Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1102/2020 15.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçıcavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Lerik rayon filialına qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi atası Həsənov Böyükağa Bəyverdi oğluna qulluq etdiyi illəri sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxxxx 1958-ci il tarixdə Lerik rayonunun Cəngivənud kəndində doğulmuşdur. Lerik rayonunun Cəngivənud kəndində qeydiyyatdadır. İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi atası Həsənov Böyükağa Bəyverdi oğluna qulluq etdiyi illəri sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Lerik rayon filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli, **********0 saylı məktubunda iddiaçıya təqdim etdiyi sənədlərə əsasən yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığını qeyd edərək, ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi atası Həsənov Böyükağa Bəyverdi oğluna qulluq etdiyi illəri sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Lerik rayon filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Lerik rayon Cənginavud kəndində fəhlə ailəsində anadan olmuşdur. 1975-ci il tarixdən kəndlərindəki “Engels” adına sovxozda işləmişdir. Sovxozun dağılmasından sonra kəndlərində iş olmadığından 1932-ci il təvəllüdlü atası Həsənov Böyükağa Bəyverdi oğlu ilə bir evdə yaşamaqla 2000-ci il tarixdən 2009-cu il tarixə kimi onun sosioloji xidmətlərini etmişdir. Qeyd olunan illər Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Lerik rayon filialı tərəfindən staj kimi tanınmadığından ona pensiya təyin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Lerik rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lerik rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi atası Həsənov Böyükağa Bəyverdi oğluna qulluq etdiyi illəri sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Lerik rayon filialının üzərinə qoyulması tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 16375867 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Lerik rayonunun Cənginəvud kəndində anadan olmuş, Lerik rayonu, Cənginəvud kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Lerik rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 50 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Engels adına sovxozda işləmişdir. İşdə olan xx.xx.2009-cu il tarixli, AZ-İ 348347 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Böyükağa Bəyverdi oğlu xx.xx.2009-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 03 nömrəli ilə qeyd edilmişdir. İşdə olan DSMF-nun Lerik rayon şöbəsinin pensiya sektorunun məsləhətçisinin, Sosial Sığorta sektorunun məsləhətçisinin və Lerik rayonu, Vizəzəmin kənd ərazi icra nümayəndəsinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2002-ci il tarixdən xx.xx.2009cu il tarixədək olan dövrdə İddiaçı atası Həsənov Böyükağa Bəyverdi oğlu ilə birlikdə Cənginəvud kəndində bir evdə yaşadığını, bu müddət ərzində atasına qulluq göstərdiyini təsdiq etmişdirlər. İşdə olan Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Lerik rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki,İddiaçı pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır. Vətəndaşın xx.xx.2020-ci il tarixli, 50 nömrəliarxiv arayışı üzrə əmək stajı 19 il, xidmət aktı üzrə əmək stajı 7 iltəşkil edir. İddiaçı atası Həsənov Böyükağa Bəyverdi oğlu 2009-cu ildə vəfat etmiş, ona qulluq etməsi aktı şahid ifadələrinə əsasən yazılmışdır. Qeyd olunan qulluq etmə dövrünün məhkəmə qaydasında təsdiq olunması zərurəti ilə əlaqədar və vətəndaşın sovxozda işlədiyi dövr üçün əmək kitabçasının olmadığı səbəbindən pensiya hüququndan imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları , əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 21-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.9.cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Məhkəmə müəyyən etdi ki, iddiaçının xx.xx.2020-ci il tarixli, 50 nömrəli arxiv arayışı üzrə əmək stajı 19 il, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi atası Həsənov Böyükağa Bəyverdi oğluna qulluq etdiyi illər 7 il təşkil edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, “Qaydalar”ın 3.9.-cu bəndinə əsasənxx.xx.2020-ci il tarixli akt şahid ifadələri yanaşı, xidmət edilən şəxsin ifadəsinə əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunmalıdır. Ancaq xx.xx.2020-ci il tarixli akt xidmət edilən şəxsin ölümündən sonra tərtib edildiyi üçün xx.xx.2002-xx.xx.2009-cu il illər iddiaçının sosisal sığorta stajı kimi nəzərə alınmamalıdır. Belə olan halda isə iddiaçının tələb olunan 25 sosial sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçıcavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Lerik rayon filialına qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi atası Həsənov Böyükağa Bəyverdi oğluna qulluq etdiyi illəri sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçıcavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Lerik rayon filialına qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi atası Həsənov Böyükağa Bəyverdi oğluna qulluq etdiyi illəri sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1102/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1102/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver