Məhkəmə qərarları › İş №2-1(120)-1091/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1091/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1091/2025 21.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2-1(120)-3604/2024 nömrəli qərardadı ilə “X12” Açıq Səhmdar Cəmiyyəti iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X12” Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında 27 oktyabr 2011-ci il tarixdə əsas kredit müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında müxtəlif vaxtlarda əlavə kredit müqavilələi bağlanmış, həmçinin kredit müqaviləsi üzrə yeni ödəniş cədvəlləri təsdiq edilmişdir. Eyni zamanda alınmış kreditin təminatı kimi 27 oktyabr 2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X1 mülkiyyətində olan və Lənkəran rayonu Şilavar kənndində yerləşən 0.01288 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ipoteka ilə Bankın xeyrin yüklü edilmişdir. Tərəflər arasında 30 may 2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.12712 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Daha sonra Bankın xeyrinə yüklü edilmiş Seriya RX, № ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 4ində yerləşən bir mərtəbəli ümumi sahəsi 115,9 kv.m sahənin müvafiq olaraq tikintialtı sahə 0,00506 ha sahənin ümumi sahəsi 70.5 kv.m İddiaçı bağışlanmışdır. Bunun müqabilində tərəfindən 14.000 ABŞ dolları kreditin əvəzi kimi ödənilmişdir. 2022-ci ildə X3 daşınmaz əmlakın ösünə məxsus olan tikintialtı sahə 0.00782 ha, 45.4 kv.m sahəsi X5 bağışlamışdır. Bankın xeyrinə yüklü edilmiş və X1 mülkiyyətində olmuş (hazırda Qabil Hüseynovun mülkiyyətində olan) fərdi yaşayış evinin azad edilməsi üçün tərəfindən 10.000 manat kredit ödənilmişdir. Bunun müqabilində həmin evi onun sahibliyinə verəcəklərinə dair vəd versələr də daha sonra məhkəmə qaydasında evi ondan geri almışlar. Qeyri yaşaşyış sahəsi və ona hüquqlara dair paylı mülkiyyətçilər arasında mübahisə yarandığından, Hüseynbala Hüseynov və Qabil Hüseynova qarşı əmlakın paylara uyğun naturada bölünməsi və cavabdehlər X1, X4 tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kv.m sahədən çıxarılması barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 25 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və Lənkəran Rayon İcra Şöbəsi tərəfindən 03 fevral 2023-cü il tarixdə icaata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə icra sənədi icra edilməklə əmlakın naturada ayrılması təmin edilmiş və cavabdehlər həmin sahədən çıxarılmışlar. Beləliklə, paya münasibətdə ona məxsus olan hissə naturada da ona təhvil verilmişdir. Qanunvericiliyə görə birgə mülkiyyətdə olan əmlakın ayrılması üçün ilk növbədə paylar müəyyən edilməli və növbəti mərhələdə texniki baxımdan mümkün olduqda payın naturada ayrılması təmin edilməlidir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, mübahisəli əmlaka paylar müəyyən edilmiş və əmlak naturada ayrılmışdır. Bu vəziyyətdə hər bir tərəf özünə məxsus əmlaka dair yeni çıxarış almaq hüququ əldə edir. Əmlakın girovda olması hər bir tərəfə yeni çıxarış verilməsini istisna etmir, yeni çıxarış əmlakın yüklülüyünə təsir etməməklə bankın hüquqlarının məhdudlaşmasına və yaxud girov hüquqlarına münasibətdə mənfi nəticələr yaratmır. Çıxarışın alınması üçün bankın razılıq məktubu yetərlidir. Ancaq hazırki işin xüsusi hallarına münasibətdə qeyd edilməlidir ki, yuxarıda göstərilən kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəlik vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə bank borcun tutulması və tutmanın ipotekaya yönəldilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmişdir. Daha sonra tərəflər arasında olan razılaşmaya əsasən icra sənədi məhkəməyə geri qaytarılmış və borcun könüllü ödənilməsi üzrə tədbirlərin davam etdirilməsi qərarlaşdırılmışdır. Lakin belə görünür ki, Qabil Hüseynov həmin razılaşmanın da şərtlərini icra etmir. Baxmayaraq ki, buna maddi imkanı çatır. Onun qərəzli hərəkətləri onun bankda yüklü olan əmlakını riskə atmaqla yanaşı əmlakdan istifadə və onunla bağlı istənilən hərəkətlərimi məhdudlaşdırmışdır. İndi isə belə məlum olur ki, Qabil Hüseynov kredit öhdəliyini onun əmlakı hesabına icra etmək istəyir. Bu isə onun qanuni mənafeyinə uyğun olmamaqla yanaşı vicdanlı davranış hesab edilmir. Bu əsasla tərəfindən banka müraciət olunaraq ipoteka ilə yüklü edilmiş əmlaka dair onun adına ayrıca çxarış verilməsi üçün razılıq məktubu göndərilməsini xahiş etsə də, bank ondan müvafiq ödənişlər edilməsini tələb etmiş və ərizənin icrasından imtina etmişdir. Bununla əlaqədar olaraq Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbi ondan ibarət olmuşdur ki, bank tərəfindən razılıq məktubu verilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3166/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1024/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd etmişdir ki, şəxsin dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu əks etdirən çıxarışın alınması üçün ipoteka saxlayanın razılığının verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İpoteka saxlayanın razılığı ipoteka qoyan tərəfindən ipoteka predmetinə sərəncam verildiyi təqdirdə zəruridir. Həmin qətnamələri nəzətə alaraq paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bağlı ayırıca çıxarış verilməsi ilə bağlı reyestr xidmətinə müraciət etsə də, eyni əsasla çıxarışın verilməsindən imtina olunmuşdur. Hesab edir ki, inzibati orqanın imtinası qanunsuzdur. Ona görə də çıxarış verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Hazırki iddia İPM-nin 2, 34-cü maddələrinə əsaslanır. Yuxarıda göstərilənləri və İPM-nin 2, 34-cü maddələrinin göstərişlərini nəzərə alaraq ünvan 4ində yerləşən bir mərtəbəli ümumi sahəsi 115,9 kv.m sahənin müvafiq olaraq tikintialtı sahə 0,00506 ha sahənin ümumi sahəsi 70.5 kv.m olan qeyri-yaşayış sahəsinə ayrıca çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və onun təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X14 izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs “X12” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs X12” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 18 mart 2024-cü il tarixli, 3-21-3-43/2- 736/2024 nömrəli məktubunda qeyd olunmuşdur: Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözügedən qeyriyaşayış binası “X12” Açıq Səhmdar cəmiyyətinin yüklülüyündədir. Belə ki, həmin daşınmaz əmlak üzərində hər hansısa bir əməliyyatın aparılması üçün “X12” Açıq Səhmdar Cəmiyyəti tərəfindən daşınmaz əmlakın yüklülükdən azad edilməsi təmin olunmalı və yaxud müvafiq əməliyyatın aparılması ilə əlaqədar “X12” Açıq Səhmdar Cəmiyyətinin razılıq məktubu təqdim edilməlidir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində cari dəyişikliklərin edilməsi prosedurundan imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)- 682/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X6 və X2 qarşı iş üzrə iddia tələbinin təmin edilməsi, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 4ində yerləşən bir mərtəbəli ümumi sahəsi 115,9 kv.m sahə 1,3 nömrəli tikililər ilə 2,4 nömrəli tikililər arasında olan boşluqlar hörülərək bağlandıqdan sonra, X5 düşən tikintialtı sahəsi 50,6 kv.m, tikililərin daxili sahəsi 45,4 kv.m. olan hissə ilə İddiaçı tikintialtı sahəsi 78.2 kv.m, tikililərin daxili sahəsi 70,5 kv.m olan hissəsi bir-birindən təcrid şəkildə ayrılaraq paylara uyğun naturada bölünməsi, Cavabdehlər X3 və X6 İddiaçı məxsus tikintialtı sahə 0 00782 ha ümumi sahə 70 5 kv.m sahədən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4859 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir; mülki iş materiallarında olan sənədlərə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən qeyd olunur ki, 1,3 nömrəli tikililər ilə 2,4 nömrəli tikililər arasında olan boşluqlar hörülərək bağlandıqdan sonra, X2 düşən tikintialtı sahəsi 50.6 m2, tikililərin daxili sahəsi 45.4 m2 olan hissə ilə İddiaçı tikintialtı sahəsi 78.2 m2, tikililərin daxili sahəsi 70.5 m2 olan hissənin bir-birindən təcrid şəkildə ayrılması və mülkiyyətçilərin hər birinin öz payına düşən hissədən sərbəst şəkildə istifadə etməsi mümkündür. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3166/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “X12” Açıq Səhmdar Cəmiyyətinə qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1024/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3166/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1024/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3166/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 23 iyul 2024-cü il tarixli, 3-21-3-43/2- 2141/2024 nömrəli məktubunda qeyd olunmuşdur: Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamın icrası olaraq bildiririk ki, icraatda olan 2- 1(120)-3604/2024 saylı inzibati iş üzrə sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Məlumat üçün bildiririk ki, hazırki iş üzrə İddiaçı Hüseynbalc oğlunun Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən, ona məxsus qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində cari dəyişikliklərin edilməsi proseduru ilə əlaqədar xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmışdır. Hazırki iş üzrə İddiaçı tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin ekspertizası nəticəsində məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış binası “X12” Açıq Səhmdar cəmiyyətinin yüklülüyündədir. Belə ki, həmin daşınmaz əmlak üzərində hər hansısa bir əməliyyatın aparılması üçün “X12” Açıq Səhmdar Cəmiyyəti tərəfindən daşınmaz əmlakın yüklülükdən azad edilməsi təmin olunmalı və yaxud müvafiq əməliyyatın aparılması ilə əlaqədar “X12” Açıq Səhmdar Cəmiyyətinin razılıq məktubu təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixində imtina bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edirik, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş seriya RX ******* nömrəli, 17.09.201-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********34-06301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.01288 ha torpaq sahəsinin, ümumi sahəsi 45.4 kv.m (tikilialtı sahə 0.00506 ha) olan X1, ümumi sahəsi 70.5 kv.m (tikilialtı sahə 0.00782 ha) İddiaçı paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********34-06301 reyestr nömrəli çıxarış əsasında ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.01288 ha torpaq sahəsinin, ümumi sahəsi 45.4 kv.m (tikilialtı sahə 0.00506 ha) olan X1, ümumi sahəsi 70.5 kv.m (tikilialtı sahə 0.00782 ha) İddiaçı paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən və eskizdən görünür ki, ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.01288 ha torpaq sahəsinin ümumi sahəsi 115.9 kv.m olan digər daşınmaz əmlakın (qeyri-yaşayış binası) X2 (70.5 kv.m, tikili altı sahəsi 78.2 kv.m) məxsus hissədən hədiyyə alan İddiaçı bağışlanmışdır. Qalan tikilialtı sahə 50.6 kv.m, ümumi sahəsi 45.4 kv.m mülkiyyətçidə qalır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda daşınmaz əmlak yüklüdür və tərəflərin əmlakına dair bölgü eskizi tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsi ipoteka predmeti olaraq reysterdə qeydiyyata alınmışdır. İddiaçının əmlakı "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əsas borclu X6 bank qarşısında götürdüyü öhətliyini tam şəkildə icra etmədiyi üçün "xxxx" KB ASC müraciəti əsasında xx.xx.2023-cü il tarixli Lənkəran rayon 1 saylı notariat ofisinin icra qeydi tərtib olunmuşdur. Həmin icra qeydi icra olunması üçün aidiyyatı üzrə icra qurumuna göndərilmişdir. Bundan sonra İddiaçı cavabdeh “X12” Açıq Səhmdar Cəmiyyətinə qarşı “mülkiyyətin müdafiəsi” tələbi ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilsədə qətnamə dəyişdirlmədən saxlanılmışdır. Hazır ki, vəziyyətədə ipoteka müqaviləsinə əsasən iddiaçı əmlakını xeyrinə yüklü etdiyi şəxs bank qarşısında öhtəliyini tam şəkildə icra etməməsi müəyyən edilir. Məhkəmə iddiaçının iddia tələbini o vaxt əsaslı və ya bunun əksi olaraq cavabdeh inzibati orqanın hərəkətlərini o zaman qanunsuz hesab edə bilərdi ki, "xxxx" KB ASC qarşısında iddiaçı əmlakını xeyrinə yüklü etdiyi şəxs öhtəliyini tam icra etmiş olduqda, "xxxx" KB ASC-nin əmlakı yüklülükdən azad edilməsi haqqında razılıq məktubu təqdim edildiyi halda və ya müvafiq məhkəmə qətnaməsi ilə ipoteka müqaviləsi ləğv, etibarsız hesab edilmiş olduğu təqdirdə. Lakin bunun əksi olaraq əmlakı xeyrinə yüklü edilmiş şəxs tərəfindən ipoteka müqaviləsinin tam icra olunmaması müəyyən edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qeydiyyat aparan orqan kimi cavabdeh inzibati orqan dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə öhtəlik qoyulması tələbi ilə bağlı iddiaçının ilkin müraciətindən imtina edərkən haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. Belə ki, «İnzibati iсraat haqqında» AR Qanununun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci, 15.1.3-cü və 15.1.5-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə və daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün konkret əsaslar müəyyən edilmişdir. Həmin əsaslar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahısında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda yer almışdır. Həmin hüquq normalarında əks olunan sənədlər hüquq sahibinə imkan verir ki, daşınmaz əmlak üzərində hüququ qeydiyyata alınsın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci, 15.1.3-cü və 15.1.5-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə və daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8, 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yenə həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC qarşısında iddiaçı əmlakını xeyrinə yüklü etdiyi şəxsin öhtəliyini tam icra etməsini, "xxxx" KB ASC-nin əmlakı yüklülükdən azad edilməsi haqqında razılıq məktubu təqdim edilməsini və ya müvafiq məhkəmə qətnaməsi ilə ipoteka müqaviləsi ləğv, etibarsız hesab edilmiş olduğu təsdiq edən subutalarını təqdim edə bilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı da bu hallar müəyyən olunmadığından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin qanuni əsasları yoxdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar