Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1096/2020 13.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin İmişli rayon filialına qarşı «1974-1980, 1982-1989-cu illərdə İmişli rayonu, “Muğan” kolxozunda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxxx 1958-ci ildə anadan olmuşdur, “1974-1980, 1982-1989-cu illərdə İmişli rayonu, “Muğan” kolxozunda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X3 İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx xxx 2020-ci il tarixli, **********8 saylı imtina məktubu verilərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3 İmişli rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(120)-1096/2020 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək iddia tələbinə “1974-1980, 1982-1989-cu illərdə İmişli rayonu, “Muğan” kolxozunda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun arxiv arayışında qeyd olunan 1974-1980, 1982-1989-cu illərdə İmişli rayonu, “Muğan” kolxozunda işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı vaxt 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də işlədiyi iş illəri və hərbi xidmət dövrü nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, arxiv arayışını, cavabdehin imtina məktubunu, yaşayış yerindən arayışını, əmək kitabçasını, ödəniş qəbzini əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən İmişli rayon Muradalılı kənd uşaq bağçası tərəfindən göndərilən əmrlərdən çıxarışları, İmişli rayon Təhsil Şöbəsi tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli, 199 nömrəli arayışın, o cümlədən Dövlət X3 İmişli rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********3 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxx 1958-ci il tarixdə doğulmuşdur. xx xxxxx 2020-ci il tarixdə 61 yaş yarımı tamam olmuşdur. İddiaçının işlədiyi iş illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçının xx xxxxx 2020-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçının 25 ildən artıq sığortastajınamalikolması, o cümlədən xx.xx.1989-xx.xx.2002-ci illərdə İmişli rayon Muradalılı kənd uşaq bağçasında işləməsi AZE ******* nömrəli əmək kitabçası, İmişli rayon Muradalılı kənd uşaq bağçasının əmrlərdən çıxarışları, İmişli rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli, 199 nömrəli arayışı ilə,1974-1980, 1982-1989-cu illərdə İmişli rayonu, “Muğan” kolxozunda işləməsi İmişli rayon Dövlət Arxivinin 13sentyabr 2019-cu il tarixli, 135 nömrəli arxiv arayışı ilə təsdiq olunur. İddiaçının hüququnun yarandığı vaxtda yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajına malik olması Dövlət X3 İmişli rayon şöbəsi tərəfindən təqdim edilən xx xxxx 2020-ci il tarixli **********3 nömrəli məktubu ilə də öz təsdiqini tapır. Həmin məktubda göstərilmişdir ki, İddiaçı arxiv arayışına və əmək kitabçasında göstərilən müvafiq illərə əsasən sosial sığorta stajı 28 il 4 ay təşkil edir. İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1974-1980, 1982-1989-cu illərdə İmişli rayonu, “Muğan” kolxozunda işləməsinə dair İmişli rayon Dövlət Arxivinin 13sentyabr 2019-cu il tarixli, 135 nömrəliarxiv arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1974-1980, 1982-1989-cu illərdə İmişli rayonu, “Muğan” kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Dövlət X3 İmişli rayon şöbəsi tərəfindən təqdim edilən xx xxxx 2020-ci il tarixli **********3 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı arxiv arayışına və əmək kitabçasında göstərilən müvafiq illərə əsasən sosial sığorta stajı 28 il 4 ay təşkil edir. İddiaçının xx.xx.2919-cu il tarixli, 135 nömrəli arxiv arayışında göstərilən 1974-1980-ci illərdə və 1982-1989-cu illərdə Muğan adına kolxozda işləməsi faktı əmək kitabçasında qeyd olunmadığından həmin illər mübahisəli illər hesab olunur. Bundan əlavə arxiv arayışında 1974-1975-ci illərin adam günü normaları qeyd olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 22.1-ci bəndinə əsasən iş sosial (sığorta ştajın) müəyyən edilməsi əmək, kitabçasına əsasən aparılır, əmək pensiyası hüququ verən sığorta stajın hesablanma təqvimi illər, aylar, adam günü əsasında həyata keçirilir. Kişilər üçün adam günü 260 (iki yüz altmış), qadınlar üçün adam günü 180 (yüz səksən) gün hesablanaraq götürülür. X5 Sistemində İddiaçı xx.xx.2006-xx.xx.2019-cu il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barəsində məlumat və RPS proqramının baza məlumatına əsasən vətəndaşın adına sosial sığorta şəhadətnaməsi aşkar edilməmiş, həmçinin sığorta olunanlar haqqında B1, B2, B3 hesabatlarında vətəndaşın adı aşkarlanmamışdır. Yuxarıdakı səbəblərdən iddiaçıya həmin illəri sosial sığorta stajı kimi nəzərə almaqla əmək pensiyası təyin etmək mümkün deyildir. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmə arxiv arayışında 1974-1975-ci illərin adam günü normasının qeyd edilməməsi ilə bağlı cavabdehin münasibəti ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 68 nömrəli arayışından görünür ki, İmişli rayonu, “Muğan” kolxozunda 1974-cü ildə minimum adam günü 180 gün, illik qazanc 429 və 1975-ci ildə minimum adam günü 180 gün, illik qazanc 288 olmuşdur. Göründüyü kimi həmin illərdə minimum adam günü norması və illik qazanc qeyd edilsədə, faktiki yerinə yetirilmiş adam günü göstərilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, arayışda həmin dövrlərdə yerinə yetirilmiş adam günü göstərilməsə də həmin dövrlər iddiaçının əmək fəaliyyəti ilinə daxil edilməlidir. Belə ki, iddiaçının İmişli rayonu, “Muğan” kolxozunda işlədiyi sonrakı dövrlərə dair arxiv arayışındakı qeydlərə nəzərə yetirdikdə iddiaçının mübahisəli dövrlərdə (1974-1975) aldığı illik qazancın, mübahisəsiz dövrlərdə aldığı illik qazanca uyğun, hətta artıq olduğu müəyyən edilir. Məsələn, 1976-cı il üçün müəyyən edilmiş 180 mimum adam gününə nisbət 181 yerinə yetirilmiş adam günü olduğu halda, həmin il üçün illik qazanc 257 olmuşdur. Lakin mübahisəli dövrlər hesab olunan 1974-cü il üçün bu qazanc 429, 1975-ci il üçün isə 288 olmuşdur. Göründüyü kimi iddiaçının mübahisəli dövrlərdə yerinə yetirilmiş minimum adam günü arxiv arayışında qeyd edilməsə də, həmin illərdə aldığı qazanc minimum adam gününə uyğun, hətta artıq olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçının 1974-1975-ci illərdə minimum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən də hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmin illərə münasibətdə iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi idiaçının ziyanına qiymətləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırla bilməz. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi İmişli rayon Dövlət Arxivinin 13sentyabr 2019-cu il tarixli, 135 nömrəli və xx xxxx 2020-ci il tarixli 68 nömrəli arxiv arayışlarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1974-1980, 1982-1989-cu illərdə İmişli rayonu, “Muğan” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı işlədiyi iş illərinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı 1974-1980, 1982-1989-cu illərdə İmişli rayonu, “Muğan” kolxozunda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1096/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1096/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver