Məhkəmə qərarları › İş №2-1(120)-1096/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1096/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1096/2024 18.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “pensiyanın təhsil müddəti də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1096/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1096/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2023-cü il tarixli, 3-17-1/1-K-113284/2023 saylı qərarın ləğv edilməsi və əmək fəaliyyətində olduğu xx.xx.1974-xx.xx.1982-ci illərin sosial siğorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1951-ci ildə anadan olmaqla xx.xx.1969-cu ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsil almışdır. 31 mart 1997-ci ilədək əmək fəaliyyyəti ilə məşğul olmuşdur. 2006-2014-cü illərdə də sahibkarlıqla məşğul olmuşdur. 10 mart 2014-cü ildə pensiya təyin edilmişdir. Təhsil müddəti ümumi staja daxil edilmədiyi üçüq bununla bağlı cavabdeh quruma müraciət etdi. Bundan sonra isə pensiyadan tutulmaların olmasını müşahidə etdi. Sonradan isə ona 13 iyun 2023-cü il tarixli məktub gəlmiş və həmin məktubda əmək kitabçasında olan xx.xx.1974-xx.xx.1982-ci illər ərzində işləməsinə dair məlumatların qeyd edildiyi qrafalarda xətt çəkildiyi üçün həmin dövrün ona staj kimi hesablanması və bu əsasla pensiyasının vaxtı ilə düzgün hesablanmaması qeyd edilmişdir. Göründüyü kimi o, işlədiyi dövrün artırılması barədə müraciət etdiyi halda, həmin dövr azaldılmışdır. Əmək kitabçası da pensiya təyin edilən vaxtdan cavabdeh qurumda olmuş və onu cari ilin may ayında geri ala bilmişdir. Qanunvericiliyin tələbinə əsasən işlədiyi dövrə dair əmək kitabçasında müvafiq qeydlər olduğundan həmin dövrlər sığorta stajına daxil edilməli idi. Ancaq cavabdeh qurum bunu nəzərə almamaqla qanunvericiliyin tələbini və onun hüquqlarını pozmuşdur. Bundan başqa qeyd olunan dövr ərzində işləməsi X15 Partiyası üzvünün uçot kartında olan məlumatlarda, 1974-1975-ci illərdə məzuniyyət verilməsi ilə bağlı sərəncamın surətində də əks olunmuşdur. Həmin sərəncamın əsli və əmək kitabçam şəxsi DSMF- nın Masallı rayon şöbəsində şəxsi işində olmuş, həmin sənədləri verərkən əmək kitabçasında hər hansı pozuntu olmamışdır. Yalnız cari ilin may ayında kitabçamı geri alarkən həmin kitabçada mübahisəli dövrlə bağlı işləməsinə dair məlumatların üzərində xətt olsa da, bunun nə ilə bağlı olması göstərilməmişdir. Halbuki həmin məlumatların qeyri-dəqiqliyinə görə bu olmuş olsa idi, bu barədə müvafiq qeyd aparılar və təsdiq edilərdi. Lakin nə belə bir qeyd, nə də, onun təsdiqi olmadığı halda, əmək kitabçasında olan işləməsinə dair məlumatların nəzərə alınmaması qanunsuz və əsassızdır. Bundan əlavə mübahisəli dövrdə qeyd olunan müəssisədə işləməsinə dair əmrlər də vardır ki, cavabdeh qurum bunları da nəzərə almamışdır. Bundan başqa onun mübahisəli dövr ərzində işləməsini həmin vaxt onunla bir yerdə işləmiş olan şəxslər də təsdiq edə bilərlər. Qanunvericiliyə uyğun olaraq ona borc əsassız hesablanmaqla pensiyasından tutulduğundan, həmin borcun ləğv edilərək pensiyanın təhsil müddəti də nəzərə alınmaqla yenidən hesablanıb ödənilməsi öhdəliyinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etiraz təqdim edilmişdir. xx.xx.1951-ci il təvəllüdlü İddiaçı cavabdeh orqan tərəfindən onun xx.xx.2014- cü il tarixli müraciətinəəsasən xx.xx.2014-ci il tarixli qərarla xx.xx.2014-cü il tarixdən yaşa görəəmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək onun təhsil illərinin staja daxil edilməsini xahiş etmişdir. İddiaçıya pensiya təyin edilərkən onun stajı yanlış hesablanaraq 29 il 02 ay təşkil etmişdir. Halbuki iddiaçı mübahisələndirilməyən stajı 25 il 06 ay 13 gün təşkil etməli idi. Bunun əsasında iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödəmə olduğu aşkar edilmişdir. İddiaçının pensiyası ilk dəfə təyin edilərkən əmək kitabçasının surətində xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövrün üzərindən xətt çəkildiyi halda həmin dövrlərdə staja yanlışlıqla staja daxil edilmişdir. İddiaçı təhsil illərinin staja daxil edilməsiylə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etdikdə cavabdeh orqan xx.xx.1970-ci il tarixdən xx.xx.1974-cü il tarixədək iddiaçının təhsil aldığı illəri nəzərə almaqla xx.xx.2006-cı il tarixədək 25 il 06 ay 13 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1769,76 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən (iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinəəsasən) əmək pensiyası yenidən hesablanaraq təyin edilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 4.1-ci bəndinəəsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə vətəşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə aşağıdakı sənədlərəəsasən müəyyən edilir: • əmək kitabçası; • əmək kitabçası olmadıgda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı; • həmin sənədlərin mötəbərliyinəəsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləsdirilməsi nəticəsində tərtib olunan akta. Siğorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinəəsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Əmək pensiyaları haqqında” Qanunda analıq məzuniyyəti hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərləəmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinəəsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görəəmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinəəsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görəəmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə və nəzərdə tutulmuş başqa şərtlərəəməl etməklə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında ictimai faydalı əməklə məşğul olan şəxslərin əmək pensiyası almaq hüququ vardır. Odur ki, iş üzrə iddia tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə- Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Hacıqabul şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı Masallı şəhərində qeydiyyatda olduğundan, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1951-ci il tarixdə doğulmuş Kərimov X17 şəhəri, Vidadi küçəsi, ev 32-də qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-K-13403/2023 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2014-cü il tarixində qüvvədə olan tələblərinə əsasən həmin tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 32.1-1 maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinəəlavə edilməklə ödənilir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1970-ci il tarixdən 01,07.1974-cü il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 il 6 ay 13 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1769,76 manat pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvəl) 236,93 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinəəsasən qulluq stajına görəəmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 263,93 manata, xx.xx.2022-ci il tarixdən 272,91 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 289,57 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 332,14 manata çatdırılmışdır. Qanunun 39.1 -ci maddəsinəəsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. xx.xx.2023-cü il tarixli müraciət araşdırılan zaman pensiya təyin edilərkən əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixədək 25 il 6 ay 13 gün sığorta stajı (əmək kitabçasının surətində xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövrün üzərindən xətt çəkildiyi halda sözügedən dövr sığorta stajına daxil edilmişdir) əsasında hesablanmalı olduğu halda, 29 il 2 ay əsasında hesablandığı müəyyən edilmişdir. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla yaşa görəə mək pensiyanın məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinəəsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan İT-İ seriyalı, ******* saylı, xx.xx.1982-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1969-xx.xx.1997-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Masallı Rayon İstehsal-İstehlak Kooperativinin 29 noyabr 2023-cü il tarixli iş 33 saylı məktuba əsasən, Masallı Rayon Kooperativlər İttifaqı və nəzdində olan idarələrin arxiv sənədləri Masallı RİİK-də saxlanılır. Masallı Rayon Kooperativlər İttifaqının inzibati binasında xx.xx.1982-ci il tarixdə yanğın baş vermiş və 1982-ci ilin 01 martına qədər olan sərəncam və əmək haqqı kitabları yanmışdır. Ona görə də İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il üzrə qədər əmək haqqı alması və hansı sərəncamla işləməsini təsdiq edən kitablar olmadığı üçün əmək haqqı cədvəli və sərəncamı təsdiq edən sənədlərin nömrələrini yazmaq mümkün olmadı. Lakin Kərimov X17 Rayon Kooperativlər İttifaqında işlədiyi dövrdə X3 Heyyətinin qərarları əsasında Masallı Raykoopittifaqın nəzdində olan Masallı Şəhər Kooperativi Ticarəti İdarəsi və X10 1980 və 1982-ci illər işləmişdir. (həmin idarənin əmr kitabları Masallı RİİK-də saxlanılır və əmrlərin surətləri məktuba əlavə olunur.) - İşdə olan Masallı Rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2024-cü il tarixli iş 02 saylı məktuba əsasən, İddiaçı 26 fevral 1982-ci il tarixdən 1985-ci il tarixə kimi Masallı Raykoopittifaqında, 1985-ci ilin 02 fevralından 05 iyun 1989-cu il tarixə kimi Masallı şəhər X18, 05 iyun 1989-cu il tarixdən 01 iyul 1996-cı il tarixə kimi Masallı Rayon Kooperatif Tədarük Sənaye Ticarət Birliyində (sonradan Aqrokoop adlanıb) və 01 iyul, 1996-cı il tarixdən xx.xx.1997-ci il tarixə kimi Masallı Rayon X18 işləmişdir. Yuxarıda göstərilən idarələr hamısı vaxtında Masallı Raykoopittifaqın nəzdində fəaliyyət göstərmiş. Hal-hazırda Masallı Rayon X1 Raykopittifaqın bazasında yaradılmışdır. Hal-hazırda həmin bu idarənin sərəncam və əmr kitabları Masallı RİİK-də saxlanılır. - İşdə olan Masallı Rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2024-cü il tarixli iş 10 saylı məktuba əsasən, Masallı Rayon X2 Heyyəti Sizin 18 mart 2024-cü il iş №2-1(120)- 1096/2024 saylı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı Masallı Rayon İstehsal- İstehlak Kooperativində işləməsi barədə əmrləri və sərəncamları əmr və sərəncam kitablarında saxlanılır. Bu günə qədər DSMF Masallı Şöbəsinin işçiləri Masallı RİİK-də əmrlərin və sərəncamların əmək kitabçası ilə düzgünlüyünü yoxlamaq üçün gəldikləri zaman əmrlərin və sərəncamların kitablarını yoxlayıblar. Bu günə qədər əmr və sərəncam kitablarına yazılan əmr və sərəncam vərəqlərini tələb etməyiblər. Masallı RİİK-də sərəncam və əmr vərəqlərini axtardığımız vaxtda müəyyən əmr və sərəncam vərəqlərini tapdılar. Masallı Raykopttifaqın binasında 21 fevral 1982-ci ildə bazar günü yanğın baş vermişdir. Həmin yanğının baş verməsi ilə əlaqədar Masallı Raykopittifaqında komissiya yaradılmışdır. Yanğın baş verdiyin təsdiq etmək üçün Azərbaycan DİN-nin şəxsi heyyətilə iş idarəsinə məktub göndərilmiş, cavab gözləyir. Bu günə qədər cavab ala bilməmişdir. - Masallı Rayon İstehsal-İstehlak Kooperativi tərəfindən göndərilmiş xx.xx.1982-ci il, xx.xx.1982-ci il, xx.xx.1982-ci il, xx.xx.1982-ci tarixli sərəncamlardan görünür ki, baş vermiş yanğınla əlaqədar və sənaye mallarının inventarizasiyası ilə əlaqədar komissiya təşkil edilmiş, komissiya üzvləri arasında İddiaçı adı göstərilmişdir. - İş materiallarına Masallı Rayon Kooperativlər X16 xx.xx.1975-ci il tarixli və xx.xx.1982-ci il tarixli, 07 saylı sərəncamının əsilləri, komsomol bileti,üzvlük haqqı, uçot kartası təqdim edilmişdir, xx.xx.1982-ci il tarixli, 07 saylı sərəncamının görünür ki, İddiaçı əmtəəşünas müvəqqəti apardığı çörək kombinatının direktorluğu vəzifəsindən azad edilməsi və bu gündən etibarən əvvəlki işinin icrasına başlaması qərara alınmışdır. Masallı Rayon Kooperativlər X16 xx.xx.1980-ci il tarixli sərənamına əsasən, İddiaçı bu gündən etibarən rahyon kooperativlər X16 xx.xx.1980-ci il tarixli qərarına əsasən, müvəqqəti olaraq idarəyə direktor təyin edilmişdir. xx.xx.1981-ci il tarixli sərəncama əsasən, İddiaçı tutduğu vəzifədən azad edilmişdir. - Təqdim edilmiş 1984-1985 illərə aid protokol, sərəncam, əmrlərdən görünür ki, İddiaçı Kooperativ ittifaqda çalışmış və öz arzusu ilə işdən azad edilmişdir. - İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, arxiv və baza məlumatlarında Masallı rayon Kooperativ Cəmiyyətinin xx.xx.1992- ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısının 473 nömrəli sərəncamına əsasən Masallı rayon İstehlak Cəmiyyətinin bazasında yaradılması, xx.xx.2006-cı il tarixdə isə Masallı rayon Kooperativ Cəmiyyətinin adının Masallı rayon İstehsal-İstehlak Kooperativi (VÖEN: **********) adlandırılması, həmçinin fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumatlar mövcuddur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-296570/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun xx.xx.1970-ci il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil illəri, xx.xx.1969-cu il tarixdən xx.xx.1970-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və Fondun Masallı rayon şöbəsinin 58/50 nömrəli xx.xx.2014cü il tarixli Forma 3 arayışına əsasən (1999-2005-ci illər üzrə) 5 il 8 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə kimi mübahisələndirilməyən sığorta stajı 25 il 6 ay 13 gün müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilərkən əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixədək 25 il 6 ay 13 gün sığorta stajı (əmək kitabçasının surətində xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövrün üzərindən xətt çəkildiyi halda sözügedən dövr sığorta stajına daxil edilmişdir) əsasında hesablanmalı olduğu halda, 29 il 2 ay əsasında hesablandığı müəyyən edilmişdir. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixədək vətəndaşın 25 il 6 ay 13 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği - (25+(6+13/30gün)/12ay)x170=4341,14 manat. Həmin kapitalın xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 10250,23 manat təşkil edir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/1-K-113284/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı əmək kitabçasında 5-ci qeydin üzərindən xətt çəkildiyi halda xx.xx.1974-xx.xx.1982-ci illər siğorta stajına axil edilmişdir. Nəticədə ilkin təyinat zamanı siğorta stajının artıq (29 il 2 ay) hesablanması nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıqvermə aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq əmək pensiyası yenidən hesablanmışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə İddiaçı təyin edilən xx.xx.2014-cü il tarixli əmək pensiyasının uçot vərəqi və pensiya işi təqdim edilmişdir. - İşdə olan Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, baş vermiş yanğın hadisəsi ilə bağlı xx.xx.1982-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanmış, 1982-ci il 20 aprel tarixində AR Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinəəsasən toplanmış material üzrə cinayət hadisəsi olmadığından icraata xitam verilmiş, həmin cinayət işi saxlama müddəti bitdiyi nəzərə alınmaqla aktla məhv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Daha ətraflı məlumatın əldə olunması üçün həmin nazirliyin X14 Xidmətinə müraciət edilməsi məqsədəuyğun olardı. - İşdə olan Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X20 İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Masallı rayon İstehsal-İstehlak Kooperativində yanğın hadisəsinin baş veribverməməsi, və nəticədə müəssisədə saxlanılan sənədlərə dəyən maddi ziyan barədə məlumatın olub-olmamasına dair ünvanlanmış müraciətinə baxılmışdır. xx.xx.1982-ci ildə Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.1-2-ci (köhnə redaksiyada) maddəsi ilə başlanmış 37854 nömrəli cinayət işinin icraatına 1982-ci ilin 20 aprel tarixində Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə (köhnə redaksiyada) əsasən xitam verilmiş və həmin cinayət işi DİN-in müvafiq qərarına əsasən saxlama müddəti bitdiyi nəzərə alınmaqla məhv edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, Masallı Rayon Kooperativlər X7 inzibati binasında xx.xx.1982-ci il tarixdə yanğın baş verməsi nəticəsində idarənin əmr kitabları, mühasibat sənədləri, əmək haqqı cədvəlləri, əmək haqqı kitabları və s.sənədlərin yanması səbəbindən İddiaçı xx.xx.1974-xx.xx.1982-ci il tarixədək olan dövr üzrə sosial siğorta stajını yoxlamaq mümkün olmamışdır. Masallı Rayon Kooperativlər İttifaqı tərəfindən təqdimedilmiş sərəncamdan çıxarışlar akta əlavə edilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. "İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21 -ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1 -ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, iddiaçı üçün əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən "Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı ilə cavabdehin öz təşəbbüsü ilə dəyişdirilmişdir. Həmin aktlar qəbul edilərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) "pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, "İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-K-113284/2023 saylı qərarı qəbul etmiş, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktub ünvanlamışdır (bu barədə qərarın qəbul edildiyi müəyyən olunmur). Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. "İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-K-113284/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qəbul edərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması məsələsini həll edərkən həm "Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində qərar qəbul etməklə pensiyadan tutulmanı da apara bilməz. "İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. "Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına ("İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Qəbul edilmiş inzibati akt isə vətəndaşın inzibati icraata cəlb edilib, araşdırma aparıldıqdan sonra qəbul edilmədir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib- ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya 2014-cü il tarixdən pensiya təyin edilmişdir, sonradan cavabdeh orqan tərəfindən qərarla iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmış, Masallı Rayon Kooperativlər İttifaqında işlədiyi dövrlər əmək kitabçasının surətində xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövrün üzərindən xətt çəkildiyi halda sözügedən dövr sığorta stajına daxil edildiyi üçün, bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla yaşa görə əmək pensiyanın məbləğində xx.xx.2020-ci il tarixdən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı xx.xx.1974cü il tarixdən xx.xx.1982-ci il tarixədək Masallı Rayon Kooperativlər İttifaqında işlədiyi illər mübahisə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək Masallı Rayon Kooperativlər İttifaqında işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə daxil olmuş məlumat üzrə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi Masallı Rayon Kooperativlər X8 yanğın baş vermişdir, xx.xx.1982-ci ildə Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.1-2-ci (köhnə redaksiyada) maddəsi ilə başlanmış 37854 nömrəli cinayət işinin icraatına 1982-ci ilin 20 aprel tarixində Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə (köhnə redaksiyada) əsasən xitam verilmiş və həmin cinayət işi DİN-in müvafiq qərarına əsasən saxlama müddəti bitdiyi nəzərə alınmaqla məhv edilmişdir. Cavabdehin bildirdiyi hal iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal olmadığı üçün onun pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, Masallı Rayon Kooperativlər İttifaqı müvafiq dövrlərdə mövcud olmuş və fəaliyyət göstərmişdir, halhazırda da Masallı Rayon İstehsal-İstehlak Kooperativi olaraq fəaliyyət göstərir, cavabdeh orqan tərəfindən mübahisələndirilən fəaliyyətinə dair sənədlərin mövcud olmadığını, sənədlərin Masallı rayon Dövlət arxivinə təhvil verilmədiyindən həmin dövrün ümumi əmək stajına daxil edilməməsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Masallı rayon İstehsal-İstehlak Kooperativində müxtəlif vəzifələrdə işləmişdir, Masallı rayon İstehsal-İstehlak Kooperativində işlədiyi zaman 1974-1982-ci illərdə İddiaçı da həmin təşkilatda işləmişdir, işlədiyi müddətdə əmək haqqı almışlar, o sonradan bu təşkilatdan işdən çıxmışdır, amma İddiaçı ondan sonra da orada işləmişdir. Hazırda pensiyaçıdır, Masallı rayon İstehsal-İstehlak Kooperativində yanğın o, işdən azad olunandan sonra baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Masallı rayon İstehsal-İstehlak Kooperativinin rəisi olmuşdur, İddiaçı tanıyır, müəssisənin işçisi olmuşdur, onda olan məlumata görə 1974-1982-ci illərdə İddiaçı da həmin təşkilatda işləmişdir. İşlədiyi müddətdə əmək haqqı almışdır. Masallı rayon İstehsal-İstehlak Kooperativində yanğın baş verdiyindən İddiaçı aid sənədlər itmiş və ya məhv olmuşdur. Baş verən hadisədən daha dəqiq məlumatı olan şəxs-onların müəssisənin mühasibidir. İş materiallarında olan cavabdeh orqan tərəfindən təqdim edilmiş şahidlərin pensiya işlərindən görünür ki, mübahisələndirilən dövrdə Masallı rayon İstehsal-İstehlak Kooperativində işlədiyi dövrlər pensiya təyin edilərkən nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmişdir. İddiaçıya məxsus pensiya işi tələb edilmiş, cavabdeh orqan tərəfindən pensiya işi təqdim edilmiş, təqdim edilmiş pensiya işinin materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövrün üzərindən xətt çəkilmişdir. Cavabdeh orqan tərəfindən isə 2014-cü il tarixdən əmək pensiyası təyin edilmiş və 9 il ərzində müvafiq hal mübahisələndirilməmişdir. İddiaçı İT-İ seriyalı, ******* saylı, xx.xx.1982-ci il tarixli əmək kitabçasına qaralamanın necə və hansı halda düşməsi barədə məlumatlı olmadığını bildirmişdir. Masallı rayon İstehsal-İstehlak Kooperativi tərəfindən məhkəməyə təqdim edilmiş 1974- 1986-cı illərə dair müəyyən dövrlər üzrə sərəncam (əmr) və digər sənədlər üzrə, iddiaçıya məxsus uçot kartsı üzrə müəyyən edilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək Masallı Rayon Kooperativlər İttifaqında işləmişdir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı və Masallı rayon İstehsal-İstehlak Kooperativi də bunu təsdiq edən sənədləri, yəni, xx.xx.1982-ci il, xx.xx.1982-ci il, xx.xx.1982-ci il, xx.xx.1982-ci tarixli sərəncamlar, Masallı Rayon Kooperativlər X16 xx.xx.1975-ci il tarixli və xx.xx.1982-ci il tarixli, 07 saylı sərəncamının əsilləri, komsomol bileti, üzvlük haqqı, uçot kartası, xx.xx.1982-ci il tarixli, 07 saylı sərəncamı, xx.xx.1980-ci il tarixli sərəncamı, xx.xx.1981-ci il tarixli sərəncamlar və digər sərəncamlar təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək Masallı Rayon Kooperativlər İttifaqında işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. İddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyitarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X24) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, məhkəməyə ünvanlanmış 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, arxiv və baza məlumatlarında Masallı rayon Kooperativ Cəmiyyətinin xx.xx.1992-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısının 473 nömrəli sərəncamına əsasən Masallı rayon İstehlak Cəmiyyətinin bazasında yaradılması, xx.xx.2006-cı il tarixdə isə Masallı rayon Kooperativ Cəmiyyətinin adının Masallı rayon İstehsal-İstehlak Kooperativi (VÖEN: **********) adlandırılması, həmçinin fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumatlar mövcuddur. Həmçinin cavabdeh orqan tərəfindən qərar üzrə qeyd edilmiş müəssisənin yarandığı tarixdən heç bir fəaliyyəti olmaması barədə arayışlar məhkəməyə təqdim edilməmiş, hesabatlarda işçi sayı göstərilməməsi barədə məlumatı hardan və necə əldə edilməsi barədə sübut iş materiallarına əlavə edilməmişdir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 68.1 -ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-K- 113284/2023 saylı qərarı ləğv edilməli, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci tarixədək Masallı Rayon Kooperativlər İttifaqında işlədiyi iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023cü il tarixli, 3-17-1/1-K-113284/2023 saylı qərarı ləğv edilsin. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci tarixədək Masallı Rayon Kooperativlər İttifaqında işlədiyi illər iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar