Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1092/2025 09.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik rayonu Spyereqon Bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən həyətyanı məqsədi ilə ayrılmış 0,07 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Spyereqon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü verilmiş Lerik rayonu, Spyereqon kəndi ərazisində 700 kv.m torpaq sahəsinin adına dövlət reyestrində qeydiyyata alınmasının və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lerik rayonu Vizəzəmin bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Lerik rayonu Spyereqon Bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən həyətyanı məqsədi ilə ayrılmış 0,07 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia üzrə tələb dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Spyereqon bələdiyyəsinin 20.03,2007-ci il tarixli 03 saylı qərarı fərdi yaşayış evinin tikintisindən ötrü ona Lerik rayonu Spyereqon kəndi ərazisində 700 kv.m torp sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələl Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəı Ərazi İdarəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəs tərəfindən verilmiş 3-21-3-43/2-935/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda müraciətin müsbət cavablandırılmamış və torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası əsasızdır və mülkiyyətçi kimi hüquqlarımı kobud şəkild pozur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən Lerik rayonu Spyereqon Bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən həyətyanı məqsədi ilə ayrılmış 0,07 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddia tələbinə etirazında qeyd etmişdir ki, hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi X3 tərəfindən Lerik rayonu, Spyereqon kəndi ərazisində yerləşən, Spyereqon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü İddiaçı ayrılmış 700 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə X6 Xidmət Mərkəzinə müraciət olunmuşdur. Hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi X3 tərəfindən təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər ekspertiza olunan zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 .-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi X2 xx.xx.2024-cü il tarixində imtina bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edirik, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin və üçüncü şəxs Lerik rayonu Vizəzəmin bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Lerik rayonu ərazisində yerləşdiyindən və Lerik rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Lerik rayon Spyereqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli qərarının surətindən görünür ki, Lerik rayon Spyereqon bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən Spyereqon kənd sakini İddiaçı 0.07 ha torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli aktın surətindən görünür ki, Lerik rayonu Spyereqon kəndində yaşayan İddiaçı Lerik rayon Spyereqon bələdiyyəsinin ərazisindən 0.07 ha torpaq sahəsi 75 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lerik rayonu Spyereqon kənd sakini İddiaçı Spyereqon bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 nömrəli qərarı ilə 700 kv.m fərdi yaşayış evi tikmək üçün tərtib edilmişdir.X7 kitabında xx.xx.2010-cu il tarixdə 157 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli, 5-65-7/2-847/2023 nömrəli rəyinin surətindən görünür ki, Sipyəreqon kənd sakini İddiaçı Lerik Rayon icra Hakimiyyətinə etdiyi 5-65/1 -R-53-113/2023 nömrəli 11 may 2023-cü il tarixli müraciətində Sipyəreqon bələdiyyəsi ona Sipyereqon kəndində kəndin daxili torpaqlarından fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.07 hektar torpaq sahəsinin ayrılmasını məqsədəmüvafiq hesab edərək, ayrılmış sahə barədə müvafiq rəy bildirilməsini xahiş edir. Müraciətlə əlaqədar ayrılmış torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı sahədən heç bir dövlət əhəmiyyətli kommunukasiya xəttinin keçmədiyi, gələcəkdə dövlət tərəfindən bu sahədə digər tikinti işlərinin aparılması planlaşdırılmadığı, sahənin boş olduğu müəyyən olunmuşdur. Lerik rayon icra hakimiyyətinin memarlıq xidməti tərəfindən qeyd olunmuş torpaq sahəsində Dövlət Tikinti Norma və Qaydalarının tələblərinə uyğun, ərazinin memarlıq- planlaşdırma həllinə müvafiq fərdi yaşayış evin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılmasını məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 5-65/2-389/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Lerik rayonu, Spyereqon kəndi ərazisindən kənd sakini İddiaçı fərdi yaşayış evinin tikintisindən ötrü 700 kv.metr torpaq sahəsinin verilməsinə dair” rayonun keçmiş Spyereqon bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 saylı qərarı rayon dövlət arxivində aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, 1999-cü ildə Lerik rayonunun qəsəbə və kəndlərində, o cümlədən Vizəzəmin kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Spyereqon kəndində Spyereqon bələdiyyəsi təşkil edilmiş və 2009-cü ilədək fəaliyyət göstərmişdir. 2009-cu ildə Vizəzəmin kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan kəndlərdə fəaliyyət göstərən bələdiyyələr, o cümlədən Spyereqon bələdiyyəsi Vizəzəmin bələdiyyəsinə birləşmişdir. Hal-hazırda həmin ərazidə Vizəzəmin bələdiyyəsi fəaliyyət göstərir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/4212/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və "Torpaqların alqısatqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən **********0005 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması və sözügedən 700 kv.m torpaq sahəsinin həmin "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına əsasən döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda sözügedən 700 kv.m torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və "Torpaqların alqısatqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m (0,07 ha) torpaq sahəsinin (**********0005 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına əsasən) ayrıldığı vaxt 0,04 ha hissəsinin hüquqi statusunun bələdiyyə mülkiyyətinə, qalan 0,03 ha hissəsinin isə xüsusi (pay torpaqları) mülkiyyətə, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən olunmuşdur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına uyğun olaraq, Lerik rayonu, Sipyərəqon kəndi ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin sözügedən ərazidə pay torpaqları faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Qeyd edilən torpaq sahəsinin hazırda Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətinə, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlara və islahat uqodiyasının örüş torpaq sahəsinə, faktiki uqodiyasının isə tikinti altında olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və 'Torpaqların alqısatqısına dair akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətinə, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlara və islahat uqodiyasının örüş torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Qərb qonşuluğunda yerləşən torpaq sahəsinin isə faktiki uqodiyasının tikinti altında olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və "Torpaqların alqısatqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m torpaq sahəsinin faktiki koordinatlarının elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində mövcud olması müəyyən olunmuşdur. Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və "Torpaqların alqı- satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən **********0005 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluğun mövcud olması müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və "Torpaqların alqısatqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən **********0005 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluğun mövcud olması müəyyən edilmişdir (mütəxəssis rəvinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə iddiaçının istifadəsində həyətyanı torpaq sahəsi kımı istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və "Torpaqların alqısatqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin faktiki koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst- üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və "Torpaqların alqısatqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən **********0005 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluğun mövcud olması müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə iddiaçının istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın onuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1811/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və "Torpaqların alqısatqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m torpaq sahəsinin (iddia olunan vəziyyətə uyğun) faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Lerik rayonu Spyereqon Bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən həyətyanı məqsədi ilə ayrılmış 0,07 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (əsllərini və təsdiq edilmiş surətlərini) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtinada qeyd edilən əsaslar mövcud olmamışdır və qeyd olunan hal iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin natamam olması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Qeyd edilən sübutlardan inzibati orqan tərəfindən verilən imtinanın əsaslarının mövcud olmadığı müəyyən edilir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4212/2025 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir və həmin rəyə əsasən Lerik rayonu, Sipyəreqon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı və "Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı satılmış 700 kv.m torpaq sahəsinin ayrıldığı vaxt 0,04 ha hissəsinin hüquqi statusunun bələdiyyə mülkiyyətinə, qalan 0,03 ha hissəsinin isə xüsusi (pay torpaqları) mülkiyyətə, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması, hazırda Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən faktiki uqodiyasının isə tikinti altında olan torpaq sahəsinə aid olması, torpaq sahəsinin faktiki koordinatlarının elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilməsi, "Torpaq sahəsinin planı və ölçüsü" sənədi üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluğun mövcud olması, iddiaçının istifadəsində həyətyanı torpaq sahəsi kımı istifadə edilməsi və torpaq sahəsinin faktiki koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Lerik rayonu Spyereqon Bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı Lerik rayonu Spyereqon Bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eləcə də, mübahisəli torpaq sahəsi üzrə koordinatlarda uyğunsuzluqlar yaranmışdır ki, qeyd edilən uyğunsuzluqların faktiki istifadəyə uyğunlaşdırılmasının zəruri olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin uyğunlaşdırma hissəsində də haqlı olmuşdur. Belə ki, torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərində hüquqularının pozulmayacağı və qeyd edilən torpaq sahəsinində islahat zamanı ayrılan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmçinin imtinada qeyd ediləndən fərqli olaraq torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən faktiki uqodiyasının tikinti altında olan torpaq sahəsinə aid olması müəyyən edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lerik rayonu Spyereqon Bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən həyətyanı məqsədi ilə ayrılmış 0,07 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Lerik rayonu Spyereqon Bələdiyyəsinin 20 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən həyətyanı məqsədi ilə ayrılmış 0,07 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1092/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1092/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver