Məhkəmə qərarları › İş №2-1(120)-1101/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1101/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1101/2022 02.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 22 yanvar 1977-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmağına dair doğum akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehnə rəsmi müraciət edərək, onun 22 yanvar 1977-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmağına dair doğum akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Müraciətinə Cavabdehndə baxılmış və xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubunda Ağcabədi rayonu, Sarıcalı kənd İN-nin 1974-1980-ci illər, Cavabdeh 1977-1978-ci illər ilkin, 1977-1995-ci illər bərpa doğum akt qeydləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığı və doğum akt qeydinin aşkar edilmədiyi bildirilmiş, bununla belə kifayət qədər əsas olmadığını əsas göstərərək doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Həmin imtinadan narazıdır, hesab edir ki, cavabdeh əsassız olaraq onun barəsində doğum haqqında akt qeydinin bərpasından imtina etmişdir. Belə ki, onun 12 may 1977-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmağına dair Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən Vİ-ЖГ № 479991 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamədən görünür ki, barəsində Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən 23 nömrəli doğum akt qeydi tərtib edilmiş və həmin şəhadətnamə ona verilmişdir. Həmin doğum haqqında şəhadətnamənin əsli hazırda da ondadır. Lakin ona məlum olmayan səbəbdən barəsində tərtib edilmiş doğum akt qeydi Cavabdehndə aşkar edilməmişdir. Qeyd edir ki, onun valideynləri daima Ağcabədi rayonu ərazisində müxtəlif fermalarda işləmişlər və o, 22 yanvar 1977-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuşdur. Atası mərhum X2, anası isə mərhum X1r. Onların daimi yaşayış yerləri isə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi olmuşdur. Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində ailə üzvlərin verilmiş pay torpaq sahəsinin mülkiyyətçilərinin siyahısına o da daxil edilmişdir. O, uşaqlıqdan xəstə olduğundan məktəbə də getməmişdir. Həmçinin əvvəllər uzun müddət valideynləri ilə, sonra isə ailə quraraq ailəsi ilə birlikdə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində fermada yaşamışlar. Birinci Qarabağ müharibəsi zamanı kəndləri daima erməni qəsbkarları tərəfindən top atəşinə məruz qaldığından müxtəlif yerlərdə yaşamışlar. Bu səbəbdən vaxtında şəxsiyyət vəsiqəsi də əldə edə bilməmişdir. Bildirir ki, o, 2006-cı ildə Ağdam rayon Cinli kənd sakini Bayramova Hicran Hümbət qızı ilə ailə həyatı qurmuşdur. Onunla faktiki nikahlarından iki övladları anadan olmuşdur. Lakin onun şəxsiyyət vəsiqəsi olmadığından hazıra kimi həyat yoldaşı ilə nikahı qeyd etdirə və övladlarına atalıq verə bilməmişdir. Yəni, sənədləri düzgün olmadığından qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilməmişdir. O, doğum haqqında şəhadətnamənin əsli ilə Ağcavədi “ASAN XİDMƏT” Mərkəzinə müraciət edərkən, doğum haqqında akt qeydinin olub-olmaması araşdırılmış və təqdim etdiyi şəhadətnanmənin kötüyü aşkar edilmədiyindən ona şəxsiyyət vəsiqəsi verilməmişdir. Yəni hazıra kimi şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Bu isə onun insan və vətəndaş kimi hüquqlarının pozulmasına səbəb olur. Ona görə də o, doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cababdeh Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını istəyir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı doğum haqqında akt qeydinin bərpası ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/76-89/15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Ağcabədi rayonu, Sarıcalı kənd icra nümayəndəliyi 1974-1980-ci illər, Cavabdeh 1977- 1978-ci illər ilkin, 1977-1995-ci illər bərpa doğum akt qeydləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, doğum akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi və konsulluq idarələri tərəfindən icra edilir. Bununla bağlı izah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün doğum haqqında akt qeydinin bərpası rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X3 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. X4 14-cü bəndinə görə itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı özünün doğum akt qeydinin həqiqiliyini təsdiq edən yetərli sübutları nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmənin mövqeyinə görə İddiaçı doğum akt qeydinin bərpasından və ona doğum haqqında şəhadətnamə verilməsindən cavabdeh inzibati orqan Cavabdeh imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar