, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, işlədiyi dövr üçün Fondun Masallı rayon Şöbəsinə məlumat verməmişdir. Bu da ona qarşı qərəzli və yalnışdır. Belə ki, o, müqavilə yolu ilə xx.xx.2013-cü il tarixdə işə qəbul olunmuş və 8 (səkkiz) ay işləyərək, həmin ili başa vurmuşdur. 2014-cü il iyun ayında əmək haqqının sığorta hissəsinə görə 95,46 manat arayış təqdim edilərək pensiyasına ayda 2 manata qədər əlavə fərq ödənilibdir. Növbəti 2015 və 2016-cı illərdə sığorta hissəsinə görə arayış təqdim etməklə pensiyasına əlavə olaraq ayda 2 manat ödənilmişdir. Müqavilənin müddəti l5 sentyabrda 30 may və ya 15 iyuna kimi olmaqla 9 ay olmuşdur. Sual olunur belə Qanun var idisə 2014-cü ildə o, arayış təqdim edəndə nə üçün DSMF Masallı şöbəsinin işçisi ona bildirmədi ki, sən işləyirsənsə bu pensiya hesablanmamalıdır. Deməli, həmin illərdə qanuna dəyişiklik edilməmişdir. Deməli, qanuna dəyişiklik 2018-ci ildə edilmişdir. DSMF-nin Masallı rayon şöbəsinin xx.xx.2019 və xx.xx.2020-ci illərdə onun pensiyası haqqında göstərilən faktlardan aydın olur ki, Masallı rayon şöbəsi xx.xx.2008-ci il tarixində yaşa görə əmək pensiyası düzgün hesablamamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 2 saylı Lənkəran-Astara Regional filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi 2011-ci il üzrə məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatlar”da (Forma B3) cavabdehin etdiyi texniki səhv nəticəsində adı sığortaolunan kimi düzgün qeydə alınmamış, lakin məhkəmə araşdırması zamanı Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialı tərəfindən həmin texniki səhv aradan qaldırılaraq 2011-ci il üzrə “məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatlar”da (Forma B3) iddiaçının adı sığortaolunan kimi qeyd edilmişdir. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-168/2021 nömrəli qərardadı ilə iddiaçının 2011-ci il üzrə “məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatlar”da (Forma B3) sığortaolunan kimi qeyd olunması hissəsində iddia tələbi rədd edilmişdir. İşə məhkəmədə tam, hərtərəfli və obyektiv baxılması üçün İddiaçı Masallı rayon Təhsil Şöbəsinin 2010-cu il üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanların illik hesabatlarında sığortaolunan kimi qeyd edilmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına və 2 saylı X4 müraciətinin olub-olmaması barədə sorğu ünvanlanmışdır. İddiaçının Masallı rayon Təhsil Şöbəsinin 2010-cu il üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanların illik hesabatlarında sığortaolunan kimi qeyd edilmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına və 2 saylı X4 hər hansı bir müraciəti olmamışdır. Həmçinin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialın cavab məktubunda qeyd olunmuşdur ki, sığortaedən, Masallı rayon Təhsil Şöbəsi tərəfindən İddiaçıla bağlı xx.xx.2021-ci il tarixli, 60(01)-01-149/10 və xx.xx.2021-ci il tarixli, 60(01)-01- 532/10 nömrəli məktublarla Filiala müraciət olunmuşdur. Sözügedən müraciətlərlə bağlı sığortaedənə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********3 nömrəli, xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktublarla Masallı rayon Təhsil Şöbəsi tərəfindən 2010-cu il üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmadığı qeyd olunmuşdur. Həmçinin Masallı rayon Təhsil Şöbəsinə 2010-cu il üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında hesabatda dəqiqləşdirmə aparması və dəqiqləşdirilmiş hesabatın uçotda olduğu müvafiq vergi orqanına təqdim etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, iddiaçının inzibati orqana hər hansı bir müraciəti olmamışdır. Bunun əksinə cavabdeh Masallı rayon Təhsil Şöbəsinin 2010-cu il üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanların illik hesabatlarında iddiaçının sığortaolunan kimi qeyd edilməməsi ilə bağlı məlumatı olmuş, lakin bu halın aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Halbuki, bu səhvi aradan qaldırmaq Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının deyil, cavabdeh Masallı rayon Təhsil Şöbəsinin vəzifəsidir. Göstərilənlərə əsasən mübahisə məhz Masallı rayon Təhsil Şöbəsinin hərəkətsizliyi ilə bağlı olduğundan hazırki iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 2 saylı X4 münasibətdə icraata xitam verilməsi məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 08 sentyabr 2021-ci il tarixli, 2-1(120)-168/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, “İddiaçı 2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyi cavabdeh Masallı Rayon Təhsil Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(120)-168/2021 nömrəli qərarından cavabdeh Masallı Rayon Təhsil Şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(120)-168/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Z.A.Zeynalov, hakimlər Z.M.Allahyarov və M.K.Həsənovdan ibarət tərkibdə) 13 yanvar 2022-ci il tarixli, 2- 1(106)-34/2022 nömrəli qərardadı ilə cavabdeh Masallı Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(120)-168/2021 nömrəli qərarının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüwədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçımn həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Masallı rayon Təhsil şöbəsinə qarşı “2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsı 1 saylı tam orta məktəbdə işlədiyi il üçün “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumaflarda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdeh Masallı rayon Təhsil Şöbəsinə rəsmi qaydada müraciət edib-etməməsi iş materialları ilə müəyyən olunmur. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi ilə əlaqədar cavabdeh Masallı rayon Təhsil Şöbəsinə ilkin müraciət edib-etməməsini araşdırmamışdır. İşdən də görünür ki, iddiaçının cavabdeh inzibati orqana rəsmi müraciət etməsi və müraciətinin təmın edılməsındən rəsmi qaydada imtina edilməsi barədə iş materillarında sübut yoxdur. Həmçının iş uzrə cavabdeh və üçüncü şəxs qismində cəlb edilməli olan tərəflərin prosessual cəhətdən qanuna uyğunluğu da müəyyən edilməlidir. Qeyd edilənlərdən başqa cavabdeh Masallı rayon Təhsil Şöbəsi tərəfindən iddiaçının müraciəti üzrə icraat işi açılması, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilib-edilməməsi üzrə də araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən və qərar qəbul edilərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi İddiaçı və üçüncü şəxsin nümayəndəsi X10 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunub-olunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçını və üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1946cı il tarixdə anadan olmuş, Masallı rayonu, Şatıroba kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Türkoba kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 446 nömrəli arayışından görünür ki, İddiaçı Masallı rayonu, Şatıroba kəndində yaşayışır. İş materiallarında olan Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatından görünür ki, İddiaçı 2010-cu ildə əmək haqqı almışdır və həmin il üzrə əmək haqqından məcburi dövlət sosial sığorta haqlarına tutulmalar həyata keçirilmişdir. İş materiallarında olan Masallı rayon Təhsil Şöbəsinin 29 oktyabr 2020-ci il tarixli, 164/3 nömrəli məktubla məhkəməyə göndərdiyi 13 sentyabr 2008-ci il tarixli, 11 saylı və 26 avqust 2011-ci il tarixli, 77 saylı əmrlərdən çıxarışlardan görünür ki, İddiaçı 13 sentyabr 2008-ci il tarixdə Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbə tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, 26 avqust 2011-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 fevral 2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin vətəndaş İddiaçı məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı 4 fevral 2021-ci il tarixli, 00-01-34/10 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən siğortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Bildiririk ki, sığortaedən “Masallı rayon Təhsil Şöbəsi” (SUN: **********3) tərəfindən təqdim edilmiş 2010-cu il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a (Forma B3) əsasən İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığından, həmin dövr üçün Nazirliyin “X2 sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölməsində məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Nəzərinizə çatdırırıq ki, sığortaedən “Masallı rayon Təhsil Şöbəsi” (SUN: **********3) tərəfindən təqdim edilmiş 2010-cu il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata (Forma B3) sığortaolunan İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əlavə edilməsi üçün yoxlanılmasına zərurət yaranan sənədlər (2010-cu il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının səhvən adına işlənilmiş işçi və ya işçilərin “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (06) (Forma B3), əmək kitabçaları, əmək haqqı cədvəlləri, əmək müqavilələri, əmək haqqı aldığı bank hesabından çıxarışları, işə qəbul olunma əmrləri, işdən azad edilmə əmrləri və məzuniyyətdə olma əmrləri) tam və düzgün şəkildə müşayiətedici məktuba əlavə olunmaqla sığortaedən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Sosial “Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra müvafiq düzəlişlərin edilməsi məsələsinə baxılacaqdır. Eyni zamanda, Nazirlik taleyində Dövlət Sosial Müdafiə X14 şəxs tərəfindən sığortaedənlərə verilmiş müvafiq funksionallıqdan istifadə etməklə sığortaedən “Masallı rayon Təhsil Şöbəsi” (SUN: **********3) 2011-ci il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) sığortaolunan İddiaçı Nazirliyin “X2 sistemi’’nin “Sığorta” (Hesabat) altsistemində “Bölüşdürülməmiş hesablar” bölməsinə daxil edilmiş məlumatlarında 8 iyul 2020-ci il tarixində düzəlişlər edərək təsdiq etmiş və sığortaolunanın qeyd olunan il üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcədə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları **********073 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuşdur”. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində baxılmışdır. Bildiririk ki, Sizə xx.xx.2008-ci il tarixdə 740 saylı qərarla yaşa görə 60,0 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq sizin xx.xx.2006-cı il tarixədək 42 il əmək stajınız nəzərə alınmaqla əmək pensiyanızın məbləği xx.xx.2011-ci il tarixdən yenidən düzgün hesablanaraq 166 manat 48 qəpiyə çatdırılaraq ödənilmişdir. xx.xx.2011-ci il tarixdən əmək müqavilənizə xitam verilməsi ilə əlaqədar olaraq xx.xx.2007-ci il tarixdən xx.xx.2011ci il tarixədək 4 il 2 ay sosial-sığorta stajınız və 1674,52 manat pensiya kapitalınız nəzərə alınmaqla əmək pensiyanızın məbləği xx.xx.2011-ci il tarixdən yenidən düzgün hesablanaraq 184,29 manata çatdırılaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən əmək pensiyanızın məbləği növbəti illər üzrə artırılmışdır. xx.xx.2019-cu il tarixdən sizin əmək pensiyanızın məbləği düzgün hesablanaraq 270 manat 99 qəpiyə çatdırılaraq ödənilir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə daxil olmuş müraciətinizlə əlaqədar bildiririk ki, Sizə xx.xx.2008-ci il tarixdə hüququnuz yarandığı xx.xx.2008-ci il tarixdən (həmin dövr üzrə qüvvədə olmuş ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən) 740 saylı qərarla yaşa görə 70,15 manat əmək pensiyası (xx.xx.2006-cı il tarixədək 42 il sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi hesabın sığorta hissəsində 294,10 manat pensiya kapitalı) təyin edilmişdir. X1 X7 məlumatlar əsasında əmək pensiyanızın məbləği xx.xx.2020-ci il tarixdən 298,56 manat (xx.xx.2006-cı il tarixədək 42 il sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək 294,10 manat (xx.xx.2020-ci il tarixə indeksləşdirdikdə 640,65 manat) pensiya kapitalı, xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (xx.xx.2016-cı il tarixdən işdən azad olunma tarixi) 1240,52 manat (xx.xx.2020-ci il tarixə indeksləşdirdikdə 1770,03 manat) pensiya kapitalı nəzərə alınmaqla) müəyyən edilmişdir. Masallı rayon Təhsil Şöbəsinin 2010-2011-ci illər üzrə sığorta olunanları barədə təqdim etdiyi illik hesabatlarda adınız sığorta olunan kimi qeyd edilmədiyi (bu səbəbdən X1 X12 xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək olan məlumatlarda adınıza pensiya kapitalı yoxdur) və xx.xx.2011-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra yenidən xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək işlədiyiniz dövr üçün (işə qəbul olduğunuz barədə Fondun Masallı rayon şöbəsinə məlumat vermədiyinizə görə xx.xx.2011-ci ildə işdən azad edildiyiniz tarixdən yenidən hesablanmış sığorta hissəsi) 1448,37 manat artıq əmək pensiyası almanız müəyyən edilmişdir. Artıq aldığınız vəsaiti dövlət büdcəsinə geri qaytarılmasını təmin etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, Masallı rayon Təhsil şöbəsinin 2010-2011-ci illər üzrə təqdim edəcəyi dəqiqləşdirilmiş hesabatlarda adınız sığorta olunan kimi bərpa olunduqdan sonra əmək pensiyanızın yenidən hesablanmasına baxılacaqdır. İş materiallarında olan Masallı rayon Təhsil Şöbəsinin məhkəməyə göndərdiyi 29 oktyabr 2020-ci il tarixli, 164/3 nömrəli məktubuna əlavə olunmuş əmrlərdən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixindən Boradigah qəsəbə 1 saylı orta məktəbinə təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Masallı rayon Təhsil Şöbəsinin 26 yanvar 2021-ci il tarixli, 00-01-25/10 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu Boradigah qəsəbə 1 saylı tam orta məktəbin sabiq müəllimi İddiaçı 2010-cu ildə həmin məktəbdə işlədiyi müddətdə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin sosial sığorta şəhadətnaməsinə işlənməsi ilə bağlı müraciəti tərəfimizdən araşdırıldı. Bildiririk ki, əvvəllər işçilərin əmək haqqından tutulan sosial sığorta ödənişləri onların sosial sığorta şəhadətnamələrinə köçürülürdü. Sonradan bu məbləğlər işçilərin fin koduna köçürülməyə başlanılmışdır. 2006-2016-cı illərdə Masallı RTŞ-nin tabeliyində olan müəssisələrdə çalışan işçilərin əmək haqlarından sosial sığorta haqları tutulmuş, lakin onların fin kodlarına köçürülməmişdir. Bununla bağlı bir neçə işçilərdə problemlər olmuşdur. İddiaçı əmək haqqından tutulan sosial sığorta haqqı Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon X15 tərəfindən onun hesabına işlənməmişdir. Əlavə olaraq qeyd edirik ki, 2006- 2016-cı illərə dair mühasibatlığa aid bütün sənədlər 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yarandığı zaman həmin təşkilata təhvil verilmiş, həmçinin mühasibatlıqda çalışan işçilər hazırda orada çalışırlar. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 63(01)-01- 17-12 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, “...14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli, 259 nömrəli əmri ilə yaradılmış və 01 may 2016-cı il tarixdən fəaliyyətə başlamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-ci il tarixli 1180 nömrəli Fərmanına əsasən 1 yanvar 2017-ci ildən əhatə dairəmizə aid rayonlar (Masallı, Cəlilabad, Yardımlı) üzrə müvafiq müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin Təhsil bölməsində nəzərdə tutulmuş vəsait hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 17-201/16 nömrəli məktubuna əsasən ilkin olaraq 2017-ci ildən təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulan vəsait hesabına mərkəz tərəfindən alınacaq, eləcə də, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən satın alınaraq əvəzsiz veriləcək mal-material qiymətlilərin balans saxlayıcısının ərazi maliyyə hesablaşma mərkəzləri, əvvəlki illərin xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına alınan mal-material qiymətlilər üzrə balans saxlayıcısının isə yerli təhsili idarəetmə orqanlarına, habelə 2017-ci ildən başlayaraq mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılması və hesabatların aidiyyəti orqanlara təqdim edilməsi ərazi maliyyə hesablaşma mərkəzlərinə, əvvəlki illərin mühasibat uçotunun aparılması və hesabatların aidiyyəti orqanlara təqdim edilməsi isə yerli təhsili idarəetmə orqanların səlahiyyətlərinə aid edilmişdir. Müraciətinizdə göstərdiyiniz dövrlər (2010-cu-2011-ci illər) mərkəzin fəaliyyətə başladığı dövrdən əvvələ təsadüf etdiyindən və qanunvericiliklə həmin dövrlərin hesabatlarını təqdim olunması yerli təhsili idarəetmə orqanlarına tapşırıldığından, hesabatlara müdaxilə olunması Mərkəzin səlahiyyətlərinə aid deyildir. Onu da nəzərinizə çatdırırıq ki, Masallı Rayon Təhsil Şöbəsi müstəqil balansa, möhürə və ştampa sahibdir və X9 Orqanında şəxsi xəzinə hesab kitabı vardır ki, müvafiq maliyyələşmələrin xəzinə hesabındakı qalığına uyğun həyata keçirir. Bildiririk ki, 2006-2016-cı illərdə aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən əmək haqqından məcburi sosial sığorta haqları üzrə ödənişlərin Məcburi Dövlət Sosial Sığorta haqqında hesabata işlənilməməsi ilə əlaqədar yaranmış problemlərin aradan qaldırılmasından ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti rayon təhsil şöbələrinə sistemdə dəyişikliyi həyata keçirmək üçün yanlız onların baxa biləcəkləri gizli parol verilmiş və halhazırda həmin şifrə parol vasitəsilə Təhsil Şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan dövrlər üzrə vətəndaş İddiaçı və digər işçilərinin əmək haqlarından hesablamalarında müvafiq dürüstləşmələr aparılaraq sistemə yenidən daxil olunur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 46(1)-01- 99/24 saylı məktubunda bildirilmişdir ki, əmək haqqınızdan tutulmanın Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına daxil olması ilə bağlı B3 hesabat formasında 2006-cı il üçün dəqiqləşmə aparılması 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin səlahiyyəti xaricindədir. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Masallı rayon Təhsil Şöbəsinin 29 aprel 2022-ci il tarixli, 60 (01)-01-227/12 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu Boradigah qəsəbə 1 saylı tam orta məktəbin sabiq müəllimi İddiaçı 2010-cu ildə həmin məktəbdə işlədiyi müddətdə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin sosial sığorta şəhadətnaməsinə işlənməsi ilə bağlı müraciəti tərəfimizdən baxılmışdır. Bildiririk ki, əvvəllər işçilərin əmək haqqından tutulan sosial sığorta ödənişləri Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə təqdim edilmiş və onlar tərəfindən işçilərin sosial sığorta şəhadətnamə hesablarına köçürülmüşdür. Lakin İddiaçı 2010-cu ildə həmin məktəbdə işlədiyi müddətdə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişləri sosial sığorta şəhadətnaməsinə işlənməmişdir. Mövcud vəziyyətdə həmin sosial sığorta haqqının ödənilməsi Rayon Təhsil Şöbəsinin səlahiyyətləri daxilində deyil. İş materiallarında olan Lənkəran-Astara Regional Təhsil İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, H-106/01 saylı məktubunda bildirilmişdir ki, 2010-cu ildə hesablanmış əmək haqlarınız barədə məlumatların Sosial və işsizlikdən sığorta üzrə bəyannamə hesabatına düzgün daxil edilməməsi ilə əlaqədar müraciətinizə tərəfimizdən baxıldı. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdən başlayaraq hesabatların aidiyyəti orqanlara təqdim edilməsi Ərazi Maliyyə Hesablaşma Mərkəzinin səlahiyyətlərinə, əvvəlki dövrlərin hesabatlarının aidiyyəti orqanlara təqdim edilməsi üçün rayon Təhsil Şöbələrinin səlahiyyətlərinə aid edilmiş və aid olduğu dövrlər üzrə müvafiq Ərazi Vergilər Baş İdarəsinə təqdim olunmuş Sosial və işsizlikdən sığorta üzrə bəyannamə hesabatları həyata keçirilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, yuxarıda qeyd olunan dövrlərə dair əmək haqqınızda dəyişikliklər yalnız hesabatın təqim olunduğu 6 saylı Ərazi Vergilər Baş İdarəsi və Dövlət Sosial Müdafiə X14 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə aparılan dürüstləşmələr nəticəsində müvafiq əmək haqqınızın Sosial və işsizlikdən sığorta üzrə bəyannamə hesabatında aylar üzrə məlumatların şəxsi hesabınıza işlənilməsi texniki imkanlardan istifadə etməklə təmin ediləcəkdir. Nəzərinizə çatdırırıq ki, Sosial və işsizlikdən sığorta üzrə bəyannamə hesabatında əmək haqqınız barədə şəxsi hesabınıza işlənilmiş məbləğlərdə dəqiqləşmələrin aparılmasına tərəfinizdən məhkəməyə verildiyi üçün hazırda Şirvan İnzibati Məhkəməsində baxılır və növbəti məhkəmə 01 noyabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq bildiririk ki, məhkəmə prosesi başa çatdıqdan sonra icra sənədlərinə əsasən müraciətiniz öz həllini tapacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). Həmin Qanunun 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən Boradigah qəsəbə 1 saylı orta məktəbinə təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya xx.xx.2008-ci il tarixdə 740 saylı qərarla yaşa görə 60,0 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək 42 il əmək stajı nəzərə alınmaqla əmək pensiyasının məbləği xx.xx.2011-ci il tarixdən yenidən düzgün hesablanaraq 166 manat 48 qəpiyə çatdırılaraq ödənilmişdir. xx.xx.2011-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq xx.xx.2007-ci il tarixdən xx.xx.2011ci il tarixədək 4 il 2 ay sosial sığorta stajı və 1674,52 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği xx.xx.2011-ci il tarixdən yenidən düzgün hesablanaraq 184,29 manata çatdırılaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən əmək pensiyanızın məbləği növbəti illər üzrə artırılmış, xx.xx.2019-cu il tarixdən iddiaçının əmək pensiyasının məbləği düzgün hesablanaraq 270 manat 99 qəpiyə çatdırılaraq ödənilmişdir. Sonradan isə müəyyən edilmişdir ki, Masallı Rayon Təhsil Şöbəsi tərəfindən 2010-cu il üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Bununla yanaşı, Masallı rayon Təhsil Şöbəsinin 29 oktyabr 2020-ci il tarixli, 164/3 nömrəli məktubla məhkəməyə göndərdiyi 13 sentyabr 2008-ci il tarixli, 11 saylı və 26 avqust 2011-ci il tarixli, 77 saylı əmrlərdən çıxarışlardan görünür ki, İddiaçı 13 sentyabr 2008-ci il tarixdə Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbə tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, 26 avqust 2011-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”dan görünür ki, Hüseynov X6 qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbdə işləyib və o, 2010-cu ilin yanvar, mart, aprel, iyun, iyul, avqust və sentyabr ayları üzrə cəmi 808 manat 33 qəpik əmək haqqı almışdır. Ona görə də iddiaçı 2010-cu ildə Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbində işlədiyi il üzrə məcburi sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlarda adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Masallı rayon Təhsil Şöbəsinin 29 aprel 2022-ci il tarixli, 60 (01)-01-227/12 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu Boradigah qəsəbə 1 saylı tam orta məktəbin sabiq müəllimi İddiaçı 2010-cu ildə həmin məktəbdə işlədiyi müddətdə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin sosial sığorta şəhadətnaməsinə işlənməsi ilə bağlı müraciəti tərəfimizdən baxılmışdır. Bildiririk ki, əvvəllər işçilərin əmək haqqından tutulan sosial sığorta ödənişləri Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə təqdim edilmiş və onlar tərəfindən işçilərin sosial sığorta şəhadətnamə hesablarına köçürülmüşdür. Lakin İddiaçı 2010-cu ildə həmin məktəbdə işlədiyi müddətdə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişləri sosial sığorta şəhadətnaməsinə işlənməmişdir. Mövcud vəziyyətdə həmin sosial sığorta haqqının ödənilməsi Rayon Təhsil Şöbəsinin səlahiyyətləri daxilində deyil. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçı İddiaçı 2010-cu ildə Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adını sığorta olunan kimi qeyd etməməsi, eyni zamanda əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin onun fərdi hesabına işlənməsini təmin etməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2010-cu ildə Masallı rayon Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi Dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) adının soğorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyi cavabdeh Lənkəran-Astara Regional Təhsil İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 2010-cu ildə Masallı rayon Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi Dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) adının soğorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyi cavabdeh Lənkəran-Astara Regional Təhsil İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1091/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1091/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver