Məhkəmə qərarları › İş №2-1(120)-1100/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1100/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1100/2025 06.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən hesablanmış işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat əsassız vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən hesablanmış işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat əsassız vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC 16 noyabr 2007-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır və həmin vaxtdan hüquqi xidmət növü üzrə fəaliyyət göstərir. Şirkət tərəfindən dövlət büdcəsinə olan vergi borcları mütəmadi olaraq ödənilmiş və son olaraq da 2018-ci ildə vergi borcu ödənilərək tamamilə sıfırlanmışdır. Lakin o dövrlərdə Əmək və Əhalinin Sosial Müdafiə X2 ilə 6 Saylı Ərazi Vergilər Baş İdarəsi sosial sığorta vergilərini birləşdirdikdə hazırda cavabdeh olan 6 Saylı Ərazi Vergilər Baş İdarəsi heç bir əsas olmadan "xxxx" MMC barədə yüksək məbləğdə sosial sığorta borcunun təqdimatı ilə əsassız vergi borcu yaratmışdır. Təqribən 2018-ci ildən bəri cavabdeh təşkilat ilə yazışmalarımıza baxmayaraq bu günə kimi vergi borcunun yaranması və ayrıntıları barədə bizə məlumat verilməmişdir. Hazırda 6 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" MMC barəsində işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində (o çümlədən vergilər üzrə 235.73 manat, faizlər üzrə 305.77 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 4634.57 manat, İcbari Tibbi Sığorta Fomduna 72.3 manat olmaqla, ümümilikdə 5453.79 manat əsassız borc məbləği hesablamışdır. Həmin vergi borcu əsassızdır və onu hesablayan şəxs tərəfindən silinməlidir. Lakin bu olmadığı təqdirdə məhkəmə tərəfindən silinməsi təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı iddia ərizəsində heç bir əsaslandırma aparmadan “vergi borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlarla bağlı mübahisə predmeti ilə əlaqədar bildiririk ki, Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Bildiririk ki, şəxsi hesab vərəqəsinin xx.xx.2022-ci il tarixə olan göstəricilərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergilər üzrə 868,98 manat (o cümlədən əsas vergilər üzrə 377,70 manat, faizlər üzrə 348,63 manat, maliyyə sanksiyası üzrə 142,65 manat), müvafiq fondlara İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə 3108,36 manat (o cümlədən MDDS üzrə 2433,76 manat, penya üzrə 674,60 manat), Muzdla işləyənləri işə götürən sığortaedənlər (İşsizlik) üzrə 61,19 manat (o cümlədən MDSS ürzə 45,62 manat, penya üzrə 15,57 manat), İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə 44,34 manat (o cümlədən MDSS üzrə 40,32 manat, penya üzrə 4,02 manat), Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə 1529,17 manat (o cümlədən MDSS üzrə 1140,0 manat, penya üzrə 389,17 manat), İcbari tibbi sığorta üzrə 72,30 manat (o cümlədən sığorta haqqı üzrə 54,60 manat, faizlər üzrə 17,70 manat) borc yaranmışdır. Daha sonra iddiaçı tərəfindən dövləi büdcəsinə olan vergilər və müvafiq fondlara olan sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcunuz Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və vergi orqanı tərfindən aparılmış kameral yoxlamalar zamanı hesablanmış məbləğlərin ödənilməməsi nəticəsində yaranmışdır. Nəticədə işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 235,73 manat, faizlər üzrə 305,77 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********388800, xx.xx.2021-ci il tarixli **********389500, xx.xx.2021-ci il tarixli **********387100, xx.xx.2021-ci il tarixli **********390900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Sözügedən Qərara əsasən İPM-irı 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. AR inzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Eyni zamanda da məlumat üçün bildiririk ki, həm inzibati prosessual qanunvericiliyə, həm də mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbi konkret olmalıdır. Belə ki, AR İnzibati Prosessual Məcəlləsinin 46.1.3-cü maddəsinə əsasən iddiaçı iddia ərizəsində tələbini mütləq göstərməlidir. Tələb isə təbii ki, konkret, aydın olmalı, qeyri- müəyyən olmamalıdır. Bu baxımdan yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində qanunvericilik tələb etdiyi halda tələbini konkret və aydın göstərməmiş, bilavasitə hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamış və İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində müəyyən olunmuş hər hansı bir iddia növü üzrə müraciət etməmişdir. İddiaçı tərəfindən AR İPM-nin 46.1-ci maddəsində nəzərdə tutulmuş minimum ilkin şərtlərin yerinə yetirilməməsi halında inzibati mübahisə üzrə icraat həmin məcəllənin 35.3-ci maddəsinə əsasən məhkəmə qərardadı ilə yekunlaşdırılır. Göründüyü kimi iddiaçının təqdim etdiyi iddia ərizəsi üzrə iddia tələbləri və dəlilləri əsassız olmaqla hüquqdan sui-istifadədir. İddiaçı ADİL OĞLU ŞİRKƏTİ MMC -nin cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının mülahizəsində qeyd edilmişdir ki, hazırki iş üzrə üçüncü şəxs qismində Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı olmalıdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döviət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı haqqında” Əsasnaməyə əsasən ölkə üzrə sığortaedənlərın və sıqortaolunaniarın uçotunun həyata keçirilməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması, məcburi dövlət sosial sığorta hesabına ödənilən sosial sığorta ödəmələrinin düzgün hesablanıb ödənilməsini və dövlət sosial sığorta sistemində fərdi uçotu mərkəzləşdirilmis qaydada həyata keçirilməsi Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına həvalə edilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən sığortaedənin xx.xx.2018-ci ii tarixə məcburi döviət sosial sığorta haqqı, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə borcunun yaranma səbəblərinə aid məlumatları təqdim edirik (məlumat cədvəli əlavə olunur). Araşdırma zamanı müəyyən olunmuşdur ki, Fondun koçmiş Lənkəran şəhər şöbəsi tərəfindən sığortaedənə kameral qaydada məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılması) görə xx.xx.2018-ci il tarixdə 2014-cü ilin İV rübü üçün 1.115.00 manat məcburi dövlət sosial sığorta haqqı, 557,50 manat maliyyə sanksiyası (o cümlədən - penya) və 2017-ci ilin İV rübü üçün 90,00 manat məcburi dövlət sosial sığorta haqqı, 90,00 manat maliyyə sanksiyası (o cümlədən penya), həmçinin xx.xx.2018-ci il tarixdə 2018-ci ilin İİ rübü üçün 225,00 manat məcburi dövlət sosial sığorta haqqı, 225,00 manat maliyyə sanksiyası (o cümlədən penya), xx.xx.2018-ci il tarixdə 2018-ci ilin İİİ rübü üçün 150,00 manat məcburi dövlət sosial sığorta haqqı və 150,00 manat maliyyə sanksiyası (o cümlədən penya) hesablanmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, sığortaedənin xx.xx.2018-ci il tarixə olan cəmi 4413,61 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 3006,26 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə 1407,35 manat) borc qalıqları barədə məlumatları “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş məlum dəyişikliklərə əsasən Fondun Aparatı tərəfindən mərkəzləşdirilmiş qaydada DVX-yə ötürülmüşdür. İşin araşdırılması ilə əlaqədar Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialından sığortaedənin iş qovluğunda olan hesabat məlumatlarının (2010-cu ilin İİ - İİİ, 2011-ci ilin İ və İİİ - İV, 2012-ci ilin İ - İİ və İV, 2013-cü ilin İİ, 2014-cü ilin İ rübləri üzrə) təsdiq edilmiş surətləri əldə edilmişdir (əlavə olunur). Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində sığortaedənə elektron qaydada məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair bildiriş, xx.xx.2018-ci il tarixdə hesabat məlumatlarında olan uyğunsuzluqların aradan qaldırılması barədə müraciət, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində məcburi dövlət sosial sığortası üzrə hesabatın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi barədə bildiriş - xəbərdarlıq göndərilmişdir (əlavə olunur). “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqiarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması 2019cu il 1 yanvar tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Odur ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd olunanları nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 qızı iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı “cavabdeh orqan tərəfindən hesablanmış işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat əsassız vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. İddiaçı cavabdeh orqan tərəfindən hesablanmış işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat əsassız vergi borcunun yarandığını qeyd etmişdir. Lakin qeyd olunan borcla bağlı zəruri olan sənədlərin iş materialına əlavə edilmədiyi müəyyən olunmuşdur. Odur ki, borcun olması ilə bağlı məlumatları təsdiq edən (qərar, protokol, bildiriş və.s) sənədlərin və digər sübutların məhkəməyə təqdim edilməsi iddiaçıya dəfələrlə məktubla təklif olunmuşdur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə göndərilən məktublarla bağlı məhkəməyə heç bir sübutu daxil olmamışdır. Beləliklə məhkəmə yuxarıda qeyd edilən bütün halları nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən hesablanmış işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat əsassız vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.” Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)... Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Həmin Qərarın 9-cü bəndinə əsasən, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. İş materiallarına baxılan zaman iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hesablanmış işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat əsassız vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etdiyi müəyyən edilir. Araşdırma nəticəsində ilk öncə iddiaçının inzibati orqana müraciət etmədiyi və ya düzgün müraciətinin olmadığı müəyyən edilir. Hazırda məhkəmə tərəfindən hüquqi yardım göstərilərək iddiaçı tərəfindən cavabdehin onun hüquqlarını pozması, yəni iddiaçı tərəfindən vergilər üzrə artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə ilə vergi orqanına müraciət etməsi barədə sübutun məhkəməyə təqdim edilməsinin iddiaçıya təklif edilməsinə baxmayaraq qeyd edilən sübutlar məhkəməyə təqdim etməmişdir. Digər bir arqument iddia ərizəsində qeyd edilən məbləğlərlə bağlıdır. Belə ki, iddia tələbində qeyd edilən borc məbləğinin hansı sənədlər əsasında əldə edildiyi sübut olunmur və həmçinin iddiaçı iddia ərizəsinə sübutları əlavə etməmişdir. İş materiallarına əlavə edilən araşdırmanın predmetini təşkil edən sənədlərə baxış keçirilən zaman isə iddiaçı hüquqi şəxsin şəxsi hesab vərəqəsinin xx.xx.2022-ci il tarixə olan göstəricilərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergilər üzrə 868,98 manat (o cümlədən əsas vergilər üzrə 377,70 manat, faizlər üzrə 348,63 manat, maliyyə sanksiyası üzrə 142,65 manat), müvafiq fondlara İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə 3108,36 manat (o cümlədən MDDS üzrə 2433,76 manat, penya üzrə 674,60 manat), Muzdla işləyənləri işə götürən sığortaedənlər (İşsizlik) üzrə 61,19 manat (o cümlədən MDSS ürzə 45,62 manat, penya üzrə 15,57 manat), İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə 44,34 manat (o cümlədən MDSS üzrə 40,32 manat, penya üzrə 4,02 manat), Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə 1529,17 manat (o cümlədən MDSS üzrə 1140,0 manat, penya üzrə 389,17 manat), İcbari tibbi sığorta üzrə 72,30 manat (o cümlədən sığorta haqqı üzrə 54,60 manat, faizlər üzrə 17,70 manat) borc yarandığı, iddiaçı tərəfindən dövlət büdcəsinə olan vergilər və müvafiq fondlara olan sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcunuz Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və vergi orqanı tərfindən aparılmış kameral yoxlamalar zamanı hesablanmış məbləğlərin ödənilməməsi nəticəsində yarandığı, nəticədə işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 235,73 manat, faizlər üzrə 305,77 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat borcu yarandığı müəyyən edilir. Eləcə də, Dövlət Sosial Müdafiə Fondunun koçmiş Lənkəran şəhər şöbəsi tərəfindən sığortaedənə kameral qaydada məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılması) görə xx.xx.2018-ci il tarixdə 2014-cü ilin İV rübü üçün 1.115.00 manat məcburi dövlət sosial sığorta haqqı, 557,50 manat maliyyə sanksiyası (o cümlədən - penya) və 2017-ci ilin İV rübü üçün 90,00 manat məcburi dövlət sosial sığorta haqqı, 90,00 manat maliyyə sanksiyası (o cümlədən penya), həmçinin xx.xx.2018-ci il tarixdə 2018-ci ilin İİ rübü üçün 225,00 manat məcburi dövlət sosial sığorta haqqı, 225,00 manat maliyyə sanksiyası (o cümlədən penya), xx.xx.2018-ci il tarixdə 2018-ci ilin İİİ rübü üçün 150,00 manat məcburi dövlət sosial sığorta haqqı və 150,00 manat maliyyə sanksiyası (o cümlədən penya) hesablandığı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixə olan cəmi 4413,61 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 3006,26 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə 1407,35 manat) borc qalıqları barədə məlumatları “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş məlum dəyişikliklərə əsasən Fondun Aparatı tərəfindən mərkəzləşdirilmiş qaydada DVX-yə ötürüldüyü müəyyən edilir. Məhkəm müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qeyd edilən vergi məbləğlərinin bir qismi Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış və mərkəzləşdirilmiş qaydada DVX-yə ötürülmüş, digər hissəsi isə vergi orqanının müvafiq qərarlarına əsasən hesablanmışdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl qeyd edilən borc məbləğləri barədə inzibati orqanla dəqiqləşmələr aparmalı idi ki, belə müraciətinin olması da iş materialları ilə sübuta yetirilmir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən hesablanmış işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat əsassız vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən hesablanmış işsizlikdən sığorta fonduna 105,42 manat, dövlət büdcəsinə 641,5 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 4634,57 manat, İcbari Tibbi Sığorta Fonduna 72,3 manat olmaqla, ümumilikdə 5453,79 manat əsassız vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar