Məhkəmə qərarları › İş №2-1(120)-1094/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1094/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1094/2024 29.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1094/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərardadı ilə, İddia tələbinə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə anadan olmuş, xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. Bundan başqa 2 il hərbi xidmət dövrü. Hazırki vaxta qədər işləyir.Onun işlədiyi iş, vəzifə, peşə ona güzəştli şərtlərlə pensiya almaq hüququ verəm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan peşələrə aiddir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Qeyd edilən inzibati orqan ona ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 'Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-c maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq huququ verən incəsənətin xususı sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli vs ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 ıl 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 'Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərc hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimun məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bı pensiya təminatına imkan vermədikdə isə azı 25 ıl sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaş. gorə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X7 uzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olara oz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdr çıxdığı beynəlxalq müqavilələri. Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublika: Prezdentının fərmanlarını və sərancamlarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərj və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və X16 Fondunun Nizamnaməsim. Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və X10 Nazirinin əmr və sərəncamlarını X11 qərarlarını, Fondun idaı Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Əmək pensiyaları haqqında Qanunun 9 1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsu sahələri, əmək şəraiti xususılə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabıne tərəfindən təsdiq olunmuş siyahı uzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR" şirkətinin sizə dair 18 may 2023-cü il tarixli 14-2/2-S- 138- 1/2023-1513 nömrəli arayışında qeyd olunan xx.xx.1982-xx.xx.1983-ci il və xx.xx.1987- 01 05.2003-cü ıl tarixləri arasındakı dövr ərzində X2 idarəsində işlədiyiniz sürücü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnda nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan az (4 il 2 ay 1 gün (xx.xx.2003-xx.xx.2007-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gun müddətində yuxarı inzibatı orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.Onun əmək kitabçasına əsasən onun 25 ildən daha çox əmək stajı vardı. Əmək stajı güzəştlidir və əmək kitabçasında öz əksini tapmışdır.Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən mənə ünvanlanan imtina məktubu qanunsuz və əsassızdır. Qeyd etdiyi peşə və ümumi iş stajı imkan verir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-3673/2023 nömrəli inzibati iş vardır.İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-141357/2023 nömrəli məktubunda iddiaçının qanunvericiliklə tələb olunan 12 il 06 ay güzəştli iş stajının olmaması səbəbindən pensiya təyinatının mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pesiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir:"Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə əmək şəraiti xUsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə gorə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır 1 Tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 58.5); 2 azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 3 stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün yuxarıda qeyd edilən şərtlər ödənilməlidir.İş materiallarına əlavə edilmiş SOCAR-ın 18 05 2023-cü il tarixli 14-2/2-S-138-1/2023- 1513 nömrəli arxiv arayışına əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən 26.05 1983-cü il tarixədək və 10 07 1987-ci ıl tarixdən xx.xx.2007-cı il tarixədək sürücü və maşinist vəzifələrində işləmişdir.Əmək pensiyaları haqqında” Qanunun 9 1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnda iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cu il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X3 idarəsində işlədiyi sürücü vəzifəsi nəzərdə tutulmamışdır.Belə kı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın 4.1.20-ci yarımbəndınə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 2 nömrəli əlavədə müəyyən olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair islərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli is arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndiricı istehsalat-texnoloji məlumatları, eyniləşdirmə uçun zəruri olan meyar əlamətlərim əks etdirməli, əsaslandırılmış olmalıdır.Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan islərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir Lakin onu da nəzərə almaq lazımdır ki. məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heçdə həmişə birmənalı sübut kimi qəbul etməməlidir Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövnın siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş. tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş. vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə. vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır kı sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 ıl 06 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Göründüyü kimi iddiaçının təqdim etdiyi arxiv arayışı sözügedən Qaydanın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyqun tərtib edilməmiş, lazımi məlumatlar arayışda qeyd edilməmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (4 il 02 ay 01 gün) olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı "hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(120)-3673/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iş materiallarında olan digər sənədlər ilə müəyyən edildi ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan 12 il 06 aydan az güzəştli iş stajı olmadığı üçün, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S- 141357/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 6 iyun 2023-cü il tarixində daxıl olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə araşdırılmışdır.Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq huququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Eyni zamanda bildiririk kı. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq oz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri. Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinın fərmanlarını və sərəncamlarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını. X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Əmək pensiyaları haqqında” Qanunun 9 1-cı maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı uzrə müəyyən edilirMərkəzi Filiala təqdim etdiyiniz “SOCAFT şirkətinin sizə dair 18 may 2023-cü il tarixli 14-2/2-S-138-1/2023-1513 nömrəli arayışında qeyd olunan xx.xx.1982xx.xx.1983-ci il və xx.xx.1987-xx.xx.2003-cü ıl tarixləri arasındakı dövr ərzində X4 İdarəsində işlədiyi sürücü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajı 12 il 6 aydan az (4 il 2 ay 1 gün (xx.xx.2003-xx.xx.2007-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibatı orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan SOCAR-ın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2/2-S-138-1/2023-1513 nömrəli məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1982-ci ildə (əmr № 111/k, xx.xx.1982-ci il) “Salyanneft” Neft və Qazçıxarma İdarəsinin X4 İdarəsinə 3MJ1-157 markalı, 07-71 №li avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə (əmr № 42/k, xx.xx.1983-cü il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1987-ci ildə (əmr № 28/k, xx.xx.1987-ci il) “Salyanneft” Neft və Qazçıxarma İdarəsinin X4 İdarəsinin 1 №-li avtokolonuna 31-48 nömrəli avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə (əmr № 69/k, xx.xx.1988-ci il) 3-cü sinif sürücü 3MJ1-130 markalı, 56-69 №-li avtomaşına təhkim olunmuşdur.xx.xx.1989-cu ildə (əmr № 1/k, xx.xx.1990-cı il) 3-cü sinif sürücü ZİL-130 aqreqat-200 markalı avtomaşına (nömrəsiz) təhkim olunmuşdur. xx.xx.1992-ci ildə (əmr № 52/k, xx.xx.1992-ci il) 3MJ1-431412 YH- 100x200 markalı, 00-49 №-li avtomaşına təhkim olunmaqla 4-cü dərəcəli maşinistsürücü peşəsinə keçirilmişdir.xx.xx.2003-cü ildə (əmr № 28/k, xx.xx.2003-cü il) “Azneft” İstehsalat Birliyinin xx.xx.2003-ü il tarixli 8 saylı əmrinə əsasən X4 İdarəsinin Nəqliyyat sexi kimi X13 İdarəsinin tərkibinə verilməsi ilə əlaqədar X13 İdarəsinin Texnoloji nəqliyyat sexində ZİL-431412 markalı, ** AC *** №-li yuyucu aqreqatın 4-cü dərəcəli maşinisti peşəsində fəaliyyətini davam etdirmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2005-ci il tarixli 25 saylı əmrinə əsasən X13 İdarəsi Qazma sexi kimi X8 İşləri İdarəsinin tərkibinə verilmişdir.xx.xx.2005-ci ildə (əmr № 43, xx.xx.2005-ci il) X8 İşləri İdarəsinin Kürsəngi qazma sahəsinin Texnoloji nəqliyyat sexində yuyucu aqreqatın 4-cü dərəcəli maşinisti peşəsində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən şirkətə birbaşa tabe olmaqla hüquqi şəxs statuslu “Kompleks qazma işləri” tresti yaradılmış, xx.xx.2007-ci il tarixli 60 nömrəli əmrinə əsasən “Azneft” X1 X12 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir.xx.xx.2007-ci ildə (əmr № 156, xx.xx.2007-ci il) Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad olunmuşdur İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.2012-ci illərdə müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2-15/2-975/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən vətəndaş İddiaçı işlədiyi dövrdə xx.xx.1989-cu ildən xx.xx.2007-ci ilədək 2130100a-13590 kodu ilə qazma qurğularının maşinistləri peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 224621/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 13 sentyabr 2023-cü il tarixində daxil olmuş 2-1(120)-3673/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “SOCAR” şirkətinin adıçəkilən şəxsə dair 18 may 2023-cü il tarixli 14-2/2-S-138-1/2023-1513 nömrəli arayışında qeyd olunan xx.xx.1982-xx.xx.1983-ci il və xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində X4 İdarəsində işlədiyi sürücü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnda nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (4 il 2 ay 1 gün (xx.xx.2003-xx.xx.2007-ci il tarixləri arasındakı dövr) təşkil edir. Buna görə adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.Əlavə olaraq bildiririk ki, İddiaçı ümumi iş stajı 41 il 2 ay 9 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 4 ay 9 gün (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 10 ay sığorta stajı), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 58720,10 manat təşkil edir. Eyni zamanda, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. İş materiallarında olan SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2/2-5321/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı verilən xx.xx.2023-cü il tarixli 14-2/2-S-138-1/2023-1513 nömrəli iş stajı barədə arxiv arayışının hazırlanmasına əsas olmuş arxiv sənədlərinin təsdiq olunmuş surətləri təqdim edilmişdir. İş materiallarında olan SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-15/2-281/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən vətəndaş İddiaçı işlədiyi dövrdə xx.xx.1982-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək 11OOOOOa—14065 kodu ilə yuyucu aqreqatların maşinistləri peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. İş materiallarında olan SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-15/2-281/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş Ofisi tərəfindən “Kompleks qazma işləri” trestinə ünvanlanmış 14-2/3- 6-548/2024 saylı, xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli 2-1 (120)-1094/2024 saylı müraciətə baxılmışdır. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsində işiədiyi xx.xx.1989-cu ildən xx.xx.2007-ci il tarixədək olan dövr üçün ZİL-130 aqreqatının maşinsti və yuyucu aqreqatın maşinisti peşələrinə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun sığorta stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. Başqa sözlə işin hallarından və yuxarıda qeyd edilən sənədlərdən görünür ki, İddiaçı 12 il 6 aydan az güzəştli sığorta stajı olmasına baxmayaq, həmin illərin nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçının 25 ildən çox ümumi iş stajı olsa da, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay güzəştli iş stajının olmaması səbəbindən pensiya təyinatının həyata keçirilməsi mümkün deyil. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.8. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006- cı ilədək, yəni xx.xx.1982-xx.xx.2006-cı illərdə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən olunur ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilmir. Belə ki, ona məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, xx.xx.2006-cı ilədək, yəni xx.xx.1982-xx.xx.1989-cu illərdə 3-cü sinif sürücü, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü ilədək maşinist sürücü, xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək 4-cü dərəcəli maşinist vəzifəsində işləmişdir SOCAR-ın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2/2-S-138-1/2023- 1513 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1982-ci ildə (əmr № 111/k, xx.xx.1982-ci il) “Salyanneft” Neft və Qazçıxarma İdarəsinin X4 İdarəsinə 3MJ1-157 markalı, 07-71 №-li avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə (əmr № 42/k, xx.xx.1983-cü il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1987-ci ildə (əmr № 28/k, xx.xx.1987-ci il) “Salyanneft” Neft və Qazçıxarma İdarəsinin X4 İdarəsinin 1 №-li avtokolonuna 31-48 nömrəli avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə (əmr № 69/k, xx.xx.1988-ci il) 3-cü sinif sürücü 3MJ1-130 markalı, 56-69 №-li avtomaşına təhkim olunmuşdur.xx.xx.1989-cu ildə (əmr № 1/k, xx.xx.1990-cı il) 3-cü sinif sürücü ZİL-130 aqreqat-200 markalı avtomaşına (nömrəsiz) təhkim olunmuşdur. xx.xx.1992-ci ildə (əmr № 52/k, xx.xx.1992-ci il) 3MJ1-431412 YH-100x200 markalı, 00-49 №-li avtomaşına təhkim olunmaqla 4-cü dərəcəli maşinist-sürücü peşəsinə keçirilmişdir.xx.xx.2003-cü ildə (əmr № 28/k, xx.xx.2003-cü il) “Azneft” İstehsalat Birliyinin xx.xx.2003-ü il tarixli 8 saylı əmrinə əsasən X4 İdarəsinin Nəqliyyat sexi kimi X13 İdarəsinin tərkibinə verilməsi ilə əlaqədar X13 İdarəsinin Texnoloji nəqliyyat sexində ZİL-431412 markalı, ** AC *** №-li yuyucu aqreqatın 4-cü dərəcəli maşinisti peşəsində fəaliyyətini davam etdirmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2005-ci il tarixli 25 saylı əmrinə əsasən X13 İdarəsi Qazma sexi kimi X8 İşləri İdarəsinin tərkibinə verilmişdir.xx.xx.2005-ci ildə (əmr № 43, xx.xx.2005-ci il) X8 İşləri İdarəsinin Kürsəngi qazma sahəsinin Texnoloji nəqliyyat sexində yuyucu aqreqatın 4-cü dərəcəli maşinisti peşəsində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən şirkətə birbaşa tabe olmaqla hüquqi şəxs statuslu “Kompleks qazma işləri” tresti yaradılmış, xx.xx.2007-ci il tarixli 60 nömrəli əmrinə əsasən “Azneft” X1 X12 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir.xx.xx.2007-ci ildə (əmr № 156, xx.xx.2007ci il) Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh orqan tərəfindən güzəştli iş stajı olaraq xx.xx.2003-xx.xx.2006-cı illərdə işlədiyi dövr qəbul edilmişdir. Həmçinin iş materiallarında olan SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-15/2-281/2024 nömrəli məktubu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən vətəndaş İddiaçı işlədiyi dövrdə xx.xx.1982-ci il tarixindən xx.xx.1989cu il tarixinədək 1100000a—14065 kodu ilə yuyucu aqreqatların maşinistləri peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Lakin SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-15/2- 281/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş Ofisi tərəfindən “Kompleks qazma işləri” trestinə ünvanlanmış 14-2/3- 6-548/2024 saylı, xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli 2-1 (120)- 1094/2024 saylı müraciətə baxılmışdır. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsində işiədiyi xx.xx.1989-cu ildən xx.xx.2007-ci il tarixədək olan dövr üçün ZİL-130 aqreqatının maşinsti və yuyucu aqreqatın maşinisti peşələrinə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edə bilməmişdir. Belə olan halda iddiaçı 12 il 06 aydan az güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət etmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in -in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə tələb olunan minimum müddətdə çalışmasını sübut etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Göründüyü kimi, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti onun tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetiribyetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Bu mənada məhkəmə etirazın dəlilləri ilə razılaşır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından və iş materiallarından da göründüyü kimi, iddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmamasına əsaslanan cavabdehin imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar