Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1105/2020 11.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Astara rayonu, Şiyəkəran kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X7 Astara rayon şöbəsinə qarşı birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət X7 Astara rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun penitensiar müəssisəsində cəza çəkməkdən azad edildiyi üçün birdəfəlik müavinətin verilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Astara rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci il tarixdə Astara rayonunun Şiyəkəran kəndində doğulmuşdur. Rusiya Federasiyasında məhkəmənin xx xxxxxxxx 2008-ci il tarixli hökmü ilə on il müddətə, xx xxxxxx 2012-ci il tarixdə isə iki il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə cəzanı tam çəkib qurtarmışdır. X2-Mansiysk-Yuqra Muxtar dairəsinin Surqut şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə o, 3 ay müddətə, yəni xx xxxxxx 2020ci il tarixədək X2-Mansiysk-Yuqra Muxtar dairəsinin Surqut şəhəri üzrə X1 İşlər Nazirliyinin İdarəsinin xarici vətəndaşların müvəqqəti saxlanması mərkəzinə yerləşdirilmişdir. Bundan başqa X2-Mansiysk-Yuqra Muxtar dairəsinin Surqut şəhər məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarı ilə onun X1 İşlər Nazirliyinin Xarici vətəndaşların müvəqqəti saxlanması mərkəzində saxlanmağı daha 2 ay müddətinə, yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. O, xx xxxx 2020-ci il tarixdə buraxılaraq, Azərbaycan Respublikasına deportasiya edilmişdir. Azərbaycan Respublikasına qayıdandan sonra o, xx xxxxx 2020-ci il tarixdə cəza çəkməkdən azad edildiyi üçün birdəfəlik müavinətin verilməsindən ötrü Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Astara rayon şöbəsinə müraciət etmişdir. O, xx xxxx 2020-ci il tarixədək həbsdə olmuşdur. Lakin buna baxmayaraq, Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Astara rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli məktubu ilə onun penitensiar müəssisəsində cəza çəkməkdən azad edilməsi ilə əlaqədar birdəfəlik müavinətin verilməsindən imtina edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddanın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Astara rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********827 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Dövlət X7 Astara rayon şöbəsinə qarşı «Penitensiar müəssisəsində cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətin verilməsi haqqında» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı DSMF-nin Astara rayon şöbəsinə ona Penitensiar müəssisəsində cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətin verilməsi üçün müraciət etmişdir. Fondun Astara rayon şöbəsi vətəndaş Bayramova qanunamüvafiq şəkildə imtina edərək müavinəti təyin etməmişdir. Belə ki, vətəndaş təqdim etdiyi sənədlərdə xx xxxxxx 2019-cu il tarixədək cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən olunmuş və cəza müddətinin bitməsi ilə əlaqədar azadlığa buraxılmışdır. Lakin vətəndaş təqdim etdiyi sənədlərdə 3 ay müddətində daimi yaşadığı yerə qayıtmamış və qeydiyyata düşməmişdir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Qanunun 3-cü maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Bütün bunları nəzərə alaraq İddiaçı iddiasının əsassız olması barədə qərar çıxarılması və iddianın rədd edilməsi xahiş edilmişdir. Cavabdeh Dövlət X7 Astara rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialında olan AA ******* nömrəli Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materialında olan Astara Rayon İHB-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bayramov X3 rayonu, Şiyəkəran kəndində yaşayır. İş materialında olan İddiaçı ünvanlanmış xx xxxxx 2020-ci il tarixli **********5 nömrəli məktubda qeyd olunmuşdur ki, Sizin penitensiar müəssisədə cəza çəkməkdən azad edilməyinizlə əlaqədar birdəfəlik müavinət verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətinizə Nazirlik yanında Dövlət X7 Astara rayon şöbəsinin müavinət komissiyasında baxıldı. Bildiririk ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına azad edildiyi gündən 3 ay müddətində daimi yaşamaq üçün müvafiq Mərkəzi icra hakimiyyəti orqanında qeydiyyata götürülmüş şəxslərə şamil olunur. Siz cəzaçəkmə müəssisəsindən azad edildiyiniz tarixdən 3 ay müddətində qeydiyyata düşmədiyinizdən komissiya tərəfindən müraciətinizə imtina edilərək göndərilmiş sənədləriniz geri qaytarılır. İş materialında olan Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin 005663 nömrəli xx.xx.2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı RF CM-nin 30.3-cü, 228.1.3-cü maddəsinin «Q» bəndi və 69.5-ci maddəsi ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddətinin qurtarması ilə azad edilmişdir. İş materialında olan X6-Mansiysk-Yuqra muxtar dairəsinin Surqut şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Əmiraslan oğlunun üç ay müddətinə, xx xxxxxx 2020-ci ilədək Xantı-Mansiysk-Yuqra Muxtar dairəsinin Surqut şəhəri üzrə X1 İşlər Nazirliyinin İdarəsinin Xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzinə yerləşdirilməsi qərara alınmışdır. İş materialında olan X6-Mansiysk-Yuqra muxtar dairəsinin Surqut şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Əmiraslan oğlunun Surqut şəhəri üzrə Rusiyanın DİNİ Xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxlanılması müddəti iki ay müddətinə, xx xxxxx 2020-ci ilədək uzadılması qərara alınmışdır. İş materialında olan İddiaçı məxsus avia biletdən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı iyirmi manat məbləğində dövlət rüsumu ödəmişdir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Astara rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Dövlət X7 şəhər (rayon) şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X8 Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Rusiya Federasiyasında cinayət məsuliyyətinə cəlb olunmuş və orada cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı cəza müddətinin qurtarması ilə azad edilmiş, X6-Mansiysk-Yuqra muxtar dairəsinin Surqut şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən onun üç ay müddətinə, xx xxxxxx 2020-ci ilədək Xantı- Mansiysk-Yuqra Muxtar dairəsinin Surqut şəhəri üzrə X1 İşlər Nazirliyinin İdarəsinin Xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzinə yerləşdirilməsi qərara alınmış və X6- Mansiysk-Yuqra muxtar dairəsinin Surqut şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Rusiyanın DİNİ Xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxılması müddəti iki ay müddətinə, xx xxxxx 2020-ci ilədək uzadılması qərar alınmşdır. İddiaçı xx.xx.2020-ci il tarixdə daimi yaşamaq üçün Azərbaycan Respublikasına qayıtmış və xx.xx.2020-ci il tarixdə isə qeyd olunan iddia tələbi ilə cavabdehə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikasının Qanunu İddiaçı şamil olunur. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Yenə həmin Qanunun 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Sadalanan normalardan göründüyü kimi, «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikasının Qanunu digər dövlətlərdə cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Cavabdeh inzibati orqan «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən iddiaçının cəzaçəkmə müəssisəsindən azad edildiyi tarixdən 3 ay müddətində qeydiyyata düşmədiyini əsas gətirərək, iddiaçıya birdəfəlik müavinətin verilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək, qeyd edir ki, iddiaçı cəza müddətinin qurtarması ilə xx.xx.2019-cu il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilsə də, o, X6-Mansiysk-Yuqra muxtar dairəsinin Surqut şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən üç ay müddətinə, xx xxxxxx 2020-ci ilədək Xantı-Mansiysk-Yuqra Muxtar dairəsinin Surqut şəhəri üzrə X1 İşlər Nazirliyinin İdarəsinin Xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzinə yerləşdirilmiş, X6-Mansiysk-Yuqra muxtar dairəsinin Surqut şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Surqut şəhəri üzrə Rusiyanın DİNİ Xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxılması müddəti iki ay müddətinə, xx xxxxx 2020-ci ilədək uzadılmışdır. İddiaçı xx xxxx 2020-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmış və xx.xx.2020-ci il tarixdə isə qeyd olunan iddia tələbi ilə cavabdehə müraciət etmişdir. Göründüyü kimi iddiaçı qanunla müəyyən olunmuş müddəti ötürmədən, yəni Surqut şəhəri üzrə Rusiyanın DİNİ Xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzindən azad edildikdən sonra 3 ay müddətində cavabdehə müraciət etmiş, cavabdeh isə onun cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra Surqut şəhəri üzrə X1 İşlər Nazirliyinin İdarəsinin Xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzində qaldığı müddəti nəzərə almadan cəzaçəkmə müəssisəsindən azad edildiyi tarixdən 3 ay müddətində qeydiyyata düşmədiyini əsas gətirərək, ona birdəfəlik müavinətin verilməsindən imtina etmişdir. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-9.2-ci maddələrinə görə, cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 177-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzadan azad edilmiş şəxslər qanunvericiliyə uyğun olaraq əmək və məişət şəraiti ilə təmin olunmaq və başqa növ sosial yardım almaq hüququna malikdirlər. «İnzibati icraat haqqında» Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı cəzaçəkmə müəssəsindən azad olunduqdan sonra ödənilməli olan birdəfəlik müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X7 Astara rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün iyirmi manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: 1.İddia təmin edilsin. İddiaçı cəzaçəkmə müəssəsindən azad olunduqdan sonra ödənilməli olan birdəfəlik müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət X7 Astara rayon şöbəsinin üzərinə qoyulsun.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov