Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1101/2023 09.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2, Cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun silinməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun silinməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə vergi ödəyicisi kimi qeydə alınmışdır. Vergi ödəyicisi kimi dövlət büdcəsinə ödənilməli olan vergini vaxtlı-vaxtında ödəmişdir. Dövlət büdcəsinə vergilər üzrə heç bir borcu yoxdur. Müəyyən səbəblərdən sahibkarlıq fəaliyyətini dayandırdığı üçün xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə ərizə ilə müraciət etmiş və müraciəti əsasında vergi orqanı ilə bağlanmış “Vergi partnyorluğu” sazişini ləğv etmişdirlər və bununla yanaşı ticarət obyektində olan kassa-hesabınıda bağlamışdırlar. Sahibkarlıq fəaliyyətini dayandırması barədə Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə məlumat verdikdə onlar VÖEN-nin bağlanması ilə bağlı bütün məlumatları Vergilər Nazirliyinin 5 saylı ərazi idarəsinin göndərəcəyini, məcburi sosial-sığorta haqlarının hesablanmayacağını, qalıq borcunun ödənilməsinin zəruriliyini bildirmişdirlər. Maddi çətinliklə bağlı məcburi sosial-sığorta haqlarına görə xx.xx.2015-ci il tarixə yaranmış 421 manat borcu ödəyə bilmədiyi üçün DSMF-nin Şirvan şəhər şöbəsi borcun məcburi qaydada ödənilməsini təmin etmək üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 07 mart 2016-cı il tarixli 2- 2(86)-197/2016 saylı əmri ilə xx.xx.2015-ci il tarixə məcburi sosial-sığorta haqlarına görə yaranmış 421,40 manat borcun ondan alınaraq tələbkarın hesabına ödənilməsi qərara alınmışdır. Tərəfindən qeyd olunan məhkəmə qərarı tam icra olunmuşdur. Cavabdeh tərəfindən ona 3227,75 manat əsas və 486,46 manat penya borcu olması barədə məlumat verilmişdir. Əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə xx.xx.2022-ci il tarixli məktubla müraciət etmişdir. Cavabdeh müraciətinə xx.xx.2022-ci **********001900 nömrəli məktubla cavab verərək Dövlət Sosial Müdafiə Fondundan vergi orqanının baza məlumatlarına xx.xx.2018-ci il tarixə məcburi dövlət sosial sığortası üzrə 3227,75 manat əsas və 486,46 manat penya borcunun olduğu barədə məlumatların inteqrasiya edildiyini, xx.xx.2018-ci il tarixə məcbur dövlət sosial sığortası üzrə 3227,75 manat əsas, 486,46 manat penya borcu məbləğlərinin 2017-ci il tarixdən əvvəlki dövrə yəni sosial sığorta yığımlarına və bəyannamələrin alınmasına nəzarətin Dövlət Sosial Müdafiə Fondunda olan dövlərə təsadüf etdiyi və həmin dövlər üzrə yaranmış borclar və bəyannamə məlumatlarının vergi orqanına inteqrasiya edilmədiyi üçün həmin borclar barədə məlumatların vergi orqanı tərəfindən təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Onun vergi orqanlarına və məcburi sosial-sığorta haqqlarına görə heç bir borcu yoxdur. Qeyd etdiyi kimi xx.xx.2015-ci il tarixdə VÖEN-ni bağlamış və həmin dövrdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2016-cı il tarixli 2-2(86)-197/2016 saylı əmri ilə xx.xx.2015-ci il tarixə məcburi sosial-sığorta haqlarına görə yaranmış 421,40 manat borcun ondan alınaraq DSMF-nin Şirvan şəhər şöbəsinin hesabına ödənilməsi qərara alınmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu necə yarana bilər. Qeyd olunanlar 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən mənə hesablanmış 3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun əsassız olmasını birbaşa sübut edir. Hesabına əlavə olunmuş borc DSMF-nin Şirvan şəhər şöbəsinin və 5 saylı Ərazi Vergilər İdarəsinin aidiyyatı işçilərinin vəzifələrini düzgün yerinə yetirməmələri, səhlənkarlıqları səbəbindən yaranmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi borcun yaranma səbəblərini araşdırmadan, xx.xx.2015-ci il tarixdə VÖEN-ni bağlamasını nəzərə almadan, ona heç bir yazılı şifahi xəbərdarlıq etmədən səlahiyyətlərindən istifadə edərək əsassız hesabladıqları borcları ondan almaq üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd olunan qətnamə ilə bağlı məlumatsız olmuş, qətnamə ilə bağlı məlumatı 2022-ci ilin avqust ayında xarici ölkəyə səfər etməklə bağlı hazırlıq görərkən almışdır. Qeyd olunanların nəzərə alınaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən hesabına əlavə edilmiş 3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarında olan sübutları obyektiv, hərtərəfli, tam tətqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı1 (VÖEN-**********) tərəfindən 3714,21 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin elektron arayışından görünür ki, İddiaçı1 fəaliyyətinin və əməliyyatların dayandırıldığı tarix xx.xx.2016-cı il, fəaliyyətinin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2018-ci il qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin elektron arayışından görünür ki, İddiaçı1 fəaliyyətinin və əməliyyatların dayandırıldığı tarix xx.xx.2018-ci il, fəaliyyətinin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2023-cü il qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********052400 nömrəli arayışından görünür ki, İddiaçı1 ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sahibkarlıq fəaliyyətini dayandırmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2-2(86)-536/2016 nömrəli məhkəmə əmrindən görünür ki, kreditor Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi Şirvan İnzibati-İqtisadi Məhkəməsinə məhkəmə əmri haqqında ərizə ilə müraciət edərək, borclu fərdi sahibkar İddiaçı1 (VÖEN **********) 421,4 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması barədə əmr verilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(86)-536/2016 nömrəli məhkəmə əmri ilə ərizənin təmin olunması, borclu fərdi sahibkar İddiaçı1 (Şirvan şəhəri, Energetik küçəsi, 3/10) (VÖEN **********) 421,4 manat məbləğində vəsaitin kreditor Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin xeyrinə tutulması əmr edilmişdir. Həmçinin həmin məhkəmə əmrinin müəyyən etdi hissəsində qeyd edilmişdir: “Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli, 40/452 nömrəli xəbərdarlıq məktubundan görünür ki, fərdi sahibkar İddiaçı1 xx.xx.2015-ci il tarixə 421,4 manat məbləğində borcu yaranmışdır və həmin borcun 5 gün müddətində ödənilməsi ondan tələb olunmuşdur. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra şöbəsinin Salyan Qaz İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli, 8878/10 nömrəli məktubundan görünür ki, İddiaçı1 əmək haqqısından hər ay 50% olmaqla yaranmış 441,04 manat borcunun tutulub DSMFnin Şirvan şəhər şöbəsinin bank hesabına köçürülməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022ci il tarixli, **********001900 nömrəli məktubunda qeyd edilmişdir: 5 saylı Ərazi Vergilər İdarəsində Sizin müraciətinizə baxılmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci ii tarixli 421 nömrəli Fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət və 21 dekabr 2018-ci il tarixli 422 nömrəli Fərmanı ilə işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Sosial sığorta haqqında Qanunun 10-cu maddəsinin tələblərinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti hesabatlarını qəbul etmək xx.xx.2018-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin proqram təminatında hesabatların qəbul edilməsinə dair aparılan işlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarına görə 2017-2018-ci illərə görə təqdim edilmiş bəyannamələrin görülməsi və həmin illər üçün dəqiqləşmiş bəyannamələrin təqdim edilməsi imkanı yaradılmışdır. 2006-2016-cı illərin müvafiq dövlərinə görə isə bəyannamələrin görülməsi və dəqiqləşmiş bəyannamələrin verilməsi üçün rəqəmsal imkanların yaradılması istiqamətində müvafiq işlər aparılmaqdadır. Müraciətiniz ilə əlaqədar olaraq bildiririk ki, Dövlət Sosial Müdafiə Fondundan vergi orqanının baza məlumatlarına xx.xx.2018-ci il tarixə Məcburi dövlət sosial sığortası üzrə 3227,75 manat əsas və 486,46 manat penya borcunun olduğu barədə məlumatlar inteqrasiya edilmişdir. Bildiririk ki, yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixə Məcburi dövlət sosial sığortası üzrə 3227,75 manat əsas, 486,46 manat penya borcu məbləğlərinin 2017-ci il tarixdən əvvəlki dövrə yəni sosial sığorta yığımlarına və bəyannamələrin alınmasına nəzarətin Dövlət Sosial Müdafiə Fondunda olan dövrlərə təsadüf etdiyi və həmin dövrlər üzrə yaranmış borclar və bəyannamə məlumatları vergi orqanına inteqrasiya edilmədiyi üçün həmin borclar barədə məlumatların vergi orqanı tərəfindən təqdim edilməsinin mümkün olmadığı Sizə bildirilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********721800 nömrəli etirazında qeyd edilmişdir: İddiaçı1 (VÖEN: **********) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmış MDSS üzrə 3714,21 manat (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə görə 1532,6 manat, penya maliyyə sanksiyası üzrə 473,54 manat və muzdlu işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə görə 1695,15 manat, penya maliyyə sanksiyası üzrə 12,92 manat) məbləğin silinməsi öhdəliyinin cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbini əsassız hesab edir: Bildiyimiz kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı1 5 saylı Ərazi Vergilər idarəsinə yaranmış sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcla bağlı sorğu etmişdir. İddiaçı1 yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcu xx.xx.2019-cu ildən əvvəlki tarixə aid olduğu üçün həmin borc məbləği DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən hesablanmışdır. Buna görə də 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı1 məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin yaranma səbəbi barədə 5 saylı Ərazi Vergilər idarəsinə geniş məlumat verməsi üçün DSMF-nin Şirvan şöbəsinə müraciət olunmuş və daxil olmuş məktubda cavab olaraq bildirmişlər ki, İddiaçı1 vergi orqanında ticarət sahəsində fəaliyyət göstərən sığortaedən kimi qeydiyyatdan keçərək xx.xx.2009-cu il tarixdə fəaliyyətə başlamışdır. Sığortaedən fəaliyyətdə olduğu dövrdə özünə və işçisinə hesablanmış məcburi dövlət sosial sığorta haqqını qanunvericilikdə nəzərdə tutulduğu qaydada ödəmədiyi üçün məcburi dövlət sosial sığorta borcu yaranmışdır. xx.xx.2018-ci il tarixə təqdim olunmuş hesabatlara əsasən sığortaedənin 3714,21 manat borcu olmuşdur ki, bunun da 3772,75 manatı mdss üzrə, 486,46 manatı isə penya və maliyyə sanksiyası üzrə yaranmış borcdur. Eyni zamanda İddiaçı1 sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdən 5 saylı Ərazi Vergilər İdarəsinə borcla saldo kimi 3714,21 manat məbləğ keçmişdir. xx.xx.2019-cu il tarixdən borcla saldo kimi keçən məbləğlər ilə bağlı xx.xx.2020-ci il tarixdə 220 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə isə 121,40 manat ödəniş olunmuş və şəxsi hesab vərəqəsinin xx.xx.2020-ci il tarixə olan göstəricilərinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 3278,81 manat borcu qalmışdır. Həmçinin yaranmış borc ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən İddiaçı1 xx.xx.2019-cu il tarixdə **********5 nömrəli bildiriş göndərilmiş və yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. İddiaçı1 tərəfindən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borclar ödənilmədiyi üçün 5 saylı Ərazi Vergilər idarəsi xx.xx.2020-ci il tarixli **********173800 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edərək məlumat üçün İddiaçı1 və qərarın icra olunması üçün məhkəmə icra qrumuna göndərmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti iddia ərizəsində qeyd etdiyi xx.xx.2015-ci il tarixdən deyil, müraciətinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək 5 il müddətinə dayandırılmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinin müddəlarına əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeylərini gözləməyə və müdafiə etməyə borcludur. Vergilər nazirinin 31.01,2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydanın 9-cu maddəsinə əsasən “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı1 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunlarında edilmiş dəyişiklərə uyğun olaraq sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq məlumatlar Vergilər Nazirliyinə təqdim edilmişdir. Həmin məlumatlara əsasən cavabdeh İddiaçı1 3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun ödənilməsini tələb etmişdir. İddiaçı hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, onun silinməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı bu borcun əsassız hesablandığını hesab edərək onun silinməsini xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa 9-1.1-ci maddəsinin tələbinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Qanunun 12-cı maddəsinin tələbinə görə, əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Qanunun tələbinə görə müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığorta sığortaedənin vəzifəsidir. Müəyyən edilmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı1 (VÖEN-**********) tərəfindən 3714,21 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilmişdir. İddiaçı1 sahibkarlıq fəaliyyəti və əməliyyatları xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ərizəsinə əsasən dayandırılmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2-2(86)-536/2016 nömrəli məhkəmə əmrindən görünür ki, kreditor Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi Şirvan İnzibati-İqtisadi Məhkəməsinə məhkəmə əmri haqqında ərizə ilə müraciət edərək, borclu fərdi sahibkar İddiaçı1 (VÖEN **********) 421,4 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması barədə əmr verilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(86)-536/2016 nömrəli məhkəmə əmri ilə ərizənin təmin olunması, borclu fərdi sahibkar İddiaçı1 (Şirvan şəhəri, Energetik küçəsi, 3/10) (VÖEN **********) 421,4 manat məbləğində vəsaitin kreditor Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin xeyrinə tutulması əmr edilmişdir. Bundan əlavə həmin məhkəmə əmrinin müəyyən etdi hissəsində qeyd fərdi sahibkar İddiaçı1 xx.xx.2015-ci il tarixə 421,4 manat məbləğində borcu yarandığı qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Qeyd olunanlardan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia tələbində haqlı və cavabdehin hərəkətləri isə qanunsuzdur. Buna görə də iddia tələbi təmin edilməlidir. Belə ki, məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə nəzarəti həyata keçirən DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 40/452 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, fərdi sahibkar İddiaçı1 xx.xx.2015-ci il tarixə 421,4 manat məbləğində borcu olduğu bildirilmiş və iddiaçının nümayəndəsi-vəkili məhkəmə iclasında həmin məbləğin düzgünlüyünü qəbul etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) Şirvan şəhər şöbəsinin xx.xx.2015-ci il tarixli, 40/452 nömrəli xəbərdarlıq məktubunu həqiqi saymamaq üçün əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, 3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun silinməsi barədə iddiaçının tələbi əsaslı, həmin borcun hesabdan silinməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, iddiaçının fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırıldığını, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə hesablanmış borcun iddiaçının fəaliyyətinin dayandırdığı tarixədək 421,4 manat məbləğində olduğunu, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(86)-536/2016 nömrəli məhkəmə əmri ilə həmin borcun tutulmasını, Şirvan şəhəri üzrə İcra şöbəsi tərəfindən borc məbləğinin əmək haqqından hər ay 50% olmaqla tutulmasını, xx.xx.2019-cu il tarixinə kimi hesablanmış borcun heç vaxt tələb edilmədiyini (ən azından bunun əksini sübut edən heç bir sənəd təqdim edilməmişdir) və ən əsası hesablanmış 3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun hesablanmasına əsas olan sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alsaq DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 40/452 nömrəli xəbərdarlıq məktubu ilə iddiaçıdan xx.xx.2015-ci il tarixə yaranan 421,4 manat borcunun daha düzgün və ağlabatan olduğunu, həmin borcun məhkəmə əmri əsasında icra şöbəsi tərəfindən iddiaçının əmək haqqından hər ay tutularaq ödənilməsini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********721800 nömrəli etirazında “İddiaçı1 yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcu xx.xx.2019-cu ildən əvvəlki tarixə aid olduğu üçün həmin borc məbləği DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən hesablanmışdır” qeyd edilməsini, hal-hazırkı mübahisəli 3227,75 manat əsas borcunun və 486,46 manat penya borcunun isə iddiaçının fəaliyyətinin (xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) dayandırıldığı müddətlərdə yarandığını nəzərə alaraq həmin borcun əsassız olduğu qənaətinə gəlmək olar. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun silinməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməli, məcburi dövlət sosial sığorta haqqlarına görə İddiaçı1 hesablanmış 3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 iddiası təmin edilsin. Məcburi dövlət sosial sığorta haqqlarına görə İddiaçı1 hesablanmış 3227,75 manat əsas borcun və 486,46 manat penya borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1101/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1101/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver